ölkələrlə iqtisadi və siyasi əməkdaşlığının formalaşmasının zəruriliyinə istinad
edir. Onlar öz müstəqilliyi uğmnda yuxarıda göstərilən «beş inhisara» qarşı fəal
mübarizə apara bilərlər. Xalqa və demokratik birliklərə istinad etdiyi halda, Latın
Amerikasında, Afrikada, Yaxın Şərqdə, qitə ölkələri (Çin və Hindistan) ətrafında
birləşən Cənub-Şərqi Asiya dövlətlərində, habelə Avropada yaradılan inteqrasiya
qurumları son nəticədə «böyük kapitalı» dövlətlərin və xalqların məhz bu
ittifaqlarının tələblərinə uyğun olaraq genişlənməyə vadar edəcək. Sonra bu
ittifaqlar təsərrüfat həmrəyliyinin və qarşılıqlı asılılığının daxili və regionlararası
proqramlarını, o cümlədən kapitallar bazarlarının stimullaşdırılması, istehsal və
başqa sektorlara investisiya qoyuluşunun genişləndirilməsi, qarşılıqlı ticarət üzrə
layihələri işləyib hazırlamalıdır. Bu cür proqramların məcmusu dövlətlərdə hətta
dünya sistemi səviyyəsinə uyğun olan demokratik islahatların keçirilməsi
proseslərinə güclü təkan verə bilər. S.Aminin konsepsiyasına görə, bu
proqramlar uzun müddət üçün «dünya kapitalizmindən dünya sosializminə
keçidin bir sıra mərhələdən ibarət» vəzifə ola bilər.
Beynəlxalq iqtisadi münasibətlərin radikal solçu nəzəriyyəsinin başqa
görkəmli nümayəndəsi olan, 30ixanda sitat gətirdiyimiz R.Koks da analoji
ideyaları inkişaf etdirir. O, qloballaşma, yoxsulluğun artması və dövlətin öz
sosial funksiyalarını yerinə yetirməkdən imtina etdiyi şəraitdə iri kapitalın
qüdrətinin möhkəmlənməsi proseslərini təhlil edir. Bunlar, öz növbəsində,
qaçılmaz olaraq insanların mövcud olan sistemin ayrı-ayrı tərəflərindən deyil,
bütövlükdə qlobal sistemdən narazılığının artmasına gətirib çıxarır. Buna görə də
insanların və qurumların fəaliyyəti daha sıx əlaqələndirilməli, aralarındakı
münasibətlər təkmilləşdirilməli, nəticədə isə dünya sisteminin humanizm
istiqamətində təkamülünə təsir güclənməlidir.
Qeyd edək ki, «solçu» nəzəriyyəçi-iqtisadçılar və onların baxışları təkcə
beynəlxalq siyasi və iqtisadi münasibətlər sahəsində aparılan tədqiqatlara deyil,
həmçinin, beynəlxalq münasibətlərin sosiologiyasına da müəyyən təsir göstərir.
Bunu təsadüf hesab etmək olmaz: hər bir dominant nəzəriyyəyə, məsələn, əsasən
hakim dairələrin maraqlarını əks etdirən radikal neoliberalizmə düşkünlük,
ehkamçılıq, tənəzzül, perspektiv (strateji) ideyaların çatışmazlığı xasdır.
Tamamilə başqa mövqelərdən çıxış edən, qarşılanna qlobal vəziyyəti
dəyişdinnək vəzifəsi qoyan alimlər daha perspektiv və maraqlı ideyaları taparaq,
onları hökumətlərin və iri korporasiyaların hələ də əl çəkmədiyi.
60
qlobal böhranın ən ağır formalarda təzahürü nəticəsində əmək haqqı hesabına
yaşayan milyonlarla insana ziyan vuran köhnəlmiş libertarianizmə qarşı
qoyurlar.
2.6.
Qlobal böhran şəraitində kapitalizmin yeni
modellərinin axtarışı: səmərəli inkişaf nəzəriyyəsi
iqtisadi liberalizm (libertarianizm) rəsmi doktrinasının böhranı.
Ümumdünya elmi-iqtisadi ictimaiyyət 2008-ci ildəki qlobal böhranın birinci
fazasından başlayaraq hərəkətə gəldi və sözün hərfi mənasında böhranın
səbəblərinin, yeni Böyük böhranın qarşısını ala bilən «iksirin» axtarışına başladı.
Təhlilçilərin, demək olar ki, əksəriyyəti mərkəzi ideya ətrafında cəmləşir:
bəşəriyyət öz məhvinin passiv müşahidəçisi mövqeyini tutmaq istəmirsə,
kapitalizmin simasını əsaslı surətdə dəyişdinnəlidir.
Bu mənada vəziyyət 1929-1933-cü illərin Böjmk böhran dövründə
yaranan mühitin güzgü əksini xatırladır. O zaman əsas elementi heç nə ilə
məhdudlaşdırılmayan sahibkarlıq azadlığı, «laisses faire» olan klassik
liberalizmin sonunun yetişdiyi aydın idi. Bu azadlığın tərəfdarlarının qəzəbli
müqavimətinə baxmayaraq, daha uzaqgörən siyasətçilər prezident Ruzveltin,
onun yeni kursunun ətrafında birləşdilər. Kapitalizmin gələcək inkişafına dövlət
tənzimlənməsinin bütöv sisteminə əsaslanan keyfiyyətcə yeni baxışın qalib
gəlməsi «ümumi rifah dövlətinin» inkişafının, qarışıq iqtisadiyyatın
formalaşmasının, sosial dövlətin təşəkkül tapmasının bünövrəsini qoydu. Pol
Samuelsonun «qoca, xeyirxah kapitalizmi» dəyişdirmədən qoruyub saxlamağa
çalışan ehkamçı-inqilabçılara ünvanlanmış: «tam sərbəst sahibkarlıq dövıli
kraliça Viktoriya dövründə qaldı» kəlamı məşhurdur (F.Hayek, C.Fridman və
başqaları).
İndinin özündə də dövlətin rolunun güclənməsi ilə bərabər, son 30 ildə
hadisələrin son dərəcə qeydi-adi əlverişli məcrada cərəyan etməsindən
(libertarianizm siyasəti) sıçrayışla zənginləşmək üçün istifadə edən iri
korporasiyaların və bankların fəaliyyəti üzərində cəmiyyətin nəzarətinin
artmasından dəhşətə gələn ehkamçı liberallara (daha dəqiq desək,
libertarianlard) rast gəlmək olar. Buna baxmayaraq, hazırda dünyada
kapitalizmin islah olunması məsələsində müəyyən konsensus formalaşmışdır.
Sual yalnız onun necə islah olunmasındadır. Hansı istiqamətlərdə və fonnalarda?
Hansı dərinliklə və radikallıqla? Dövlətin iqtisadiyyata
61
müdaxiləsinin, onun fəallığının hüdudları haradadır? Müzakirələr məhz bu
sualların ətrafında gedir. Amma Rusiyada bu müzakirələr akademik və elmi
dairələrin müzakirə dairəsindən kənara çıxmır.
Bu baxımdan Braun universitetinin beynəlxalq siyasi iqtisad üzrə
professoru Mark Blaytın «Kapitalizmin sonu? Mark Tven, Leyk Voqebon və
indiki böhran» məqaləsində söylənilən mülahizələr maraq doğurur. Müəllif
mənfəət dalınca qaçaraq ən incə metodlardan istifadə edən iri bankların və
korporasiyaların tamahkarlığından şikayətlənir. Amma dağıdıcı meyilin
səbəbkarı onları yoldan çıxaran dövlətin özüdür. Hansı yolla? Banklar qarşısında
duran,»onların mənfəət uğrunda bir-birini dəlicəsinə təqib etməsi qarşısında
bütün maneələr aradan götürülmüşdü».
Blayta görə, dərin böhranın səbəbi dövlətin seçdiyi siyasət modelinin
qüsurlu olmasındadır. Siyasətçilər, ekspertlər və ictimaiyyət bazara yöndəmsiz və
səmərəsiz dövlət müdaxiləsindən imtina olunan kimi, möcüzəli qaydada özünü
tənzimləyən, heç bir risk olmadan get-gedə daha çox fayda verə bilən mexanizm
kimi yanaşmağa başlamışdı - hər iki partiyanın siyasətçiləri məhz bu cür hərəkət
etmişdilər. Bütün bunlar maliyyə sektorunun daim ortadan yüksək mənfəətə can
atılmasından asılı vəziyyətə düşməsi, eyni zamanda ABŞ- m ÜDM-in get-gedə
daha böyük və mühüm hissəsinə çevrilməsi ilə nəticələnmişdir.
Mark Blaytın qeyd etdiyi səbəblər qlobal böhranın dərkində həqiqətən də
mühüm əhəmiyyətə malikdir. Lakin onun son nəticəsi daha tutarlı hesab oluna
bilər: «bazarın faydası şübhə doğurmayan və özünü tənzimləyən struktur,
dövlətin isə həmişə və hər yerdə zorla tənzimləməni tətbiq etməyə çalışan
bədheybət olması barədə daha bir ideologiya iflasa uğradı». Bu ideologiya
kapitalizmin tarixində dəfələrlə təkrarən qayıdan gecə qarabasmasma bənzəyir.
Blayt yazır ki, «1930-cu illər bizə bazara və özünütənzimləməyə inamın səhv
olduğunu öyrədərək, tənzimlənən maliyyənin «və ümumi rifah dövlətinin»
keynsçi dövrünü bəxş etdi. XX əsrin 1970-ci illərindəki digər böhran dövrü «bizə
Keynsin səhv etdiyini və maliyyə tənzimlənməsindən imtina edərək, açıq bazara
keçmək vaxtının yetişdiyini göstərdi. Neoliberal qloballaşma adlandırıla biləcək
bu sistem indicə partlamışdır. Bu dəfə biz hansı nəticələri çıxaracağıq? Amma
görünür ki, Keyns o qədər də səhv etmirdi; onun sistemini dağıtmaq yox,
təkmilləşdirmək lazım idi. Lakin yanaşmasının məntiqindən irəli gəlsə də, Blayt
belə bir nəticəyə, hələ ki, gəlməmişdir. İndiki böhrandan hələ tam
62
Dostları ilə paylaş: |