13.2.
İqtisadi aspekt
Dayanıqlı demoqrafik enmə və əmək bazarında qeyri-mütənasibliklərin
güeləndiyi şəraitdə immiqrasiya əmək resurslarını artınnaqla və məşğulluq
sahəsində boşluqları doldumaqla, qəbul edən cəmiyyətdə mühüm sosial- iqtisadi
funksiyanı yerinə yetirir. Aydındır ki, öz əmək resurslarının məhdudluğunu
nəzərə alan inkişaf etmiş ölkələr, əvvəlki kimi, miqrantlarm müəyyən
kateqoriyasının immiqrasiyasını stimullaşdıracaq.
İmmiqrantlar milli məhsulu istehsal və istehlak etməklə, vergiləri
ödəməklə, əmanətlər qoymaqla və s. qəbul edən ölkənin təsərrüfatının inkişafına
nəzərəçarpan təsir göstərir.
İxtisası olmayan işçilərin immiqrasiyası iqtisadiyyatın nomal fəaliyyətini
təmin edən ənənəvi sektorları və ictimai-zəruri fəalij^ət növlərini qoruyub
saxlayır. Bundan başqa, boşluqları doldumaqla, immiqrantlar yerli kadrların
ixtisasından daha böyük səmərə əldə etməyə və bununla da, onların əmək
məhsuldarlığının artmasına imkan yaradırlar. AFR-da aparılan tədqiqatlar
göstərir ki, immiqrasiya olmadığı halda təsərrüfatın inkişafı dəfələrlə ləngiyər və
yüksək inflyasiya yaxud istehsalın xarici ölkələrə köçürülməsi ilə müşayiət
edilərdi.
İxtisassız əcnəbi işçi qüvvəsindən istifadənin bimənah olmayan
nəticələrindən fərqli olaraq, ölkəyə yüksək ixtisaslı mütəxəssislərin, alimlərin,
habelə tələbələrin axını, sözsüz ki. Qərbin aparıcı dövlətlərinin innovativ
inkişafında və iqtisadi artımında böyük pozitiv rol oynayır.
ABŞ-da kimya üzrə Nobel mükafatı laureatlarının 35%-nin xarici mənşəli
olması immiqrantlarm ölkənin elmi-texniki inkişafına töhfə veməsinin
sübutudur. Maraqlıdır ki, ABŞ-da innovasiyalara görə verilmiş ən məşhur
patentləri və mükafatları alanların 18%-dən çoxu başqa ölkələrdə doğulanların
payına düşür. Beynəlmiləlləşmə prosesləri Qərbi Avropanın ETTKİ sahəsinə
getdikcə daha dərin nüfuz edir. Aparıcı tədqiqat mərkəzlərində əcnəbilərin payı
10%-ə çatır. Əcnəbi alimlər müasir həyatın keyfiyyətinə həlledici təsir göstərən
sahələrdə tədqiqat işlərinin aparılması üçün cəlb olunurlar. Bunlar, ilk növbədə,
İKT, kənd təsərrüfatı, səhiyyə və tibbdir. 2000-ci ildə AFR-m Əmək İnstitutu
tərəfindən avropalı sahibkarlar arasında keçirilən sorğu eimtutumlu sahələrdə
dinamik inkişaf edən müəssisələrin əcnəbi peşəkarların əməyindən fəal istifadə
etdiyini göstərmişdir: firmaların 39%-i yüksək ixtisaslı əcnəbi mütəxəssisləri
cəlb edir, onların müvafiq səviyyəli işçi heyətindəki xüsusi çəkisi isə 11%
327
təşkil edirdi; ETTKİ sahəsində bu göstəricilər uyğun olaraq 61% və 16%
olmuşdur. Alman fıraıalarmda çalışan yüksək ixtisaslı əcnəbi işçilər arasında
sorğu edilənlərin 48%-nin İKT ilə bağlı ixtisasları, 45%-nin mühəndislik işi üzrə
diplomu və dərəcəsi olduğu halda, AFR vətəndaşları arasında biznes məsələləri
üzrə ekspertlər liderlik edirdi (70%).
Başqa ölkələrdə doğulanlar sahibkarlığın, o cümlədən innovasiya
sahələrinin inkişafında nəzərəçarpan rol oynayırlar. Yaxın keçmişdə
immiqrantlarm sahibkarlıq sahəsində fəallığı nəticəsində ABŞ-da, Los-
Ancelesdə «Korritaun» və «Kiçik Sayqon», Oklenddə «Çaynataun» yaxud
Mayamidə «Kiçik Havana» kimi sürətlə inkişaf edən işgüzarlıq mərkəzləri
meydana çıxmışdı.
Əcnəbilərin ucuz əməyindən geniş istifadə olunan sahələrdə əməyin
ödənilməsi xərclərinə qənaət və buna müvafiq olaraq, şirkətlərin gəlirlərinin
çoxalması bir qayda kimi, investisiya fəllığmm yüksəlməsi ilə nəticələnir.
Bundan başqa, işçi qüvvəsinin mütəhərrikliyini artırmaqla, immiqrantlar
şirkətlərin kapitalın hərəkətinə çəkdiyi xərclərinə qənaət etməsi üçün şərait
yaradırlar.
Bütövlükdə isə, immiqrasiya zəruri insan kapitalı (işçi əlləri, xüsusi
biliklər, yüksək peşə hazırlığı, idarəçilik təcrübəsi, işdə müvəffəqiyyət
qazanmaq səyi) ilə yanaşı, investisiya resurslanmn axınını, onların bir hissəsinə
qənaət olunmasım təmin etməklə, ölkə təsərrüfatının inkişafında pozitiv rol
oynayır.
İmmiqrasiyanm qəbul edən ölkənin büdcəsi üzərinə ağır yük kimi yatdığı
barədə fikir geniş yayılmışdır. Həqiqətən də, gəlmə əhalinin cəmləşdiyi
bölgələrdə dövlət tərəfindən göstərilən sosial xidmətlər və ödəmələr büdcəyə
çox güclü təzyiq göstərir. İmmiqrantlarm aztəminatlı ailələrinin məktəb təhsili,
tibbi xidmət göstərilməsi və sosial təminatı ilə bağlı olan zəruri xərcləri yerli
büdcələr üçün əlavə yükdür. ABŞ-da intensiv qeyri-leqal immiqrasiya
axınlarının yönəldiyi ştatlar bundan xüsusilə böyük zərər çəkir.
Ancaq ABŞ və Kanadada keçirilən tədqiqatlara görə, ölkənin yerli
əhalisinin orta vətəndaşı ilə müqayisə olunduqda, orta immiqrantm aldığı sosial
ödəmələr az, ödədiyi vergilər isə çoxdur.
Bir çox ölkələrdə müəllim kadrlarının qocalması fonunda əcnəbi alimlər
və müəllimlər universitet həyatına yeni təravət gətirir. Universitet müəllimləri
arasında əcnəbilərin payı İsveçrədə 13%, ABŞ-da 8,3% təşkil edir. Öz vəsaiti
yaxud onları göndərən dövlətin hesabına təhsil alan əcnəbi tələbələrin qəbulu
328
daha böyük əhəmiyyət kəsb edir. Təhsil xidmətlərinin ixracı inkişaf etmiş
ölkələrin çoxunda xaricdən maliyyə vəsaitlərinin daxil olmasının mühüm
mənbəyinə çevrilmişdir.
Beləliklə, immiqrasiyanm iqtisadiyyata, büdcəyə və sosial infrastruktura
göstərdiyi təsir ümumilikdə pozitiv kimi qiymətləndirilə bilər.
Qərbi Avropa dövlətləri, ABŞ, Kanada və Avstraliya miqrasiya prosesləri
üzərində nəzarətin gücləndirilməsi və yeni immiqrant axınlarının
məhdudlaşdırılması sahəsində ciddi addımlar atmağa başlamışdır. Bir sıra
beynəlxalq sazişlər bağlanmış, əhali qruplarının miqrasiyasının yeni dalğasının
müxtəlif cəhətlərinin müzakirə olunduğu beynəlxalq konfranslar, görüşlər və
konfranslar
keçirilmişdir.
Buna
baxmayaraq,
iqtisadi
vəziyyətin
mürəkkəbləşməsi, siyasi qeyri-sabitlik, millətlərarası münaqişələrin və
ziddiyyətlərin güclənməsi üzündən bu problem kəskinliyini hələ də itinnəmişdir.
Ziddiyyətli nəticələr. Ölkələrin bəzisi başqa dövlətlərdə işləyən
vətəndaşlarının pul köçürmələrindən ciddi iqtisadi səmərə əldə edir, digərləri isə
nəzərəçarpan zərər çəkir.
2007-ci ilin məlumatlarına görə, miqrantlar tərəfindən ən böyük məbləğdə
pul Hindistana (35 262 milyon dollar), Çinə (32 262 milyon dollar), Meksikaya
(27 144 milyon dollar), ABŞ-a (45 643 milyon dollar), Rusiya Federasiyasına (17
716 milyon dollar), İsveçrəyə (16 273 milyon dollar) köçürülür. Pul
köçürmələrinin regional strukturuna nəzər yetirsək, onların daxil olan axınlarına
görə Asiya (141 398 milyon dollar), çıxan axınlarına görə isə Avropa (126 169
milyon dollar) liderlik edir.
Belə bir fakt da qanunauyğundur ki, insan potensialının inkişafı yüksək
olan ölkələrə 163 563 milyon dollar, orta olan ölkələrə isə 189 093 milyon dollar
köçürülür. ’
13.3.
Milli və beynəlxalq qanunvericilik
Hər bir ölkənin milli qanunvericiliyi və normativ fəaliyyəti öz miqrasiya
siyasətinin məqsədlərini və istiqamətlərini müstəqil müəyyən etmək hüququnu
nəzərdə tutur. Amma bu məsələlərin nizamlanmasında beynəlxalq təşkilatların
sənədlərində təsbit olunmuş beynəlxalq hüquqi standartlar xüsusi əhəmiyyətə
^ Доклад о развитии человека. Преодоление барьеров: человеческая мобильность и
развитие. ПРООН, М.: Весь мир, 2009. С. 159-166.
329
Dostları ilə paylaş: |