KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə20/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   16   17   18   19   20   21   22   23   ...   112
k x 2017 n 1

23


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
Komplektləşdirmə üçün cari və perspektiv olan plan (qarşıdakı 3-5 il) 
tərtib olunur. Patent və normativ texniki sənədlərin (NTS) və mikroformaların 
alınması ancaq cari plan əsasında aparılır. Hazırda kağız patent sənədləri və 
mikroformalar üzrə MDB ölkələri üzrə əsas komplektləşdirmə mənbəyi 
«РОСПАТЕНТ» (Rusiya Patent İdarəsi), yəni Rusiya Patent-Poliqrafiya 
Müəssisəsi, 
MDB 
dövlətlərarası 
və 
xarici 
ölkə 
standartlarının 
komplektləşdirilməsi üzrə əsas mənbə Rusiya «Standart» nəşriyyatıdır. Hər iki 
komplektləşdirmə mənbəyi cari ilin noyabr ayından gec olmayaraq kitabça 
formasında hazırlanmış prospekti əvvəlcədən verilmiş sifariş əsasında yerlərə 
göndərir. Prospekt «Sifariş blankı» adlanır. Bu prospektlərdə patent və ya 
standartın təsnifat indeksinə əsasən neçə nüsxə alınacağı qeyd olunur və 
müəssisə rəhbərinin imzası və möhürü ilə təsdiq edilir, müəssisənin bank 
hesabı həmin prospektdə yazılır və göndərilir. Patent üzrə prospekt bir neçə 
hissədən ibarətdir: ixtiralar (ölkə, təsnifat indeksi-beynəlxalq ixtira təsnifatı 
ilə) sənaye nümunələri, faydalı modellər, patent bülletenləri, fototekalar və s. 
Standartlara dair prospektdə standart təsnifatının indeksləri və standartın növü 
(MDB standartları, xarici ölkə standartları və İSO standartları), standartlara və 
texniki şərtlərə dair rəsmi informasiya bülletenləri göstərilir. M üəssisə ETK-sı 
yalnız profil olan təsnifat indekslərini prospektlərdən seçir, neçə nüsxə 
alacağını qeyd edir, təsdiq edir və göndərir. Kitablar və digər dövri nəşrlər 
digər tip kitabxanalarda olduğu kimi komplektləşdirilir.
Müəssisə və idarə ETK-ları üçün komplektləşdirilən ədəbiyyatın 
nüsxəliliyi aşağıdakı kimidir:
Sahəvi tematikalar üzrə milli dildə nəşr edilmiş ədəbiyyat - 3, xarici 
ədəbiyyat -1, əlaqəli (çoxsahəli) və ictimai-siyasi 2. Hər bir oxucu üçün kitab 
təminatı idarə ETK-larında - 25-30 adda kitab, müəssisə və konstruktor 
bürolarının texniki kitabxanalarında 12-15 adda kitabdır. Müəssisə və idarə 
ETK-larının fondlarında mühafizə edilən ədəbiyyat son-13-15 ildə nəşr edilən 
ədəbiyyat olmalıdır. Bundan çox olduqda depozitar mühafizəyə verilməlidir. 
Depozitar fond funksiyasını əlaqədar sahənin dayaq kitabxanası, əgər yox- 
dursa, RETK yerinə yetirir. 
Patentlər depozitar mühafizəyə verilmir,
daimi olaraq ən azı 50 il mühafizə edilir. Standartlar ləğv edildikdə fonddan 
çıxarılır, qismən ləğv edildikdə isə yeniləşdirilmiş hissə kəsilib köhnə hissənin 
üzərinə yapışdırılır. İnformasiya mərkəzlərinin buraxdıqları nəşrlər, referativ 
jurnallar və icmallar istisna olmaqla, 5 il mühafizə edilir, sonra fonddan 
çıxarılır. Mühafizə müddəti onların birinci səhifəsində qeyd edildiyi üçün 
onları fonddan çıxarmaq asan olur.
E T K fon d u n u n uçotu. Məlum olduğu kimi, kitabxanalarda ilkin 
sənədlər inventar və ümumi (summar) uçota alınır. ETK-larda bu sənədlərə 
daxildir: kitablar, kitabçalar, dövri və ardı davam edən nəşrlər, patent

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə