Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə14/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

 31
Allahü təala əmr etdiyi üçün hər gün üç şeydən özünü qorumaq deməkdir. Bu üç 
şey yemək, içmək və cimadır (cinsi münasibət). Ramazan ayı göydə hilalı (yeni 
ayı) görməklə başlayar. Təqvimlə, əvvəlcədən hesablamaqla başlamaq olmaz.  
5. İslamın beş şərtindən beşincisi, “Gücü çatanın ömründə bir dəfə həccə 
getməsidir”. Yol əmin və bədən sağlam olaraq, Məkkəi-mükərrəmə şəhərinə ge-
dib gələnə  qədər, ailəsininin dolanışığına yetəcək qədər maldan artıq qalan pul 
ilə oraya gedib gələ biləcək kimsənin ömründə bir dəfə, ehramlı olaraq, Kəbəi 
muazzamanı tavaf etməsi və Arafat meydanında durması fərzdir.  
Yuxarıda bildirilən islamın beş  şərtindən  ən üstünü “Kəlmeyi-şəhadət” 
söyləmək və mənasına inanmaqdır. Bundan sonra üstünü namaz qılmaqdır. Daha 
sonra oruc tutmaq, həccə getməkdir. Ən sonunda zəkat verməkdir. Kəlmeyi-şə-
hadətin ən üstün olduğu söz birliyi ilə müəyyən edilmişdir. Geri qalan dördünün 
üstünlük sırasında, alimlərin çoxunun sözü, yuxarıda bildirdiyimiz kimidir. Kəl-
meyi-şəhadət, müsəlmanlığın başlanğıcında və ilk olaraq fərz oldu. Beş vaxt na-
maz, bisətin on ikinci ilində və hicrətdən bir il və bir neçə ay öncə mirac gecəsin-
də fərz oldu. Ramazanı-şərif orucu hicrətin ikinci ilində, Şaban ayında fərz oldu. 
Zəkat vermək, orucun fərz olduğu il, Ramazan ayı içində fərz oldu. Həcc isə hic-
rətin doqquzuncu ilində fərz oldu.  
 
 
 
 
 
 
 
 
 
 


 32
 
 
ÜÇÜNCÜ BÖLMƏ 
 
 
NAMAZ QILMAQ 
 
Dinimizdə imandan sonra ən qiymətli ibadət namazdır. Namaz dinin dirəyi-
dir. Namaz ibadətlərin ən üstünüdür. İslamın ikinci şərtidir. Ərəb dilində namaza 
“Salat” deyilir. Salat, əslində dua, rəhmət və bağışlama deməkdir. Namazda bu 
üç mənanın hamısı olduğu üçün salat deyilmişdir.  
Allahü təalanın ən çox bəyəndiyi və təkrar-təkrar əmr etdiyi şey beş vaxt 
namazdır. Allahü təalanın müsəlmanlara iman etdikdən sonra ən önəmli  əmri 
namaz qılmaqdır. Dinimizdə ilk əmr edilən fərz də namazdır. Qiyamətdə  də 
imandan sonra ilk sual namazdan olacaqdır. Beş vaxt namazın hesabını verən 
bütün dərd və imtahanlardan qurtulub, sonsuz qurtuluşa qovuşar. Cəhənnəm 
atəşindən qurtulmaq və  Cənnətə qovuşmaq namazı doğru qılmağa bağlıdır. 
Doğru namaz üçün əvvəlcə qüsursuz bir dəstəmaz almalı, tənbəllik etmədən 
namaza başlamalıdır. Namazdakı hər hərəkəti ən yaxşı şəkildə yerinə yetirmə-
yə çalışmalıdır.  
İbadətlərin hamısını özündə toplayan və insanı Allahü təalaya ən çox yaxın-
laşdıran xeyirli əməl namazdır. Sevgili Peyğəmbərimiz “sallallahü aləyhi və səl-
ləm” buyurdu ki: “Namaz dinin dirəyidir. Namaz qılan dinini qüvvətləndirər. 
Namaz qılmayan, əlbəttə, dinini yıxar”. Namazı doğru qılmaqla şərəflənən bir 
kimsə çirkin, pis şeylər etməkdən qorunmuş olar. Ankəbut surəsinin qırx beşinci 
ayətində “Doğru qılınan namaz, insanı pis, çirkin və qadağan işləri işləmək-
dən qoruyar” buyurulduİnsanı pisliklərdən uzaqlaşdırmayan bir namaz doğru 
namaz deyildir. Görünüşdə namazdır. Buna baxmayaraq doğrusunu edənə qədər, 
görünüşü də etməyi əldən qaçırmamalıdır. İslam alimləri, “Bir şeyin hamısı edilə 
bilməzsə, etdiyini də tərk etməmək lazımdır” buyurdu. Sonsuz ehsan sahibi olan 
Rəbbimiz görünüşü həqiqət olaraq qəbul edə bilər. Belə qüsurlu namaz qılacağı-
na, heç qılma deməməlidir. Belə səhv qılacağına doğru qıl deməli, yanlış olanları 
düzəltməlidir. Bu incəliyi yaxşı anlamalıdır.  
Namazları camaat ilə qılmalıdır. Camaat ilə qılmaq tək qılmaqdan daha çox 
savabdır. Namazda hər üzvün təvazökarlıq göstərməsi və qəlbində, Allahü təala-
dan qorxu olması lazımdır. İnsanı dünyada və axirətdə fəlakətlərdən, dərtlərdən 
qurtaran ancaq namazdır. Allahü təala Möminun surəsinin başında, “Möminlər 
hər halda qurtulacaqdır. Onlar namazlarını huşu ilə qılandır” buyurdu.  
Təhlükə, qorxu olan yerdə edilən ibadətin qiyməti qat-qat daha çox olar. 
Düşmən hücum etdiyi zaman əsgərin az bir iş görməsi çox qiymətli olar. Gənclə-
rin ibadət etmələri də bunun üçün daha qiymətlidir. Çünki nəfslərinin pis istəklə-
rini qırmaqda və ibadət etməmək istəyinə güc gəlməkdədirlər.  


 33
Gənclik çağında insana bağlı olan üç düşmən ona ibadət etdirmək istəməz-
lər. Bunlar şeytan, nəfs və pis yoldaşdır. Bütün pisliklərin başlıca səbəbi pis yol-
daşdır. Gənc olan kimsə bunlardan gələn pis istəklərə uymayıb namazını qılarsa, 
ibadətlərini tərk etməzsə, çox qiymətli olar. Yaşlı kimsənin etdiyi ibadətdən qat-
qat artıq savab qazanar. Az ibadətinə çox mükafat verilər.  
  
NAMAZ KİMLƏRƏ FƏRZDİR? 
Namaz qılmaq ağıllı olan və  həddi-buluğ çağına girən hər kişi və qadın 
müsəlmana fərzdir. Namazın fərz olması üçün üç şərt vardır:  
1- Müsəlman olmaq. 2- Ağıllı olmaq. 3- Həddi-büluğ çağına girmək.  
Dinimizdə ağıllı olmayan və yetkinlik çağına girməmiş olan kiçik uşaqlar, 
namaz qılmaqdan məsul deyillər. Lakin valideynləri uşaqlarına dini məlumatları 
öyrətməli və ibadət etməyə alışdırmalıdırlar. Peyğəmbərimiz “sallallahü aləyhi 
və səlləm” buyurdu ki: “Hamınız bir sürünün çobanı kimisiniz! Çoban sürü-
sünü qoruduğu kimi, siz də evlərinizdə və əmrləriniz altında olanları Cəhən-
nəmdən qorumalısınız! Onlara müsəlmanlığı öyrətməlisiniz. Öyrətməsəniz, 
məsul olacaqsınız.” Başqa bir Hədisi-şərifdə də, “Bütün uşaqlar müsəlmanlı-
ğa uyğun və  əlverişli olaraq dünyaya gəlir. Bunları sonra anaları, ataları 
xristian, yəhudi və dinsiz edər” buyurduO halda, hər müsəlmanın birinci vəzi-
fəsi uşaqlarına İslamiyyəti və Qurani-Kərim oxumağı, namaz qılmağı, imanın və 
islamın  şərtlərini öyrətməkdir. Övladının müsəlman olmasını istəyən, dünyada 
və axirətdə rahata, dincliyə qovuşmasını arzu edən ana və atalar ilk əvvəl bu və-
zifəsini yerinə yetirməlidir. Çünki atalarımız, “Ağac yaş ikən əyilər” demişlər. 
Yaşlanınca əyməyə, bükməyə çalışsan qırılar, zərərli olar.  
İslami bilgilər və gözəl əxlaq verilməyən uşaq səhv yoldakı insanlara tez al-
danar. Ana və atasına, dövlətinə, millətinə zərərli olar. 
 
 
NAMAZ QILANLARIN HALLARI 
 
RƏVAYƏT: HƏBSDƏN QURTARAN NAMAZ 
Xorasan valisi Abdullah bin Tahir çox adil idi. Asayiş keşikçiləri bir neçə 
oğru tutmuş, valiyə bildirmişdilər. Oğrulardan biri qaçdı. Hiratlı bir dəmirçi Ni-
şapura getmişdi. Bir müddət sonra evinə dönüb gecə gedərkən bunu tutdular. Oğ-
rularla bərabər valinin yanına apardılar. “Həbs edin!” dedi. Dəmirçi həbsxanada 
dəstəmaz alıb namaz qıldı. Əllərini qaldırıb, “Ya Rəbb! Məni qurtar! Günahım 
olmadığını ancaq sən bilirsən. Məni bu zindandan, ancaq sən qurtararsan. Ya 
Rəbb! Məni qurtar!”- deyə dua etdi. Vali o gecə yuxudan dörd qüvvətli kimsənin 
gəlib taxtını tərsinə çevirəcəkləri vaxt oyandı. Dərhal dəstəmaz alıb iki rükət na-
maz qıldı. Təkrar yatdı. Yenə o dörd nəfərin taxtını yıxmaq üzrə olduğunu gördü 
və oyandı. Üzərində bir məzlumun ahı olduğunu anladı. Necə ki, şeir!  
 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə