artmışdır. Bu, infonuasiya texnologiyalarının inkişafında və onların işgüzar
əməliyyatların geniş çərçivəsində tətbiqində böyük nailiyyətlərin əldə
olunduğunu əks etdirir. Bundan başqa, həmin xidmətlərlə beynəlxalq ticarət,
onların göstərilməsi üzrə funksiyaların əcnəbi podratçılara ötürülməsi (yəni
onların müstəqil təchizatçılardan alınması), sənayenin yenidən təşkili və texniki
yenidənsilahlandırılması ilə əlaqədar olaraq bu xidmətlərə tələbatın artması
nəticəsində genişlənmişdir.
Miqyas və struktur. Turizm və nəqlij^at daşımalarından fərqli olaraq,
biznes xidmətləri həm 1970-ci illərdə, həm də sonrakı, xüsusilə də 1990-cı illərdə
beynəlxalq satışların həcmi mallar və xidmətlərlə ticarətin məcmu məbləği ilə
müqayisədə daha yüksək templərlə artan yeganə iri xidmətlər kateqoriyasıdır.
XXI əsrin birinci onilliyinin sonunda xidmətlərin bu qrupu ən iriyə çevrilmişdir,
ümumi satışların ümumi həcminin 40%-i onun payına düşmüş, ixracının ümumi
dəyəri isə 780 milyard dollara çatmışdır (cədvəl
11
.
1
).
Cədvəl 11.1
Dünya üzrə xidmətlərin ixracının strukturu,
xidmətlərlə ticarətin ümumi həcminə nisbətən
%*
Xidmətlərin növü
(forması)
1970-ci il
2009-cu il
bütün
ölkələr
inkişaf
etmiş
ölkələr
inkişaf
etməkdə
olan
ölkələr
bütün
ölkələr
inkişaf
etmiş
ölkələr
inkişaf
etməkdə
olan
ölkələr
Nəqliyyat daşımaları
35,1
36,3
23,1
23,0
23,3
23,2
Turizm (səyahətlər)
27,0
25,8
37,1
32,8
38,5
37,3
Biznes xidmətləri
27,0
28,0
19,8
38,8
44,1
30,0
Dövlət xidmətləri
10,9
9,7
20,0
5,4
4,1
4,6
Xidmətlər, cəmi
100,0
100,0
100,0
100,0
100,0
100,0
*World Tourists Organization, Geneva, 2010. P.19.
Biznes xidmətləri əsasən inkişaf etmiş ölkələr tərəfindən ixrac olunur və
2008-ci ildə bununla ticarətin həcminin 90%-i onların payına düşmüşdür. Dünya
üzrə xidmətlər ixrac edən yeddi ən iri ölkə (azalma sırası ilə) ABŞ, Niderland,
Fransa, Yaponiya, Böyük Britaniya, Almaniya və İtaliyadır. Biznes
252
xidmətlərinin dünya üzrə ixracının ya hissəsi onların payına düşür. Ən iri
ixracatçı ABŞ-dır və onun xidmətlər ixracının həcmi 2008-ci ildə 500 milyard
olmuşdur (2009-cu ildə 410 milyard dollaradək düşmüşdür). Qərbi Avropanın
aparıcı ölkələrinin ixracı da böyük həcmdə olmuşdur.
İnkişaf etmiş ölkahrdə beynəlxalq turizm və biznes xidmətləri. İnkişaf
etmiş ölkələr, həmçinin, biznes xidmətlərinin dünyada ən iri alıcılarıdır. 7 ən iri
ixracatçıdan ABŞ, Böyük Britaniya, Fransa və Niderland netto-ixracatçı,
İspaniya, Almaniya, İtaliya və Yaponiya isə netto-idxalçıdır, biznes xidmətlərinin
ümumi həcminin Ys hissəsi onların payına düşür. Əlbəttə, xidmətlər ixracının
alternativi birbaşa investisiyalar olduğuna görə bu, birinci qrupa daxil olan
ölkələrin həmin xidmətlərlə təchizatçılarının rəqabət qabiliyyətinin həmişə daha
yüksək olmasını ifadə etmir. Ancaq vəzi}q/ət sürətlə dəyişir; beynəlxalq biznes
xidmətlərinin ixracı sahəsində Çin, Hindistan, Braziliya və bir sıra başqa ölkələrin
əhəmiyyəti yüksəlir. Bəzi inkişaf etməkdə olan ölkələrdə, məsələn, Malayziyada
və Tailandda beynəlxalq turizmdən əldə olunan gəlirlər dayanıqlı surətdə
ÜDM-in həcminin 6-7%-ni təşkil edir. Dünya Turizm Təşkilatı 2008-ci ildə 700
milyon, 2009-cu ildə isə 640 milyon turist (səyyah) qeydə almışdır. Ümumdünya
böhranı beynəlxalq turist səyahətlərinin həcmini ciddi azaltmışdır, amma artıq
2010-cu ilin ikinci yarısından bu sahədə canlanma başlamışdır. Dünya Turizm
Təşkilatı 2011-ci ildə turizmin 710 milyon nəfərədək artacağını proqnozlaşdırır.
2009-cu ildə turizm xidmətlərinin həcmi ümumilikdə 3% (sayının azalınası ilə
yanaşı), Asiya-Sakit Okean regionunda 8%, Orta Şərqdə 11% artmışdır. Avropa
və Böyük Səhranın cənubunda yerləşən ölkələrdə turizm sabit olaraq əvvəlki illər
səviyyəsində qalmış, amma Yaxın Şərq, Şimali və Cənubi Amerikada bir qədər
artmışdır. MDB ölkələri zonasında beynəlxalq turizm ixtisar olmuşdur (-2%).
11.3.
inkişaf etməkdə olan ölkələrdə biznes xidmətləri
Bir məqamı qeyd etmək zəruridir: inkişaf etməkdə olan ölkələr tərəfindən
göstərilən xidmətlərin həcminin dəyər ifadəsinin az olmasına baxmayaraq,
bütövlükdə onların artım tempi inkişaf etmiş ölkələrin müvafiq göstəricisi ilə
müqayisədə daha yüksək olmuşdur. İnkişaf etməkdə olan ölkələrin biznes
xidmətlərinin ixracının genişlənməsində Şərqi və Cənubi Asiyanın sürətlə tərəqqi
edən ölkələrinin rolu böyükdür: burada xidmətlərin ixracı dollar
253