Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə39/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   35   36   37   38   39   40   41   42   ...   306

nisbəti; xaricdə əldə olunan gəlirlər; xaricdə idxal rüsumları və kvotaları; valyuta 

məzənnəsi;  malların  və  xidmətlərin  ixracı;  malların  və  xidmətlərin  idxalı. 

Göstərilən amilləri təfsilatı ilə nəzərdən keçirək. 

Qiymətlərin  ölkədəki  və  xaricdəki  nisbəti.  Ölkədəki  inflyasiya  tempi 

tiearət  aparılan  ölkələrdəkindən  yüksəkdirsə,  başqa  şərtlər  eyni  olduğu  halda, 

istehsal  edilən  əmtəələrin  rəqabət  qabiliyyətinin  zəifləməsi  nəticəsində  ixracın 

həcmi azalacaqdır. Xaricə yalnız ölkədə nisbətən ucuz (yəni istehsalında ölkənin 

müəyyən  qədər  üstünlük  qazandığı)  yaxud  daxili  tələbat  nisbətən  az  olan 

əmtəələr ixrac olunacaqdır. Əcnəbi alıcıların real gəlirlərinin çoxalması obyektiv 

olaraq,  ixrae  bazarında  ölkənin  buraxdığı  əmtəələr  üçün  əlverişli  şərait 

yaradacaq. Buna müvafiq olaraq, xaricdən gəlirlərin, ixracın həcminin artımı baş 

verir və ölkənin valyutasına tələbat artır. 

Rüsumlar və tariflər. Ölkənin xariei tiearəti üzərində qiymətlər vasitəsilə 

nəzarətin ən geniş yayılmış tipi rüsum və tariflərdir. 

Rüsum  dövlət  yaxud  öz  aralarında  özəl  münasibətlərə  (məsələn,  icarə, 

qiymətli kağızların  ötürülməsi  haqqında müqavilə  bağlanması,  qiymətləndirmə 

barədə  razılaşma)  girən  fiziki  və  hüquqi  şəxslərdən  tutulan  istehlak  vergisinin 

növüdür.  Praktikada  və  nəzəriyyədə  rüsumların  çoxsaylı  növləri  (tipləri):  birja 

(birja  komitəsi  tərəfindən  qiymətli  kağızların  alıeılanndan  tutulan  pul  yığımı), 

veksel  (veksel  saxlayanın  notarius  tərəfindən  müxtəlif  növ  protestlərin 

verilməsinə  görə  ödədiyi  məbləğ),  yol  (keçidə  görə  ödəniş),  patent  (ixtiradan 

istifadəyə patent əsasında müstəsna hüququn verilməsinə görə ödəniş), məhkəmə 

(hüquqi  və  fiziki  şəxslər  tərəfindən  qaldırılan  iddia  ərizələrinə  və  kassasiya 

şikayətlərinə  baxılmasına  görə  ödəniş)  və  sair  ilə  qarşılaşmaq  olar.  Bizi 

rüsumların aşağıdakı növləri maraqlandırır: dövlət, xariei ticarət, gömrük, liman, 

habelə onların bəzi variantları. 



Dövlət  rüsumu  -  xüsusi  səlahiyyət  verilmiş  idarə  tərəfindən  müəssisə, 

təşkilat və vətəndaş üçün yerinə yetirilən hərəkətlərə, hüquqi əhəmiyyətə malik 

olan sənədlərin verilməsinə görə alınan məbləğdir. 

Gömrük  rüsumu  -  xariei  malların  ölkəyə  gətirilməsi  (idxal  rüsumu), 

malların  ölkədən  çıxarılması  (ixrae  rüsumu)  yaxud  malların  tranziti  (tranzit 

rüsumu)  ilə  əlaqədar  olaraq  alınan  rüsumdur.  Gömrük  rüsumu  bir  sıra  növ 

qruplarına bölünür: 



Xarici  ticarət  rüsumu  -  ölkənin  gömrük  sərhədindən  buraxılan  mallara 

tətbiq edilən dövlət rüsumudur (vergisidir). Hesablanma metodlarına və tətbiq 

112 



olunma  üsullarına  görə  xarici  ticarət  rüsumlarının  vergi  qoyulan  malların 

qiymətinə faiz nisbəti (ad valorem) və müvafiq ölçü vahidinə görə təsbit olunmuş 

məbləğ kimi müəyyənləşdirilən növləri fərqləndirilir. Xarici ticarət rüsumunun 

tətbiq  edildiyi  malların  siyahısı  və  gömrük  rüsumlarının  dərəcələri  gömrük 

tarifində göstərilir. 

Uman rüsumu - gəmi sahibinin bəzi limanlarda tərsanəyə girmək imkanı 

qazanmaq üçün ödədiyi məbləğdir. 

Rüsum mal vahidinə görə pul ödənişi şəklində də müəyyən oluna bilər və 

bu halda o, spesifik rüsum adlandırılır. Bəzi hallarda eyni mal üzrə eyni vaxtda 

həm spesifik, həm də advalor rüsum müəyyənləşdirilə bilər. Belə rüsum qarışıq 

rüsum 

adlandırılır.  Gömrük  işçilərinə  faiz  tutulmalı  olan  dəyəri 

müəyyənləşdimrək  lazım  olmadığına  görə,  spesifik  rüsumun  qoyulması  daha 

asandır. 

Sənayeləşmiş  iri  ölkələr  üçün  böyük  əhəmiyyət  kəsb  etməyən  idxal 

rüsumu  inkişaf  etməkdə  olan  ölkələrin  əksəriyyətinin  gəlirlərinin  əsas 

mənbələrindən  biridir.  Dövlət  hakimiyyəti  orqanlarının  şəxsi  və  korporativ 

gəlirlər  üzrə  vergiləri  hesablamaq  və  toplamaqla  müqayisə  olunduqda,  sərhədi 

keçən malların həcminin və xarakterinin müəyyənləşdirilməsinə nəzarət  etmək 

imkanları  daha  genişdir.  Bu,  iqtisadiyyatı  transformasiya  olunan  yeni  ölkələr 

(Rusiya, Ukrayna, Mərkəzi Asiya ölkələri) üçün də səeiyyəvi haldır. 

Tarif  -  təşkilatlar  və  şirkətlər  tərəfindən  əhaliyə  və  müxtəlif  idarələrə 

göstərilən istehsal və qeyri-istehsal xarakterli xidmətlərə görə ödəniş dərəcələri 

sistemidir. Tariflərin tipləri və növləri də fərqlənir. 

Gömrük  tarifi  -  ölkəyə  gətirilən  və  ölkədən  çıxarılan  mallara  görə 

ödənilən,  əmtəə  qrupları  üzrə  sistemləşdirilmiş  rüsumların  siyahısı  olmaqla, 

xarici ticarətin tənzimlənməsi alətidir; malların adlarının, rüsum tutuan vahidin 

və  rüsumun  dərəcələrindən  ibarətdir.  Gömrük  tarifləri  avtonom  (dövlətlərin 

birtərəfli  qaydada  tətbiq  etdiyi),  konvensiya  (dövlətlər  tərəfindən  beynəlxalq 

sazişlər  əsasında  tətbiq  edilir  və  faiz  dərəeələri  nisbətən  aşağıdır),  kombinə 



edilmiş  (gömrük  tarifinin  hər  iki  növünü  ehtiva  edir  və  müxtəlif  ölkələrə 

münasibətdə onların fərqli növü tətbiq olunur) növlərə bölünür. 



İxrac tarifi - müəyyən malların ixracının dövlət tərəfindən tənzimlənməsi 

üçün tətbiq olunan vergi növüdür. 

Gəlir  vergisi  şəklində  tarif  idxala  münasibətdə  daha  geniş  yayılmışdır, 

amma xammal ixrac edən ölkələrin çoxu malın dəyərinə təsir göstərməklə. 



113 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə