kimi, çəkdikləri xərclərinin və əldə olunan mənfəətin böyük hissəsini tələb edir
və bununla da, yaradılan əlavə dəyərin (rentamn) bölgüsünün xarakterinə güclü
təsir göstərirlər.
TMK-nm gəlişi, həmçinin yerli məsələlərin həlli ilə əlaqələndirilir:
ölkələr onları dəvət etməklə, iş yerlərinin sayını, əmək haqlarını, yerli
satınalmaları artınnaq, vergilər, royalti və dividendlər hesabına dövlət
gəlirlərini çoxaltmaq istəyir. Hasilat sənayesində irimiqyaslı layihələr həyata
keçirilərkən iş yerlərinin sayının artırılması imkanları, adətən məhduddur və
buna görə də onlar makroiqtisadi səviyyədə məşğulluğun səviyyəsinə, demək
olar ki, təsir göstənnir. Yerli müəssisələrlə müqayisədə, daha böjdik kapital
tutumlu texnologiyalardan və proseslərdən istifadə etdiklərinə görə bu cəhət
TMK-nm iştirakı ilə həyata keçirilən layihələr üçün xüsusilə səciyyəvidir.
Bütövlükdə götürüldükdə, hasilat sənayesində əks-əlaqələrin yaradılması
imkanları o qədər də geniş deyil. Bundan başqa, xarici filialların başqa
ölkələrin müəssisələri sırasından müxtəlif resurslarla təchiz edənləri seçməsi
ehtimalı böyükdür. Gəlirləri aşağı olan ölkələrdə təcrübəli təchizatçıların və
ixtisaslı kadrların çatışmazlığı üzündən yerli podratın və növbəti emal
prosesinin təşkili imkanları da məhdud ola bilər. Beləliklə, faydalı qazıntıların
hasilatı TMK-nı qəbul edən ölkəyə gəlirlərin, özü də büdcəyə daxilolmaların
çoxalması formasında çox ciddi birbaşa fayda verir.
Qəbul edən ölkənin xalis gəlirlərinin və TMK-nm hasilat sənayesində
apardığı əməliyyatlardan ona düşən gəlirin məbləği, bir tərəfdən, TMK-nm
cəlbi nəticəsində yaradılan əlavə dəyərin həcmindən və gəlirin bölgüsü
mexanizmindən, digər tərəfdən isə, həmin ölkənin istehsal amillərindən və
hökumətindən asılıdır. Ümumilikdə, konkret ölkənin öz müəssisələrinin
potensialı və rəqabət qabiliyyəti yüksəldikcə, onun maliyyələşdirmə üsulunu
seçmək və layihəni həyata keçirmək imkanları da artır. Daxili imkanları
məhdud olan ölkələrdə potensial resursları mallar və xidmətlərə transformasiya
etmək üçün yeganə variant çox zaman TMK-ya istinaddır.
Müəyyən layihədən əldə olunan gəlirlərin bölgüsünün xarakteri TMK
menecerləri ilə aparılan danışıqlarda onu qəbul edən ölkə hökumətinin tutduğu
mövqedə müəyyən dərəcədə əks olunur. Gəlirlərin bölgüsü mexanizminə,
həmçinin TMK-nm təcrübəsi, o cümlədən onların uçot metodları, maliyyə
texnologiyaları, transfer qiymətlərindən istifadə olunması və mənfəətin
ölkədən çıxarılması ehtimalı, qəbul edən ölkədəki işgüzar mühit və s. təsir
göstərir.
448
Vergi rejimləri məsələləri üzrə aparılan tədqiqatlar layihələrin həyata keçirildiyi
vaxt ərzində əldə olunan gəlirlərdə hökumətin payının neft-qaz sektorunda
25-90%, dağ-mədən sənayesində isə 25-60% arasında olduğu barədə fikir
söyləməyə əsas verir.
TMK-nın fəaliyyəti iqtisadiyyat üçün, prinsipeə, həm birbaşa, həm də
dolayı nəticələr verir. Potensial dolayı iqtisadi nəticə infrastruktura yatırılan
səmıayələrlə bağlıdır. TMK-nın hasilat sənayesində fəaliyyəti çox vaxt mineral
məhsulların hasilatı, nəqli və ixracı üçün zəruri olan kommunal təsərrüfatın
(məsələn, enerji və su təchizatı) inkişafı və nəqliyyat infrastrukturunun
(avtomobil və dəmir yolları, limanlar) yaradılması ilə əlaqəlidir. Ehtimal ki,
yaşayış məntəqələrində yeni infrastrukturun inkişafı etdirilməsi, onun ucqar
rayonlarda yaradılması ilə müqayisədə daha səmərəli olacaq. Lakin problem çox
vaxt həm milli, həm də beynəlxalq TMK-nın fəaliyyətində infrastruktur tərkib
hissəsinin mövcud olmamasındadır.
Bunu da nəzərə almaq lazımdır ki, yaradılmış gəlirdən ümumi səmərə son
nəticədə qəbul edən ölkənin hökumətinin gəlirləri hansı tərzdə bölüşdürməsi,
idarə və istifadə etməsi, bundan inkişaf və insanların ehtiyaclarının ödənilməsi
üçün necə istifadə olunması ilə müəyyən olunur. İnkişaf etməkdə olan ölkələrin,
keçid iqtisadiyyatlı ölkələrin təcrübəsi, ciddi parlament və ictimai nəzarət
olmadıqda, TMK-nın pozitiv effekt verə bilmədiyini göstərir.
İstehsal üçün əlverişli şərait yaratmaqla yaxud onu stimullaşdırmaqla,
TMK, onu qəbul edən ölkədə iqtisadi fəaliyyətin ümumi nəticələrinə
makroiqtisadi sabitlik, inkişaf templəri və gəlirlərin bölgüsü baxımından təsir
göstərir. Bu nəticələrin əksər qismi, ümumiyyətlə hasilat sənayesi ilə bağlı olsa
da, TMK-nın fəaliyyəti sayəsində əldə olunan gəlir iqtisadi artım qarşısındakı
ilkin maneələrin (məsələn, əmanətlərin və investisiyaların aşağı səviyyədə
olması) aradan qaldırılmasına kömək edə və buna güclü təkan verə bilər.
Bununla belə, hasilat sənayesinin sürətli inkişafı nəticəsində meydana çıxan
gözlənilməz gəlirlər cəmiyyətin ciddi nəzarəti və uzunmüddətli inkişaf
strategiyasına uyğun olmadan, bacarıqsızla idarə edildikdə, TMK-nın
iştirakından asılı olmayaraq, adətən «holland sindromu» adlandırılan mənfi
nəticələrə gətirib çıxarır. Beləliklə, TMK-nın fəaliyyəti iqtisadi artıma şərait
yaratsa da, bundan daha böyük səmərə ilə yararlanma üçün əldə edilən gəlirlər
ədalətlə bölüşdürülməli və düşünülmüş tərzdə istifadə olunmalıdır. Bu isə, çox
çətin işdir.
449