Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə117/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   113   114   115   116   117   118   119   120   ...   306

Fəsil 12 

BEYNƏLXALQ TİCARƏTDƏ QİYMƏTLƏR 

12.1.

 

Məsələnin nəzəriyyəsi və qiymətlərin təsnifatı 

Qiymət anlayışı, onun məzınımu və mahiyyəti İqtisadi nəzəriyyəyə görə, 

qiymət - dəyərin çevrilmiş formasıdır. Dəyər

 

(qiymətlilik) - əmtəənin həcminin 

(miqyasının  əhəmiyyətliyinin)  daxili  meyarıdır.  Dəyər  pulla  ifadə  olunarsa, 

qiyməti  müəyyən  edir.  Aristotelin  vaxtından  istehlak



 

və  mübadilə  dəyəri 

anlayışları fərqləndirilir. İstehlak dəyəri

 

əmtəənin insanların tələbatlarını ödəmə 

qabiliyyətini əks etdirir. Mübadilə dəyəri - əmtəənin başqa əmtəələrə dəyişmək 

qabiliyyəti baxımından qiymətliyidir. İki əmtəənin mübadilə nisbəti onların sabit 

pul əmtəəsində ifadə olunmuş nisbi qiymətlərini ifadə edir. Əmtəənin mübadilə 

dəyəri  istehsal  məsrəfləri  (əmək  haqqı,  mənfəət  və  renta)  əsasında 

müəyyənləşdirilir.  Əmtəənin  təbii  qiymətinin  istehsal  məsrəfləri  üzrə 

fonnalaşmasma  və  faktiki  qiymətinin  tələbatdan  asılı  olaraq  onun  ətrafında 

tərəddüd etməsinə əsaslanan A.Smit əmtəənin qiymətini bu cür izah edirdi. Əmək 

- dəyər (qiymətlilik) nəzəriyyəsinin banisi D.Rikardo iddia edirdi ki, «əmtəənin 

dəyərliyi... onun istehsalı üçün zəruri olan əməyin nisbi miqdarından asılıdır» 

XIX


 

əsrin  ikinci  yarısında  neoklassik  məktəbin  iqtisadçıları  diqqətlərini 

daxili  dəyər  üzərində  deyil,  bazar  qiymətini  müəyyənləşdirən  amillər  üzərində 

cəmləşdirirdi.  Onlar  sələflərindən  fərqli  olaraq,  mübadilə  dəyəri  nəzəriyyəsini 

hazırlayarkən  əmtəənin  faydahlığına  müraciət  etmişdilər.  Qiymət  mübadilə 

dəyərinin səbəbi və mənbəyi olan son faydalılıq həddi ilə müəyyən edilir. Buna 

əsaslanaraq, A.Marşall bazar qİ3mıətinin tələb və təklifin təsiri altında yaranması 

ideyasını  irəli  sürmüşdür.  Müasir  iqtisadi  nəzərij^ə  təhlil  prosesində  dəyərlilik 

nəzəriyyəsi ilə qiymətin əmələ gəlməsi nəzəriyyəsini bir-birindən ayıran marksist 

yanaşmasını təkzib edərək, bu istiqamətdə inkişafı davam etdirmişdir. 

Elmi və ixtisaslaşmış iqtisadi ədəbiyyatda, beynəlxalq ticarət təcrübəsində 

qiymətin  müxtəlif  anlayışı  ilə  qarşılaşmaq  olar.  Onların  bəzilərini  nəzərdən 

keçirək: 

• 

ədalətli qiymət

 

(just price) - əxlaq nöqteyi-nəzərindən düzgün



 

kimi 


290 


dəyərləndirilən  qiymət.  Bu  qiymət  təbii  ədalətlilik  prinsiplərinə  istinad  edir  və 

bazar  qiymətindən  fərqli  olaraq,  resursların  allokasiyası  (sahələr,  regionlar, 

fəaliyyət növləri arasında bölgüsü) funksiyalarını yerinə yetirmir

 



təbii  qiymət  (natural  price)  -  əmtəənin  bazar  dəyəri  ətrafında  tərəddüd 

edən  dəyərini  (qiymətliyini)  təsvir  etmək  üçün  A.Smit  tərəfindən  istifadə 

olunmuş tennin; 

 



alternativ qiymət (opportunity cost) - müəyyən əmtəə vahidinin istehsalı 

üçün zəruri olan iş vaxtının başqa əmtəə vahidinin istehsalı üçün lazım olan iş 

vaxtı vasitəsilə ifadə olunması; 

 



transfer  qiymətləri  (transfer  prices)  -  eyni  korporasiyanın  müxtəlif 

ölkələrdə yerləşən bölmələri arasında korporasiyadaxili qiymətlərindən fərqlənən 

qiymətlər;  bu  qiymətlərdən  mənfəətin  köçürülməsi  və  vergilərin  azaldılması 

məqsədilə istifadə olunur; 

 

kölgə  qiyməti  (shadow  price)  -  bazar  qiyməti  olmayan  malın  yaxud 



xidmətin  şərti  qiyməti.  Bazar  qiymətləri  alternativ  məsrəfləri  əks  etdinnədiyi 

halda,  xərclərin  təhlili  zamanı  kölgə  qiymətlərinə  müraciət  olunur.  Termindən 

həmçinin,  «adekvat»  (amma  elmi  yanaşma  ilə  heç  bir  əlaqəsi  olmayan)  kölgə 

qiymətlərinin mövcud olduğu kölgə iqtisadiyyatı təhlil olunarkən istifadə edilir. 

Tarixən  hər  hansı  şirkətin  yaxud  tacirin  konkret  malı  satmaq  üçün  milli 

sərhədlərdən  kənara  çıxarması  daha  yüksək  mənfəət  normasının  axtarıldığını 

ifadə edirdi və bu halda əmtəənin qiyməti amili həlledici rol oynayırdı. Əmtəənin 

qiyməti  (alınan  və  ya  satılan)  alqı-satqı  müqaviləsinin  ən  mühüm  şərtlərindən 

biridir. Buna görə də hər bir xarici ticarət sazişində onun ən mühüm məqamı kimi, 

qiymət haqqında şərtlər göstərilir. 



Dünya  bazarlarında  qiymətlərin  müxtəlifliyi  Dünya  bazarlarında 

müxtəlif  firmaların  istehsal  etdiyi  eyni  mallann  ayrı-ayrı  ölkələrdə  yaxud  öz 

mallarını  müxtəlif  ölkələrdə  və  hətta  eyni  ölkənin  müxtəlif  şəhərlərində  satan 

firmaların  bir-birindən  fərqlənən  çoxsaylı  qiymətləri  mövcuddur.  Beynəlxalq 

bazarlarda qiymətlərin səpələnməsi beynəlxalq ticarət əlaqələrinin müxtəlifliyi, 

ayrı-ayrı  ölkələrdə,  regionlarda  istehsal  amilləri  arasındakı  fərqlər,  habelə 

əmtəənin qiymətinin bahalaşmasına yaxud ucuzlaşmasına təsir göstərən başqa, 0 

cümlədən siyasi amillərin təsiri ilə izah olunur. Bu amillərə aşağıdakılar daxildir: 

 

bazarın strukturundakı fərqlər; 



 

vergi, gömrük, büdcə siyasəti



291 


 

resursların ölkələr və ölkə daxilində hərəkətindəki sürət arasında fərqlər; 



 

daxili və xarici ticarətə dövlət müdaxiləsi dərəcəsinin müxtəlifliyi və s. 



Qeyd olunmalıdır ki, dünya bazarı istənilən milli bazarla müqayisədə 

xeyli mürəkkəb təzahürdür. Məsələn, dünya bazarları üçün rəqabətin daha kəskin 

olması və dövlət müdaxiləsinin özünəxas fonnaları xarakterikdir. Hər bir ölkənin 

qiymətin  əmələ  gəlməsinə  və  qiymətlərin  hərəkətinə  müxtəlif  tərzdə  təsir 

göstərən  qanunları  vardır.  Burada  konkret  əmtəənin  (onun  əvəzedicilərinin) 

dünya  bazarının  konyunkturunun  öyrənilməsinə,  onun  bazara  çıxarılmasına 

çəkilən xərcləri və s. nəzərə almaq lazımdır. Bunlar tranzaksiya yaxud marketinq 

xərcləri adlandırılır. 



Qiymətlərin  növləri.  Dünya  bazarının  konyunkturasının  uçotu  və  təhlili 

üçün qiymətlərin aşağıdakı növlərindən istifadə olunur və onlar nəşr edilir; 

 

sorğu qiymətləri («soruşulan», satışda isə aşağı olan qiymətlər); 



 

xarici ticarətin statistikası qiymətləri (yerinə yetirilmiş sazişləri və xarici 



ticarət qiymətlərinin dinamikasını əks etdirir); 

 



birja  kotirovkalarmm  qiymətləri  (birjada  müvafiq  qiymətlərlə  yerinə 

yetirilən əməliyyatları təsbit edir); 

 

faktiki  yerinə  yetirilmiş  əməliyyatların  və  kontraktların  qiymətləri 



(əmtəənin konkret növlərinin bazar qiymətlərini daha dolğun əks etdirir). 

Kontrakt qiymətində qiymətin ölçü vahidi, bazis, valyuta, təsbit olunma 

üsulu və qiymətin səviyyəsi müəyyən olunur. 

Qiymətin  ölçü  vahidi.  Kontrakt  qiyməti  müxtəlif  ölçü  vahidlərində 

müəyyən oluna bilər

 

çəki,  uzunluq,  sahə,  həcm,  ədəd  yaxud  hesablama  vahidləri  (yüzlük, 



düjün və s.) formasında; 

 



malda  əsas  maddənin  bazis  tərkibi  (filizin,  kimyəvi  məmulatın  və  s.) 

əsasında çəki vahidlərində

 

kənar qatışıqlarm mövcudluğundan (artıb-azalmasından) və rütubətdən 



asılı olan çəki vahidlərində

 



sonradan təsbit olunan qiymət kontraktın icra olunması prosesində təyin 

edilir; bu halda təsbitolunmanm və qiymətin səviyyəsinin müəyyənləşdirilməsi 

prinsipi əvvəlcədən razılaşdırılır (bunlar onkol qiymətləri adlandırılır). 

Bazis qiymətləri - ən mühüm şərtləri, məsələn, nəqliyyat, sığorta, anbar və 

s. xərclərin qiymətə daxil edilib-edilmədiyini təyin etdiyinə görə kontraktın 

292 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə