17
ƏMƏNTÜ: “Əməntü billəhi və Mələikətihi və Kütübihi və Rüsülihi vəl-
yəvmil-axıri və bil qadəri, xayrihi və şərrihi min Allahi Təala vəl bəasü
bəadəl-məvti haqqun, Əşhədü ən ləə iləhə illəllah və əşhədü ənnə Muham-
mədən abdühü və rasulühü”.
BİRİNCİ ŞƏRT
ALLAHÜ TƏALAYA İNANMAQ
“Əməntü billəhi”: Allahü təalanın varlığına və birliyinə inandım, iman et-
dim, qəlbimlə və dilimlə təsdiq etdim deməkdir. Allahü təala vardır və birdir. Bir
sözünün lüğətdə müxtəlif mənaları vardır. Birincisi, say baxımından ikinin yarısı
olub, sayların əvvəlidir. Digəri, ortağı və bənzəri olmamaq baxımından birdir.
Allahü təala say baxımından deyil, ortağı və bənzəri olmamaq baxımından birdir.
Yəni zatında və xüsusiyyətində heç bir şəkildə Ona ortaq yoxdur. Bütün məxluq-
ların zat və xüsusiyyətləri bunları yaradanın zat və xüsusiyyətlərinə bənzəmədiyi
kimi, yaradanın zat və xüsusiyyətləri də yaratdıqlarının heç birinin zat və xüsu-
siyyətlərinə bənzəməz.
Bütün məxluqatın hər üzvünün hər hüceyrəsinin yaradanı, yoxdan var edəni
yalnız Allahü təaladır. Allahü təalanın zatının həqiqətini heç bir kimsə bilə bil-
məz. Ağıla və xəyala gələnlərin hamısından münəzzəhdir və uzaqdır. Onun zatını
ağıla və xəyala gətirmək caiz deyil (icazə verilmir). Ancaq Qurani-Kərimdə bil-
dirilən xüsusiyyətlərini, isimlərini əzbərləyib, üluhiyyətini bunlarla təsdiq edil-
məlidir. Bütün xüsusiyyətləri və isimləri əzəli və əbədidir. Zatı heç bir yerdə
durmadığı kimi, müəyyən bilinən altı cəhətdən də münəzzəhdir. Yəni, öndə, ar-
xada, sağda, solda, üstdə, altda deyildir. Onun haqqında ancaq “ hər yerdə hazır
və nazırdır” deyilə bilər.
Allahü təalanın xüsusiyyətləri on dörddür. Altısına sıfatı-zatiyyə (zatı xüsu-
siyyətlər) və səkkizinə sıfatı-sübutiyyə (sübuti xüsusiyyətlər) deyilir. Bunların
mənalarını bilmək və əzbərləmək çox lazımdır:
SIFATI-ZATİYYƏ (Zatı xüsusiyyətləri)
1.
Vücud (Varlıq): Allahü təala vardır. Varlığı əzəlidir. Vacib-ül vücuddur,
yəni varlığı lazımdır.
2.
Qıdəm (Əzəli): Allahü təalanın varlığının əvvəli yoxdur.
3.
Bəqa (Əbədi): Allahü təalanın varlığının sonu yoxdur. Heç yox olmaz.
Ortağı olmaq mümkünsüz olduğu kimi, zatı və xüsusiyyətləri üçün də yoxluq
mümkünsüzdür.
4.
Vahdaniyyət (Bənzərsiz): Allahü təalanın zatında, xüsusiyyətlərində, iş-
lərində ortağı, bənzəri yoxdur.
5.
Muhaləfətün-lilhavadis (Misilsiz): Allahü təala zatında və xüsusiyyətlə-
rində heç bir məxluqun zat və xüsusiyyətlərinə bənzəmir.
18
6.
Qıyam bi-nəfsihi (Möhtacsız): Allahü təala zatı ilə qaimdir. Məkana
möhtac deyildir. Maddə və məkan yox ikən, O var idi. Hər ehtiyacdan münəz-
zəhdir. Bu kainatı yoxluqdan varlığa çevirmədən əvvəl zatı necə idisə, sonsuz
olaraq həmişə elə olacaq.
SIFATI SÜBUTİYYƏ (Sübuti xüsusiyyətləri)
1.
Həyat: Allahü təala diridir. Həyatı məxluqların həyatına bənzəməyib, za-
tına layiq və məxsus olan bir həyat ilə əzəli və əbədidir.
2.
Elm: Allahü təala hər şeyi bilir. Bilməsi məxluqatın bilməsi kimi deyil-
dir. Qaranlıq gecədə qarışqanın qara daş üzərində yeridiyini görür və bilir. İnsan-
ların qəlbindən keçən düşüncələrini, niyyətlərini bilir. Bilməsində dəyişiklik ol-
maz. Əzəli və əbədidir.
3.
Səm: (Eşitmə) Allahü təala eşidir. Vasitəsiz və cəhətsiz eşidir. Eşitməsi
qulların eşitməsinə bənzəməz. Bu xüsusiyyəti də başqa xüsusiyyətləri kimi əzəli
və əbədidir.
4.
Basar: (Görmə) Allahü təala görür. Alətsiz və şərtsiz görür. Görməsi göz
ilə deyildir.
5.
İradət: Allahü təalanın istəməsi vardır. İstədiyini yaradır. Hər şey Onun
istəməsilə var olur. İradəsinə mane ola bilən heç bir qüvvət yoxdur.
6.
Qüdrət: Allahü təala hər şeyə gücü çatandır. Heç bir şey ona çətin gəlməz.
7.
Kəlam: Allahü təala söyləyicidir. Söyləməsi alət, hərflər, səslər və dil ilə
deyildir.
8.
Təkvin (Yaratmaq): Allahü təala yaradandır. Ondan başqa yaradan yox-
dur. Hər şeyi O yaradır. Allahü təaladan başqasına yaradan deməmək lazımdır.
Allahü təalanın xüsusiyyətlərinin həqiqətlərini anlamaq da mümkünsüzdür.
Heç bir kimsə və heç bir şey Allahü təalanın xüsusiyyətlərinə ortaq və bənzər ola
bilməz.
İKİNCİ ŞƏRT
MƏLƏKLƏRƏ İNANMAQ
Və Mələikətihi: Allahü təalanın mələklərinə inandım deməkdir. Mələklər
Allahü təalanın qullarıdır. Hamısı Allahü təalanın əmrlərinə itaət edər. Günah
işləməzlər. Kişi və qadın deyillər. Evlənməzlər. Diridirlər. Yeməzlər, içməzlər,
yatmazlar. Nurani cisimdirlər, ağıllıdırlar. Ən üstün olanları dörddür.
1.
Cəbrail-əleyhissəlam: Vəzifəsi Peyğəmbərlərə vəhy gətirmək, əmr və
qadağaları bildirməkdr.
2.
İsrafil-əleyhissəlam: Sura üfürməklə vəzifəlidir. Birinci üfürməsindən
hasil olan səsi eşidən Allahü təaladan başqa hər diri öləcək, ikincisində hamısı
təkrar diriləcək.
3.
Mikail-əleyhissəlam: Ruzi göndərilmək, ucuzluq, bolluq, qıtlıq, bahalıq
və hər maddəni hərəkət etdirməklə vəzifəlidir.
4.
Əzrail-əleyhissəlam: İnsanların ruhunu almaqla vəzifəlidir.
19
Bunlardan sonra dörd sinif mələk vardır. Hamələi-arş deyilən mələklər
dörd ədəddir. Huzuri-ilahidə olan mələklərə Mukarrebin deyilir. Əzab mələklə-
rin böyüklərinə Kərubiyan, rəhmət mələklərinə Ruhaniyan deyilir. Cənnət mə-
ləklərinin böyüyünün adı Rıdvan, Cəhənnəm mələklərinin böyüyünün adı
Malik-dir. Cəhənnəm mələklərinə Zəbani deyilir. Sayı ən çox olan məxluq mə-
ləklərdir. Göylərdə mələklərin ibadət etmədikləri boş bir yer yoxdur.
ÜÇÜNCÜ ŞƏRT
KİTABLARA İNANMAQ
Və kütübihi: Allahü təalanın endirdiyi kitablara inandım deməkdir. Allahü
təala bu kitabları bəzi Peyğəmbərlərə Cəbrail adlı mələklə vəhy edərək, yəni
oxudaraq, bəzilərinə isə mələksiz eşitdirərək endirdi. Hamısı Allahü təalanın kə-
lamıdır. Əzəli və əbədidirlər. Məxluq deyildirlər. Hamısı haqdır. Səmavi kitab-
lardan bizə bildirdikləri yüz dörddür. Bunlardan on suhuf Adəm-əleyhissəlama,
əlli suhuf Şit-əleyhissəlama, otuz suhuf İdris-əleyhissəlama, on suhuf İbrahim-
əleyhissəlama, “Tövrat” Musa-əleyhissəlama, “Zəbur” Davud-əleyhissəlama,
“İncil” İsa-əleyhissəlama, “Qurani-Kərim” Muhamməd əleyhissəlama enmişdir.
Allahü təala, insanların dünyada dinclik içində yaşaması, axirətdə sonsuz
səadətə qovuşmaları üçün ilk insan və ilk Peyğəmbər olan Adəm-əleyhissəlam-
dan son Peyğəmbər Muhamməd əleyhissəlama qədər bir çox Peyğəmbər vasitə-
silə kitablar göndərmişdir. Bu kitablarda iman və ibadət əsaslarını açıqlamış,
insanların möhtac olduqları hər mövzuda məlumat verilmişdir.
Bunlardan Qurani-Kərim son ilahi kitabdır. Qurani-Kərimin göndərilməsindən
sonra digər bütün ilahi kitabların hökmləri qüvvədən düşmüşdür. Cəbrail-əleyhissə-
lam Qurani-Kərimi Muhamməd əleyhissəlama iyirmi üç il ərzində endirmişdir.
Qurani-Kərim 114 surə, 6236 ayətdən ibarətdir. Bu rəqəmin bəzi kitablarda dəyişik
verilməsi bir uzun ayətin bir neçə ayət sayılmasındandır. Çünki Qurani-Kərim endi-
rildiyindən bəri heç bir dəyişikliyə məruz qalmamış, bundan sonra da qalmayacaq.
Qurani-Kərim Allahü kəlamıdır. Belə bir kitabın insanlar tərəfindən yazılması müm-
kün deyil. Bir ayətə belə oxşar bir şey söyləmək mümkün olmamışdır.
Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” axirətə təşrif etdikdən sonra
birinci xəlifəsi Əbu Bəkri Sıddıq “radıyallahü anh” Qurani-Kərimin ayətlərini bir
yerə topladı. Beləcə də bir “ Mushaf” (kitab) meydana gəldi. Əshabi-kiramın ha-
mısı bu mushafın Allahü kəlamı olduğunu söz birliyi ilə bildirdilər. Üçüncü xəli-
fə Osman “radıyallahü anh”, bu mushafdan altı ədəd də yazdırıb bəzi vilayətlərə
göndərdi. Qurani-Kərimi əsli ilə oxumaq lazımdır. Başqa hərflərlə yazılmış olan-
lara Qurani-Kərim deyilməz.
a)
Mushafı ələ alarkən dəstəmazlı olmaq, qibləyə tərəf oturmaq, diqqətlə
oxumaq lazımdır.
b)
Ağır-ağır, huşu ilə oxunmalıdır.
c)
Mushafa baxaraq, hər ayətin haqqını verərək oxunmalıdır.
Dostları ilə paylaş: |