Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə152/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   148   149   150   151   152   153   154   155   ...   306

dən daha böyük fayda  götürülməsində milli investisiya siyasəti ön plana keçir. 

Siyasət  tədbirləri  texnologiyaların  modernləşdirilməsini  sürətləndirə,  yerli 

səviyyədə  satınalmaların  həcmini  genişləndirə,  əldə  edilən  mənfəətin  yenidən 

investisiyalara  yönəldilməsi  məbləğini  artıra,  ətraf  mühitin  mühafizəsini  və 

istehlakçıların  hüquqlarının  müdafiəsini  gücləndirə  bilər  və  s.  Onlar  XBİ  ilə 

əlaqədar olan potensial təhlükələr qarşısında sədd qoymağa da qadirdir. Məsələn, 

onlar  anti-inhisar  praktikasının  genişlənməsini  ləngidə,  xarici  fımıalann  öz 

hərəkətləri  ilə  fəaliyyət  qabiliyyətli  ölkə  şirkətlərini  bazardan  sıxışdınuasına 

yaxud  yerli  şəraitin  özəlliklərini  pozmasına  müqavimət  göstərə  bilər.  BİS 

bağlanarkən, bu cür siyasətin həyata keçirilməsi üçün zəruri olan alətlər toplusu, 

bir qayda kimi, məhduddur yaxud ümumiyyətlə yoxdur. 

Bütövlükdə isə, inkişafa səmtləşmiş müddəalar tərəflərin öhdəliklər qəbul 

etməyə  hazırlığından  asılı  olaraq,  imperativ  yaxud  dispozitiv  ola  bilər.  BİS-də 

iştirak  edən  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  arasında  müəyyən 

uyğunsuzluqları, inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan, xüsusilə də zəif 

inkişaf etmiş ölkələrə yardım göstərmək öhdəliyini qəbul etməsi vasitəsilə aradan 

qaldırmaq  mümkündür.  İnkişaf  etmiş  dövlətlərin  yoxsul  ölkələr  qrupuna 

texnologiyaların 

ötürülməsində 

yardım 


göstərməsini 

nəzərdə 


tutan 

Texnologiyaların  Ötürülməsi  haqqında  Saziş  buna  nümunədir.  TMK-nın 

yerləşdiyi ölkələrin XBİ axınlarını inkişaf etməkdə olan ölkələrə səmtləşdinnək 

üçün  şərait  yaratmaq,  özü  də  bunu  müvafiq  beynəlxalq  təşkilatlar  vasitəsilə 

texniki yardımın göstərilməsi barədə müddəalarla möhkəmləndirmək öhdəliyini 

qəbul  etməsi  xüsusilə aktualdır. Predmetin  mürəkkəbliyi,  inkişaf etməkdə olan 

ölkələrin  çoxunun,  xüsusilə  də  zəif  inkişaf  etmiş  ölkələrin  XBİ  sahəsində 

siyasətin təhlili və işlənib hazırlanması, habelə insan resurslarının və institusional 

bazanın tərəqqisi üçün mali}ryə çətinliklərini nəzərə aldıqda, bu sazişlər böyük 

əhəmiyyət kəsb edir. İnstitusional tərəqqi inkişaf etməkdə olan ölkələrə XBİ-nin 

cəlb olunmasında və bundan faydalanmaqda yardım göstərilməsini nəzərdə tutur. 

BİS-in  məzmununun  razılaşdırılması.  Ölkələrin  XBİ  sahəsində  milli 

siyasətinin inkişafına aid olan və beynəlxalq investisiya danışıqları keçirildikdə 

xüsusilə  incə  yanaşma  tələb  edən,  ölkələrin  əksər  hallarda  tam  əks  mövqe 

tutduqları məsələlərin nizama salınması BİS-in məzmununun razılaşdırılmasında 

mərkəzi yer tutur. Bu məsələlərə aşağıdakıları aid etmək olar: 

380 



 

sazişin  əsas  müddəalarını  ümumi  şəkildə  təsvir  və  əhatə  dairəsini 



müəyyən etdiyinə görə investisiya anlayışının təyin olunması; 

 



milli  müəssisələrə  verilməsi  mümkün  olan  üstünlüklərin  həcmini  və 

üsullarını müəyyən etdiyinə görə milli rejimin tətbiq olunma hüdudları (xüsusilə 

də ölkədə yerləşmək hüququna tətbiq baxımından); 

 



 tənzimləmə  hüququ  ilə  xüsusi  mülkiyyət  sahiblərinin  hüquqları 

arasındakı  sərhəd  meyarlarının  müəyyənləşdirilməsini  nəzərdə  tutduğuna  görə 

əmlakın  müsadirə  olunmasının  dövlət  siyasəti  çərçivəsində  yol  verilən 

tənzimləmə tədbiri kimi nəzərdən keçirildiyi hallar

 

qeyri-dövlət subyektlərinin cəlb olunması və investisiya mübahisələrinin 



nizama  salınmasında  müstəqillik  dərəcəsi  barədə  məsələ  meydana  çıxdığına 

görə, mübahisələrin həlli mexanizmlərinin təsir dairəsi

 

inkişaf  məqsədlərinə  nail  olunmasına  imkan  yaratdığına  görə  istehsal- 



investisiya  fəaliyyətinə,  stimullara,  texnologiyaların  verilməsi  və  rəqabət 

sahələrində siyasətə dair tələblərdən istifadə olunması. 

İnkişaf  etməkdə  olan  ölkələrin  çoxunun  nöqteyi-nəzərindən  geniş, 

«pozitiv  siyahılara»  əsaslanan,  hər  bir  ölkəyə  öz  ehtiyaclarına  və  vəziyyətinə 

uyğun olaraq, BİS-də öhdəlikləri hansı şərtlərlə, hansı qrafik üzrə qəbul etməkdə 

müstəqillik təmin edən GATS tipli yanaşma daha münasibdir. Bu halda gələcək 

BİS-də ümumi balans əldə olunmasını təmin etmək üçün TMK- nın  yerləşdiyi 

ölkələrin öhdəliklərinə xüsusi diqqət yetirilməlidir. İnkişaf etmiş ölkələrin (məhz 

onlar  TMK-nın  yerləşdiyi  əsas  ölkələrdir)  hamısında  XBİ  axınlarının  inkişaf 

etməkdə  olan  ölkələrə  yönəldilməsinə  həvəsləndinnənin  müxtəlif  təsirli 

tədbirləri  artıq  mövcuddur.  Bu  cür  öhdəliklər  bir  sıra  ikitərəfli  və  regional 

müqavilələrdə öz əksini tapmışdır. İnkişaf etməkdə olan ölkələr gələcək BİS-də 

aşkarlıqdan,  sabitlikdən  və  TMK-nın  yerləşdiyi  ölkələr  tərəfindən  həyata 

keçiriləcək  tədbirlərin  əvvəlcədən  açıqlamasından  daha  böyük  fayda  əldə  edə 

bilərdi. 

TMK-lar  inkişaf  etməkdə  olan  və  ya  keçid  iqtisadiyyatlı  ölkələrə 

qoyduqları  investisiyalardan  əldə  etdikləri  faydanı,  özlərinin  fəal  korporativ 

sosial məsuliyyəti çərçivəsində könüllü qaydada yaxud hüquqi baxımdan dəqiq 

işlənib hazırlanmış prosedurlar çərçivəsində tədbirlər keçirmək vasitəsilə artıra 

bilər.  Qəbul  edən  ölkələrin  dövlət  gəlirlərinin  artmasına,  yerli  müəssisələrlə 

əlaqələrin  formalaşmasına  və  inkişafına,  iş  yerlərinin  yaradılmasına,  yerli  işçi 

qüvvəsinin ixtisas səviyyəsinin yüksəlməsinə və texnologiyaların verilməsinə 



381 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə