Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə296/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   292   293   294   295   296   297   298   299   ...   306

biri ilə rəqabət aparan ehtiyaclar və maraqlar arasında tarazlığın təmin olunması 

vacibdir. Müasir sosial və iqtisadi ehtiyaclar bizim və gələcək nəsillərin həyatının 

asılı olduğu bu resursların uzun müddət ərzində varlığına və ekoloji sistemlərin 

həyat qabiliyyətinə ziyan vurmayan tərzdə ödənilməlidir. 

Ekoloji  tənəzzül  insanların  bilavasitə  istifadə  etdiyi  çoxsaylı  resursların 

həm  keyfiyyətinə,  həm  də  kəmiyyətinə  mənfi  təsir  göstərir.  Təbii  ehtiyatların 

vəziyyətinin pisləşməsinə kifayət qədər diqqət verilməməsinin nəticələri faciəvi 

ola  bilər.  Suyun  çirklənməsi  balıq  ehtiyatlarına  zərbə  vurur.  Torpağın 

şoranlaşması  və  eroziyası  məhsuldarlığı  azaldır.  Kənd  təsərrüfatı  təyinatlı 

torpaqların  korlanması  və  meşələrin  qırılması  quraqlığa  və  torpaq  qatının 

eroziyasına səbəb olmuş, planetin bəzi rayonlarında aclığı adi hala çevinnişdir. 

Dəniz resurslarının həddən artıq istismarı və tükənməsi dəniz kənarında yaşayan 

cəmiyyətlər üçün təhlükə yaradır. Oduncaq tədarükü və rütubətli tropik meşələrin 

qırılması mühüm təbii yaşayış vasitələrinin məhvinə gətirib çıxarmış və qlobal 

bioloji  müxtəlifliyə  ziyan  vurmuşdur.  Təbii  resursların  ekoloji  cəhətdən 

düşünülməmiş  tərzdə  hasilatı  nəticəsində  böyük  ərazilər  viranə  qalmış  və 

çirklənmişdir.  Ən  böyük  təhlükə  isə  bir  çox  hallarda  tənəzzülün  nəticələrinin 

aradan qaldırılmasının qeyri-mümkünlüyüdür. 

Təbii ehtiyatların qorunması müəyyən məhdudiyyətlərin tətbiqini nəzərdə 

tutsa  da,  eyni  zamanda  sahibkarlıq  fəaliyyətində  yeni  iqtisadi  təfəkkürün 

yaranması üçün çoxsaylı mühüm stimulların və imkanların meydana çıxmasının 

mənbəyidir.  Əhalinin  yüksəktəminath  təbəqəsinin  həyat  tərzini  və  enerji 

istehlakma münasibətinin dəyişməsi daha səmərəli texnoloji proseslərdən istifadə 

olunması  ilə  yanaşı,  qlobal inkişafın dayanıqlı  modelinin  yaradılmasına imkan 

verəcək.  Təbii  ehtiyatların  idarə  olunması  və  qorunması  məsələlərinin  milli 

inkişaf strategiyasına daxil edilməsi çoxlu sayda müsbət nəticələr verə bilər. Bir 

sıra  ölkələrin  iqtisadiyyatının  asılı  olduğu  turizm  əhəmiyyətli  faydalar,  o 

cümlədən həyati əhəmiyyət kəsb edən infrastruktunın yaradılmasını, birbaşa və 

dolayı  məşğulluğun  artmasını,  xarici  valyuta  daxilolmalarının  çoxalmasını, 

ekoloji biliklərin yayılmasını, beynəlxalq əlaqələrin genişlənməsini, milli şüurun 

möhkəmlənməsi  üçün  unikal  imkanların  açılmasını  təmin  edə  bilər.  Turizmin 

inkişafının  təbiətin  qorunmasını  təmin  edə  biləcək  həyat  qabiliyyətli 

strategiyasının hazırlanması vacibdir. 

BMT,  habelə  onun  bir  sıra  üzv-dövlətləri  tərəfindən  irəli  sürülən 

təşəbbüslər də inkişaf sahəsində atılan bütün addımlara yerli icmaların cəlb 

774 



olunmasının  mühümlüyünü  göstərir.  Bu  proqramların  həyata  keçirilməsi 

nəticəsində  yerli əhalinin,  sadəcə kənar benefısiar qismində deyil, marağı  olan 

tərəf-müqabil kimi iştirakı yeni perspektivlər açır. Bu proqramlar bir çox yerlərdə 

təbiətin qorunmasının üstünlüklətinin dərindən dərk olunmasına, yerli icmaların 

ətraf  mühitin,  havanın  təmizliyinin  saxlanmasında  iştirakının  genişlənməsinə, 

kənd yerlərində gəlirlərin artmasına səbəb olaraq, çox yaxşı nəticələr vermişdir. 

Onlar çoxlarının öyrənməsi üçün mühüm nümunə kimi xidmət edir. 

Ancaq  ətraf  mühit  ilə  inkişaf  arasındakı  qarşılıqlı  əlaqə  yalnız  təbii 

resurslardan səmərəli istifadə olunması ilə məhdudlaşmır. Yaşadığımız dünyada 

ekoloji  tarazlığın  saxlanması  və  qorunması  bəşəriyyətin  inkişafının  mühüm 

hərəkətverici  qüvvəsi  olmaqla  yanaşı,  insanların  salamat  qalmasının  mühüm 

amilidir. Cəmiyyətin rifahı havanın, suyun keyfiyyətinin aşağı düşməsi və digər 

ekoloji risklər nəticəsində insanların sağlamlığının pisləşməsi, erkən ölümü ilə 

sarsılır.  Zəhərli  maddələr  birbaşa  yaxud  ətraf  mühitin  dəyişməsi  nəticəsində 

dolayısı ilə sağlamlığa mənfi təsir göstərir. Sağlamlığa təhdidlər çox müxtəlif - 

ultrabənövşəyi  şüalanmadan,  ərzağın  və  suyun  keyfiyyətinin  pisləşməsinədək 

formada meydana çıxır. 

Toksik  kimyəvi  maddələr  və  ağır  metallar  çayları,  gölləri,  dənizləri  və 

başqa  su  təchizatı  mənbələrini  çirkləndirir.  Bu  çirkləndirici  maddələrin  çoxu 

içməli sudan adi sutəmizləmə üsulları ilə aynXa bilmir. 

Təbiətdən  istifadənin  yaxşılaşdırılması  vəzifəsi  sahibkarlardan,  ev 

təsərrüfatlarının  mülkiyyətçilərindən,  fermerlərdən,  beynəlxalq  ictimaiyyətdən 

və hökumətlərdən davranış tərzinin dəyişdirilməsini tələb edir. Ekoloji dəyərlərin 

iqtisadi fəaliyyətdə lazımınca əks olunması üçün məqsədyönlü siyasət gərəkdir. 

Həm  dövlət,  həm  də  özəl  müəssisələr  fəaliyyətinin  ekoloji  fəsadlarına  görə 

məsuliyyət  daşımalı,  hökumətlər  isə  ekoloji  cəhətdən  səmərəli  inkişafa  şərait 

yaradan  siyasətin  işlənib  hazırlanmasında  və  strategiyaların  həyata 

keçirilməsində aparıcı rol oynamalıdır. 

Ətraf  mühit,  cəmiyyət,  iqtisadiyyat  və  siyasət  arasında  mövcud  olan 

qarşılıqlı  əlaqə  inkişafın  ekoloji  cəhətinə  milli  mövqedən  yanaşmanın 

əhəmiyyətini  vurğulayır.  Yoxsulluqla  ekoloji  dayanıqlılıq  arasındakı  əlaqə 

xüsusilə  inandırıcıdır.  Yoxsul  icmalarda  çox  vaxt  ənənəvi  torpaqlardan 

istifadənin ciddi etik normaları mövcud olsa da, demoqrafik təzyiqin güclənməsi 

və resursların çatışmazlığı onları ətraf mühitə zərər vurmadan 



775 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə