son dərəcə mənfi təsir göstərir). Tədqiqatçılar hesab edir ki, son 15 ildə orta və
yuxarı en dairələrində toplanan ozoniın orta illik həcmi təqribən 12-13%
azalmışdır. Ehtimal olunur ki, «ozon dəliyinin» yaranmasında və
genişlənməsində əsas rolu freon oynayır;
8)
planet əhalisinin çoxluğu, təbii ehtiyatlardan səmərəsiz və israfçılıqla
istifadə olunması, ərazilərin düşünülməmiş urbanizasiyası.
Beynəlxalq ekoloji siyasətin prioritetlərinin müəyyən olunması xüsusilə
çətin problemdir. Bəzi hökumətlərin fəaliyyətsizliyinə görə digərləri əziyyət
çəkir, ən çətin və məsuliyyətli qərarları qəbul edənlər isə çox vaxt uduzmuş
vəziyyətdə qalır. Amma aydındır ki, bu problemlər bütün səviyyələrdə nəzərə
alınmalıdır. Ozon qatının nazikləşməsi, istixana qazlarının tullanması kimi
problemlər qlobal xarakterlidir. Torpağın, suyun və havanın transsərhəd sənaye
çirklənməsi regional xarakterdə ola bilər. İçməli suyun çirklənməsi xarakterinə
görə lokal, regional və qlobal (Dünya Okeanının çirklənməsi) ola bilər.
İnsan fəaliyyətinin təbiətə antropogen təsiri böhran nöqtəsinə çatmışdır.
Planetin ekologiyası getdikcə pisləşir və buna radiasiya, səs-küylə, kimyəvi
maddələrlə çirklənmə, məişət tullantıları güclü təsir göstərir.
İstixana qazları. Hazırki dövrdə bəşəriyyət üçün ən böyük və birbaşa
təhlükə mənbəyinin 80%-i müasir energetika olan istixana qazlarıdır. Atmosferə
tullanan istixana qazlarının ümumi həcmində ölkələrin payı müxtəlifdir. İstixana
qazlarının 50%-i atmosferə ABŞ, Çin, Rusiya, Almaniya, Yaponiya tərəfindən
tullanır. Bu problem uzun müddət BMT-də müzakirə olunmuş və nəhayət,
Kiotoda (Yaponiya) istixana qazlanmn müvafiq tullantılarının azaldılmasını
nəzərdə tutan Kioto protokolu imzalanmışdır. Güman ki, prezident Buşun
başçılıq etdiyi ABŞ hökuməti bu protokolu imzalamaqdan imtina etməsəydi,
sənəd gələcəkdə təbiətin mühafizəsi üzrə daha ciddi tədbirlərin həyata
keçirilməsi üçün baza kimi qəbul edilə bilərdi. BMT-nin analoji sənədin qəbul
olunmasına yönəlmiş daha bir cəhdi 2009-cu ildə Kopenhagendə (Danimarka)
boşa çıxdı: bu dəfə Çin, onun ölkənin inkişafına mənfi təsir göstərəcəyinə
əsaslanaraq, öz narazılığını bildirdi.
Mütəxəssislər təbiətdə normal «istixana effektinin» zəruri olmasını
müəyyən etmişdir: əks halda planetimizin səthində havanın hərarəti -18° C
səviyyəsində dayanardı. Amma iş burasındadır ki, sənaye inqilabı dövründən bəri
istixana qazlarının və insan fəaliyyətinin nəticəsində yaranan tullantıların həcmi
tədricən Dünya Okeanı və ya fotosintez prosesləri vasitəsilə udula
771
bilməyən həcmədək çoxalmışdır. ...Qnlarm yarısından çoxu indiyədək
atmosferdə qalır. Nəticədə 1950-ci illə müqayisədə atmosferin karbon qazı ilə
çirklənməsi
‘/3
qədər, metanla 170-175%, oksidləşmiş azotla 170-175% artmışdır.
Əvvəlki dövrdə paleoiqlim tsikllərində çirklənmə hərarətin artımından sonra baş
verirdisə, indi bunun əksi olan hal müşahidə edilir.
XIX əsrin ortaları ilə müqayisədə Yerin atmosferi artıq 0,76°C
istiləşmişdir, proqnozlara görə bu rəqəm XXI əsrin ortalarında +2°C, sonunda isə
hətta +4-6°C-yə çata bilər. Bu cür təkamülün isə hava və iqlim üçün
qarşısıalınmaz fəlakətlərlə (quraqlıq, tufan, buzlaqların əriməsi nəticəsində
okeanların səviyyəsinin yüksəlməsi, məhsuldarlığın aşağı düşməsi, insanların və
heyvanların xəstəlikləri və s.) nəticələnə biləcəyi təhlükəsi var. Belə hallar ilk
növbədə əhali sıxlığı böyük olan ərazilərdə özünü büruzə verəcək. Bütün qitələrin
ölkələri bu risk zonası altındadır; son 150 il ərzində Avropanın iqlimi başqa
ərazilərdən daha çox, 1° C istiləşmişdir.
25.3.
Ekoloji problemlər inkişaf etməkdə
olan ölkələrin tərəqqisini ləngidir
Ekoloji problemlər inkişaf etməkdə olan ölkələrin uzunmüddətli
tərəqqisini ləngidə bilər. Keçid iqtisadiyyatlı ölkələrin əksəriyyətində bir neçə
onillik ərzində ətraf mühitin qorunması məsələlərinə etinasız yanaşma, böyük
ərazilərin zəhərlənməsi və uzunmüddətli perspektivdə iqtisadi fəalİ3^əti təmin
etmək qabiliyyətini itirməsinə gətirib çıxarmışdır. Ən varlı ölkələrdə istehlakm
mövcud modelləri bütün dünyanın gələcək inkişafını təhlükə altına qoyaraq,
planetimizin resurslarının tükənməsinə səbəb olur.
İnkişaf və ətraf mühit bir-birindən ayrılmaz məfhumlardır, bu sahələrdən
birinin problemləri digərindən ayrıca müvəffəqiyyətlə həll oluna bilməz. Ətraf
mühit inkişaf üçün lazım olan resursların mənbəyidir. Onun vəziyyəti mühüm
meyar, qomnması isə inkişaf prosesində daimi diqqətin mərkəzində olan
predmetdir. Uğurlu inkişaf üçün ekoloji qəbildən olan mülahizələri nəzərə alan
siyasət tələb edilir. Bu qarşılıqlı əlaqə ilk dəfə 1992-ci ildə BMT-nin Ətraf Mühit
və İnkişaf üzrə Konfransında (UNCED - United Nations Conference on
Environment and Development) təsdiqlənmişdir. Bu konfrans BMT-nin başqa
təşkilatları tərəfindən qəbul olunan sənədlər hazırlanarkən ətraf mühitin
772
qorunması tələblərinin nəzərə alınması üçün model kimi istifadə edilir. Ancaq
problem bu sənədlərin icbari qüvvəyə malik olmamasındadır.
Atom-elektrik stansiyalarının sayının artması insan həyatı və təbiət üçün
xüsusi təhlükə yaradır. Onların bəşəriyyətə mümkün təsirinin təxmini ssenarisi
Çemobil faciəsi timsalında nümayiş olunmuşdur: insanların həlak olması,
şəhərlərin viranəyə çevrilməsi, torpağın, meşələrin, suyun zəhərlənməsi, xüsusi
təhlükəli radioaktiv maddələrin hava yolu ilə minlərlə kilometr ərazidən kənarda
şəhər və kəndlərin üzərinə yağıntı şəklində tökülməsi. İndi də gözümüzün
qarşısında Yaponiyanın Fukusima AES-də baş verən qəza ilə əlaqədar, miqyasına
görə bundan az olmayan faciə yaşanmaqdadır.
Vyetnam, Kamboca, Laos, Əfqanıstan, Afrika və Mərkəzi Amerikada baş
verən müharibələr də ekoloji böhranın sürətlənməsinə təsirini göstənnişdir.
Əsrlər boyu toxunulmamış cəngəlliklərin böyük əraziləri, sözün əsil mənasında,
külə çevrilmişdir. Amma təbiəti təkcə birbaşa hərbi hadisələr məhv etmir.
Yüzlərlə hərb gəmisi Dünya Okeanının dərinliklərinə saysız-hesabsız mərmi
atmaqla, səthinə milyonlarla ton neft buraxmaqla, onu istənilən təcrübənin
keçirilməsi mümkün olan mühit kimi nəzərdən keçirir.
Raketlər də atmosferin mürəkkəb qatını dağıdır: biz bu uçuşların
nəticələrindən xəbərdarıqmı? Bundan da güclü proseslər - ağılsızcasma
silahlanma, metal, kimya məhsulları, enerji, istehsalının, suyun müdafiə
sənayesinə cəlb olunması və s. gedir. Bunun nəticəsində onların getdikcə daha az
hissəsi bilavasitə insanın ehtiyaclarının ödənilməsi üçün qalır. Bəzi ölkələrin
hökumətlərinin müasir silah növlərinin istehsalını getdikcə azaltmağın və azad
olan iri həcmdə vəsaitləri sülh şəraitində inkişaf problemlərinin həllinə, ekoloji
təhlükəsiz istehsalın yaradılması bazasında yeni texniki sivilizasiyanın
yaradılmasına yönəltməyin zəruriliyini dərk etmək iqtidarında olmaması
bəşəriyyət üçün ən böyük faciədir.
25.4.
Yerin təbii resurslarının qorunması
Təbiətə qayğı göstərilməsi, onun məhvi prosesinin dayandırılması
insanlar, cəmiyyətlər və dövlətlər qarşısında duran ən aktual məsələlərdir. Əksər
hallarda ölkənin təbii sərvətləri inkişaf üçün ən münasib və gərəkli olan
resurslardır. Cəmiyyət öz təbii resurslarının uzunmüddətli potensialının
qorunması ilə bağlı olan mürəkkəb məsələlərin həlli üzərində çalışmalıdır. Bir-
773
Dostları ilə paylaş: |