Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə6/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   2   3   4   5   6   7   8   9   ...   56

 13
 
 
BİRİNCİ BÖLMƏ 
 
 
İMANIMIZ və NAMAZ 
 
 
HƏR KƏS İLK ƏVVƏL İMAN ETMƏLİDİR 
 
Allahü təala insanların dünyada rahat və dinclik içində yaşamalarını, axirət-
də də sonsuz səadətə qovuşmalarını istəyir. Bunun üçün səadətə səbəb olan fay-
dalı  işləri etməyi  əmr etdi. Fəlakətə  səbəb olan zərərli  şeyləri də qadağan etdi. 
Allahü təalanın birinci əmri iman etməkdir. İman etmək bütün insanlara lazım-
dır. Hər kəs üçün iman zəruridir. 
İman,  lüğətdə bir adamı tam doğru sözlü bilmək, ona inanmaq deməkdir. 
İslamiyyətdə iman demək, Muhamməd-əleyhissəlamın Allahın peyğəmbəri oldu-
ğunu və Onun tərəfindən seçilmiş, xəbərverici “Nəbi” olduğunu doğru bilmək və 
inanaraq söyləmək, Onun Allahü təala tərəfindən qısaca bildirdiklərinə  qısaca 
inanmaq, geniş bildirdiklərinə geniş olaraq inanmaq və gücü yetdikcə “Kəlmeyi-
şəhadət”i dil ilə  də söyləməkdir. Qüvvətli iman budur ki, atəşin yandırdığına, 
ilanın zəhərləyib öldürdüyünə tam inanıb çəkindiyimiz kimi, könlündən tam ola-
raq Allahü təalanı və sıfatlarını (xüsusiyyətlərini) böyük bilərək Onun rizasına 
və rəhmətinə can atmaq, qəzəbindən, tənbehindən qaçmaq və imanı mərmər üzə-
rinə yazılan yazı kimi möhkəm olaraq könlünə yerləşdirməkdir.  
İman  Muhamməd-əleyhissəlamın söylədiklərinin hamısını  bəyənib qəlbin 
təsdiq etməsi, yəni inanmasıdır. Beləcə, inanan insanlara “Mömin” və  “Müsəl-
man” deyilir. Hər müsəlmanın Muhamməd -əleyhissəlama tabe olması, Onun gös-
tərdiyi yolla getməsi lazımdır. Onun yolu Qurani-Kərimin göstərdiyi yoldur. Bu 
yola “İslamiyyət” deyilir. Ona tabe olmaq üçün öncə iman etmək, sonra “Əhkami 
islamiyyəti”, yəni müsəlmanlığı dəqiq olaraq öyrənmək, sonra fərzləri əda edib ha-
ramlardan çəkinmək, daha sonra sünnətləri yerinə yetirib məkruhlardan çəkinmək 
lazımdır. Bunlardan sonra mubahlarda (halal) da Ona tabe olmağa çalışmalıdır.  
Dinimizin təməli imandır. İmanı olmayanların heç bir ibadətini və xeyir iş-
lərini Allahü təala bəyənməz və qəbul etməz. Müsəlman olmaq istəyən ilk əvvəl 
iman etməli, sonra qüslü, dəstəmazı, namazı və lazım olduqca digər fərzləri və 
haramları öyrənməlidir.  
 
 
İMAN DOĞRU OLMALIDIR 
 
Duyğu orqanları  və  ağlın qavradığı elmlər imana qovuşmaq üçün köməkçi 
vasitələrdir. Fənn elmləri aləmdəki nizamın, düzgünlüyün təsadüfən olmadığını və 
bir yaradıcının olduğunu anlamağa, bilməyə və imana qovuşmağa səbəb olur. İman 


 14
demək, son Peyğəmbər Muhamməd-əleyhissəlam Allahü təaladan gətirdiyi elmləri 
öyrənib inanmaq deməkdir. İnanılması lazım olan elmlərə ağlıma batsa, inanaram 
demək, Peyğəmbərlərə inanmamaq demək olur. Din elmləri ağıl sahiblərinin görüş-
ləri deyildir. Hər kəs Peyğəmbərimiz Muhamməd-əleyhissəlamın xəbər verdiklərini 
“Əhli-sünnət alimlərinin” kitablarından öyrənib, o cür iman edilməlidir. Doğru və 
məqbul bir iman sahibi olmaq üçün aşağıdakı şərtlərə də tabe olmaq lazımdır:  
1. İman davamlı və sabit olmalıdır. Bir an da olsa ayrılmağı düşünməməli-
dir. Üç il sonra müsəlmanlıqdan çıxacağam deyənin, o andan etibarən imanı ge-
dər və müsəlmanlıqdan çıxar.  
2. Möminin imanı havf (Allahü təaladan qorxmaq) və rəca (Allahü təaladan 
ümidini kəsməmək) arasında olmalıdır. Allahü təalanın əzabından qorxmalı, lakin 
rəhmətindən bir an da olsa ümidini kəsməməlidir. Hər günahı işləməkdən çox çə-
kinməli, günahı səbəbi ilə imanının getməsindən qorxmalıdır. Bütün günahları işlə-
miş olsa belə, Rəbbimizin əfv edəcəyindən heç ümidini kəsməməlidir. Günahları 
üçün tövbə etməlidir. Çünki tövbə edən heç günah işləməmiş kimi olur.  
3. Can (ruh) boğaza gəlmədən  əvvəl iman etməlidir. Can boğaza gəlincə 
axirətin bütün halları göstərilir. O zaman bütün kafirlər iman etmək istəyərlər. 
Halbuki imanın qeybi olmalıdır. Görmədən inanmaq lazımdır. Görülən  şeyə 
iman etmək sayılmaz. Lakin həmin anda möminlərin tövbəsi qəbul olunur.  
4.
 
Günəş qərbdən doğmadan əvvəl iman etməlidir.
 
Qiyamətin böyük əlamət-
lərindən biri günəşin qərbdən doğmasıdır. Bunu görən bütün insanlar iman edə-
cəklər. Lakin imanları qəbul olunmayacaq, tövbə qapısı da bağlanmış olacaqdır.  
5. Allahü təaladan başqa heç kimin qeybi, gizli olan şeyləri bilməməsinə 
inanmalıdır. Yəni qeybi yalnız Allahü təala bilir. Bir də Onun bildirdikləri bilir. 
Mələklər, cinlər, şeytanlar və Peyğəmbərlər də qeybi bilməzlər. Lakin Peyğəm-
bərlərə, saleh qullara qeybdən məlumat verilə bilər.  
6. Dinin imana və ibadətlərə aid bir hökmünü zərurətsiz və qəsdən rədd et-
məməlidir. Əhkami-İslamiyyəti, yəni İslamiyyətin əmr və qadağalarından birini 
belə əhəmiyyətsiz görmək, Qurani-Kərimə, mələklərə və Peyğəmbərlərdən biri-
sinə belə lağ etmək və bunlar ilə bildirilənləri bir məcburiyyət və zərurət olma-
dan dil ilə inkar etmək küfr (inanmamaq) olur. Allahü təalanın varlığını, mələk-
ləri, qüslün və namazın fərz olduğunu, ölümlə qorxutmaq kimi bir zərurət ilə 
rədd etdiyini söyləyən kafir olmaz.  
7. İslam dininin açıq-aşkar bildirdiyi zəruri məlumatlarda şübhə və tərəddüd 
etməməlidir. Namaz qılmağın fərz,  şərab və digər spirtli içkiləri içməyin, qumar 
oynamağın, faizin və rüşvətin haram olduğuna şübhə etmək və ya məşhur olan bir 
harama halal demək və halal olan şeyə haram demək imandan çıxmağa səbəb olur.  
8. İman, İslam dininin bildirdiyi şəkildə olmalıdır. Ağlın anladıqlarına, fəl-
səfəçilərin, fənn təqlidçilərinin bildirdiklərinə inanmaq iman olmaz. Muhamməd-
əleyhissəlamın bildirdiyi şəkildə iman etmək lazımdır. 
9. İman edən yalnız Allah üçün sevməli və yalnız Allah üçün düşmənçilik 
etməlidir. Allahü təalanın dostları olan müsəlmanları sevməli və İslamiyyətə əli 
və qələmi ilə düşmənlik edənləri sevməməlidir. Bu düşmənçiliyin yeri qəlbdir.  


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə