•
Əhalinin təminatlı hissəsinin («qızıl milyard») inkişaf etmiş ölkələrdə
cəmləşməsinə baxmayaraq burada da cəmiyyət təbəqələşmiş, güclü
yenidənbölgü mexanizmləri yoxsulluğu aradan qaldırmamışdır. İnkişaf etməkdə
olan ölkələrin çoxunda işsizliyin yüksək səviyyədə olması və hətta yavaş
templərlə aşağı düşməsi belə (əhalinin artımı şəraitində) təkcə həmin ölkələr üçün
deyil, siyasi qeyri-sabitlik müşahidə edilən bütün regionlar üçün də potensial
təhlükə yaradır, sosial-iqtisadi vəziyyətin pisləşməsi isə ümumi təşvişi
gücləndirir.
•
XXI əsrin ikinci onilliyi ərəfəsində inkişaf etmiş, keçid iqtisadiyyatlı və
inkişaf etməkdə olan ölkələr arasındakı fərqi əks etdirən nisbət bu cürdür -
1
:
8
:
20
.
•
Yer əhalisinin durmadan artdığı şəraitdə insanların keyfiyyətli qida ilə
təmin olunması getdikcə çətinləşir. Bu problemi «yaşıl inqilab» vasitəsilə həll
etmək cəhdləri nəzərəçarpan nəticə vennəmişdir. Müasir texnologiyalar əsasında
yenidən qurulması tələb olunan çətin sahələrə vəsait qoyulması üçün yoxsul
ölkələr böyük məbləğdə maliyyə resurslarına möhtacdır. Səmərəli beynəlxalq
əməkdaşlıq və irihəcmli yardım olmadan, yoxsul ölkələr özünün ərzaq
təhlükəsizliyini təmin edə bilməz.
•
Mütləq yoxsulİLiğun miqyasının azaldılması işində əhəmiyyətli
irəliləyiş əldə edildiyinə baxmayaraq, çox güman ki, bəşəriyyət Minilliyin
Bəyannaməsində məqsəd kimi qoyulan «2015-ci ilədək yoxsulluğun son həddi
miqyasının 2 dəfə azaldılmasına» nail olmayacaq. DB-nin məlumatlarına görə
inkişaf etməkdə olan ölkələrin gündə 1,25 dollardan az məbləğinə yaşayan
əhalisinin sayı 1981-ci ildəki 1,9 milyard nəfərdən 2005-ci ildəki 1,4 milyard
nəfərədək azalmışdır (2005-ci ilin VAQP üzrə hesablandıqda). İlkin
hesablamalara görə, 2011-ci ilin əvvəlində bu rəqəm yenidən 1,5 milyard nəfərə
çatmışdır. Yoxsulların sayının mütləq göstəricisi Afrikada Böyük Səhranın
Cənubunda yerləşən ölkələrdə. Latın Amerikası, Yaxın Şərq və Şimali Afrika,
habelə Mərkəzi Asiya dövlətlərində yüksəlmişdir.
•
Bu meyillər nəzərə alınmaqla, belə bir sual meydana çıxır: yoxsulluğun
miqyasının ixtisar olunması üzrə qlobal səylər önəmli hesab edilə bilərmi? Bu
cəhdlər Çində və Hindistanda uğurlu hesab edilə bilsə də, bunu inkişaf etməkdə
olan başqa, xüsusilə də ən zəifləri barədə demək mümkün deyil. Həmin
ölkələrdəki artım yoxsulluğun miqyasını ixtisar etməmiş, kənd təsərrüfatında
məhsuldarlıq isə aşağı səviyyədə qalmaqdadır. Çox ehtimal ki, mövcud
766
beynəlxalq iqtisadi və siyasi quruluşla əlaqədar ən radikal baxışlar burada
meydana çıxır, qeyri-bərabərlik və ictimai məhsulun yenidən bölgüsünün
zəruriliyi ideyaları bu mühitdə yaranır.
•
Gəlirlərlə yoxsulluq arasındakı əlaqələrin dərəcəsi müxtəlif illərdə
K.Lorens, S.Kuznets kimi iqtisadçı-alimlər tərəfindən təklif olunan düsturlar,
habelə Cini əmsalı və s. ilə ifadə olunur. Amma praktiki cəhətdən müxtəlif
alətlərdən istifadə edən beynəlxalq ictimaiyyət dünya əhalisinin yoxsul (və əksər)
hissəsi ilə inkişaf etmiş ölkələrin əhalisi arasındakı fərqlərin azaldılması üzrə
ümumi siyasəti işləyib hazırlaya bilməmişdir.
•
Əhalinin təmin olunmuş hissəsi («qızıl milyard») dünyanın inkişaf etmiş
dövlətlərində cəmləşmişdir. Amma burada da cəmiyyətdə təbəqələşmə baş
vennişdir, güclü yenidənbölgü mexanizmlərinin mövcudluğuna baxmayaraq,
yoxsulluq aradan qalxmır.
•
İnkişaf etməkdə olan ölkələrdə işsizliyin sabit yüksək səvi}^ədə qalması
və hətta tədricən azalması (əhalinin sayının artması şəraitində) belə, təkcə həmin
ölkələrin özü üçün deyil, siyasi qeyri-sabitliyin saxlandığı regionlar üçün də
böyük təhlükə yaradır, sosial-iqtisadi vəziyyətin pisləşməsi isə ümumi həyəcanı
gücləndirir.
•
Aydındır ki, hökumətlər iqtisadi inkişaf prosesi çərçivəsində əhalinin
həyat səviyyəsinin yaxşılaşdırılması üçün məqsədyönlü səylər göstərməlidir.
1993-2007-ci illərdə dünya iqtisadiyyatının 4-4,5% hüdudunda ümumi artımı
Afrikanın və Latın Amerikasının bir çox ölkələrində aclıqdan əziyyət çəkənlərin
ərzaqla təchizat probleminin həllinə, sosial və ekoloji gərginliyin zəifləməsinə az
təsir göstərmiş, dünya əhalisinin rifahının nəzərəçarpan dərəcədə yüksəlməsinə
səbəb olmamışdır. İnsanların xəstələnmə səviyyəsi aşağı düşməmiş, dünyanın
təqribən 70 ölkəsində işsizlik əvvəlki kimi qalmış və hətta artmışdır. Görünür ki,
bu məsələlər təkcə obyektiv şəraitlə deyil, həmçinin, inkişafın 1990-cı illərdə bir
sıra beynəlxalq təşkilatlar, ilk növbədə, BVF, dünyanın iri dövlətləri tərəfindən
tətbiq olunmağa başlamış qlobal nəzəri konsepsiyaları ilə bağlıdır.
Yoxlama sualları
1.
Bəşəriyyətin əsas qlobal problemlərini sadalayın.
2.
Yoxsulluq və ərzaq qıtlığı problemləri hansı səbəbdən qlobal hesab
olunur?
767
getdikcə artan intensivliyi nüvə müharibəsindən daha təhlükəlidir, nəticələrinin
aradan qaldırılması isə dəfələrlə çətin olan risk yaradır. Nüvə müharibəsinin
qarşısını almaq imkanı «düymə basılanadək» qalacağı halda, ətraf mühitin
dağılması xərçəng xəstəliyi kimi, asta-asta planetimizə yayılır; bu prosesi
ümidsiz vəziyyət yarananadək təcili tədbirlər görmək hesabına ləngitmək olar.
Mahiyyətcə, ekoloji problemin kəskinləşməsi dünya əhalisinin insan
fəaliyyətinin amansız təsiri nəticəsində kasadlaşmış ətraf mühitdən keyfiyyət
cəhətdən yeni asılılığa keçdiyini göstərir.
25.2.
Problemlərin təsnifatı
Qlobal ekoloji problemlər sırasına bunlar daxildir:
1)
atmosferin istilik balansında, okean sularının cərəyanında, suyun
dövranında baş verən fəsadlarla əlaqədar olaraq Yerdə baş verən hadisələrin bir
hissəsi kimi, qlobal iqlim dəyişməsi. Atmosferdəki karbon qazının miqdarı ilə
Yerin orta hərarəti arasındakı qarşılıqlı əlaqəni nəzərə alsaq, bu cəhətdən istixana
effektinə xüsusi diqqət yetirilməlidir;
2)
qlobal istiləşmənin ehtimal olunan əsas səbəblərindən biri istixana
qazlarının tullanmasıdır. Belə ki, tullantılar Yerdən istilik şüalanmasını saxlayır
və istixana effekti yaradır;
3)
bərpa olunan təbii ehtiyatlardan (meşələr, içməli su, bioloji resurslar və
s.) təbiəti özünübərpa qabiliyyətindən artıq miqyasda istifadə edilməsi;
4)
təbii ehtiyatların tükənməsi, ətraf mühitin zərərli maddələrlə
(ksenobiotiklərlə) çirklənməsi, adi zəhərli maddələrin yol verilən qatdıq
səviyyəsindən dəfələrlə artıq miqdarda toplanması təbii sistemlərin (torpaq
qatının, təbii suların, landşaftın) pozulmasına gətirib çıxarır;
5)
bioloji müxtəlifliyin sürətlə azalması, yəni bir çox heyvanların və
bitkilərin əvəzolunmaz surətdə məhvi;
6)
«planetin ciyəri» olan meşələrin qırılması nəticəsində atmosfer
balansının sürətlə pozulması;
7)
ozon qatının nazikləşməsi' (son illərdə bu qatda qəflətən əmələ gələn
dəliklərdən Yerə böyük miqdarda ultrabənövşəyi şüaların keçməsi insanlara
^ Ozon qatı (ozonosfer) - stratosfer hüdudlarında (10-50 km hündürlükdə) yerləşir. Tərkibində Yer
səthinə kosmik şüalanmanın (o cümlədən ultrabənövşəyi radiasiyanın) böyük hissəsinin keçməsinin qarşısını
alan ozonun zəngin olması ilə fərqlənir.
770
Dostları ilə paylaş: |