üstünlük təmin edir. Bu istiqamətlərdə onlar xidmətləri diferensiallaşdımıaq və
keyfiyyətini yüksəltmək yolu ilə inkişaf etməkdə olan ölkələrin az maaş alan işçi
qüvvəsi ilə rəqabət apara bilir. Bazarın müəyyən «boşluqlarma» xidmət sahəsində
ixtisaslaşmaqla, bu ölkələrin kiçik firmaları hətta amansız rəqabət şəraitində belə,
salamat qala bilir.
•
Turizm üçün böyük resurslara və ucuz işçi qüvvəsinə malik inkişaf
etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin çoxunda, ehtimal ki, bu sahə xarici
valyuta mədaxillərinin alternativ strateji mənbəyi olacaqdır. Belə ki, coğrafi
cəhətdən turizmin əsas mənbələrindən uzaqda yerləşən inkişaf etməkdə olan
ölkələrlə hava əlaqəsinin müasir vasitələri tətbiq olunduqdan sonra onlar tezliklə
dünya səyahətlər bazarında yeni rəqabət qabiliyyətli bölgələrə çevrilə bilər.
•
Turizm müəssisələrinin və onlarla əlaqədar olan maliyyə kapitalının
nisbətən sərbəst yerdəyişməsi inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı
ölkələrdə səyahətlər sənayesinin inkişafının maliyyələşdirilməsindəki çətinlikləri
aradan qaldırmağa yardım edəcək. Məsələn, transmilli mehmanxanalar şəbəkəsi
genişlənəcək, onların kapitalı və təcrübəsi isə ucuz yerli işçi qüvvəsi və turizmin
təbii resursları ilə qovuşaraq, regionlarda turizm sənayesinin rəqabət
qabiliyyətinin yüksəlməsinə səbəb olacaq. Bu transmilli şəbəkələr, həmçinin,
marketinq baxımından da üstünlüklər təmin edəcək. Lakin transmilli
mehmanxanalar şəbəkəsinin yerli turizm sənayesinə verə biləcəyi töhfə onlar və
yerli mehmanxanalar arasında bağlanılan müqavilələrin real məzmunundan
asılıdır.
•
Beynəlxalq turizm səyahətlərinin liberallaşdırılması və şirkətlərin, o
cümlədən turizm sənayesinin transmilliləşməsi, regional və beynəlxalq
institusional müqavilələrlə birlikdə qlobal turizm bazarının daha da
genişlənməsinə və milli sərhədlərin şəffaflığının artmasına imkan yaradacaq.
Artıq beynəlxalq səyahətlərin qiyməti potensial turist kütləsi üçün əlçatan olmuş,
ölkədən-ölkəyə yerdəyişmə zamanı yoldaolma müddəti qısalmışdır. Turizm
operatorları səyahətin qiymətini və vaxtını optimallaşdırmaq üçün bir turda bir
neçə təyinat məntəqəsini coğrafi yaxınlıq və turizm imkanlarının bir- birini
tamamlama baxımından birləşdirdiyinə görə, çox ölkəni əhatə edən kompleks
turlar ölkələrin ixtisaslaşması arasındakı sərhədləri silmişdir. Həyat tərzindəki
fərqlər, rifahın yüksəlməsi, demoqrafik dəyişikliklər və uzun məsafələr üçün
nəzərdə tutulan xidmətlərin yayılması, şübhəsiz ki, XXI əsrdə səyahətlərin
inkişafına öz təsirini göstərməlidir.
287
• MDB üzvü olan ölkələrin, demək olar ki, hamısı xarici turistləri qəbul
etmək üçün potensial imkanlara malikdir. Ancaq infrastrukturun onlara xas olan
geriliyi, hələlik bu potensialı reallaşdırmağa imkan vermir. Birliyin daxili
potensialı da istifadəsiz qalır. Səbəblər göz qabağındadır: 1996-cı ildə MDB- nin
Beynəlxalq Turizm Assosiasiyası tərəfindən «MDB iştirakçısı olan ölkələr
arasında turizm əlaqələrinin inkişafı haqqında» Dövlətlərarası Məqsədli
Proqramının hazırlanmasına baxmayaraq, qiymətlərin əsaslandırılmadan
bahalaşması, şəxsi təhlükəsizliyə təhdidlərin güclənməsi, istirahət üçün lazımi
şəraitin olmaması və s. MDB daxilində, o cümlədən Rusiyada (bu, xüsusilə
Moskvaya aiddir) səyahətlərin sayının azalmasına və turistlərin xarici ölkələrə üz
tutmasına səbəb olmuşdur. Bu isə, əldən buraxılmış gəlir şəklində maliyyə itkiləri
ilə nəticələnir.
Yoxlama sualları
1.
Beynəlxalq biznes xidmətlərinin mahiyyəti və məzmunu nədən
ibarətdir, onların hansı növləri var? Biznes və kommersiya xidmətləri ilə ticarətin
artımının səbəbləri nədir? Dünya üzrə xidmətlərin ixracının strukturu və onların
miqyası necədir?
2.
Biznes xidmətlərinin formaları hansılardır?
3.
Biznes xidmətləri inkişaf etmiş, inkişaf etməkdə olan və keçid
iqtisadiyyatlı ölkələrdə necə yayılır? Xidmətlərin ölkələr üzrə cəmləşməsin!
xarakterizə edin.
4.
Xidmətlərlə beynəlxalq ticarətin xüsusiyyətləri özünü nədə büruzə
verir?
5.
Xarici ticarətə xidmətlər göstərilməsi ilə bağlı olan nəqliyyat
xidmətlərinin rolu nədədir? Nəqliyyat xidmətlərinin göstərilməsində
«İnkotenns-2010» sənədinin əhəmiyyəti nədən ibarətdir?
6.
Konosamentin mahiyyətini izah edin və onun növlərini sadalayın.
7.
İnformasiya, İnternet, rabitə xidmətləri, proqram təminatı sahəsində
xidmətlərin məzmununu izah edin.
8.
Beynəlxalq ticarətdə turizm sektorunu təhlil edin, onun əhəmiyyətini
müəyyənləşdirin.
9.
Beynəlxalq turizm məsələlərini təhlil edərkən hansı metodlardan
istifadə olunur? 2001-2010-cu illərdə beynəlxalq turizmdə hansı meyillər üstün
288
olmuşdur? Beynəlxalq turizmin uçotu iqtisadi artıma necə təsir göstərir?
10.
2001-2010-cu illərdə beynəlxalq turizmin əsas göstəricilərinin
təhlilini verin və beynəlxalq turizm səfərlərinin ölkələr üzrə mərkəzləşməsin!
göstərin.
11.
Beynəlxalq səfərlərə tələbat necə fonnalaşır? Turizm xidmətlərinin
təklifinin amilləri, tələbatın keyfiyyəti amilləri hansılardır? Turizm sənayesinin
qloballaşmasının mahiyyəti nədədir?
Referatlann mövzuları
1.
Be)məlxalq ticari-iqtisadi fəaliyyətdə biznes xidmətləri anlayışı və
onun məzmunu
2.
Beynəlxalq səyahətlər (turizm) anlayışı və onun məzmunu
3.
Dünya regionlarında biznes xidmətlərinin ümumi xarakteristikası
4.
Beynəlxalq turizmin ümumi xarakteristikası və 2001-2010-cu illərdə
ona təsir göstərən amillər.
Coğrafiya, göstəricilər
5.
Biznes xidmətlərinin fonnaları, növləri və tipləri. Xidmətlərin yeni
fonnaları
289