Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə13/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

 28
Sünnət iki növdür:  
Sünnəti-Müəkkədə: Peyğəmbər əfəndimizin davamlı etdikləri, çox az tərk 
etdikləri qüvvətli sünnətlərdir. Sübh namazının sünnəti, zöhrün ilk və son sün-
nətləri,  şam namazının sünnəti, işa namazının son iki rükət sünnəti belədir. Bu 
sünnətləri, əsla üzrsüz tərk etmək olmaz. Bəyənməyən kafir olar.  
Sünnəti Qeyri-Müəkkədə: Peyğəmbər əfəndimizin ibadət məqsədi ilə arada-
bir etdikləridir. Əsr və işa namazlarının dörd rükətlik ilk sünnətləri belədir. Bunlar 
dəfələrlə tərk olunarsa, bir şey olmaz. Üzrsüz olaraq tamamilə tərk olunarsa, mə-
zəmmətə və şəfaətdən məhrum olmağa səbəb olar. Beş-on nəfərdən biri yerinə ye-
tirsə, digər müsəlmanlardan sakit olan sünnətlərə də “Sünnəti-aləl-kifayə” deyilir. 
Salam vermək, etiqafa girmək (xəlvətə çəkilmək) kimi. Dəstəmaz almağa, yeməyə, 
içməyə və hər mübarək işə başlayarkən bəsmələ çəkmək sünnətdir.  
4. MÜSTƏHƏB: Buna məndub,  ədəb də deyilir. Sünnəti-qeyri müəkkədə 
hökmündədir. Peyğəmbər  əfəndimizin ömründə bir-iki dəfə belə olsa, etdiklərı 
və sevdikləri, bəyəndikləri xüsuslardır. Yeni doğulan uşağa yeddinci gün ad qoy-
maq, oğlan və qız uşağı üçün əqiq heyvanı kəsmək, gözəl geyinmək, gözəl ətir 
vurmaq müstəhəbdır. Bunları edənə çox savab verilir. Etməyənə əzab olmaz. Şə-
faətdən məhrum qalmaq da olmaz.  
5. MUBAH: Edilməsi  əmr olunmayan və qadağan da edilməyən  şeylərə 
mubah deyilir. Yəni günah və ya ibadət olduğu bildirilməmiş olan işlərdir. Yaxşı 
niyyətlə işlənməsində savab, pis niyyətlə işlənməsində əzab vardır. Yatmaq, halal-
dan müxtəlif yeməklər yemək, halal olmaq şərtiylə müxtəlif paltar geyinmək kimi 
işlər mubahdır. Bunlar İslamiyyətə uymaq, əmrlərə sarılmaq niyyəti ilə edilərsə, 
savab olar. Səhhətli olub ibadət etməyə niyyət edərək yemək-içmək belədir.  
6. HARAM: Allahü təalanın, Qurani-Kərimdə “etməyin” deyə açıqça qada-
ğan etdiyi şeylərdir. Haramların edilməsi və istifadə edilməsi qəti qadağan edil-
mişdir. Harama halal deyənin və halala haram deyənin imanı gedər, kafir olar. 
Haram olan şeyləri tərk etmək, onlardan çəkinmək fərzdir və çox savabdır.  
Haramın iki növü var:  
Haram li-aynihi: Adam öldürmək, zina, livata (homoseksuallıq, uşaqbaz-
lıq) etmək, qumar oynamaq, şərab və hər cür alkoqollu içkiləri içmək, yalan söy-
ləmək, oğurluq etmək, donuz əti, qan və leş yemək, qadınların, qızların başı, qol-
ları, ayaqları açıq küçəyə  çıxmaları haram olub, böyük günahdır. Bir kimsə bu 
günahları  işləyərkən Bəsmələ söyləsə  və ya halal olduğuna etiqad etsə, yaxud 
Allahü təalanın haram etməsinə əhəmiyyət verməsə, kafir olar. Bunların haram 
olduğuna inanıb qorxaraq etsə, kafir olmaz. Lakin Cəhənnəm əzabına layiq olar. 
Əgər təkid edib tövbəsiz ölərsə, imansız getməyə səbəb olar.  
Haram li-qayrıhi: Bunlar əsilləri halal olub, başqasının haqlarından dolayı 
haram olan şeylərdir. Məsələn, bir nəfərin bağına girib, sahibinin icazəsi olma-
dan meyvəsini qoparıb yemək, ev əşyasını  və pulunu oğurlayıb istifadə etmək, 
əmanətə xəyanət etmək, rüşvət, faiz və qumar ilə mal, pul qazanmaq kimi. Bun-
ları edən kəs Bəsmələ söyləyərsə  və yaxud halaldır desə, kafir olmaz. Çünki o 


 29
kişinin haqqıdır, geri ala bilər. Beş yarım arpa (bir dank) ağırlığında gümüş qiy-
məti qədər haqq üçün qiyamət günündə camaat ilə qılınmış yeddi yüz rükət qə-
bul olunmuş namazın savabı, Allahü təala tərəfindən alınıb, haqq sahibinə veri-
lər. Haramlardan çəkinmək, ibadət etməkdən daha çox savabdır. Onun üçün ha-
ramları öyrənib, çəkinmək lazımdır.  
7. MƏKRUH: Allahü təalanın və Muhamməd-əleyhissəlamın bəyənmədiyi 
və ibadətlərin savabını götürən şeylərə məkruh deyilir.  
Məkruh iki növdür:  
Tahrimən məkruh:  Vacibin tərkidir. Harama yaxın olan  məkruhlardır. 
Bunları etmək  əzaba səbəb olar. Günəş doğarkən, tam təpədə ikən və batarkən 
namaz qılmaq kimi. Bunları  qəsdlə  işləyən üsyankar və günahkar olar. Cəhən-
nəm əzabına layiq olar. Namazda vacibləri tərk edənin, tahrimi məkruhları işlə-
yənin, o namazı yenidən qılması vacibdir. Əgər səhvən, unudaraq işləyərsə, na-
maz içində səcdəi-səhv edər.  
Tənzihən məkruh: Mubah, yəni halal olan işlərinə yaxın olan, yaxud edil-
məməsi edilməsindən daha yaxşı olan işlərdir. Qeyri-müəkkəd sünnətləri və ya 
müstəhabları tərk etmək tənzihən məkruhdur.  
8. MÜFSİD: Dinimizə uyğun olan bir işi və ya başlanmış olan bir ibadəti 
pozan şeylərdir. İmanı və namazı, nikahı və həcci, zəkatı, alış və satışı pozmaq 
kimi. Məsələn: Allaha və kitaba söymək küfr olub, imanı pozar. Namazda gül-
mək, dəstəmazı və namazı pozar. Oruclu ikən bilərək yemək, içmək orucu pozar.  
Fərzləri, vacibləri və sünnətləri yerinə yetirənə və haramdan, məkruhdan çə-
kinənə əcr, yəni savab verilər. Haramları, məkruhları işləyən və fərzlərə, vaciblə-
rə əməl etməyənə günah yazılar. Bir haramdan çəkinmənin savabı, bir fərzi yeri-
nə yetirmənin savabından qat-qat çoxdur. Bir fərzin savabı, bir məkruhdan çəkin-
mənin savabından çoxdur. Məkruhdan çəkinmənin savabı da, sünnətin savabın-
dan çoxdur. Mubahlar içində, Allahü təalanın sevdiklərinə “Xeyrat və Hasənat” 
deyilir. Bunları edənə də savab verilərsə də, bu savab sünnət savabından azdır.  
 
 
 
 
 
 


 30
 
İSLAMIN ŞƏRTLƏRİ 
 
İslam dinınə girmiş olanlara, yəni müsəlmanlara fərz olan, mütləq yerinə 
yetirilməsi əmr olunan beş əsas vəzifə vardır:  
1. İslamın  şərtlərindən birincisi “Kəlmeyi-şəhadət” gətirməkdir. Kəlmeyi-
şəhadət gətirmək, “Əşhədü ən ləə iləhə illəllah və əşhədü ənnə Muhammədən 
abdühu və rəsulüh” deməkdir. Yəni həddi-buluğa çatan və danışa bilən hər kə-
sin bunları dil ilə söyləməsi və qəlb ilə qəti olaraq təsdiq etməsi lazımdır: “Yer-
də və göydə, Allahüdan başqa, ibadət edilməyə haqqı olan və tapınmağa la-
yiq olan heç bir şey və heç bir kimsə yoxdur. Həqiqi məbud ancaq, Allahü 
təaladır.  O, vacib-ül-vücuddur. Hər üstünlük Ondadır. Onda heç bir qüsur yox-
dur. Onun adı “Allahdır” Və yenə, o gül rəngli, ağ qırmızı, parlaq, sevimli üzlü, 
qara qaşlı və qara gözlü, mübarək alnı açıq, gözəl xasiyyətli, kölgəsi yerə düşməz 
və şirin sözlü, Ərəbistanda, Məkkədə dogulduğu üçün Ərəb deyilən, Haşimi övla-
dından “Abdullahın oğlu Muhamməd  əleyhissəlam, Allahü təalanın qulu və 
rəsuludur, yəni Peyğəmbəridir, Vəhəbin qızı olan Həzrəti Əminənin oğludur”.  
2.  İslamın beş  şərtindən ikincisi, şərtlərinə  və  fərzlərinə uyğun olaraq hər 
gün beş dəfə “Vaxtı gəlincə namaz qılmaqdır”. Hər müsəlmanın hər gün vaxtı 
gəlincə beş dəfə  namaz qılması  və hər birini vaxtında qıldığını bilməsi fərzdir. 
Namazları fərzlərinə, vaciblərinə, sünnətlərinə diqqət edərək və könlünü Allahü 
təalaya verərək vaxtları keçmədən qılmalıdır. Qurani-Kərimdə Namaza “Salat” 
buyurulur. Salat- lüğətdə insanın dua etməsi, mələklərin istiğfar etməsi (bağışla-
ma diləməsi), Allahü təalanın mərhəmət etməsi, yazığı  gəlməsi deməkdir.  İsla-
miyyətdə “Salat” demək, elmi-hal kitablarında bildirildiyi şəkildə, müəyyən hə-
rəkətləri etmək və müəyyən şeyləri oxumaq deməkdir. Namaz qılmağa “İftitah 
təkbiri” ilə başlanır. Yəni kişilərin əllərini qulaqlarına qaldırıb göbək altına en-
dirərkən “Allahü-əkbər” demələri ilə başlanır. Son oturuşda başı sağ  və sol 
çiyinlərə çevirib, salam verilərək bitirilir.  
3. İslamın beş şərtindən üçüncüsü, “Malının zəkatını verməkdir”. Zəkatın 
lüğəti mənası, təmizlik, tərifləmək və yaxşı,  gözəl hala gəlmək deməkdir.  İsla-
miyyətdə zəkat demək, ehtiyacından artıq və “Nisab” deyilən müəyyən bir hədd 
miqdarında “Zəkat  malı”  olan kimsənin, malının müəyyən miqdarını ayırıb, 
Qurani-Kərimdə bildirilən müsəlmanlara başa qaxmadan verməsi deməkdir. Zə-
kat yeddi sinif insana verilir. Dörd məzhəbdə də dörd cür zəkat malı vardır: Qızıl 
və gümüş zəkatı, ticarət malı zəkatı, ilin yarıdan artığında otlaqda otlayan dörd-
ayaqlı qəssab heyvanlarının zəkatı və torpaq məhsullarının zəkatıdır.Bu dördün-
cü zəkata “Uşr” deyilir. Yerdən məhsul alınar-alınmaz uşr verilir. Digər üç zəkat 
nisab miqdarı olduqdan bir il sonra verilir.  
4.  İslamın beş  şərtindən dördüncüsü, “Ramazanı-şərif ayında, hər gün 
oruc tutmaqdır”. Oruc tutmağa “Savm” deyilirSavm, lüğətdə bir şeyi bir şey-
dən qorumaq deməkdir. İslamiyyətdə şərtlərinə diqqət edərək, Ramazan ayında, 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə