Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə21/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

 51
cənabətlikdən qurtula bilməz. Qızıl, gümüş və nəcs olmayan başqa maddələrdən 
edilən karonka və plomb altına su girməyincə, Hənəfi məzhəbi alimlərinin hamı-
sına görə, qüsl dəstəmazı caiz olmaz.  
Tahtavi, “Mərakıl-fəlah” haşiyəsi, 96-cı səhifəsində və ayrıca bunun tərcü-
məsi olan “Neməti-İslam” kitabında belə yazır: Bir Hənəfinin öz məzhəbinə gö-
rə edə bilmədiyi bir işi edə bilməsi üçün Şafii məzhəbini təqlid etməsində bir 
maneə yoxdur. “Bahr-ür-raik”  və  “Nehr-ül-faik” kitablarında da belə yazıl-
mışdır. Lakin bu işi edərkən, o məzhəbin şərtlərini də yerinə yetirmək lazımdır. 
Məcburiyyət, zərurət olmadan və  şərtlərinə riayət etmədən təqlid edərsə, buna 
müləffiqdeyilir ki, asanları toplayan deməkdir. Bu, caiz deyildir.  
Öz məzhəbindəki bir fərzi edə bilməyən kimsənin yalnız bu fərzi etməsi 
üçün başqa məzhəbi təqlid etməsi lazımdır. Amma bu işi edərkən təqlid etdiyi 
məzhəbin  şərtlərini də yerinə yetirməlidir. Karonka və plomb qoyduran Hənəfi 
məzhəbindəki bir müsəlmanın Maliki [və ya Şafii] məzhəbini təqlid etməsi üçün 
qüsldə, dəstəmaz almaqda və namazda niyyət edərkən İmami Malikə [və ya İma-
mi Şafi-yə] tabe olduğunu xatırlaması kifayət edər. Yəni qüsl dəstəmazı almağa 
başlayarkən, “Niyyət etdim qüsl  almağa və Maliki [və ya Şafii] məzhəbinə 
tabe olmağa” sözünü qəlbindən keçirən bir kimsənin qüslü səhih olar. Ağzında 
karonka və ya plomb dişi olan Hənəfi məzhəbindəki bir kimsə belə niyyət edincə 
qüslü, yəni boy dəstəmazı səhih olar. Cünüblükdən qurtular, təmiz olar. Maliki 
[və ya Şafii] məzhəbini təqlid edincə, dəstəmazı və namazları səhih olar. Karon-
ka və plomb dişi olmayanlara da imam ola bilər.  
Şafii məzhəbini təqlid edənin imam arxasında Fatihə surəsini oxuması, özü-
nün və ya başqasının səvətəyninə, yəni iki dəstəmaz pozma üzvlərinə əli ovucu 
(içi) ilə toxunarsa və nikah ilə alması haram olan 18 qadından başqa qadının də-
risinə dərisi dəyərsə dəstəmaz alması, dəstəmaza niyyət etmiş olması və az nəca-
sətdən də çəkinməsi lazımdır. Qurani-Kərimi tutacağı zaman da Şafii məzhəbinə 
görə  dəstəmazlı olması lazımdır. Hənəfi məzhəbində olan bir yolçunun Şafii 
məzhəbini təqlid edərək, zöhr ilə əsr, şam ilə işa namazlarını cəm edərək birlikdə 
qıla bilməsi üçün Şafii məzhəbinə görə dəstəmazlı olması lazımdır.  
 
 
QADINLARIN HAYZ (AYBAŞI) VƏ NİFAS (DOĞUŞDAN SONRA 
GƏLƏN QAN) HALLARI 
 
On bir cür qüsl vardır. Beşi fərzdir. Bunlardan ikisi qadının hayz və nifas-
dan qurtulandan sonra qüsl almasıdır.  
İbni Abidin “Mənhəl-ül-varidin” adındakı əsərində deyir ki: Hər müsəlman 
kişinin və qadının elmi-hal öyrənməsi fərz olduğunu fiqh alimləri söz birliyi ilə 
bildirdi. Hər müsəlman qadının hayz və nifas məlumatlarını öyrənməsi fərzdir. 
Hər müsəlman kişinin evlənəcəyi zaman hayz və nifas məlumatlarını öyrənmələ-
ri lazımdır. Evləndikdən sonra xanımına da öyrətməlidir.  


 52
Hayz,  8 yaşını bitirib 9 yaşına girmiş  və sağlığı  yerində bir qızdan və ya 
adət günlərinin” son dəqiqəsindən 15 gün keçmiş olan qadından gələn və ən az 
3 gün davam edən qana deyilir. Ağdan başqa hər rəngə və bulanıq olana hayz qa-
nı deyilir. Bir qız hayz görməyə başlayınca, yetkinlik çağına girər və qadın hök-
mündə olub dinıin əmr və qadağanlarından məsul olar. Qan görüldüyü andan kə-
sildiyi günə qədər olan günlərin sayına “Adət günü” deyilir. Bu zamanın ən azı 
3, ən çoxu 10 gündür. Hər qadının öz adətinin gün sayını və saatını bilməsi la-
zımdır. 8 yaşını tamamlayan qıza anasının, anası yoxsa, nənələrinin, bacılarının, 
xala və bibilərinin hayz və nifas elmini bildirmələri fərzdir.  
Nifas- qadından doğuşdan sonra gələn qana deyilir. Bu qanın ən az müddəti 
yoxdur. Qan kəsildiyi zaman dərhal qüsl almalıdır. Ən çox zamanı 40 gündür. 40 
gün tamam olunca qan kəsilməsə də, qüsl edib, namaza başlayar. 40 gündən sonra 
gələn qan istihaza, “yəni üzr” olar. Qadınların nifas günlərini də əzbərləmələri la-
zımdır.  
İstihaza [üzr qanı], üç gündən, yəni 72 saatdan beş dəqiqə belə az olan və 
yəni başlayan üçün 10 gündən çox sürən və yeni olmayanlardan adətdən çox 
olub, 10 günü də aşan və hamilə, 55 yaşını keçmiş (ayisə) qadınlardan, 9 yaşın-
dan kiçik qızlardan gələn qanlara deyilir. Bu qan xəstəlik  əlamətidir. Uzun za-
man axması təhlükəli olub, həkimə müraciət etməsi lazımdır.  
Istihaza günlərində olan qadın tez-tez burnu qanayan kimi olub, bu halda 
namaz qıla bilər və oruc tuta bilər.  
Hayz və nifas halında ikən qadın namaz qıla bilməz və oruc tuta bilməz. Tila-
vət və şükr səcdəsi edə bilməz. Qurani-Kərimə toxuna biıməz. Cami və məscidə 
girə bilməz, Kəbəni təvaf edə bilməz. Cinsi münasibətdə ola bilməz. Təmizlənincə, 
oruclarını qəza edər, namazlarını qəza etməz. Qadının hayzın başladığını ərinə bil-
dirməsi lazımdır. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” “Hayzın başladığı-
nı və bitdiyini ərindən gizləyən qadın məlundur [lənətlənmiş]” buyurdu. Hayz 
və nifas kəsilincə həmən qüsl edib yuyunmaq fərzdir. Allahü təalanın əmridir. 
Nikahın getməsinə, yəni boşanmağa səbəb olan çox söz vardır. İmanın get-
məsindən qorxduğu kimi nikahın getməsindən də çox qorxmaq lazımdır.  
 
Haqq Təala, intiqamını yenə qul ilə alar.  
Bilməyən “elm-i lədünni”, anı qul etdi sanar.  
Cümlə əşya Xaliqindir, qul əli ilə işlənər.  
Əmri Bari olmayınca, sanma bir çöp tərpənər!  
 
 
TƏYƏMMÜM 
 
Təyəmmüm torpaqla təmizlənmək deməkdir. Dəstəmaz almaq və ya qüsl et-
mək üçün su olmazsa və ya su olduğu halda, istifadə edilməsi mümkün olmayan 
vəziyyətlərdə təmiz torpaq, qum, kirəç və daş kimi torpaq cinsindən olan təmiz 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə