Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə285/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   281   282   283   284   285   286   287   288   ...   306

səviyyədə  sabitləşməsi;  ikincisi,  inkişaf  etmiş  ölkələrdə  (XX  əsr  ərzində  ABŞ, 

Yaponiya, Böyük Britaniya və Fransada) yoxsulluq səviyyəsinin dumıadan aşağı 

düşməsi  öz  əksini  tapmışdır.  Burada  həmin  meyillərin  1980-ci  illərin  ikinci 

yarısından səngiməsi və XXI əsrin ilk beşilliyində bir qədər sabitləşməsi nəzərə 

çarpır. Bu, dünyanın inkişaf etməkdə olan ölkələrin böyük qrupunda yoxsulluğun 

yenidən genişlənməsinin nəticəsidir. 

Mütləq  yoxsulluğun  miqyasının  azalmasında  müəyyən  irəliləyiş  əldə 

olunsa  da,  çox  güman  ki,  Minilliyin  Bəyannaməsində  2015-ci  ildə  ifrat 

yoxsulluğun  miqyasının  2  dəfə  azaldılmasını  nəzərdə  tutan  vəzifəni  yerinə 

yetinnək  mümkün  olmayacaq.  Dünya  Bankının  məlumatlarına  görə,  inkişaf 

etməkdə olan ölkələrin gündə 1,25 dollardan az məbləğə yaşayan əhalisinin sayı 

1981-ci ildəki 1,9 milyard nəfərdən 2005-ci ildə 1,4 milyard nəfərədək azalmışdır 

(2005-ci  ilin  VAQP  üzrə).  Yoxsulluğun  miqyası  ilə  bağlı  vəziyyətin  bir  qədər 

yaxşılaşması  əhəmiyyətli  dərəcədə  iqtisadi  artımla  izah  edilir.  Son  20  ildə 

dayanıqlı  inkişafın  müşahidə  olun-duğu  ölkələr  və  regionlar  yoxsulluğun 

miqyasının  ixtisarına  nail  olmuşdur  (xüsusilə  şəhərlərdə).  Bunlara  Çin  və 

Hindistan  kimi  ölkələr  aiddir.  Yoxsulluğun  aşağı  düşən  göstəricisi  məhz  bu 

ölkələrin  əldə  etdiyi  uğurlarla  izah  olunur.  Amma  heç  də  bütün  ölkələrdə  hiss 

olunacaq tərəqqi baş vennəmişdir. Yoxsulların sayının mütləq göstəricisi Böyük 

Səhradan  Cənubda  yerləşən  ölkələrdə.  Latın  Amerikasının,  Yaxın  Şərqin  və 

Şimali Afrikanın, habelə Mərkəzi Asiyanın bir sıra dövlətlərində artmışdır. 

Bu  meyilləri  nəzərə  alsaq,  belə  bir  sual  meydana  çıxır:  yoxsulluğun 

miqyasının  azaldılması  üzrə  qlobal  cəhdlər  uğurlu  yaxud  uğursuz  hesab 

edilməlidir?  Əgər  Çin  və  Hindistanda  bu  məsələdə  tərəqqi  əldə  edilibsə,  bunu 

inkişaf  etməkdə  olan,  xüsusilə  də  iqtisadiyyatı  geridə  qalan  ölkələr  barəsində 

söyləmək mümkün deyil. 



Beynəlxalq  yoxsulluq  həddi  -  yoxsulluğun  ölkələr  üzrə  statistik 

göstəricilərinin hesablanması nəticəsində əldə olunan orta göstəricisidir. Bir sıra, 

xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün səciyyəvi hesab edilən yoxsulluq 

əsasən kənd yerlərində cəmləşmişdir: yoxsulların % hissəsi xırda fermerlər (çox 

güman ki, formal) yaxud muzdurlar, 

‘/3 


hissəsi inkişaf etməkdə olan ölkələrin kənd 

ticarətçiləridir (onların isə böyük ailələri var). Əhalinin bu qrupunun məşğulluğu, 

ehtimal  ki,  şərti  xarakterdədir.  Yoxsulluq  doyunca  yeməməkdən  əziyyət  çəkən 

qadınlara və uşaqlara xüsusilə ağır təsir göstərir. 



743 


Bəzən bu problem  təhlil olunarkən,  yoxsulluq həddindən aşağıda  yaşayanların 

gəlirləri  ilə  yoxsulluq  həddi  üçün  müəyyən  edilmiş  hədd  arasındakı  fərq  kimi 

hesablanan «səfalət dərəcəsi» göstəricisindən istifadə edilir. Yoxsulluğun aradan 

qaldırılması  üzrə  dövlət  siyasəti  həyata  keçirilmədikdə,  yoxsulluq,  bir  qayda 

kimi,  səfalətə  keçir.  Hazırda  yoxsulluğun  beynəlxalq  meyarı  hər  nəfər  üçün 

gündəlik  1,25  ABŞ  dollarıdır.  Ehtimal  edilir  ki,  dünyada  1  milyard  adam  bu 

«qırmızı  xətdən»  aşağı  səviyyədə  olan  məbləğlə  dolanır  (2010-cu  ilin  sonuna 

olan məlumat). 

Mütəxəssislər  düzgün  qeyd  edirlər  ki,  hər  bir  ölkə  üzrə  beynəlxalq 

yoxsulluq həddindən aşağıda yaşayan adamların sayının sadəcə hesablanmasının 

bir metod kimi çoxlu qüsurları var və bu təzahürün həqiqi şəklini verə bilməz. 

Buna görə də məsələnin həllinə daha düzgün və əsaslandırılmış  yanaşılmasına 

imkan yaradan müxtəlif konstruksiyalar meydana çıxır. 

24.2.

 

Yoxsulluq necə ölçülür? Todaro modeli 

Professor  M.R.Todaro  yoxsulluğun  həm  inkişaf  etməkdə  olan,  həm  də 

keçid iqtisadiyyatlı ölkələr üçün praktiki əhəmiyyətə malik qrafik təsvirini təklif 

etmişdir. 

Aşağıda göstərilən diaqramda (A və B ölkələri) yoxsulluq həddi {PV) ilə 

əhalinin illik gəlirləri arasındakı ştrixlənmiş sahə yoxsulluq dərəcəsini ifadə edir. 



A ölkəsi 

B ölkəsi 

 

 



Şəkil 24.1.

 Yoxsulluğun diaqramı (Todaroya görə); 

A -

 yoxsulluğun nisbətən yüksək səviyyəsi



B -

 yoxsulluğun nisbətən aşağı səviyyəsi. 

744 



Diaqram illik gəlir əsasında 2 ölkədə yoxsulluğun səviyyəsini göstərir. 

ölkəsində yoxsulluq dərəcəsi B ölkəsi ilə müqayisədə çoxdur. 

Qeyd olunmalıdır ki, səfalətə keçən yoxsulluq müasir Rusiyada müşahidə 

olunan kifayət qədər geniş təzahürdür. 2001-2010-cu illərdə yoxsulluğun və onun 

ifrat forması olan səfalətin ixtisan meyilləri nəzərə çarpırdı. Lakin ümumdünya 

maliyyə-iqtisadi böhranının baş verməsi nəticəsində yoxsulluq, səfalət üçün baza 

yaratmaqla, yenidən hücuma keçdi. 

24.3.

 

Gəlirlərin bölgüsü ilə 

qeyri-bərabərlik arasındakı əlaqə 

Vaxtı  ilə  hələ  klassik  iqtisadçılar  qeyri-bərabərliyin  eəmiyyətin 

inkişafında  güelü  ləngidiei  amil  olduğunu  göstərirdilər.  A.Smit,  D.Rikardo, 

T.Maltus,  K.Marks,  onların  müasirləri  və  ardıcılları  (A.Marşall,  C.Klark, 

C.Robinson,  C.Helbreyt  və  başqaları)  kapitalizmin  abırsız  məddahları  və 

nuvoriş-alverçilərinin vəkilləri kimi çıxış etməyərək, ətrafdakı ümumi yoxsulluq 

və  ədalətsizlik  mühitində  onların  israfçı-lıq  hüququnu  müdafiə  etmirdilər.  Biz 

onların  əsərlərində  bəzi  sənayeçilərin  və  tacir-lərin  iqtisadi  quruluşu  nüfuzdan 

salaraq topladıqları sərvətdən və hətta xüsusi mülkiyyətdən yalnız şəxsi varlanma 

üçün  istifadə  etməsindən  narahat  olduqları  ilə  rastlaşa  bilərik.  Bu  alimlər 

əsərlərində  xüsusi  mülkiyyət  hüququ  və  sahibkarlıq  azadlığı  prinsipi  ilə 

cəmiyyətin əmək qabiliyyətli hissəsinin iqtisadi həyata cəlb olunması və əməyi 

ilə  özünə  layiqli  həyat  şəraiti  təmin  edə  bilməyən  vətəndaşlara  sosial  yardım 

göstərilməsi  prinsipinin  hannonizasiyası  ideyasını  elmi  əsaslandınnağa 

çalışırdılar.  Onların  bu  mülahizələri  kapitalizmin  hələ  ilkin  inkişaf 

mərhələlərində  aşkar  olunmuş  sosial  təzadların:  bir  tərəfdən,  dövlətin  iqtisadi 

siyasəti ilə sahibkarlıq arasında, digər tərəfdən isə, onun sosial siyasəti arasındakı 

barışmaz  ziddiyyətlərin  təhlilinin  nəticəsi  olmuşdur.  Kapitalist-sahibkarın  heç 

zaman insanların, xüsusilə də onun müdafiəyə daha çox ehtiyaeı olan hissəsinin - 

qadınların, uşaqların, ahılların, xəstələrin və s. maraqlarını qorumaq funksiyasını 

öz  üzərinə  götürməyəcəyinin  sübut  olunması,  XIX  əsrdə  Qərbi  Avropa 

cəmiyyətlərində  K.Marksm  iqtisadi  nəzəriyyəsi-nin  siyasi  nöqteyi-nəzərdən 

qavranılmasmm ən güelü cəhəti 

745 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə