KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə22/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   18   19   20   21   22   23   24   25   ...   112
k x 2017 n 1

25


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
fondda sahəvi nəşrlər üç nüsxədə, ictimai-siyasi ədəbiyyat - iki nüsxədə 
olmalıdır. Əgər müəssisədə iki mindən artıq adam işləyirsə və onlardan ən azı 
60%-nə xidmət edilirsə, o zaman əsas fondda sahəvi ədəbiyyat ən azı 4 
nüsxədə olmalıdır. ETK-ların KAA üsulu ilə aldığı kitab və sənəd surətləri 
ümumi kitab verilişinin 10-15%-ni təşkil etməlidir. Əsas fondda ədəbiyyat son 
10-15 ildə nəşr edilmiş ədəbiyyat olmalıdır. Əsas fondda yuxarıda deyilən 
sənəd növlərilə yanaşı dərc edilməyən sənədlər və sənəd surətləri də ola bilər.
Fond optimal fiziki-kimyəvi və bioloji şəraiti olan xüsusi binada 
saxlanılmalıdır. Əməyin sanitar-gigiyenik şəraiti təmin edilməlidir. Dörd- 
beşpilləli iki yaruslu dəmir stellajlardan istifadə edilməlidir. Onların 
hündürlüyü orta hesabla 2, 2-2, 3 m olmalıdır.
Bu və ya digər düzülüş növünün seçilməsi xidmət şəraitindən
kitabsaxlayıcının təchizatından, binanın xüsusiyyətindən asılı olaraq müəyyən 
edilir. Kitab fondu sistemli-əlifba, dövri nəşrlər fondu xronoloji-əlifba, 
normativ-texniki sənədlər kateqoriyaya (məs: ГОСТ, OST, TU və s.), onun 
daxilində indekslərə və dövlət qeyd nömrəsinə, patent sənədləri ölkəyə, onun 
daxilində təsnifat indeksinə və nömrəyə, sənaye kataloqları UOT indeksinin 
bölgüsünə görə, qiymət cədvəlləri və preyskurantlar nəşr indeksinin artan 
nömrə ardıcıllığı ilə düzülür.
Tərcümələr, hesabatlar və digər dərc edilməyən sənədlər qeydiyyat 
nömrəsinə, yaxud az miqdar olduqda kitab fondu ilə birlikdə sistemli-əlifba 
qaydasında düzülür.
M əzm unca və fiziki cəhətdən köhnəlm iş ədəbiyyatın fonddan 
çıxarılm ası. Məzmunca və fiziki cəhətdən köhnəlmiş ədəbiyyatın fonddan 
çıxarılması bütün kitabxanalar üçün vacibdir. Bu iş ildə bir dəfə müntəzəm 
olaraq görülməlidir. Kitabxanalar köhnəlmiş ədəbiyyatı fonddan çıxarmaq 
üçün tabe olduğu rəhbər təşkilatdan icazə almır, yəni bu işi müstəqil olaraq 
həyata keçirir. Çıxarılan ədəbiyyat içərisində faktiki tarixini və digər 
məlumatları əks etdirən profil əsərlərin elmi iş məqsədilə bir nüsxəsi 
kitabxanada saxlana bilər. Fonddan çıxarma aktı rəhbər orqanlar tərəfindən 
təsdiq edilməlidir.
Qeyd etmək lazımdır ki, öz siyasi, elmi və istehsalat əhəmiyyətini 
itirmiş bütün növ ədəbiyyat, həmçinin fiziki cəhətdən oxunmaz vəziyyətə 
düşmüş sənədlər köhnəlmiş ədəbiyyat hesab edilir. Cari ildə fonddan 
çıxarılacaq standartların, texniki şərtlərin siyahısı hazırda «Государственные 
стандарты СНГ» adlı rüblük göstəricinin bir bölməsi kimi verilir. 
Kütləvi 
və elmi-kütləvi əsərləri əvəz edən daha müasir və aktual əsərlər olduqda 
köhnələri 
fonddan 
çıxarılır. 
Soraq 
kitabları 
və 
dərsliklər əlaqədar 
təkmilləşdirilmiş təkrar nəşr çıxdıqdan sonra fonddan çıxarılır. Siyasi 
ədəbiyyat nəşr edildiyi müddətdən 3-4 il sonra öz aktuallığını itirdiyi halda

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə