Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə286/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   282   283   284   285   286   287   288   289   ...   306

olmuşdur.  Həmin  dövrədək  bu  cəmiyyətlər  kökündən  çürümüş  siyasi  rejimləri 

smdınuaq üçün «yetişmişdi» və bunun üçün yalnız mərkəzi ideya lazım idi. Bu 

ideya  K.Marks  tərəfindən  kapitalizmin  ədalətsiz  bölgü  quruluşu  (bu  ideya  heç 

vaxt və heç kim tərəfindən təkzib olunmamışdır) kimi təhlilində göstərilmiş və 

Qərbi  Avropa  sosial-demokratlarının  proqramının  əsas  ehkamı  qismində  qəbul 

edilmişdir.  Qərbi  Avropanın  kiçik  məkanında  zəhmətkeşlərin  sosial  rifahı 

məsələsini qismən həll etdikdən sonra həmin ölkələrin sosial-demokratiyası buna 

aktual  problem  kimi  yanaşmaqdan  imtina  edərək,  100  il  ərzində  partiyalarının 

rəmzi  olmuş  bərabərsizliyin  nəzəri  əsaslandmnalarım  öz  proqramlarından 

çıxarmışdılar.  Amma  XX  əsrin  sonuncu  onilliyində  qeyri-  bərabərliyin  yeni, 

sürətlə  artan  fərqi  dünyanın  bir  çox  iqtisadçılarında  narahatçılıq  doğurmağa 

başladı,  yoxsulluğun  qlobal  artımı,  kütlələrin  mütləq  və  nisbi  yoxsullaşması 

(xüsusilə  də  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrdə)  meyilləri 

gücləndi.  Bu  meylin  rəvanhqla  XXI  əsrə  keçməsi  beynəlxalq  tədqiqatçılar  və 

müxtəlif  beynəlxalq  təşkilatların,  o  cümlədən  BMT-nin  hesabatları  tərəfindən 

təsdiqlənir. 

Gəlirlərin  bölgüsü  ilə  qeyri-bərabərlik  arasındakı  birbaşa  əlaqələrin 

axtarışı  ilə  bir  çox  iqtisadçı-alimlər  məşğul  olmuşdur.  1980-ci  ildən  bu 

problematika BMT-nin, habelə başqa maliyyə-iqtisad qurumlarının, o cümlədən 

BVF-in  və DB-nin  tədqiqat işlərinin  əsas  istiqamətlərindən birinə çevrilmişdir. 

Hazırda  tədqiqat  məqsədləri  üçün  gəlirlərin  bölgüsünün  2  əsas  göstəricisi 

fərqləndirilir;  gəlirlərin  mütləq  kəmiyyət  (həcmi)  üzrə  bölgüsü  və  gəlirlərin 

istehsal amilləri üzrə funksional bölgüsü. 

Gəlirlərin bölgüsü. Bu bölgünün əsasında əhalinin müəyyən qruplarının 

durması  ayrı-ayrı  şəxslərin  (onların  qruplarının)  və  ev  təsərrüfatlarının 

gəlirlərinin  təhlil  olunmasını  və  əhalinin  ümumi  gəlirlərində  xüsusi  çəkisinin 

müəyyən edilməsini şərtləndirir. Ümumi qəbul olunmuş metod gəlirlərin məbləği 

artdıqca,  əhalinin  sayının  kvantillərə  və  desillərə  (1/5  və  1/10  hissələrə) 

bölünməsindən ibarətdir. Bundan sonra ümumi gəlirdən hər bir qrupa düşən pay 

müəyyənləşdirilir.  Ümumi  gəlir  100%  kimi  qəbul  olunur,  sonra  isə  müvafiq 

olaraq qruplar üçün kvantiliyalar üzrə hesablanır (məsələn, birinei qrup əhalinin 

20%-i  -  gəlirləri  ən  aşağı,  dördüncü  yaxud  beşinci  qrup  isə  gəlirləri  ən  yüksək 

olanlardır). Qeyri-bərabərlik göstəricisi bunun əsasında müəyyənləşdirilir'. 

Todapo М.П. Экономическое развитие. M., 1997. C. 131. 

746 



Lorens əyrisi. Professor Konrad Lorens hələ XX əsrin əvvəlində əhalinin 

müxtəlif  qrupları  ilə  onların  gəlirlərinin  həcmi  arasında  qarşılıqlı  əlaqəyə 

yanaşmasını  ifadə  etmişdir.  İqtisad  elmində  bu  yanaşma  «Lorens  əyrisi»  adını 

almışdır (şəkil 24.2). 

 

0 10 20 .10 40 



5

<)

 

 

 

Şəkil 24.2.



 Lorens əyrisi 

o - əhali qruplarının bölgüsü; 



b -

 nisbətən bərabər bölgü; c - nisbi bərabərsizlik. 

Lorensin  modelində  gəlir  əldə  edənlər  üfüqi  ox  üzərində  bütün  gəlir 

alanların sayma faiz nisbəti ilə qruplar üzrə  yerləşmişdir. Şaquli oxda əhalinin 

ümumi gəlirin hər bir qrupunun payına düşən payı qeyd olunur. Diaqonalm hər 

bir nöqtəsində əldə olunan gəlirin faiz göstəricisi, onu alanların əhalinin ümumi 

sayındakı xüsusi çəkisi göstəricisinə bərabərdir. Beləliklə, burada gəlirlərin əhali 

qrupları üzrə hesablanması və yoxsulluğun aşkarlanması üçün ideal model təsvir 

olunmuşdur.  Göstərilən  şəkil  bu  təzahürün  inkişafını  yaxşı  təsvir  edir:  Lorens 

əyrisi dərinləşdikcə, əhalinin müxtəlif qruplarının gəlirləri arasındakı fərq artır; c



 

modeli gəlirləri son dərəcə fərqlənən, b



 

modeli isə fərqlər ən az olan və gəlirlərin 

nisbətən bərabər bölündüyü cəmiyyətləri göstərir. 

S.Kuznetsin  hipotezi.  Ölkələrin  böyük  qrupunda  gəlirlərə  təsir  göstərən 

əsas  amilləri  tədqiq  edərkən  S.Kuznets  iqtisadi  artımın  ilkin  mərhələlərində 

gəlirlərin  bölgüsünün  pisləşməyə  doğru  meyil  etməsi  barədə  fərziyyə  irəli 

sürmüşdür.  Bu  asılılıq  qrafik  şəklində  çevrilmiş  V  hərfi  kimi  təsvir  olunur. 



Kuznets  əyrisinin

 

bu  forması  ÜDM-in  əhalinin  hər  nəfərinə  düşən  həcminin 

artmasına  (yaxud  azalmasına)  müvafiq  olaraq  gəlirlərin  bölgüsündə  baş  verən 

dəyişiklikləri əks etdirir (şəkil 24.3). 



747 


 

 

Şəkil 24.3. 



Gəlirin bölgüsündə dəyişikliklər (Kuznets əyrisi) 

İnkişaf  etmiş  ölkələrdə  yoxsulların  sayı  nisbətən  az  olsa  da,  yoxsul  və 

ehtiyacı  olan  adamlar  tamamilə  olmayan  ölkə  mövcud  deyil.  Aydındır  ki, 

yoxsulluq  kapitalizmin  mənfi  xüsusiyyətlərindən  biridir  və  bu  sistemə  üzvi 

surətdə xas olan sosial təzahürdür. 

Cini  əmsalı.  Kuznetsin  əyrisinə  Cininin  cəmləşmə  əmsalını  yaxud  Cini 

əmsalını tətbiq etməklə', müxtəlif ölkələrdə yoxsulluq səviyyəsinin dəyişməsini, 

habelə cəmiyyətin strukturunda gəlirlər arasındakı fərqi müəyyənləşdirmək olar. 

Cini  əmsalı  ölkədə  gəlirlərin  nisbi  bərabərsizlik  dərəcəsinin  göstəricisidir.  Bu 

əmsal  diaqonal  xətlə  Lorens  əyrisi  arasındakı  sahənin  əyrinin  yerləşdiyi 

kvadratın  sahəsinə  bölünməsi  yolu  ilə  hesablanır.  24.4  şəklində  Cini  əmsalı 

ştrixlənmiş  A  sahəsinin  BCD  üçbucağının  bütün  sahəsinə  nisbəti  kimi  təsvir 

olunmuşdur. 



Cini əmsalı =

 

A



 sahəsi 

BCD

 sahəsi

 

^  Kuznets.S.  Economic  Grown  and  Income  Inequality//American  Economic  Review.  №  45. 



March  1995.  P.  2-6.  Amantiative  Aspects  of  the  Econimic  Grown  of  Nation  //  Economic 

Development and Cultural Ghange. № 11. March 1963. P. 204. 

748 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə