Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə16/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

 36
atmadınmı soruşsan, deyə bilərəm ki, heç bir zaman sənin əmrin olmadan bir ad-
dım atmamışam, bir nəfəs almamışam.”  
 
RƏVAYƏT: NAMAZ ÜÇÜN FƏDAKARLIQ 
Bursa osmanlılara keçmədən  əvvəl,  şəhərdə qalan yunanlardan biri gizlicə 
müsəlman olmuşdu. Çox yaxın bir dostu bunun səbəbini yunandan soruşdu:  
“Ata və babalarının dinıni necə oldu ki, tərk etdin?”- deyə ona giley etdi. 
Yunanın cavabı ibrətli olmuşdu. Yoldaşına bunu belə anlatdı:  
Bir ara əsir edilən müsəlmanlardan biri mənim yanıma buraxıldı. Bir gün 
gördüm ki, bu əsir həbs edildiyi otaqda əyilib-qalxır. Yanına gedərək nə etdiyini 
soruşdum. Hərəkətləri bitincə  əllərini üzünə sürtdü və  mənə namaz qıldığını, 
əgər icazə verərsəm, hər namaz üçün bir qızıl verəcəyini ifadə etdi. Mən də ta-
maha qapıldım. Gün keçdikçə maaşı artırdım. Elə oldu ki, hər vaxt üçün on qızıl 
istədim. O da qəbul etdi. İbadəti üçün etdiyi fədakarlığa təəccüb etdim. Bir gün 
ona “səni sərbəst buraxacağam”- deyincə, çox sevindi və əllərini qaldırıb; mənim 
üçün belə dua etdi: “Ey Allahım! Bu qulunu iman ilə şərəfləndir!” O anda qəl-
bimdə müsəlman olmaq arzusu meydana gəldi və o qədər çoxaldı ki, dərhal 
Kəlmeyi-şəhadət” gətirərək müsəlman oldum.  
 
 
 
 
 
 
 
 
 
 


 37
 
 
DÖRDÜNCÜ BÖLMƏ 
 
 
NAMAZIN NÖVLƏRİ 
 
Müsəlmanlara qılması üçün əmr edilən namazlar fərz, vacib və nafilə 
olmaqla üç yerə ayrılır. Bunlar aşağıdakılardır: 
1-  Fərz namazlar: Beş vaxt namazın fərzləri, Cümə namazının iki rükət 
fərzi və cənazə namazı fərz namazlarıdır. (cənazə namazı fərzi-kifayədir).  
2- Vacib namazlar: Vitr namazı, bayram namazları, nəzir olan namaz və 
başlanıb yarıda qalan nafilə namazlardır. Qəzaya qalan vitr namazını da qəza 
etmək vacibdir.  
3- Nafilə namazlar: Beş vaxt namazın sünnətləri, təravih namazı və savab 
qazanmaq niyyəti ilə  qılınan təhəccüd, təhiyyətül-məscid, işrak, duha, əvvabin, 
istixarə, təsbeh namazları kimi namazlar nafilə namazlardır. Yəni qılınması əmr 
deyildir. Fərz və vacib olan namazlardan borcu olmayan bir kimsənin nafilə 
ibadətlərinə də savab verilir.  
 
 
 BEŞ VAXT NAMAZ  
 
Namaz Allahü təalanın  əmridir. Allahü təala, Qurani-Kərimdə yüzdən çox 
yerdə “Namaz qılın!” buyurur. Ağıllı olan və həddi-büluğ çağına girən hər müsəl-
manın hər gün beş dəfə namaz qılması, Qurani-Kərimdə və Hədisi-şəriflərdə əmr 
edilmişdir. Rum surəsi on yeddinci və on səkkizinci ayəti-kərimələrində: “Axşam 
və sabah vaxtlarında Allahı  təsbeh edin. Göylərdə  və yer üzündə olanların 
etdikləri və əsr və günorta vaxtlarında edilən həmdlər Allahü təala üçündür” 
buyuruldu. Bəqara surəsi iki yüz otuz doqquzuncu ayətində, “Namazları  və  əsr 
namazını qoruyun! (Yəni namazları davamlı qılın!)” buyuruldu. Ayəti-kərimədə 
keçən təsbeh və  həmdin, namaz demək olduğu təfsir kitablarında bildirilmişdir. 
Hud surəsi yüz on dördüncü ayətində,  “Gündüzün iki tərəfində [zöhr və  əsr 
vaxtlarında] və gecəyə yaxın üç vaxtda [şam, işa və sübh vaxtlarında] şərtləri-
nə uyğun namaz qıl! Doğrusu bu hasənat, [beş vaxt namazın savabı, kiçik] gü-
nahları məhv edər. Bu, ibrətlə düşünənlərə bir nəsihətdir” buyurulur.  
Peyğəmbərimiz Muhamməd-əleyhissəlam buyurdu ki: “Allahü təala qulla-
rına hər gün beş dəfə namaz qılmağı fərz etdi. Gözəl dəstəmaz alıb, bu beş 
namazı vaxtında qılan, rükü və səcdələrini yaxşı edənləri, Allahü təala  əfv 
və məğfirət edər”.  
Beş vaxt namaz qırx rükət edər. Bunlardan on yeddi rükəti fərzdir. Üç rükəti 
vacibdir. İyirmi rükəti də sünnətdir. Belə ki;  


 38
1- Sübh namazı: Dörd rükətdir. Öncə, iki rükət sünnəti, sonra iki rükət də 
fərzi qılınır. Bu sünnət, çox qüvvətlidir. Vacib deyənlər də vardır.  
2- Zöhr namazı: On rükətdir. Öncə, dörd rükət ilk sünnəti, sonra dörd rükət 
fərzi, fərzdən sonra da iki rükət son sünnəti qılınır.  
3- Əsr namazı: Səkkiz rükətdir. Öncə, dörd rükət sünnəti, sonra dörd rükət 
fərzi qılınır.  
4- Şam namazı: Beş rükətdir. Öncə üç rükət fərzi, sonra iki rükət sünnəti 
qılınır.  
5- İşa namazı: On üç rükətdir. Öncə, dörd rükət sünnəti, sonra dörd rükət fər-
zi, sonra iki rükət son sünnəti, bundan sonra da üç rükət “Vitr namazı” qılınır.  
Əsr və İşanın ilk sünnətləri “Qeyri-müəkkədə”dir. Bunların ikinci rükətlərin-
də oturarkən, “Əttəhiyyatü”dən sonra “Allahümmə salli” və sonra “Allahümmə 
barik” duaları sonuna qədər oxunur. Ayağa qalxınca üçüncü rükətdə, öncə Bəsmə-
lə çəkmədən, “Sübhanəkə” oxunur. Halbuki Zöhr namazının ilk sünnəti “Müək-
kəd”dir. Yəni, qüvvətlə  əmr olunmuşdur. Savabı daha çoxdur. Birinci oturuşda, 
fərzlərdə olduğu kimi, yalnız  “Əttəhiyyatu”  oxunub, sonra üçüncü rükət üçün 
dərhal ayağa qalxılır. Qalxdıqdan sonra əvvəlcə Bəsmələ çəkib, “Fatihə” oxunur.  
Zöhrün və İşanın fərzindən sonra dörd rükət və Şamın fərzindən sonra altı rü-
kət daha qılmaq müstəhəbdir, çox savabdır. Hamısını bir salam ilə və ya iki rükət-
də bir salam ilə qılına bilər. Hər iki şəkildə də, ilk iki rükətləri, son sünnətlər yerinə 
sayılır. Bu müstəhəb namazları, son sünnətlərdən sonra ayrıca qılmaq da olar.  
Birinci rükət namaza durunca, digər rükətlər ayağa qalxınca başlayar və tək-
rar ayağa qalxana qədər davam edər. Son rükət isə salam verənə  qədər davam 
edər. Cüt rükətlərdə ikinci səcdədən sonra oturulur.  
Hər bir rükətdə namazın fərzləri, vacibləri, sünnətləri, müfsidləri və məkruh-
ları vardır. Sonrakı səhifələrdə bunları “HƏNƏFİ” məzhəbinə görə bildirəcəyik.  
 
 
NAMAZIN FƏRZLƏRİ 
 
Fərz Allahü təalanın yerinə yetirilməsini istədiyi qəti  əmridir. Bir ibadətin 
fərzləri yerinə yetirilmədikçə, o ibadət səhih, doğru olmaz. Namaz qılarkən 12 
şərti yerinə yetirmək fərzdir. Bu fərzlərin yeddisi namazın xaricində, beşi də 
içindədir. Xaricindəki fərzlərə “Şərtlər” deyilir. İçindəkilərə də “Rüknlər” deyi-
lir. (Bəzi alimlər tahrimə təkbirinin, namazın içində olduğunu söyləmişlər. Bun-
lara görə namazın şərtləri də rüknləri də altı olmaqdadır.)  
A) Namazın Xaricindəki Fərzlər (Şərtləri):  
1. Hadəsdən təharət:  Dəstəmazsız olanın dəstəmaz alması,  cünüb (qüslü 
olmayanın) olanın da qüsl etməsidir.  
2. Nəcasətdən təharət: Namaz qılanın bədənini, paltarını və namaz qılacağı 
yeri nəcasətdən, yəni dinimizdə nəcs (pis) sayılan şeylərdən təmizləməkdir. (Mə-
sələn: qan, sidik, spirt kimi maddələr, dinimizdə pis sayılır).  


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə