həyata keçirilməsini müəyyən edən əsas amillər sırasına daxildir. Məsələn,
Rusiyanın dağ-mədən sənayesinin TMK-sı xaricə investisiya qoyuluşlarını bu
fəaliyyətlə bağlı olan bölgü kanalları üzərində nəzarətin genişləndirilməsi
məqsədilə həyata keçirir. Səudiyyə Ərəbistanı və Küveytin dövlət neft
şirkətləri Çində yerləşən 2 ayrıca neft emalı və neft-kimya müəssisələri
çərçivəsində həmin ölkənin «Sinopec» fınuası ilə bir sıra tərəfdaşlıq
müqavilələri bağlamışdır.
Səmərəliliyin yüksəldilməsi mülahizələri əsasən TMK-nın istehsal
xərclərində ölkələrin fərqdən bəhrələnməyə çalışdığı emal və metal
məmulatlarının hazırlanmasının ilkin mərhələsində investisiyalara aiddir.
Strateji aktivlərin əldə olunması mülahizələrini müxtəlif hasilat
sahələrində və fəaliyyət növlərində transsərhəd QƏ-nin həcminin xüsusilə
genişlənməsi ilə əlaqələndirmək olar: şirkətlər strateji aktivlərin nou-hau
fonuasında satın alınması, texnologiyaların başqa şirkətlərdən yaxud
texnologiyalarla təchizat üzrə ixtisaslaşmış müəssisələrdən əldə olunması,
qlobal status əldə edilməsi prosesini sürətləndirmək məqsədilə satın alınan
firmaların resurslarına, imkanlarına və bazarlarına malik olmaq üçün
investisiya qoyuluşlarını həyata keçirə bilər.
Öz ölkəsində qəbul edən başqa ölkələrdə yerləşən müəssisələri ilə
müqayisə olunduqda, TMK-nın maliyyə resurslarına çıxışın əldə olunması,
həm ənənəvi, həm də yeni TMK-nın malik olduğu üstünlüklərə yiyələnməni
təmin edir. Hasilat sənayesində beynəlxalq layihələrin həyata keçirilməsi
sahəsində təcrübəsi olduğuna görə, TMK-nın fond bazarlarından istifadə
etməklə vəsaitləri borc almaq yaxud səfərbər etmək imkanları daha genişdir.
Maliyyə vəziyyətinin dayanıqlığı yerləşdiyi ölkənin institusional mexanizmləri
ilə də bağlı ola bilər. Bazarları formalaşmaqda olan bəzi ölkələrin dövlət TMK-
sı öz hökumətlərinin maliyyə dəstəyindən istifadə sayəsində, xaricdə
investisiya qoyuluşlarını həyata keçirərkən daha böyük riskə gedə və mineral
xammal resurslarını əldə etmək üçün daha çox pul ödəyə bilir. Bu, Çinin TMK-
sı üçün adi haldır; amma xarici TMK-dan narazı qalan ölkələr də bu üsulu seçir.
Bir sıra hallar istisna edilməklə, hüquq sahibinin səciyyəvi üstünlüyü
olan firma texnologiyası hasilat sənayesi şirkətlərinin beynəlmiləlləşməsi üçün
0 qədər də vacib deyil. Dağ-mədən əməliyyatlarında və neft-qaz hasilatında
istifadə olunan texnologiyalar çox yaxşı məlumdur və açıq bazarda əldə oluna
445
bilər. Mühüm istisnalar sırasına texnoloji mürəkkəb layihələr, məsələn, dənizdə
dərin quyularm qazılması, mayeləşdirilmiş qaz istehsalı, ənənəvi olmayan
enerji mənbələrinin mənimsənilməsi aid edilə bilər. Ancaq xaricdə aparılan
əməliyyatların genişləndirilməsində müvəffəqiyyət əldə olunmasının həlledici
amili uzunmüddətli layihələrin və onlarla bağlı olan risklərin idarə edilməsi
sahəsində təcrübədir. Bundan başqa, neft və qaz sahəsində nəqletmə və bölgü
kanallarına çıxışın olması konkret flnualarm mühüm potensial üstünlüyüdür.
16.3.
TMK-nın fəaliyyətinin qəbul
edən ölkələr üçün nəticələri
Zəngin təbii sərvətlər faydalı qazıntıları olan ölkələrin iqtisadi inkişafı və
yoxsulluq səviyyəsinin azaldılması üçün geniş imkanlar açır. Bu gün inkişaf
etmiş dövlətlərə aid edilən bəzi ölkələr, habelə bir çox inkişaf etməkdə olan və
keçid iqtisadi}^atlı ölkələr inkişaf prosesinin sürətləndirilməsi üçün malik
olduqları faydalı qazıntılardan uğurla istifadə edə bilmişdir (ərəb ölkələri
qrupu). Amma başqa hallarda hasilat sənayesində həyata keçirilən fəaliyyətin
nəticələri məyusedici olmuş və qalmaqdadır (MDB-nin, Afrikanın bəzi
ölkələri).
Mineral xammal ixrac edən ölkələrin çoxu üçün xammalın qiymətlərinin
sürətlə bahalaşması ticarət şəraitini yaxşılaşdınmşdır. Bu, ilk növbədə, gəlirləri
aşağı olan, milli gəlirinin böyük hissəsi faydalı qazıntı yataqlarının istismarı və
onların ixracı hesabına formalaşan ölkələrə aiddir. Lakin təbii resurslar
bazasının mövcudluğu hasilat sənayesində TMK-nın iştirakından asılı
olmayaraq, inkişaf nöqteyi-nəzərindən müəyyən ölkə üçün avtomatik surətdə
faydaya çevrilmir. Təbii resurslarla təmin olunmuş ölkələrin fəaliyyətinin
nəticələrini müəyyənləşdirən və TMK-nın iştirakı ilə deyil, tələb ilə təklif,
siyasətdə yol verilən səhvlərlə bağlı olan çoxsaylı fundamental amillər
mövcuddur. Bununla belə, TMK-lar son nəticəyə təsir göstənnəyə qadirdir.
Onlar daxili investisiyaları tamamlaya, istehsalı kapital, texnologiyalar və
ixtisaslı idarəçilik kadrları ilə təmin etməklə stimullaşdıra bilər. Adətən,
aktivlərin bu cür toplusu gəlirləri aşağı olan, daxili imkanları çatışmayan
ölkələrin çoxu üçün zəruridir. Digər tərəfdən, TMK-ya arxalanmaq, danışıq
aparan qüvvələrin qeyri-bərabərliyi, bərpa olunmayan resurslar üzərində
mülkiyyət hüququ və onlara nəzarət, rentanm bölgüsü, transfer qiymətlərinin
445
əmələ gəlməsi, müxtəlif ekoloji və sosial xərclər ilə əlaqədar olan təhlükələr
meydana çıxara bilər.
Beləliklə, hasilat sənayesində TMK-nm fəaliyyəti onu qəbul edən ölkə
üçün həm pozitiv, həm də neqativ iqtisadi, ekoloji, sosial və siyasi nəticələr verə
bilər. Hasilat sənayesindən əldə olunan gəlirləri inkişafın stimullaşdırılması
məqsədlərinə yönəltmək üçün həmin problemlərin həllinə böyük qüvvə sərf
etmək lazımdır.
TMK-nı qəbul edən ölkə qarşısında vəhdət təşkil edən 3 iqtisadi vəzifə
durur:
1)
hasilat sənayesi sayəsində əlavə dəyər yaratmaq;
2)
onu yerli səviyyədə «tutub əldə saxlamaq»;
3)
əldə olunan gəlirlərdən mümkün qədər səmərəli istifadə etmək.
Neft və qazdan böyük gəlirlər əldə edib, müxtəlif səbəblər: onlara
sərəncam vermək bacanqsızhğı, son dərəcə yüksək korrupsiya amili, qeyri-
ardıcıl siyasət yeridilməsi, idarəetmə sistemlərinə kadr seçimində səhvlər və s.
ucbatından bundan inkişaf məqsədləri üçün pis istifadə olunması mümkündür.
Əlavə dəyər yaradılması baxımından da TMK-nm iştirakı müxtəlif
ölkələr üçün fərqlidir. Kifayət qədər maliyyə resurslarına, mühəndis
təcrübəsinə, texniki silahlanmış dövlət neft şirkətlərinə malik inkişaf etməkdə
olan ölkələr təbii resurslarının mənimsənilməsi üçün özlərinin potensialını
müvəffəqijq/ətlə qurur. Buna tipik nümunə, neft və qazın böyük hissəsini
mövcud texnologiyalardan istifadə əsasında, əslində xarici şirkətlərin iştirakı
olmadan hasil edən Qərbi Asiya ölkələridir. Maliyyə resursları və kapital
tutumlu, yüksək riskli və bəzi hallarda texnoloji baxımdan mürəkkəb layihələri
reallaşdırmaq bacarığı olmayan ölkələrdə isə TMK-nm iştirakı faydalı
qazıntıların hasilat və ixrac həcmini genişləndirməyə imkan yaradır.
Maliyyələşmənin TMK-dan savayı digər mənbələri mövcud olsa da,
ölkələrin bir çoxu onlardan istifadə etmək imkanlarından məhrumdur. Dağ-
mədən layihələrinə TMK-nm cəlb edilməsinin üstünlüklərindən biri, qəbul edən
ölkənin hökumətinin xarici borcunun yaranmaması və bu cür maliyyələşmənin
başqa aktivlərlə, məsələn, texnologiyalar və idarəçilik təcrübəsi ilə müşayiət
olunmasıdır. Hasilat sənayesində həyata keçirilən bəzi layihələrdə
texnologiyaları və idarəçilik «nou-hau»sunu əldə etmək imkanı, həqiqətən də,
ölkələri TMK-nm cəlbinə sövq edən əsas səbəb ola bilər. Ancaq TMK-lar
altruist deyil və qazanc əldə etməkdə maraqları var. Onlar, bir qayda
447
Dostları ilə paylaş: |