Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə8/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

 17
ƏMƏNTÜ: “Əməntü billəhi və Mələikətihi və Kütübihi və Rüsülihi vəl-
yəvmil-axıri və bil qadəri, xayrihi və  şərrihi min Allahi Təala vəl bəasü 
bəadəl-məvti haqqun, Əşhədü  ən ləə iləhə illəllah və  əşhədü  ənnə Muham-
mədən abdühü və rasulühü”. 
  
 
BİRİNCİ ŞƏRT 
 
ALLAHÜ TƏALAYA İNANMAQ 
“Əməntü billəhi”: Allahü təalanın varlığına və birliyinə inandım, iman et-
dim, qəlbimlə və dilimlə təsdiq etdim deməkdir. Allahü təala vardır və birdir. Bir 
sözünün lüğətdə müxtəlif mənaları vardır. Birincisi, say baxımından ikinin yarısı 
olub, sayların  əvvəlidir. Digəri, ortağı  və  bənzəri olmamaq baxımından birdir. 
Allahü təala say baxımından deyil, ortağı və bənzəri olmamaq baxımından birdir. 
Yəni zatında və xüsusiyyətində heç bir şəkildə Ona ortaq yoxdur. Bütün məxluq-
ların zat və xüsusiyyətləri bunları yaradanın zat və xüsusiyyətlərinə bənzəmədiyi 
kimi, yaradanın zat və xüsusiyyətləri də yaratdıqlarının heç birinin zat və xüsu-
siyyətlərinə bənzəməz. 
Bütün məxluqatın hər üzvünün hər hüceyrəsinin yaradanı, yoxdan var edəni 
yalnız Allahü təaladır. Allahü təalanın zatının həqiqətini heç bir kimsə bilə bil-
məz. Ağıla və xəyala gələnlərin hamısından münəzzəhdir və uzaqdır. Onun zatını 
ağıla və xəyala gətirmək caiz deyil (icazə verilmir). Ancaq Qurani-Kərimdə bil-
dirilən xüsusiyyətlərini, isimlərini  əzbərləyib, üluhiyyətini bunlarla təsdiq edil-
məlidir. Bütün xüsusiyyətləri və isimləri  əzəli və  əbədidir. Zatı heç bir yerdə 
durmadığı kimi, müəyyən bilinən altı cəhətdən də münəzzəhdir. Yəni, öndə, ar-
xada, sağda, solda, üstdə, altda deyildir. Onun haqqında ancaq “hər yerdə hazır 
və nazırdır” deyilə bilər.  
Allahü təalanın xüsusiyyətləri on dörddür. Altısına sıfatı-zatiyyə (zatı xüsu-
siyyətlər) və  səkkizinə  sıfatı-sübutiyyə (sübuti xüsusiyyətlər) deyilir. Bunların 
mənalarını bilmək və əzbərləmək çox lazımdır: 
 
SIFATI-ZATİYYƏ (Zatı xüsusiyyətləri) 
1.
 
Vücud (Varlıq): Allahü təala vardır. Varlığı əzəlidir. Vacib-ül vücuddur, 
yəni varlığı lazımdır. 
2.
 
Qıdəm (Əzəli): Allahü təalanın varlığının əvvəli yoxdur. 
3.
 
Bəqa  (Əbədi): Allahü təalanın varlığının sonu yoxdur. Heç yox olmaz. 
Ortağı olmaq mümkünsüz olduğu kimi, zatı  və xüsusiyyətləri üçün də yoxluq 
mümkünsüzdür. 
4.
 
Vahdaniyyət (Bənzərsiz): Allahü təalanın zatında, xüsusiyyətlərində, iş-
lərində ortağı, bənzəri yoxdur. 
5.
 
Muhaləfətün-lilhavadis (Misilsiz): Allahü təala zatında və xüsusiyyətlə-
rində heç bir məxluqun zat və xüsusiyyətlərinə bənzəmir.  


 18
6.
 
Qıyam bi-nəfsihi  (Möhtacsız): Allahü təala zatı ilə qaimdir. Məkana 
möhtac deyildir. Maddə və məkan yox ikən, O var idi. Hər ehtiyacdan münəz-
zəhdir. Bu kainatı yoxluqdan varlığa çevirmədən  əvvəl zatı necə idisə, sonsuz 
olaraq həmişə elə olacaq. 
 
SIFATI SÜBUTİYYƏ (Sübuti xüsusiyyətləri) 
1.
 
Həyat: Allahü təala diridir. Həyatı məxluqların həyatına bənzəməyib, za-
tına layiq və məxsus olan bir həyat ilə əzəli və əbədidir.  
2.
 
Elm: Allahü təala hər şeyi bilir. Bilməsi məxluqatın bilməsi kimi deyil-
dir. Qaranlıq gecədə qarışqanın qara daş üzərində yeridiyini görür və bilir. İnsan-
ların qəlbindən keçən düşüncələrini, niyyətlərini bilir. Bilməsində dəyişiklik ol-
maz. Əzəli və əbədidir.  
3.
 
Səm: (Eşitmə) Allahü təala eşidir. Vasitəsiz və cəhətsiz eşidir. Eşitməsi 
qulların eşitməsinə bənzəməz. Bu xüsusiyyəti də başqa xüsusiyyətləri kimi əzəli 
və əbədidir.  
4.
 
Basar: (Görmə) Allahü təala görür. Alətsiz və şərtsiz görür. Görməsi göz 
ilə deyildir. 
5.
 
İradət: Allahü təalanın istəməsi vardır. İstədiyini yaradır. Hər şey Onun 
istəməsilə var olur. İradəsinə mane ola bilən heç bir qüvvət yoxdur. 
6.
 
Qüdrət: Allahü təala hər şeyə gücü çatandır. Heç bir şey ona çətin gəlməz.  
7.
 
Kəlam: Allahü təala söyləyicidir. Söyləməsi alət, hərflər, səslər və dil ilə 
deyildir. 
8.
 
Təkvin (Yaratmaq): Allahü təala yaradandır. Ondan başqa yaradan yox-
dur. Hər şeyi O yaradır. Allahü təaladan başqasına yaradan deməmək lazımdır.  
Allahü təalanın xüsusiyyətlərinin həqiqətlərini anlamaq da mümkünsüzdür. 
Heç bir kimsə və heç bir şey Allahü təalanın xüsusiyyətlərinə ortaq və bənzər ola 
bilməz. 
 
 
İKİNCİ ŞƏRT 
 
MƏLƏKLƏRƏ İNANMAQ 
Və  Mələikətihi:  Allahü təalanın mələklərinə inandım deməkdir. Mələklər 
Allahü təalanın qullarıdır. Hamısı Allahü təalanın  əmrlərinə itaət edər. Günah 
işləməzlər. Kişi və qadın deyillər. Evlənməzlər. Diridirlər. Yeməzlər, içməzlər, 
yatmazlar. Nurani cisimdirlər, ağıllıdırlar. Ən üstün olanları dörddür.  
1.
 
Cəbrail-əleyhissəlam: Vəzifəsi Peyğəmbərlərə  vəhy gətirmək,  əmr və 
qadağaları bildirməkdr. 
2.
 
İsrafil-əleyhissəlam: Sura üfürməklə  vəzifəlidir. Birinci üfürməsindən 
hasil olan səsi eşidən Allahü təaladan başqa hər diri öləcək, ikincisində hamısı 
təkrar diriləcək. 
3.
 
Mikail-əleyhissəlam: Ruzi göndərilmək, ucuzluq, bolluq, qıtlıq, bahalıq 
və hər maddəni hərəkət etdirməklə vəzifəlidir.  
4.
 
Əzrail-əleyhissəlam: İnsanların ruhunu almaqla vəzifəlidir. 


 19
Bunlardan sonra dörd sinif mələk vardır.  Hamələi-arş deyilən mələklər 
dörd ədəddir. Huzuri-ilahidə olan mələklərə Mukarrebin deyilir. Əzab mələklə-
rin böyüklərinə Kərubiyan, rəhmət mələklərinə Ruhaniyan deyilir. Cənnət mə-
ləklərinin böyüyünün adı  Rıdvan, Cəhənnəm mələklərinin böyüyünün adı 
Malik-dir. Cəhənnəm mələklərinə Zəbani deyilir. Sayı ən çox olan məxluq mə-
ləklərdir. Göylərdə mələklərin ibadət etmədikləri boş bir yer yoxdur.  
 
 
ÜÇÜNCÜ ŞƏRT 
 
KİTABLARA İNANMAQ 
Və kütübihi: Allahü təalanın endirdiyi kitablara inandım deməkdir. Allahü 
təala bu kitabları  bəzi Peyğəmbərlərə  Cəbrail adlı  mələklə  vəhy edərək, yəni 
oxudaraq, bəzilərinə isə mələksiz eşitdirərək endirdi. Hamısı Allahü təalanın kə-
lamıdır. Əzəli və əbədidirlər. Məxluq deyildirlər. Hamısı haqdır. Səmavi kitab-
lardan bizə bildirdikləri yüz dörddür. Bunlardan on suhuf Adəm-əleyhissəlama, 
əlli suhuf Şit-əleyhissəlama, otuz suhuf İdris-əleyhissəlama, on suhuf İbrahim-
əleyhissəlama, “Tövrat” Musa-əleyhissəlama, “Zəbur” Davud-əleyhissəlama, 
“İncil” İsa-əleyhissəlama, “Qurani-Kərim” Muhamməd əleyhissəlama enmişdir.  
Allahü təala, insanların dünyada dinclik içində yaşaması, axirətdə sonsuz 
səadətə qovuşmaları üçün ilk insan və ilk Peyğəmbər olan Adəm-əleyhissəlam-
dan son Peyğəmbər Muhamməd əleyhissəlama qədər bir çox Peyğəmbər vasitə-
silə kitablar göndərmişdir. Bu kitablarda iman və ibadət  əsaslarını açıqlamış, 
insanların möhtac olduqları hər mövzuda məlumat verilmişdir.  
Bunlardan Qurani-Kərim son ilahi kitabdır. Qurani-Kərimin göndərilməsindən 
sonra digər bütün ilahi kitabların hökmləri qüvvədən düşmüşdür. Cəbrail-əleyhissə-
lam Qurani-Kərimi Muhamməd  əleyhissəlama iyirmi üç il ərzində endirmişdir. 
Qurani-Kərim 114 surə, 6236 ayətdən ibarətdir. Bu rəqəmin bəzi kitablarda dəyişik 
verilməsi bir uzun ayətin bir neçə ayət sayılmasındandır. Çünki Qurani-Kərim endi-
rildiyindən bəri heç bir dəyişikliyə məruz qalmamış, bundan sonra da qalmayacaq. 
Qurani-Kərim Allahü kəlamıdır. Belə bir kitabın insanlar tərəfindən yazılması müm-
kün deyil. Bir ayətə belə oxşar bir şey söyləmək mümkün olmamışdır.  
Peyğəmbərimiz “sallallahü aleyhi və  səlləm” axirətə  təşrif etdikdən sonra 
birinci xəlifəsi Əbu Bəkri Sıddıq “radıyallahü anh” Qurani-Kərimin ayətlərini bir 
yerə topladı. Beləcə də bir “Mushaf” (kitab) meydana gəldi. Əshabi-kiramın ha-
mısı bu mushafın Allahü kəlamı olduğunu söz birliyi ilə bildirdilər. Üçüncü xəli-
fə Osman “radıyallahü anh”, bu mushafdan altı ədəd də yazdırıb bəzi vilayətlərə 
göndərdi. Qurani-Kərimi əsli ilə oxumaq lazımdır. Başqa hərflərlə yazılmış olan-
lara Qurani-Kərim deyilməz.  
a)
 
 Mushafı  ələ alarkən dəstəmazlı olmaq, qibləyə  tərəf oturmaq, diqqətlə 
oxumaq lazımdır.  
b)
 
Ağır-ağır, huşu ilə oxunmalıdır. 
c)
 
Mushafa baxaraq, hər ayətin haqqını verərək oxunmalıdır.  


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə