Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə288/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   284   285   286   287   288   289   290   291   ...   306

edildiyi  halda  inkar  olunduğunu  göstərir;  onun,  kitabı  yazarkən  istinad  etdiyi 

göstəricilər  əsasında  çıxardığı  fundamental  nəticələrin  Argentinaya  tətbiq 

edildikdə, düzgün olmadığı aşkarlandı. Həmin dövrdə, yəni XIX əsrin ortalarında 

Argentinanın iqtisadi artım göstəriciləri mənfi, daxili investisiyalarının həcmi az 

(8,3%) olduğundan, ölkə, Rostounun özünün ideyasına görə sıçrayış mərhələsi 

üçün  tələb  olunan  investisiya  həddindən  aşağı  səviyyədə  yerləşirdi.  M.Todaro 

tamamilə haqlı olaraq iddia edirdi ki, «Latın Amerikasının və Afrikanın bir çox 

ölkələri  kimi,  Argentina  da  ...  iqtisadi  tərəqqinin  ilkin  vəziyyətə  qayıtması  və 

zahirən görünən sabit artımın dayanması fenomenini təsdiq etdi.» . Bu mühüm 

ümumiləşdirmə  bir  dəfə  nail  olunan  səviyyənin  əldən  buraxılmayacağı  barədə 

stereotipi ləğv edir. 

Növbəti  onilliklərdə  (1970-ci  illərdən  sonra)  Argentina,  Rostounun 

ideyasının  əksinə  olaraq,  «sıçrayış  üçün  qüvvə  toplamaq»  əvəzinə,  «getdikcə 

sönən artım» nümayiş  etdirirdi. Bu tarixi  fenomenin əhəmiyyəti, həm  dinamik 

artım dövründə, həm də onun «sönməsinin» uzun çəkən mərhələlərində gəlirlərin 

bölgüsünün  struktur  təhlilini  apannaq  üçün  istifadə  edilən  bəzi  modellərin  və 

statistik  metodların  tətbiq  olunmasına  imkanlar  açmasındadır.  Statistik 

göstəricilərin  olması  bu  cür  hesablamaların  həyata  keçirilməsini  təmin  edir*. 

Argentinanın uzunmüddətli iqtisadi artım dövrünə Luis, Kuznets, Lorens və Cini 

metodikalarının  əhalinin  müxtəlif  sosial  stratları  ilə  onların  gəlirlərinin  həcmi 

arasında  əlaqələrin  və  qarşılıqlı  asılılığın  aşkar  olunması  mövqeyindən 

yanaşılması  iqtisadi  artımı  ləngidən  daxili  amilləri  eyniləşdinnəyə  imkan 

yaratmışdır.  Bunlara  nümunə  kimi,  həmin  XIX  əsrin  ikinci  yarısından 

Argentinanın öncül hesab edilən sənaye sahələrində dinamik artımın istehsalda 

məşğulluğun artımı ilə müşayiət olunmamasını göstərmək olar. Bu cür inkişafın 

nəticələri ölkə əhalisinin məhdud stratı arasında bölüşdürülür və qalan hissəsinin 

gəlirlərinin  və  yığımlarının  artmasına  səbəb  olmurdu;  buna  müvafiq  olaraq, 

yığımlar artım üçün zəmin yaradan uzunmüddətli amilə çevrilmirdi. 

Bir qədər sonra, artıq XX əsrin ikinci yarısında inkişafın bu yolu (inkişaf 

modeli) Latın Amerikasının digər ölkələri və Afrika üçün səciyyəvi olmuşdur

^  H.Fİlds  Luisun  təsvir  etdiyi  dual  inkişaf  ssenarilərində  Lorens  əyrisindən  istifadə  olunmasının 

variantlarını göstərmişdir {Fields G.S. Poverty, inequality and Development. Cambridge: University Press, 1980. 

P.  46-56;  Who  benefits  form  economic  development?  A  reexamination  of  Brazilian  growth  in  the  1960s  // 

American Economic Review. № 67. September 1977, P. 186). 



752 


bu məsələnin tədqiqi ilə Lorents, Filds və başqa alimlər məşğul olmuşdur'. 

Bir  çox  alimlər  tərəfindən  aparılmış  tədqiqatlar  ÜDM-in  artımı  ilə 

gəlirlərin bölgüsü arasında möhkəm əlaqənin mövcud olmaması barədə fikirləri 

təsdiqləmişdir.  Onlar  ÜDM-in  artımının,  onun  nəticələrinin  cəmiyyətin  bütün 

təbəqələri  arasında bərabər surətdə istifadə olunmasından asılılığı barədə geniş 

yayılmış səhv fikri təkzib etdilər. Bu fikirlər Dünya Bankı çərçivəsində aparılan 

tədqiqatların  nəticələri  ilə  üst-üstə  düşür.  Həmin  tədqiqatlarda  «yüksək  artım 

templərinin  çox  hallarda  daha  böyük  qeyri-bərabərlik  dərəcəsi  ilə  müşayiət 

olunduğu»  göstərilir“.  Amma  burada  bizim  üçün  bu  cür  uyğunsuzluğun, 

prinsipcə,  mümkünlüyü  və  iqtisadiyyatın  artımı  ilə  əhalinin  əsas  qruplarının 

gəlirləri arasında əlaqənin olmaması daha önəmlidir. 

Artımın göstərilən (və başqa) modellərdən və metodikalardan istifadəsinin 

başlıca nəticələri (xüsusən Argentina timsalında) səngiyən artım mərhələlərində 

cəmiyyətin  stratifikasiyasmm  destruktiv  proseslərini  xarakterizə  edən 

göstəricilərdir: 

 



yüksək artım mərhələləri, bir qayda olaraq, cəmiyyətdə getdikcə çoxalan 

gəlirlərin az-çox bərabər bölgüsü ilə yanaşı, onun ən yüksək və ən aşağı təminatlı 

təbəqələri  arasındakı fərqin  azalması  ilə müşayiət  edilir. 1870- 1914-cü illərdə 

Argentinada bu fərq 1 : 3, 1955-ci ilin əvvəlində isə 1 : 5 nisbətində olmuşdu

 

yüksək  artım  mərhələsində  sosial  stratlarda  orta  təbəqə,  habelə  iri  və 



kiçik  sahibkarlar  arasındakı  mövqedə  qərarlaşan  sahibkarlıq  stratmda  («orta 

sinif» anlayışı ilə səhv salınmamalıdır) böyük aralanma baş verir

 

yüksək  artım  şəraitində  öndə  gedən  iri  iqtisadi  agentlər  (şirkətlər, 



banklar), onun dinamik qüvvəsi, müasir texnologiyaların daşıyıeısı olan sahələr 

daha əlverişli  vəziyyətə  düşür.  İqtisadi  artımın nəticələrinin bölgüsü barədə ən 

güclü  münaqişələr də məhz bu mühitdə baş verir;  bu sərvətin bərabər bölgüsü 

həmin  iqtisadi  agentləri  təmin  etmədiyinə  görə,  onlar  «oyun  qaydalarının» 

dəyişdirilməsinə  çalışırlar.  Beləliklə,  yüksək  artım  templəri  heç  də  həmişə  və 

bütün ölkələrdə yoxsulluğun azalmasına birbaşa təsir göstərmir. 

 

milli  iqtisadiyyatın  ixracyönümlü  sahələrinin  hipertrofiya  olunmuş 



şəkildə inkişafı hesabına baş verən sürətli iqtisadi artım 1970-1990-eı illərdə və 

^  The  Effect  on  Income  Distribution  of  Development,  the  Growth  Rate  and  Economic  Strategy  // 

Journal of Development Economics, 1986. № 23. P. 55-63. 

^ Worldbank. World Development Report, 1991. N.Y.: Oxford University Press, 1991. 



753 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə