KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə23/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   19   20   21   22   23   24   25   26   ...   112
k x 2017 n 1

26


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
fonddan çıxarılır.
Qəzet və jurnallarin fonddan çıxarılması aşağıdakı qaydada aparılır. Bu 
qaydalar ancaq ETK-lara aiddir:
1) Ümumi xarakterli qəzetlər (məs: Azərbaycan, Xalq qəzeti və s.) və 
sahəvi tematikaya dair qəzetlər - cari ildən başlayaraq 3-5 ildən sonra, digər 
qəzetlər - 2 ildən sonra, özəl qəzetlər - 1 ildən sonra;
2) İctimai-siyasi, bədii jurnallar - 2-3 ildən sonra;
3) Kütləvi xarakterli jurnallar - 1-2 ildən sonra;
4) İstehsalat xarakterli sahəvi profil jurnallar - 8-10 ildən sonra.
Fonddan çıxarılan ədəbiyyatın həm milli, həm də xarici dildə olması
əhəmiyyət daşımır. Yuxarıda deyilən meyarlar əsas götürülür. Köhnəlmiş 
ədəbiyyatın seçilməsi və ləğvi aşağıdakı şəkildə aparılır.
Köhnəlmiş ədəbiyyatın ETK fondundan çıxarılması kitabxana işçisi 
tərəfindən və əlaqədar təşkilatın ayırdığı ən azı üç nəfərdən ibarət 
komissiyanın müşahidəsi əsasında aparılır. Komissiya üzvləri ETK-nın əsas 
sahəvi profili üzrə yüksək ixtisaslı mütəxəssislər olmalıdır. Silinmiş ədəbiyyat 
mühasibatın balansından da çıxarılır. Sənədlər ancaq əlaqədar akt komissiya 
üzvləri tərəfindən imzalandıqdan və rəhbərlik tərəfindən təsdiq edildikdən 
sonra fonddan çıxarıla bilər. Akt iki nüsxədə tərtib edilir və ona çıxarılmış 
ədəbiyyatın siyahısı əlavə edilir.
Müstəqillik dövründə yeni pul vahidinə keçidlə əlaqədar köhnə 
qiymətlər müvafiq qaydalara uyğun olaraq yeni qiymətlərlə ifadə edilir. Aktın 
siyahı ilə birlikdə olan nüsxəsi kitabxanada qalır, siyahısı olan digər nüsxəsi 
isə mühasibata verilir. Kitabxanada qalan akta konvertə qoyularaq kitabların 
formulyarları da əlavə edilir. Bundan sonra artıq fonddan çıxarılmış sənədlər 
inventar kitabından silinir, yəni qeyd sütununda çıxarılma barədə məlumat və 
aktın nömrəsi yazılır, həmin sənədlərin kartoçkaları uçot, əlifba, sistemli və 
digər kataloqlardan da çıxarılır. Akt, ona əlavə olunan siyahı və kitab 
formulyarı on il saxlanılır, sonra məhv edilir.
Fonddan çıxarılmış ədəbiyyat ETK-nın rəsmi tabe olduğu dayaq 
kitabxanasına, əgər belə kitabxana yoxdursa, RETK-ya verilir. Onlar isə öz 
növbəsində həmin sənədləri maklatura kimi əlaqədar kağız fabrikinə verirlər. 
Maklaturadan əldə edilən məbləğ RETK-nın hesabına keçirilir. Bu məbləğ 
ancaq yeni ədəbiyyatın alınmasına sərf edilməlidir.
D epozitar fondun təşkili. Depozitar fondların yaranması kitabxana 
fondlarının köhnəlmiş, müvəqqəti əhəmiyyətə malik olan və az istifadə edilən 
ədəbiyyatlardan təmizlənməsi prosesi ilə bağlıdır. Kitabxanaların kitab 
fondlarının tərkibi siyasi, elmi, istehsalat və bədii cəhətdən qiymətli olan, 
kitabxanaların qarşısında duran müxtəlif xarakterli vəzifələrin yerinə 
yetirilməsinə kömək edən ədəbiyyatlardan ibarət olmalıdır. Bununla birlikdə

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə