ixrac rüsumlarını da tətbiq edir. Tranzit rüsumları İkinci Dünya müharibəsi
başlananadək bəzi ölkələrin gəlirinin əsas mənbəyi olmuşdur. GATT-ÜTT-in
yeni ticarət müqavilələri və qaydaları qüvvəyə mindikdən sonra onlar, demək olar
ki, hər yerdə ləğv olunmuşdur.
Öz gəlir mənbələrini şaxələndirməyə və ixrac edilən xammalın dəyərinə
emal dəyərinin əlavə olunması yolu ilə onu artırmağa çalışan inkişaf etməkdə
olan ölkələrdən idxal olunan emal sənayesi məhsullarına münasibətdə inkişaf
etmiş ölkələrin tətbiq etdiyi tarif rejimi əsas problemlərdən biridir. İnkişaf etmiş
ölkələrin bazarlarına xammal çox vaxt rüsumsuz daxil olur, amma emaldan sonra
həmin materiallara adətən rüsum tətbiq edilir. Bu, inkişaf etmiş ölkələrin öz emal
sənayesi məhsulları üçün xarici bazarlar tapmasına çətinlik törədir. Bununla
bərabər, onların özündə buraxıla biləcək bir çox mallar inkişaf etmiş ölkələrdə
istehsal olunur.
Əcnəbi tərəfdaşların yüksək tarifləri və aşağı idxal kvotaları, habelə
ticarətdə ciddi qeyri-tarif məhdudiyyətlərinin mövcudluğu ölkənin ixracını ixtisar
edir.
Valyuta məzənnəsi (xarici valyutanın milli valyutada ifadə olunan
qiyməti). Malların ölkədəki və xaricdəki qiymətlərinin müəyyən olunmuş
nisbətləri çərçivəsində milli valyutanın mübadilə məzənnəsinin yüksəldilməsi
ölkənin mallarının ixrac qİ3anətlərini artırır və ixracın həcmini azaldır.
Malların ixracı ölkənin valyutasına olan tələbatı genişləndirir və
xidmətlərin ixracını (burada xidmətlərin yalnız bəzi xüsusi növləri, məsələn,
rezidentlərin əvvəlki dövrlərdə investisiya qoyuluşundan gəlirləri nəzərdə tutulur.
Bu gəlirlər kapitalın investisiyalara yönəldilən həcmindən, ssuda faizinin
dərəcəsindən, dividendlərin və mənfəətin məbləğindən asılıdır) müəyyən edən
eyni proseslərin və amillərin təsirinə məruz qalır.
Malların və xidmətlərin idxalı. Onun həcmi ixrac barəsində danışıldıqda
nəzərdən keçirilən eyni proseslərin, ilk növbədə isə, idxalın artmasının yaxud
azalmasının əsas amilləri olan miqdar və qiymət amillərinin təsiri altında
formalaşır. Başqa şərtlər eyni olduqda, malların ölkədaxili qiymətləri analoji
xarici malların qiymətinə nisbətən bahadırsa, ölkənin idxalının həcmi artır.
Tariflərin aşağı olması, yüksək idxal kvotaları, ölkənin valyutasının xarici
valyuta bazarlarında yüksək qiymətləndirilməsi idxal həcminin artmasına təsir
göstərir. Cari balans üzrə saldonun (cari əməliyyatlar üzrə hesabın) müsbət və ya
mənfi kəmiyyətini tam təsəvvür etmək üçün ixracın
114
məbləği ÜDM ilə müqayisə olunur. Nəticə ölkənin xarici ticarət əməliyyatlarının
xarakteri və vəzi}^əti barədə real təsəvvür yaradır.
Mənfi saldonun neqativ nəticələri cari əməliyyatlar üzrə tədiyyə
balansında kəsir yaranmış ölkənin onu maliyyələşdirmək üçün başqa ölkələrdən
və beynəlxalq təşkilatlardan borc almağa yaxud öz aktivlərini azad bazarlarda
satmağa vadar olmasında təzahür edir.
Amma bu cür kəsirli maliyyələşdirmənin hüdudları xaricdən borclanma
mənbələrinin tükənməsi, ölkənin bazarda tələbat olan aktivlərinin dəyərdən
düşməsi ilə məhdudlaşır. Belə vəziyyətlərdə ölkə tədiyyə balansında (daha geniş
planda isə daxili və xarici xərcləri ixtisar etməklə dövlət büdcəsində) düzəlişlər
etməyə məcburdur.
Kapitalın hərəkəti balansının formalaşması. Kapitalın hərəkəti balansı
(kapital və maliyyə əməliyyatları hesabı) kapitalın yerdəyişməsi ilə əlaqədar olan
be}məlxalq maliyyə əməliyyatları hesabları qrupunun sayəsində fonnalaşır. Bura
aktivlərin alqı-satqısı və başqa maliyyə əməli}^atlan, o cümlədən dövlət və özəl
kapitalın, uzunmüddətli və qısamüddətli kreditlərin və borcların, portfel
investisiyalarının ixracı və idxalı daxildir. Beləliklə, bu halda kapitalın hərəkəti
balansını əks etdirən müqavilələrin ümumi nəticəsi nəzərdə tutulur. Bu hərəkətin
düsturu aşağıdakı kimidir;
Xaricdə
aktivlərin əldə
olunması üzrə
xərclər
Beynəlxalq
borclar və
kreditlər üzrə
daxilolmalar
Kapitalın hərəkəti üzrə
Mərkəzi Bankın
əməliyyatlarından
daxilolmalar
Kapitalın
satışından
daxilolmalar
Malların və xidmətlərin satışı kimi, xarici aktivlərin satılması da xarici
valyutanın daxil olması ilə nəticələnir. Xarici aktivlərin alınması isə, əksinə,
xarici valyutanın xərclənməsi deməkdir. Bir çox dövlətlər üçün beynəlxalq və
ikitərəfli müqavilələr üzrə, o cümlədən BVF, DB, BYİB xətti ilə alınan borclar və
kreditlər, habelə ölkələrin mərkəzi banklarının aktivlərin satışı nəticəsində
forması dəyişdirilmiş mədaxilləri olan beynəlxalq əməliyyatları da böyük
əhəmiyyətə malikdir. Kapitalın ölkədən axını pul vəsaitlərinin başqa ölkələrə
köçürülməsini (aktivlərə yönədilməsini), ölkəyə axını isə tədiyyə balansı
qiymətləndirilməli olan ölkəyə köçürülməsini əks etdirir. Kapitalla aparılan
əməliyyatlar həm özəl, həm də dövlət sektorları vasitəsilə həyata keçirilə bilər.
Şübhəsiz ki, dövlət kreditləri xarici siyasətə müəyyən dərəcədə təsir göstərir və
bu, müxtəlif formalarda təzahür edə bilər.
115
Tədiyyə balansı baxımından kapitalın ölkədən axını aşağıdakı
əməliyyatları əhatə edir;
•
fınnaların xaricə birbaşa investisiya qoyuluşları;
•
ölkə investorlarının xarici səhmləri və istiqrazları alması;
•
milli kreditorların başqa ölkələrin borcalanlarma kredit verməsi;
•
milli rezidentlərin xarici banklarda bank depozitlərini əldə etməsi.
Kapitalın ölkəyə axınına aşağıdakı əməliyyatlar daxildir:
•
xarici finnalar tərəfindən ölkəyə birbaşa investisiya qoyuluşları;
•
ölkənin səhmlərinin və istiqrazlarının əcnəbi investorlar tərəfindən
alınması;
•
xarici kreditorların ölkədə olan borcalanlara kredit verməsi;
•
ölkə banklarının depozitlərinin qeyri-rezidentlər tərəfindən əldə
olunması.
Ölkəyə kapital axınının ölkədən kapital axınını üstələməsi cari (ticarət)
hesablar balansını mənfi saldosunun neqativ nəticələrini minimuma endirir və
dayanıqlı iqtisadi artım üçün əlverişli mühit yaradır.
Bazis balansı. Bazis balansı cari hesablar balansı ilə kapitalın hərəkəti
balansının toplanması nəticəsində fonnalaşır. Onun əhəmiyyəti milli
iqtisadiyyatın əmək məhsuldarlığı, beynəlxalq rəqabət qabiliyyəti, investisiya
mühiti, alıcıların verdiyi üstünlüklər və s. kimi mühüm xüsusiyyətlərini əks
etdirməsindədir.
Rəsmi ehtiyatlar. Tədiyyə balansının nəzərdən keçirdiyimiz maddələrinin
balansı yaxud bazis balansı təşkil edən iki balans - cari əməliyyatlar və kapitalın
hərəkəti üzrə balanslar tədiyyə balansı adlandırılmaq üçün tam və kifayət deyil.
Onun üçüncü tərkib hissəsi «Rəsmi ehtiyatlar» maddəsidir.
Müxtəlif ölkələrin mərkəzi banklarında rəsmi ehtiyatlar adlandırılan külli
məbləğdə xarici valyuta vardır. Ehtiyatlardan, bir qayda olaraq, tədiyyə
balansının cari əməliyyatlar və kapitalın hərəkəti (dollar, funt sterlinq, avro və s.
dönərli valyutalar, habelə qızıl) balanslarının tənzimlənməsi üçün istifadə edilir.
Kapitalın hərəkəti hesabının balansının aktivi, maliyyə ilində cari əməliyyatlar
hesabı üzrə balansın passivindən xeyli azdırsa, ölkənin birləşdirilmiş (konsolidə
olunmuş) hesabatları üzrə xalis kəsir yaranacaqdır. Başqa sözlə, beynəlxalq
ticarətdə və maliyyə əməlij^atlarmda ölkə xarici valyutanı qazandığından daha
çox, xərcləmişdir. Mərkəzi bankların rəsmi ehtiyatlarından valyuta bazarına
onların bir hissəsini çıxarmaq yolu ilə milli
116
Dostları ilə paylaş: |