Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə22/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

 53
bir şey ilə hənəfidə vaxt girmədən öncə də təyəmmüm edilir. Digər üç məzhəbdə 
vaxt girmədən öncə caiz deyildir. Təyəmmüm dəstəmaz və qüsl üçün bir 
asanlıqdır. Dinimizdə torpaq ilə  təyəmmüm də su ilə  təmizlənmək kimidir. 
Dinimiz bir çox kirliliyin torpaq ilə təmizlənə biləcəyini açıqca bildirir.  
Təyəmmümü lazım edən başlıca hallar bunlardır:  
1. Dəstəmaz və qüsl üçün təmiz su tapmamaq (şəhərdə hər zaman su axtar-
maq fərzdir).  
2. Sudan istifadə etməyə mane olan xəstəlik, su istifadə edincə soyuqdan öl-
mək və ya xəstə olmaq təhlükəsinin olması.  
3. Suyun yanında düşmən və ya yırtıcı, zəhərli heyvanın olması.  
4. Həbsdə olub, sudan istifadə edə bilməmək.  
5. Ölümlə təhdid edilmək.  
6. Səfəri olub yanında içmə suyundan artıq suyun olmaması.  
7. Quyudan su çıxarmaq imkanının olmaması.  
 
 
TƏYƏMMÜMÜN FƏRZLƏRİ 
 
Təyəmmümün fərzi üçdür: Dəstəmaz almaq və qüsl etmək üçün təyəmmüm 
eynidir. Yalnız niyyətləri fərqlidir. Dəstəmaz üçün edilən təyəmmüm ilə qüsl 
edilmiş olmaz. Eyni təyəmmümün qüsl üçün də səhih olması üçün qüsl üçün də 
niyyət etmək lazımdır.  
1- Niyyət etmək. 2- İki əlin içini təmiz torpağa sürtüb, üzün hər yerini məsh 
etmək. 3- Əlləri təmiz torpağa vurub, öncə sağ və sonra sol qolu məsh etmək.  
Təyəmmümün fərzi ikidir, deyənlər də vardır. İkinci və üçüncü fərzi bir fərz 
olaraq söyləyirlər. İki şəkli də doğrudur.  
 
 
TƏYƏMMÜMÜN SÜNNƏTLƏRİ 
 
1. Bəsmələ ilə başlamaq.  
2. Torpağa ovucun içini qoymaq.  
3. Ovucları torpaq üzərində irəli və geri çəkmək.  
4. Ovucda torpaq varsa, torpaq qalmayana qədər iki əli, baş barmaqları ilə 
bir-birinə vurmaq.  
5. Əlləri torpağa qoyarkən barmaqları açmaq.  
6. Əvvəla üzü, sonra sağ qolu, sonra sol qolu məsh etmək.  
7. Dəstəmaz alır kimi tez etmək.  
8. Qollarda və üzdə məsh edilməyən yer buraxmamaq.  
9. Təyəmmümdən öncə umduğu yerdə su axtarmaq.  
10. Əlləri torpağa vuraraq qüvvətlə qoymaq.  
11. Qolları yuxarıda izah edilən şəkildə məsh etmək.  
12. Barmaqların arasını məsh etmək və edərkən üzüyünü oynatmaq.  


 54
 
TƏYƏMMÜMDƏ BUNLARA DİQQƏT ETMƏLİDİR 
 
1. Dəstəmazsız bir kimsə tələbəsinə göstərmək üçün təyəmmüm edərsə, bu 
təyəmmümlə namaz qıla bilməz.  
2. Təyəmmüm ilə namaz qıla bilmək üçün yalnız təyəmmümə niyyət etmək 
kifayət deyil. Namaz üçün də niyyət etmək lazımdır.  
3. Bir torpaqdan bir neçə kimsə  təyəmmüm edə bilər. Çünki təyəmmüm 
edilən torpaq və buna bənzəyənlər müstaməl (istifadə edilmiş) olmaz. Təyəm-
mümdən sonra əldən, üzdən tökülən toz müstaməldir.  
4.  Şafii və hanbəlidə  təyəmmüm yalnız torpaq ilə edilir. Digər məzhəbdə 
torpaq cinsindən olan hər təmiz  şey ilə üzərində bunların tozu olmasa belə, tə-
yəmmüm edilir. Yanıb kül olan və ya istidə əriyə bilən şeylər torpaq cinsindən 
deyildir. Ona görə də agac, ot, taxta, dəmir, düyü, yağlı boya ilə boyanmış divar, 
mis, qızıl, şüşə ilə təyəmmüm edilə bilməz. Qum ilə olar. İnci, mərcan ilə olmaz. 
Əhəng və gips ilə yuyulmuş mərmər, sement, zərsiz plitka, zərsiz farfor, palçıq 
ilə olar. Palçıqdakı su yarıdan azdırsa, bununla təyəmmüm edilir.  
5. Bir təyəmmüm ilə müxtəlif namaz qılmaq caizdir.  
6. Səfəri, iki kilometrdən az məsafədə su olacağını əlamətlərlə və ya ağıllı, 
həddi-büluğa çatmış  və adil bir müsəlmanın xəbər verməsi ilə çox zənn etdiyi 
zaman, hər tərəfə doğru 200 metr gedərək və ya birini göndərərək axtarması fərz 
olar. Çox zənn etməzsə, suyu axtarması lazım olmaz.  
7. Bir kimsə suyu soruşmadan təyəmmüm edib namaza dursa, sonra yanında 
olan adil bir şəxsdən su olduğunu xəbər alsa, dəstəmaz alıb namazını iadə edər 
(yenidən qılar).  
8. Səfərdə iki kilometrdən uzaqda su varkən, təyəmmüm ilə namaz qılmaq 
caizdir.  
9. Əşyası arasında su olduğunu unudan kimsə şəhərdə, kənddə deyilsə, tə-
yəmmüm ilə namaz qıla bilər.  
10. Suyun bitdiyini zənn edən kimsə namazdan sonra suyunu görsə, təyəm-
müm ilə qıldığı namazı iadə edər.  
11. Səfərinin yanında olanlardan su istəməsi vacibdir. Su verməzlərsə, na-
mazı təyəmmüm ilə qılar. Yoldaşı suyu bazardakı qiymətinə satarsa, artıq pulu 
olan səfərinin satın alması lazımdır. Sahibi suyunu çox baha qiymətə satarsa tə-
yəmmüm ilə  qılması caizdir. Bazar qiymətinə alacaq artıq pulu yoxsa yenə  tə-
yəmmüm edər.  
12. Çöldə, yollarda içmək üçün qoyulan su varkən, təyəmmüm edilə bilər.  
13. Su az isə, cünüb olan kimsənin hayzlı qadından, dəstəmazsızdan və me-
yiddən öncə yuyulması lazımdır. Suyun sahibi başqalarından öncə yuyunar. Sa-
hibləri ayrı-ayrı olan sular, bir yerə toplanınca, öncə meyid yuyulur.  
14. Cünüb bir kimsə  təyəmmüm etdikdən sonra dəstəmazı pozulsa, cünüb 
olmaz. Az su varsa, yalnız dəstəmaz alar.  


 55
15. Cünüb kimsənin bədəninin yarıdan çoxu yara və ya çiçək, qırmızı kimi 
isə, təyəmmüm edər. Dərisinin çoxu sağlam isə və yaralı qismləri islatmadan yu-
ması mümkün isə, qüsl edər. Yaralı qismləri islatmadan yuyuna bilməzsə, yenə 
təyəmmüm edər.  
 
 
TƏYƏMMÜM NECƏ EDİLİR? 
 
1. Öncə cünüblükdən və ya dəstəmazsızlıqdan təmizlənmək üçün niyyət edilir. 
Təyəmmüm ilə namaz qıla bilmək üçün yalnız təyəmmümə niyyət etmək kifayət 
etməz. İbadət olan bir şeyi, məsələn, cənazə namazı, tilavət səcdəsi etmək üçün dəs-
təmaz və ya qüsl üçün təyəmmüm etməyə niyyət lazımdır. Təyəmmümə niyyət 
edərkən dəstəmaz ilə qüslü ayırmağa ehtiyac yoxdur. Dəstəmaz üçün niyyət edilərsə 
cünüblükdən də  təmizlənmiş olur. Cünüblükdən təmizlənməyə niyyət edilən tə-
yəmmüm ilə namaz qılına bilər. Dəstəmaz üçün ikinci təyəmmümə ehtiyac yoxdur. 
2. İki qolu dirsəklərindən yuxarı çirməli olaraq iki əlin içini təmiz torpağa, daşa, 
torpaq və ya kirəç sürtülmüş divara sürtüb ən az üç barmağı dəyməklə iki ovucu ilə 
üzünü bir dəfə məsh etmək, yəni sürtmək. Əli üzünün iynə ucu qədər yerinə dəyməzsə, 
təyəmmüm edilmiş olmaz. Üzü tam məsh edə bilmək üçün ovuclar açıq və dörd bar-
maq bir-birinə yapışıq və iki əlin iki uzun barmaqlarının ucları bir-birlərinə  dəymiş 
olaraq ovuc içləri saç kəsiminə qoyub, çənəyə doğru yavasça endirilir. Barmaqlar üfüqi 
vəziyyətdə alnı, göz qapaqlarını, burnun iki yanını, dodaqların üzərlərini və çənənin üz 
qismini yaxşıca sürtməlidir. Bu əsnada ovucun iç tərəfi də yanaqları sürtər.  
3. İki ovucu təkrar torpağa sürtüb bir-birinə çırparaq tozu-torpağı silkələdik-
dən sonra öncə sol əlin dörd barmağının içi ilə sağ qolun alt üzünü barmaq ucun-
dan dirsəyə doğru sürtüb sonra qolun iç üzünü sol ovuc içi ilə dirsəkdən ovuca 
qədər sürtüb və sonra sol baş barmaq içi ilə sağ baş barmağın çölünü sürtməkdir. 
Üzüyü çıxarmaq lazımdır. Sonra yenə belə sağ əl ilə sol qol məsh edilir. Əl içini 
torpağa sürtmək lazımdır. Torpağın, tozun əldə qalması şərt deyildir.  
Dəstəmaz və qüsl üçün təyəmmüm eynidir.  
 
 
TƏYƏMMÜMÜ POZAN ŞEYLƏR 
 
Təyəmmümü lazım edən üzr halı aradan qalxınca, su tapılnca, dəstəmazı və 
qüslu pozan hallarda təyəmmüm də pozulur.  
 
 
DƏSTƏMAZIN, QÜSLÜN VƏ TƏYƏMMÜMÜN FAYDALARI 
 
İbadət məqsədiylə edilən hər iki təmizlik bədən sağlığımız üçün çox fayda-
ları hasil etməkdədir. Bədən faydaları ilə yanaşı, ruh sağlığı tərəfdən də faydası 
çoxdur. Təsbit edilən saysız faydalarından bəzilərini belə sıralaya bilərik:  


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə