Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə23/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

 56
1. Gündəlik həyatımızda əllərimizin toxunmadığı yer, mikrob qalmır. Məhz 
dəstəmaz alarkən əl, üz və ayaqları yumaq, dəri xəstəlikləri və iltihabları üçün ən 
gözəl bir qorumadır. Mikroblar, parazit bakteriyaların bəziləri vücuda dəri yoluy-
la daxil olurlar.  
2. Tənəffüs sistemimizin gözətçiliyini edən burunu yumaqla toz və mikrob-
ların bədənə daxil olmasının qarşısı alınmış olur.  
3. Üzün yuyulması  dərini qüvvətləndirir, başdakı  ağırlığı  və yorğunluğu 
yüngülləşdirir. Damarları və sinirləri hərəkətə  gətirir. Davamlı olaraq dəstəmaz 
alanların yaşlansalar belə, üzlərindəki gözəlliklərin getməməsi bu səbəbdəndir.  
4. Cünüblüyə səbəb olan hallarda böyük bir enerji sərf etməkdə, qəlb və dövran 
sürəti artmaqda, tənəffüs sürətlənməkdədir. Bədənin həddən artıq işləməsi ilə  də 
yorğunluq, əldən düşmə, keylik və tənbəllik hiss edilməkdə, ümumiyyətlə zehni fə-
aliyyətlər olduqça zəifləməkdədir. Qüsl ilə bədən əvvəlki gümrahlığı qazanır. Bədəni 
müəyyən vaxtlarda davamlı yumaq qoruyucu həkimlik tərəfdən fövqəladə önəmlidir. 
5. Bədənimizin normalda bir statik elektrik tarazlığı vardır. Bədənin sağ-
lamlığı bu elektrik tarazlıq ilə yaxından əlaqəlidir. Bu tarazlıq psixoloji gər-gin-
liklər, iqlim şərtləri, geyim əşyaları, yaşama və iş yerləri və bu arada qüslü lazım 
etdirən hallarla pozulur. Bu elektrikli yük, hirsli halda normaldan 4 dəfə, qüslu 
lazım etdirən hallarda 12 dəfə çoxalmaqdadır. İndiki vaxtda ultra qırmızı şüalarla 
dərinin çöl hissəsinin xüsusi rəsmləri çəkilmiş, bu rəsmlərdə cinsi münasibətdən 
sonra bədənin bütün səthinin artıq statik elektrik təbəqəsiylə örtüldüyü isbat 
edilmişdir. Bu təbəqə  dərinin oksigen alış-verişinə  əngəl olduğu kimi, dərinin 
rənginin pozulmasına və tez qırışmasına səbəb olur. Bu vəziyyətdən qurtulmaq 
üçün bədənin iynə ucu qədər yeri belə quru qalmayacaq şəkildə tamamən yuyul-
ması lazımdır. Beləcə su zərrələri mənfi elektrik gərginliyini alaraq, bədəni tor-
paqlayır və yenidən normal vəziyyətə qaytarır. Bu baxımdan qüsl tibbi tərəfdən 
də mütləq edilməsi lazım olan bir təmizlikdir.  
6. Dəstəmaz və qüslün dövran sistemi üzərində də müsbət təsirləri olmaqda-
dır. Damarlardakı sərtləşmə və daralmanın qarşısını alır. Dəstəmazda bir xəbər-
darlıq vardır. Limfa sistemi, ən vacib mərkəzlərindən biri olan burun arxası və 
badamçıqlar yuyularaq xəbərdar edilir. Ayrıca boyun və yanlarının yuyulması 
da, limfa sisteminə təsir edər. Dəstəmaz və qüsllə asanlaşan limfa dövran sayə-
sində, limfa deyilən döyüşçü hüceyrələr bədəni zərərli ünsürlərdən qoruyur və 
bədən dayanıqlığını artırır.  
7. Su olmadığı zaman torpaqla edilən təyəmmüm də böyük ölçüdə vücudda-
kı statik elektriki yox edir.  
 
 
2. NƏCASƏTDƏN TƏHARƏT 
 
Bədəndə, paltarda və namaz qılınacaq yerdə  nəcasətin, kirin olmamasıdır. 
Baş geyimi, başlıq, sarıq, məst və ayaqqabı da paltardan sayılır. Boyuna sarılı şa-
lın sallanan qismi namaz qılan ilə birlikdə hərəkət etdiyi üçün paltardan sayılır 


 57
və bu hissəsi təmiz olmazsa, namaz qəbul olmaz. Döşəyin, ayaq basdığı və başını 
qoyduğu yeri təmiz olunca, başqa yerində nəcasət olarsa, namaz qəbul olar. Çün-
ki döşək şal kimi bədənə bitişik deyildir. Lakin qapalı şüşə içində sidik daşıyanın 
namazı caiz olmaz. Çünki şüşə sidiyin meydana gəldiyi yer deyildir. [Bundan an-
laşılır ki, cibində qapalı odekolon, spirt,yod şüşəsi və ya qapalı qutudakı qanlı 
yaylıq, nəcs parça varsa, namaz qılmaq caiz deyildir.] İki ayağın basdığı və səcdə 
etdiyi yerin təmiz olması lazımdır. Nəcasət üstünə örtülü parça, şüşə, neylon üs-
tündə namaz qəbul olur. Səcdədə ətəkləri quru nəcasətə dəyərsə, zərəri olmaz.  
Dəridə, paltarda, namaz qılınan yerdə, “dirhəm miqdarı” və ya daha çox 
ağır nəcasət yox isə, namaz qəbul olarsa da, dirhəm miqdarı olarsa, tahrimən 
məkruh olar və yumaq vacib olar. Dirhəmdən çox isə, yumaq fərz olar. Az isə 
yumaq sünnətdir.  Şərabın damcısını da yumaq fərzdir.  İmameynə  [İmamı  Əbu 
Yusüf və İmamı Muhammədə] görə və digər üç məzhəbdə ağır nəcasətlərin ha-
mısının zərrəsini belə yumaq fərzdir. Nəcasət miqdarı bulaşdığı zaman deyil, na-
maza durarkən olan miqdarıdır. Dirhəm miqdarı qatı nəcasətlərdə bir misqal, yə-
ni 4,8 qram ağırlığındadır. Axıcı  nəcasətlərdə açıq  əlin ovucundakı suyun üzü 
genişliyi qədər səthidir. Bir misqaldan az olan qatı nəcasət paltarın ovuc içindən 
daha geniş üzünə yayılınca namaza mane olmur.  
Nəcasət iki cürdür:  
1.  Ağır Nəcasət:  İnsandan çıxan zaman dəstəmaz və ya qüslə  səbəb olan 
hər  şey,  əti yeyilməyən heyvanların (yarasa xaric)  və balalarının üzülmüş, 
tabaqlanmamış dərisi, əti, pisliyi və sidiyi, insanın və bütün heyvanların qanı və 
spirt, leş, donuz əti və hin quşlarının pisliyi və yük heyvanlarının, qoyun və 
keçinin nəcasətləri murdar, yəni ağırdır.  
2. Yüngül Nəcasət: Yüngül olan nəcasətlərdən bir üzvə və paltarın bir qis-
minə bulaşınca, bu qism və ya üzvün dörddə biri qədəri namaza zərər verməz. 
Əti yeyilən dörd ayaqlı heyvanların sidiyi və əti yeyilməyən quşların pisliyi yün-
güldür. Göyərçin, sərçə  və  bənzərləri kimi əti yeyilən quşların pisliyi təmizdir. 
Şərabın, ənbiqlənmə ilə əldə edilən raki və spirt ağır nəcasət olub, içilməsi şərab 
kimi haramdır. Namaz qılarkən, qan, spirt və alkoqollu içkilər, paltardan və dəri-
dən yuyulub təmizlənməlidir. Uçmaqla təmiz olmaz. Bunlar olan şüşə və bənzər-
ləri cibdən çıxarılmalıdır. Nəcasət, hər təmiz su ilə, dəstəmaz və qüsl alınmış su 
ilə, sirkə və gül suyu kimi axıcı mayelərlə təmizlənir. Dəstəmazda, qüsldə istifa-
də edilən suya “müstaməl su” deyilir. Bu su təmizdir. Lakin hadəsi təmizləyici 
deyildir. Bununla nəcasət təmizlənər. Lakin dəstəmaz alınmaz və qüsl edilməz.  
İSTİNCA (təharət): Öndən və arxadan nəcasət çıxınca, bu yerləri təmizlə-
məyə istinca deyilir. İstinca, yəni təharətlənmək sünnəti-müəkkədədir. Yəni tua-
letdə dəstəmaz pozulduqdan sonra kişi və qadının, daş ilə və ya su ilə, önünü və 
arxasını təmizləyərək sidik və pislik buraxılmaması sünnətdir. Lakin başqasının 
yanında övrət yerini açmadan su ilə istinca edə bilməyəcəksə, pislik çox olsa be-
lə, su ilə təharətlənmədən vaz keçər. Övrət yerini açmaz. Namazı elə qılar. Açar-
sa günahkar olar. Haram işləmis olar. Tənha bir yer tapınca su ilə istinca edər və 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə