Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə292/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   288   289   290   291   292   293   294   295   ...   306

ardıcılları  inkişaf  etməkdə  olan  ölkə-lərdəki  aclığın  başlıca  səbəbinin  1950-ci 

illərin ortasından başlayaraq əhali artımının sürətlənməsi - demoqrafik partlayış 

olduğunu iddia edirlər. Bu fenomenin özü isə birtərəfli yanaşılmaqla, sırf bioloji 

hadisə,  insanların  «nəslini  qoruyub  saxlamaq»  məqsədilə  çoxalmaq  eəhdi  kimi 

nəzərdən keçirilir. Afrikada, Asiyada və Latın Amerikasında ətraf mühitin sürətlə 

pisləşməsinin səbəbləri bu konsepsiyalarda əhali artımı ilə əlaqələndirilir. Aelığı 

demoqrafik və ekoloji vəziyyətlə bağlayan fikirlər söylənilir. Beləliklə də, aclığın 

baş  verməsində  açların  özü  günahlandırılır.  Ərzaq  probleminin  çoxamilli 

xarakterini  sadələşdirdiyinə,  ailənin  planlaşdırılması  üzrə  demoqrafik  siyasətə 

istinad etməklə, onun sosial məqamlarını izah etmədiyinə görə məsələyə bu cür 

yanaşma, mahiyyətcə, elmə zidd, siyasi baxımdan mürtəce və prak-tiki cəhətdən 

faydasızdır.  Təbii  ki,  ailənin  planlaşdırılmasmm  əhəmiyyəti  gələcəkdə  artacaq, 

amma  diqqəti  məsələnin  yalnız  bu,  özü  də  yaxın  perspektivdə  həlledici  rol 

oynamayacaq cəhəti üzərində cəmləşdinnək böyük ehtimalla ağlabatan deyil. 

İnkişaf  etməkdə  olan  ölkələrin  BƏB  sisteminə  «qoşulmasının»  qeyri- 

ekvivalent xarakteri orada ərzaqla təminat vəziyyətinin gərginləşməsinin başlıca 

səbəblərindən biridir. Müstəmləkə və azadlıq əldə olunduqdan sonrakı dövrlərdə 

iqtisadi artım tərzi inkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatında məhsuldar 

qüvvələrin  tərəqqisini  ləngitmiş,  onu  metropoliyanın  ehtiyaclarını  ödəyən 

biryönlü, monokultur ixtisas-laşmış sahəyə çevimıişdir. Təkrar istehsal prosesinin 

dərin  deformasiyası  ölkələrin  geridə  qalmasına,  çoxmilyonlu  xalq  kütləsinin 

səfalətinə səbəb olmuşdur. Bununla da, nəinki müstəmləkəçilik dövründə, hətta 

inkişaf  etməkdə  olan  ölkələrin  siyasi  müstəqilliyi  şəraitində  tipik  hadisəyə 

çevrilmiş  kütləvi  aclığın  sosial-iqtisadi  şərtləri  fomıalaşmışdır.  Əlbəttə,  aclığı 

müstəmləkəçilər  «icad  etməmiş»  və  onlar  «yaymamışdır».  Bu  hal  insanların 

təbiət qüvvələri qarşısında acizliyinin, inkişaf etməkdə olan ölkələrdə məhsuldar 

qüvvələrin  zəifliyinin  sübutu  kimi,  həmişə  mövcud  olmuşdur.  Amma 

müstəmləkəçilik bu fəlakəti dəfələrlə gücləndirmiş, miqyasını genişləndirmiş və 

bununla  da,  keçmiş  müstəmləkələr  azadlığa  çıxdıqdan  sonra  aclığın  aradan 

qaldırılması uğrunda mübarizəni çətinləşdirmişdir. İnkişaf etməkdə olan ölkələrin 

beynəlxalq əmək bölgüsünə  «cəlb edilməsinin» müasir sistemi bu cür əlaqələri 

möhkəmləndirərək,  aqrar  sektorun  inkişafını  ləngidir,  kütləvi  aclığın  aradan 

qaldırılmasına imkan vermir. 

İqtisadi zəiflik, istehsal strukturunun, nəqliyyat əlaqələrinin, rabitənin 



761 


lazımi  dərəcədə  inkişaf  etməməsi  inkişaf  etməkdə  olan  ölkələrin  əhalisinin 

ərzaqla  təminatını  pisləşdirir,  ayrı-ayrı  regionlara,  fəlakət  bölgələrinə  qida 

məhsullarının və beynəlxalq yardımın çatdırılmasında çətinliklər yaradır. 

İqtisadiyyatı  geridə  qalmış  ölkələrdə  sahibkarlıq  münasibətlərinin 

təkmilləşdirilməsinin  inkişaf  etmiş  ölkələrdən  asılı  olması,  vəziyyəti  daha  da 

mürəkkəbləşdirir.  Ərzaq  probleminin  ilkin  səbəblərinin  təhlili  göstərir  ki, 

sahibkarlıq fəaliyyətinin inkişaf etməkdə olan ölkələr zonasında geniş yayılmış 

asılı  tipi,  onların  Qərb  ölkələrinin  ərzaq  potensialına  tabeçilikdən  çıxmasına 

imkan vennəyən perspektivdir. İnkişaf etməkdə olan ölkələrin borclarının artması 

da bu perspektivin  möhkəmlənməsinə xidmət  edir: bu borc 1970-ci  ildəki  300 

milyard  dollardan  1980-ci  ildə  573  milyard  dollaradək  və  1991-ci  ildəki  1,4 

trilyon dollardan 2010-cu ildə 1,7 trilyon dollaradək artmışdır. 



Ərzaq  təhlükəsizliyinin  təmin  olunması  yolunda  yaranan  ziddiyyətlər. 

Qeyd olunmalıdır ki, müvafiq texniki bazanın (süni suvarma və lazımi miqdarda 

gübrələr) yaradılması ilə müşayiət olunmadığına görə, taxıl məhsullarının yüksək 

məhsuldarlıqlı  növləri  son  dərəcədə  ləng  yayılır.  Aqrar  sahədə  elmi-texniki 

tərəq-qinin  qarşısını  kəsən  ən  güclü  maneə  kənd  bölgələrinin  sosial-iqtisadi 

strukturunun geriliyidir. Ölkələrin bir çoxunda yüksək məhsuldarlıqlı növlərdən 

yalnız dövlət təsərrüfatları və ayrı-ayrı iri kooperativlər istifadə edə bilir. Buna 

görə də indiyədək əkin sahələrinin yalnız eüzi hissəsi bu növlər altındadır. Hətta 

Asiyanın bu prosesə cəlb edilmiş inkişaf etməkdə olan ölkələrində 1980-ei illərin 

əvvəlində  əkin  sahələri-nin  yarısından  bir  qədər  çox  hissəsi  buğdanın,  25%-i 

düyünün yeni növləri üçün ayrılmışdı. 

İnkişaf  etməkdə  olan  ölkələrdə  kənd  təsərrüfatı  istehsalının 

mexanikləşdirilməsinin aşağı  səviyyəsinin mühüm  səbəblərindən biri də  əmtəə 

istehsalçılarının  əksəriyyətinin  maşın  və  avadanlıq  almaq  üçün  vəsaitinin 

olmamasıdır.  Bu  imkandan  yalnız  varlı  mülkədarlar  və  fermerlər  istifadə  edə 

bilirlər.  Məsələn,  Hindistanda  traktorların  90%-i  torpaq  sahəsi  25  akrdan  az 

olmayan  fenuerlərin cəmi 4-5%-nə məxsusdur.  İnkişaf etməkdə olan ölkələrdə 

kənd təsərrüfatının yeni texnika ilə silahlanması qarşısında duran digər mühüm 

maneə  işçi  qüvvəsinin  dəyərinin  ucuz  olmasıdır.  Məlumdur  ki,  bu  dəyər 

maşınlardan  istifadənin  hüdudlarını  müəyyən  edir.  Hərçənd,  müasir  dövrdə  bu 

amilin təsiri müəyyən modifıkasiyaya məruz qalır: inkişaf etməkdə olan ölkələrin 

iri  mülkədarları  mexanikləşdinnədən  xırda  icarədarlara  və  muzdurlara  təzyiq 

vasitəsi, «torpaqların təmizlənməsi» aləti kimi yanaşır. 

762 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə