60
NƏSƏB “SOY” İLƏ ƏQRƏBA OLANLAR
Kişilər Qadınlar
1.
Ata
2.
Atanın və ananın ataları
3.
Oğlu və oğlunun, qızının oğulları
4.
Qardaşı
5.
Qardaşının oğlu
6.
Bacısının oğlu
7.
Əmi və dayı
1.
Ana
2.
Anasının və atasının anaları
3.
Qızı və oğlunun, qızının qızı
4.
Bacısı
5.
Bacısının qızı
6.
Qardaşının qızı
7.
Bibi və xala
SÜD İLƏ ƏQRƏBA OLANLAR
Kişilər: Qadınlar:
8.
Süd ata
9.
Süd atanın və süd ananın ataları
10.
Süd oğlu və süd oğlunun və süd
qızının
11.
Oğulları
12.
Süd qardaşı
13.
Süd qardaşının oğlu
14.
Süd bacısının oğlu
15.
Süd əmi və süd dayı
8.
Süd ana
9.
Süd anasının və süd atasının anaları
10.
Süd qızı və süd oğlunun və süd
qızının
11.
Qızı
12.
Süd bacısı
13.
Süd bacısının qızı
14.
Süd qardaşının qızı
15.
Süd bibi və süd xala
NİKAH (EVLİLİK İLƏ) ƏQRƏBA OLANLAR
Kişilər: Qadınlar:
16.
Qayınata
17.
Ögey oğlu
18.
Ögey ata
19.
Kürəkən
16.
Qayınana
17.
Ögey qızı
18.
Ögey ana
19.
Gəlin
Övrət yeri açıq olaraq küçəyə çıxan və başqalarının
övrət yerlərinə baxan
oğlanlar və qızlar, Cəhənnəmin çox isti alovlu atəşində yanacaqlar.
4- İSTİQBALİ-QİBLƏ
(Qibləyə dönmək)
Namazı Kəbəyə qarşı qılmaqdır. Məkkəi-Mükərrəmə şəhərində olan Kəbə
binasının istiqamətinə “
Qiblə” deyilir. Qiblə öncə “
Qüds” idi. Hicrətdən 17 ay
61
sonra Şaban ayının ortasında çərşəmbə axşamı, Kəbəyə dönülməsi əmr olundu.
Qiblə Kəbənin binası deyil, sahəsidir. Yəni yerdən Ərşə qədər, o boşluq qiblədir.
Bunun üçün dəniz və quyu diblərində, yüksək dağlarda və təyyarələrdə, bu
cəhətə doğru namaz qılınır. Göz sinirlərinin çarpaz istiqaməti arasındakı açıqlıq
Kəbəyə tərəf olarsa, namaz səhih olar. Lakin:
1. Xəstəlik səbəbi, 2. Malın oğurlanmaq təhlükəsi, 3. Yırtıcı heyvan təhlü-
kəsi, 4. Düşmən
görmə təhlükəsi, 5. Heyvanından enincə, təkrar yardımsız minə
bilməyəcəksə, iki namazı [zöhr ilə əsr və şam ilə işanı, malikini, şafini təqlid
edərək] cəm edərək də qıla bilməzsə, namazını gücü çatdığı tərəfə doğru yönələ-
rək qılar. Gəmidə, qatarda və təyyarələrdə qibləyə dönmək şərtdir.
5.
NAMAZ VAXTLARI
Rəsuli əkrəm “sallallahü aləyhi və səlləm” bir Hədisi-şərifdə buyurdular ki,
“
Cəbrayıl əleyhissəlam Kəbə qapısı yanında iki gün mənə imam oldu. İkimiz,
fəcr doğarkən sübh namazını, günəş təpədən ayrılarkən zöhrü, hər şeyin
kölgəsi öz boyu olunca əsri, günəş batarkən [üst kənarı qeyb olunca]
şamı və
şəfəq qaralınca işanı qıldıq. İkinci günü də sübh namazını, hava işıqlanınca
zöhrü, hər şeyin kölgəsi öz boyunun iki qatı olunca əsri, bundan sonra oruc
pozulduğu zaman şamı, gecənin üçdə biri olunca işanı qıldıq. Sonra ey Mu-
hamməd! Sənin və keçmiş Peyğəmbərlərin namaz vaxtları budur. Ümmətin,
beş vaxt namazın hər birini, bu qıldığımız iki vaxtın arasında qılsınlar dedi”.
Hər gün qılınması əmr olunan namaz sayının
beş olduğu buradan da aydın olur.
Sübh namazı Vaxtı: Fəcrin doğmasından, yəni şərqdə ağarmanın başlama-
sından
etibarən, günəş doğana qədərdir.
Zöhr Namazı Vaxtı: Kölgələr qısalıb uzanmağa başlandığı
zamandan eti-
barən başlayar və kölgə bir misli və ya iki misli uzanana qədər davam edər. Bi-
rincisi iki imama, yəni İmamı Əbu Yusüf ilə İmamı Muhammədə görə, ikincisi
isə, İmamı azam Əbu Hanifəyə “rahmətullahi aləyhim” görədir.
Əsr Namazı Vaxtı: Zöhr vaxtı bitincə başlayar. Bu da:
1. İmamı Əbu Yusüf və İmamı Muhammədə görə, kölgə, özünü əmələ gəti-
rən cisim qədər uzananda başlayar və günəş batana qədər davam edər.
2. İmamı-azam Əbu Hanifəyə görə isə, kölgə özünü əmələ gətirən cismin
iki
misli olunca başlayar, günəş batana qədər davam edər.
Lakin günəş saraldıqdan sonra yəni üfüq xəttinə bir nizə boyu qədər yaxınla-
şınca hər namazı qılmaq haramdır. Yəni əsr namazını bu zaman qədər gecikdirmək
haramdır. Lakin əsr namazını qılmamışsa, günəş batana qədər də qılmaq lazımdır.
Şam Namazı Vaxtı: Günəş batdıqdan sonra başlayıb, şəfəq qaralana qədər,
yəni qırmızılıq itənə qədər davam edər.
İşa Namazı Vaxtı: Şam namazı vaxtının çıxmasından
etibarən, fəcrin ağar-
masına qədər davam edər. İmamı azam Əbu Hənifəyə “rahmətullahi aləyh” görə,
62
yatsının vaxtı göydəki ağartı itdikdən sonra başlayar. Necə ki əsr vaxtında da be-
lə keçmişdi. Yəni iki imama görə İşa vaxtı olduqdan sonra ən az yarım saat daha
gözləyib İşanı qılarsa, bütün imamlara görə qılmış olar. İşa namazını üzrsüz, şəri
gecənin yarısından sonraya buraxmaq məkruhdur. Namazları vaxtlarından öncə
və sonra qılmaq haramdır. Böyük günahdır. “Türkiyə
təqvimlərində namaz və
imsak vaxtları doğru olaraq bildirilmişdir.
Namaz qılması tahrimən məkruh, yəni haram olan vaxtlar üçdür. Bu üç vaxt-
da başlanan fərzlər səhih olmaz.
Günəş doğarkən, batarkən, gündüzün ortasında
ikən. Bu üç vaxtda, əvvəlcədən hazırlanmış cənazənin namazı, səcdəi tilavət və
səcdəi-səhv də caiz deyildir. Günəş batarkən yalnız o günün əsr namazı qılınır.
Yalnız nafilə qılmaq məkruh olan iki vaxt vardır. Sübh namazının fərzini
qıldıqdan sonra günəş doğana qədər və əsrin fərzini qıldıqdan sonra şamın fər-
zindən öncə nafilə qılmaq məkruhdur.
İZAH (QÜTBLƏRDƏ NAMAZ VƏ ORUC):
Hər məmləkətin namaz vaxtı o məmləkətin ekvatordan uzaqlığı və möv-
sümlərə görə dəyişir:
67 dərəcədən keçən şimal qütb dairəsinin şimalında
olan soyuq məmləkət-
lərdə günəşin meyli çox olduğu zamanlarda şəfəq itmədən fəcr başlayar. Bunun
üçün Baltik dənizinin şimal ucunda yayda gecə olmayıb, İşa və sübh namazları-
nın vaxtı başlamaz.
Hanəfi məzhəbində vaxt namazın şərti deyil, səbəbidir. Səbəb olmazsa,
namaz fərz olmaz. O halda, belə məmləkətlərdə olan müsəlmanlara bu iki na-
maz fərz olmaz. Cənub yarımkürəsində hər yer dəniz olduğu üçün belə məmlə-
kət yoxdur. Şabanın otuzuncu gecəsi bir şəhərdə hilal (ay) görülüncə, bütün
dünyada oruca başlamaq lazım olar. Gündüz görülən hilal gələcək gecənin hi-
lalıdır. [Qütblərə və Aya gedən müsəlmanın da, səfəri deyilsə,
bu ayda gündüz-
ləri oruc tutması lazımdır. 24 saatdan daha uzun günlərdə, oruca saatla başlayar
və saatla pozar. Gündüzü belə uzun olmayan bir şəhərdəki müsəlmanların za-
manına tabe olar. Əgər oruc tutmazsa, gündüzləri uzun olmayan yerə gəlincə
qəza edər.]
AZAN VƏ İQAMƏT
Azan hər kəsə bildirmək deməkdir. Beş vaxt namaz və qəza namazları üçün
və Cümə namazında xatibin (xütbə oxuyan) qarşısında kişilərin azan oxuması
sünnəti müəkkədədir. Qadınların azan və iqamət oxuması məkruhdur.
Azan baş-
qasına vaxtı bildirmək üçün yüksək bir yerdə oxunur. Azan oxunarkən iki əli qal-
dırıb bir barmağını iki qulağın dəliyinə qoymaq müstəhəbdır. Qamət oxumaq
azandan daha üstündür. Azan və iqamət qibləyə qarşı oxunur. Oxunarkən danış-
maq və salama cavab vermək olmaz.