Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə4/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   2   3   4   5   6   7   8   9   ...   56

 
8
 
 
İşdə budur, miftahi gənci qadim, 
Bismilləhirrahmənirrahım. 
 
 
ÖN SÖZ 
 
Namaz kitabını yazmağa  Əuzü Bəsmələ oxuyaraq başlayıram. Allahü 
təalaya həmd olsun. Onun seçdiyi və sevdiyi qullarına və onların ən üstünü olan 
Muhamməd -əleyhissəlama salat (dua) və salam olsun. O uca Peyğəmbərin təmiz 
əhli-beytinə adil, sadiq Əshabi-kiramının “rıdvanullahi Təala aleyhim əcmaın” 
hər birinə xeyirli dualar olsun! Dünyada yaxşı, faydalı şeylər pis, zərərli şeylərlə 
qarışıqdır. Səadətə, rahatlığa qovuşmaq üçün həmişə yaxşı, faydalı iş görmək la-
zımdır. Allahü təala çox mərhəmətli olduğu üçün yaxşılığı pisdən ayıran bir qüv-
vət yaratdı. Bu qüvvətə Ağıl deyilir. Təmiz və sağlam olan ağıl heç vaxt səhv et-
məz. Günah işləmək, nəfsə tabe olmaq, ağlı və qəlbi xəstə edər. Yaxşını pisdən 
ayıra bilməz. Allahü təala mərhəmət edərək bu işi özü etmiş, yaxşı  işləri Pey-
ğəmbərlər vasitəsi ilə bildirmiş və bunları yerinə gətirməyi əmr etmişdir. Zərərli 
şeyləri də bildirib, bunları etməyi qadağan etmişdir. Bu əmr və qadağalara Din 
deyilir. Muhamməd-əleyhissəlamın bildirdiyi dinə  İslamiyyət deyilir. Bu gün 
yer üzündə  dəyişdirilməmiş, pozulmamış  tək din vardır. O da islamiyyətdir. 
Dünya və axirət rahatlığına qovuşmaq üçün islamiyyətə uymaq, yəni müsəlman 
olmaq lazımdır. Müsəlman olmaq üçün də heç bir təşkilata, axunda, mollaya get-
məyə ehtiyac yoxdur. İlk əvvəl qəlb ilə iman etməli, sonra da islamiyyətin əmr 
və qadağalarını öyrənməli və bunlara əməl etməlidir.  
Hansı təriqətdən olursa-olsun nəfsinə tabe olan və qəlbi qara olan Cəhənnə-
mə gedəcəkdir. Hər mömin nəfsini təmizləmək üçün yəni nəfsin yaradılışında 
mövcud olan küfrü və günahları  təmizləmək üçün hər zaman çox “Lə iləhə 
illəllah” və qəlbini təmizləmək üçün yəni nəfsdən və şeytandan, pis yoldaşlardan 
və  zərərli, pozğun kitablardan gələn küfrdən və günahlardan qurtulmaq üçün 
Əstəğfirullah” oxumalıdır. İslamiyyətə tabe olanın duaları şübhəsiz qəbul olar. 
Namaz qılmayanın, açıq qadınlara və övrət məhəlli açıq olanlara baxanların və 
haram yeyib-içənlərin islamiyyətə tabe olmadıqları məlum olur. Bunların duaları 
qəbul olmaz.  
İman etdikdən sonra ən mühüm əmr namazdır. Beş vaxt namaz qılmaq hər 
müsəlmana fərzi-ayndır, yəni hər kəsin özü qılması lazımdır. Qılmamaq böyük 
günahdır. Namazı tam və doğru olaraq qıla bilməsi üçün ilk əvvəl namaz məlu-
matlarını öyrənməsi lazımdır. Bu kitabımızda dinimizdə bildirilən namaz məlu-
matlarını qısa və aydın olaraq bildirməyi lazımlı bildik. Bir çox İslam aliminin 
kitabından istifadə edərək hazırladığımız bu namaz məlumatlarını hər müsəlman 
mütləq öyrənməli və övladlarına da öyrətməlidir.  


 
9
Namazın doğru qılına bilməsi üçün namazda oxunan surə və duaları da əz-
bərləməlidir. Heç olmazsa namaz qıla biləcək qədər dua və surəni, bunları oxu-
masını yaxşı bilən, tam tələffüz edən bir müəllimdən və ya yoldaşından öyrən-
məlidir. Qurani-Kərimi doğru oxumaq üçün Qurani-Kərimi yaxşı bilən müəllim-
lərə getməlidir. Qurani-Kərimi doğru olaraq oxumağı mütləq öyrənməli, uşaqla-
rına da öyrətməlidir. Qurani-Kərimin latın hərfləri ilə yazılması mümkün deyil-
dir. Onun üçün əsli oxunmalıdır. Oxunması çox asandır. Peyğəmbərimiz “sallal-
lahü aləyhi və  səlləm” bir hədis-i  şərfində,  “Uşaqlarına Qurani-Kərim öyrə-
dənlərə  və ya Qurani-Kərim müəlliminə göndərənlərə, öyrədilən Quranın 
hər hərfi üçün on kərə Kəbə-i muazzamanı ziyarət savabı verilir. Və Qiya-
mət günü başına dövlət tacı qoyular. Bütün insanlar görüb qibtə edərlər” 
buyurduAllahü təala hamımızı doğru iman etdikdən sonra namazı doğru öyrə-
nən və qılan, xeyirli işləri edən qullarından etsin!  
 
Miladi Hicri şəmsi Hicri qəməri 
2010 1388 1431 
 
 


 10
  
 
NAMAZ BÖYÜK ƏMRDİR 
 
Adəm-əleyhissəlamdan bəri hər dində bir vaxt namaz vardı. Hamısı bir yerə 
toplanaraq Muhamməd əleyhissəlama inananlara fərz edildi. Namaz qılmaq ima-
nın şərti deyil. Lakin namazın fərz olduğuna inanmaq imanın şərtidir.  
Namaz dinin dirəyidir. Namazını davamlı, doğru və tam olaraq qılan dinini 
qurmuş, islam binasını ayaq üstə tutmuş olar. Namaz qılmayan dinini və islam bi-
nasını yıxmış olar. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurdu ki; “Di-
nimizin başı namazdır”. Başsız insan olmadığı kimi, namazsız da din olmaz.  
Namaz islam dinində imandan sonra ilk fərz edilən  əmrdir.  Allahü təala 
qullarının yalnız özünə ibadət etmələri üçün namazı  fərz etdi. Qurani-Kərimdə 
yüzdən artıq ayəti-kərimdə  “Namaz qılın!” buyurulur. Hədisi-şərifdə  Peyğəm-
bərimiz “Allahü təala hər gün beş vaxt namaz qılmağı fərz etdi. Qiymət ve-
rərək və şərtlərinə riayət edərək hər gün beş vaxt namaz qılanı Cənnətə qo-
yacağını Allahü təala söz verdi” buyurdu. 
 Namaz dinimizdə edilməsi  əmr edilən bütün ibadətlərin  ən  qiymətlisidir. 
Bir Hədisi-şərifdə, “Namaz qılmayanın İslamdan nəsibi yoxdur!” buyuruldu. 
Yenə bir Hədisi-şərifdə, “Mömin ilə kafiri ayıran fərq namazdır” buyuruldu. 
Yəni mömin namaz qılar, kafir qılmaz. Münafıqlar isə bəzən qılar, bəzən qılmaz. 
Münafıqlar Cəhənnəmdə çox acı  əzab görəcəkdir. Rəsulullah “sallallahü aləyhi 
və səlləm” əfəndimiz buyurdu ki: “Namaz qılmayanlar qiyamət günü Allahü 
təalanı qəzəbli olaraq görəcəklər.”  
Namaz qılmaq, Allahü təalanın böyüklüyünü düşünərək onun qarşısında öz ki-
çikliyini anlamaqdır. Bunu anlayan kimsə həmişə yaxşılıq edər. Heç pislik edə bil-
məz. Hər gün beş dəfə Rəbbinin hüzurunda olduğunu niyyət edən kimsənin qəlbi ix-
las ilə dolar. Namazda edilməsi əmr olunan hər hərəkət qəlbə və bədənə fayda verir. 
 Məscidlərdə camaat ilə namaz qılmaq müsəlmanların qəlblərini bir-birinə bağ-
layar. Aralarında sevgini təmin edər. Bir-birlərinin qardaş olduqlarını anlayarlar. 
Böyüklər kiçiklərə mərhəmətli olar. Kiçiklər də böyüklərə hörmətli olar. Zənginlər 
kasıblara və qüvvətlilər zəiflərə yardımçı olar. Sağlam olanlar xəstələri məsciddə 
görə bilmədikdə evlərində axtararlar. “Din qardaşının yardımına gedənin 
yardımçısı Allahü təaladır” Hədisi-şərifindəki müjdəyə qovuşmaq üçün yarışarlar.  
Namaz insanları çirkin, pis və qadağan olan əməllərdən uzaqlaşdırar. Gü-
nahlara kəffarə olar. Hədisi-şərifdə, “Beş vaxt namaz, sizdən birinin qapısının 
önündə axan çay kimidir. Bir kimsə o çaya hər gün beş dəfə girib yuyunar-
sa, üzərində kir qalmayacağı kimi, məhz beş vaxt namazı qılanların da bu 
cür kiçik günahları əfv olunur” buyuruldu.  
Namaz Allahü təalaya və Rəsuluna imandan sonra bütün əməl və ibadətlər-
dən daha üstün bir ibadətdir. Bunun üçün namaz fərzlərinə, vaciblərinə, sün-
nətlərinə, müstəhəblərinə riayət edilərək qılınmalıdır. Peyğəmbərimiz “sallallahü 
aləyhi və səlləm” bir hədisi-şəriflərində buyurdu ki: “Ey ümmət və Əshabəm! 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə