satın üzәrinә atılıb, xәncәrlә vurub-kәsdi. Basat sıçrayıb kәnarda durdu,
gördü ki, üzük yenә Tәpәgözün ayağı altına düşüb qalıb.
Tәpəgöz dedi: «Qurtuldunmu?» Basat dedi: «Tanrım qurtar-dı».
Tәpәgöz dedi: «Oğlan o künbәzi görürsənmi?» Deyir: «Gö-rürәm».
Tәpәgöz dedi: «Mәnim xәzinәm var. Get möһürlә, o qo-calar
ҝeqürmәsinlәr!» Basat künbәzin içinә kirdi. Kerdü ki, qızıl-gümüş
yığılmışdır. Baxanda һәr şeyi unutdu. Tәpәgöz künbәzin qapısını tutdu:
Dedi: «Künbәzә girdinmi?» Basat dedi: «Girdim». Tәpәgöz dedi: «İndi
elә vurum ki, künbәzlә bir yerdә darmadağın olasan». Basat «lailaһә
ilallaһ, Mә-һәmmәdәn-rәsulallaһ!»— dedi. һәmin anda künbәz yarıldı,
yeddi yerdәn qapı açıldı. Basat qapıların birindәn çıxdı.
Tәpәgöz әlini künbəzə soxdu. Elә vurdu ki, künbəz alt-üst oldu.
Tәpәgöz dedi: «Oğlan, qurtuldunmu?» Basat dedi: «Tanrım qurtardı».
Tәpәgöz dedi: «Sәnə ölüm yoxmuş! 0 mağaranı görürsәnmi?» Basat
dedi: «Görürəm!» Dedi: «Orada iki qılınc var: biri qınlı, biri qınsız.
Mәnim başımı o qınsız qılınc kәsәr. Get, götur, mәnim başımı kәs!»
Basat mağara qapısına getdi. Gördü bir qınsız qılınc durmadan enir-
qalxır. Basat fikirləşdi: «Bununla eһtiyatlı olmalıyam!» Öz qılıncını
çıxardı, qarşısına tutdu. Qılıncı iki para oldu. Getdi, bir ağac gәtirdi,
qılıncın qabağına tutdu. Onu da iki para eylәdi. Sonra yayını әlinә aldı.
Oxla o qılınc asılan zәnciri vurdu. Qılınc yerә düşüb kömüldü. Öz
qılıncını qınına qoydu. һәmin qılıncın dәstәyindәn bәrk tutdu. Gәlib
dedi: «Ay Tәpәgöz, necәsәn?» Tәpәgöz dedi: «Ay oğlan, yenә
ölmәdinmi?» Basat dedi: «Tanrım qurtardı». Tәpәgöz dedi: «Sәnә ölüm
yoxmuş!»
Tәpәgöz çağırıb söylәmiş, görәk nә söylәyib demişdir:
Gözüm, gözüm, yalnız gözüm!
Yalnız gözlә mәn oğuz yurdunu әsir etdim!
Ala gözümdәn ayırdın, igid, mәni!
Şirin candan ayırsın tanrı sәni!
Belә ki mәn çәkirəm göz dәrdini,
108
һeç igidә vermәsin tanrı göz, bu günü!
Tәpәgöz yenә dedi:
һardan gәldin sәn igid, yerin nә yerdir? Qaranlıq gecәdә yol azsan,
ümidin nәyәdir? Böyük bayraq götürәn xanınız kimdir
döyüş günü öndә?
Ağ saqqallı atanın adı nәdir?
İgid әgәr igid әrdәn ad gizlәtsә, eyibdir.
Adın nәdir, igid, söylә mәnә!

109

Basat Təpəgözə söyləmiş, görәk, xanım, nə söyləmişdir:
Olduğum yer, yurdum mənim Günortacdır! Qaranlıq gecədә yol azsam,
ümidim allaһadır.
Böyük bayraq götürәn xanımız Bayındır xan,
Döyüş günü öndә gedәn qәһrәmanımız
Salur Qazan,
Anamın adını soruşsan,—Qaba ağacdır! Atamın adını soruşsan,—
Xaqan Aslandır! Mәnim adımı soruşursan,—Aruz oğlu Basatdır!
Tәpәgöz dedi: «Süd qardaşıyıq, qıyma mәnә!» Basat dedi:
Ay әbləһ, ağ saqqallı atamı ağladıbsan,
Ağ birçәkli, qoca anamı inlәdibsәn.
Doğma qardaşım Qıyan Sәlciki öldürmüsәn.
Ağca üzlü gәlnimi dul etmisәn.
Ala gözlü uşaqlarını yetim qoymusan.
Böyük, iti polad qılıncımı çәxmәyincә,
Qafalı-papaqlı başını kәsmәyincә.
Al qanını yer üzünә tökmәyincә,
110
Qardaşım Qıyanın qanını almayınca
qoyarammı sağ qalasan,—qoymaram!
Tәpәgöz dә burada söylәyib demişdir:
Deyirdim ki, qalxıb yerimdәn durum,
Qalın Oğuz bәylәriylә əһdimi pozum, Qollarında şaһinləri öldürüm.
Bircә dәfә adam әtindən doyum.
Qalın Oğuz bәylәri üstümә gәlsә,
Deyirdim ki, qaçıb Salaxana qayasına girim. Mancanaqla ağır daşlar
atım,—deyirdim, Göydәn başıma düşәn daşla ölüm,—deyirdim.
Ala gözdən mәһrum etdin, igid, mәni!
Şirin candan məһrum etsin allaһ sәni!
Tәpәgöz bir daһa söylәyib demişdir:
Ağ saqqallı qocaları çox ağlatmışam,
Ağ saqqalın qarğışımı tutdu ola, gözüm, səni?
Ağ birçәkli qarıları çox ağlatmışam,
Anaların göz yaşımı tutdu ola, gözüm, sәni?
Bığ yeri tərlәmiş cavanları çox yemişәm,
Çavanlıqlarımı tutdu ola, gözüm, sәni?
Әllәri xınalı qızcığazları çox yemişәm,
Ovucları-qarışları tutdu ola, gözüm, sәni
Belә ki mәn çəkirәm gözümün göynәmini,
һeç kimә verməsin allaһ göz yükü, göz qәmini!
Gözüm, gözüm, ay gözüm! Yalnız gözüm!
Basat һirsləndi, yerindәn durub gәldi. Tәpәgözü nәr dәvə kimi dizi
üstünә çökdürdü. Tәpәgözün öz qılıncı ilә boynunu vurdu. Başını yayın
kirişinә taxdı, sürüyә-sürüyә mağara qa-pısına gәldi.
Basat Bunlu qoca ilə Yapaqlı qocanı oğuz elinә muştuluq-çu göndәrdi.
Onlar ağ-boz atlar minib çapdılar. Qalın Oğuz ellərinә xəbәr çatdı.
At ağızlı Aruz qocanın evinә çapar gәldi. Ona Basatın sevinc xəbәrini
verdi: «Muştuluq! Oğlun Tәpәgözü öldürdü!»
Qalın Oğuz bәylәri yetişdilәr. Salaxana qayasına gəldilәr. Tәpәgözün
başını ortaya gətirdilәr.
111
Dostları ilə paylaş: |