Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə166/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   162   163   164   165   166   167   168   169   ...   306

Cədvəlin məlumatları öz fəaliyyəti ilə  bütün dünyanı əhatə edən müasir 

TMK-nm  böyük  qüdrətini  təsdiqləyir.  UNCTAD-2010  Hesabatına  əsasən, 

2009-cu  ildə  dünyada  850  min  xarici  filialı  olan  90  min  TMK  fəaliyyət 

göstənnişdir.  Onların  XBİ  idxalının  ümumi  həcmi  17,7  trilyon  dollardan  çox, 

ixracı isə 18,9 trilyon dollar olmuşdur. Böhrana baxmayaraq, dünyada ən iri 100 

TMK, əvvəlki kimi, bütün TMK-m məcmu beynəlxalq istehsalının əhəmiyyətli 

hissəsini (2009-cu ildə 5,8 trilyon dollar, 2008-ci ildə 60,1 trilyon dollar) təmin 

edir. Müqayisə üçün: 2009-cu ildə DDM 55 trilyon dollar (2008- ci ildə - 60,7 

trilyon  dollar)  olmuşdur.  TMK-nm  xarici  filiallarında  məşğulluq  79,9  milyon 

nəfər (1990-cı ildə 24,4 milyon nəfər) idi. 

Milli  mənsubiyyətə  görə  dəyişikliklər  də  maraqlıdır:  qlobal  şirkətlərin 

birinci yüzlüyündə cəmi 36 şirkət qalmış, bura Çin (10), Braziliya (3) və Asiya 

ölkələrindən (15), Almaniya (5), Fransa (5), Avstraliya TMK-sı daxil edilmişdir. 

Ənənəvi olaraq, siyahıda ingilis (10) və yapon (6) korporasiyaları təmsil edilsə 

də, onların payı son onillikdə azalır (1990-cı ildə ilk yüzlükdə yapon mənşəli 18 

TMK var idi); siyahıda İsveçrə (3), İspaniya (2), Cənubi Koreya, İtaliya, Belçika, 

Noı-veç, Finlandiya və İsrailin (hər ölkədən 1) TMK-sı daxildir. 

500 TMK-dan ibarət siyahı  götürüldükdə isə orada Amerikanın  TMK-sı 

dominantdır;  ikinci  yerdə  yapon  şirkətləridir;  bundan  sonra  Britaniya,  Çin, 

Fransa,  Almaniya,  Kanada,  Braziliya,  Cənubi  Koreya,  İtaliya  və  Hindistanın 

şirkətləri gəlir. Siyahıya sürətlə inkişaf etməkdə olan ölkələrin birinci və ikinci 

dalğasını təmsil edən Cənubi Koreya, CAR, Tayvan və Honkonq (Çin əyalətləri); 

Malayziya,  Sinqapur  («Asiya  pələngləri»);  Braziliya,  Argentina,  Çili,  Meksika 

(«Latın Amerikası pumaları»); BƏR, Küveyt, Misir, Səudiyyə Ərəbistanı, Livan 

və  Oman  («Ərəb  gepardları»)  daxil  edilmişdir.  Bu  siyahıda  «FaanpoMwun 

başçılığı ilə Rusiyanın TMK-nm kiçik qrupu da vardır. 

100  ən  iri  korporasiyanın  sektor  mənsubiyyətinə  gəldikdə  isə  onların 

əksəriyyəti yenə də emal sənayesi sahələrində fəaliyyət göstərir. Bu sahələrin ən 

böyük istehsalçıları sırasına «General Motors», «Toyota Motor Corporation» və 

«Ford  Motor  Company»  daxil  idi.  Bununla  belə,  həmin  yüzlükdə  xidmətlər 

sektorundan olan TMK-lar payını dunnadan artırır. Əgər 1993-cü ildə bu siyahıda 

14 bu cür şirkət vardısa, 2008-ci ildə onların sayı 26- ya çatmış və ən böyükləri 

«Vodafon  Croup»  və  «Electricité  de  France»  olmuşdur.  Xarici  aktivləri  böyük 

həcmdə olduğuna görə, ilkin (neft) sektorun 



414 


«Royal  Dutch/Shell  Group»,  «British  Petroleum»  və  «Exxson  Mobile 

Corporation» kimi şirkətləri bu siyahıda yüksək mövqe tuturdu. İnkişaf etməkdə 

olan ölkələrdən isə bu cür TMK-lar siyahısına 7 şirkət, o cümlədən «Hutchison 

Whampoa  Limited»  və  «CITY  Group»  kimi  şaxələndirilmiş  şirkətlər  və  «LG 

Corporation»  və  «Samsung  Electronics»  kimi  elektronika  məhsulları 

istehsalçıları düşmüşdür. 



Qlobal  böhranın  nəticələri.  UNCTAD-ın  «Ümumdünya  investisiyaları 

haqqında»  2009-cu  il  Hesabatında  göstərilir  ki,  bütöv  bir  nəslin  həyatında  baş 

vermiş dərin iqtisadi böhran dünyanın təqribən 82000 transmilli korporasiyasında 

(TMK)  və  onların  810000  xarici  filialında  malların  və  xidmətlərin  beynəlxalq 

istehsalının artımının səngiməsinə səbəb olmuşdur. İllik tədqiqatda 2008-ci ilin 

və 2009-cu ilin əvvəlindəki böhranın ciddi nəticələrinin TMK-lar tərəfindən hiss 

edildiyi  qeyd  olunur.  Transmilli  şirkətlər  arasında  mənfəətin  aşağı  düşməsi, 

investisiyaların geri götürülməsinin və işçilərin işdən çıxarılmasının miqyasının 

genişlənməsi  kimi  təzahürlər,  habelə  bir  sıra  iri  restruktizasiya  və  müflisləşmə 

halları  müşahidə  olunmuşdur.  Bunlara  baxmayaraq,  TMK-nm  xarici  filialları 

qlobal  iqtisadiyyat  üçün  əhəmiyyətini  nümayiş  etdirir:  onlar  ümumdünya 

ÜDM-nin ən azı 10%-ni və təqribən 78 milyon nəfəri iş yeri ilə təmin edir, bu isə, 

Almaniya kimi sənayeləşmiş ölkənin iqtisadi fəal əhalisindən 2 dəfə çoxdur. 

1990-2008-ci  illərdəki  dövrdə  XBİ-nin  ümumi  həcmi  sürətlə  artsa  da, 

TMK-nm xarici filiallarında işləyənlərin sayı təqribən 3 dəfə çoxalmışdır. Xarici 

filiallarda  işləyənlərin  ən  böyük  sayı  Çindədir.  Bununla  yanaşı,  inkişaf  etmiş 

ölkələrdəki  TMK-da  məşğulluq  azalır.  Belə  ki,  2001-2007-ci  illərdə  xarici 

şirkətlərin ABŞ-da yerləşən filiallarında işləyənlərin sayı  yarım milyondan çox 

azalmış və 5 milyon nəfər təşkil etmişdir. Bu, ətraf mühiti çirkləndirən bir sıra 

istehsalların  inkişaf  etməkdə  olan  ölkələrə  köçürülməsinin  nəticəsidir.  ABŞ-m 

şirkətləri xaricdə birbaşa investisiyaların ən böyük sərmayəçisi olduğuna  görə, 

xarici filialların yerləşdiyi bütün ölkələr arasında ən çox iş yeri (9,2 milyon) onun 

xarici filialları tərəfindən yaradılmışdır (2001- 2008-ci illərdə). 

TMK-mn  ekspansiyasının  səciyyəvi  cəhəti,  malların  istehsalının  öz 

nəzarəti  altında  olan  xarici  korporasiya  və  fımıalarda  təşkil  olunmasıdır.  Bu 

məqam  onların  perspektiv  gördükləri  hallarda  dinamik  artımını  şərtləndirir. 

Xarici bazarlarda əməliyyatlar aparan milli firmanın, bir qayda kimi, xarici 



415 


filialları  və  kapital  qoyuluşları  yoxdur,  gəlirlərini  öz  ölkəsində  istehsal  olunan 

malların və xidmətlərin satışından əldə edir. TMK isə çoxsaylı ölkələrdən olan 

işçilərin əməyindən bilavasitə istehsal prosesində istifadə edir, yəni milli fımıaya 

yalnız məhsul satışı prosesinin beynəlmiləlləşməsi xas olduğu halda, TMK üçün 



istehsal prosesinin öziiniin beynəlmiləlləşməsi səciyyəvidir. 

Məhsuldar  qüvvələrin  beynəlmiləlləşməsinə  həlledici  dərəcədə  təsir 

göstərən və keyfiyyətcə yeni təzahürün - dünya iqtisadiyyatının qloballaşmasının 

inkişafına  imkan  yaradan  transmilli  korporasiyalar  özündə  istehsal  amillərinin 

təkamülünün sürətlənməsini, intensivləşməsini və inteqrasiyasını təcəssüm edir. 

Eyni zamanda TMK infonnasiya texnologiyaları inqilabının baş verdiyi şəraitdə 

məhsuldar  qüvvələrin  inkişafı  nəticəsində  yüksələn  beynəlxalq  səviyyəyə 

istehsal  amillərinin  uyğunlaşma  dərəcəsini  də  əks  etdirir.  Onların  beynəlxalq 

səviyyəyə  ayrı-ayrı  milli  kapitalların  qovuşması  zəminində  şaxələndirihniş 

inhisarlaşma formasında uyğunlaşması, artıq milli sərhədlər çərçivəsində adekvat 

surətdə  inkişaf  edə  bilməyən  istehsal  amillərinin  (məhsuldar  qüvvələrin) 

tərəqqisi  üçün  geniş  meydan  açır.  Ancaq  inhisarlaşma,  qəti  surətdə 

«ultrainhisarlaşma» yolu ilə gedən birxətli proses deyil. Bunun yanında dövlətin, 

habelə  başqa  «mühitin»,  o  cümlədən  başlıca  olaraq  məhz  TMK-nm  fəaliyyəti 

nəticəsində  yaranan  qlobal  böhran  nəticəsində  xeyli  güclənən  ictimai  rəy 

amilinin təsirini özündə ehtiva edən əks-inhisar prosesləri inkişaf edir. 



TMK-nm  strategiyaları.  Korporasiyanın  strategiyaları  -  onun  öz 

məqsədlərinə nail olmaq üçün, dəyişən bazar şəraitində istifadə etdiyi üsullar və 

metodlardır.  Strategiyalarını  reallaşdırmaq  üçün  beynəlxalq  korporasiyalar 

investisiya qoyuluşlarının müxtəlif modellərindən istifadə edir: 

 

«sıfırdan» investisiya qoyuluşları; 



 

transplantasiya; 



 

strateji alyanslar; 



 

beynəlxalq qovuşmalar və əldəetmələr; 



 

beynəlxalq çarpazlaşdımıalar. 



«.Sıfırdan» investisiya qoyuluşları -

 

müxtəlif ölkələrdə yeni müəssisələrin 

inşa edilməsidir. 

Transplantasiya  -

 

ayrı-ayrı  (əsasən  quraşdınna)  istehsalların  qəbul  edən 

ölkəyə  köçürülməsidir.  Dünya  təcrübəsində  bu  strateji  modeli  ilk  dəfə 

Yaponiyanın və Cənubi Koreyanın avtomobilqayırma TMK-sı tətbiq etmişdir. 



416 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə