KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə25/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   21   22   23   24   25   26   27   28   ...   112
k x 2017 n 1

28


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
müəyyən olunmuş ilk belə seminar-müşavirədə 11 respublikadan, o cümlədən 
Azərbaycandan 10 nəfər dinləyici iştirak etmişdir.
Fodların depozitar mühafizəsi sisteminin tətbiq edilməsi mövcud 
vəziyyəti əsaslı surətdə dəyişdirmişdir. Qeyd olunan dəyişikliklərin əsas 
mahiyyəti aşağıdakılardan ibarətdir:
- həmin iqtisadi-coğrafi rayonun profilinə uyğun olan bütün ədəbiyyatın 
mühafizəsi və digər kitabxanalara onların sifarişi ilə verilməsi üçün cavabdeh 
olan kitabxana-depozitariya şəbəkəsinin yaradılması;
- böyük elmi və mədəni əhəmiyyətə, tərkibcə tarixən formalaşmış nadir 
fonda malik olan kitabxanalar istisna edilməklə qalan kitabxanalar fondun ən 
qiymətli hissəsinə daxil olmayan, az soruşulan ədəbiyyatı müntəzəm surətdə 
seçir və depozitariyaya verirlər;
- depozitar kitabxanalar ölkənin təbii-iqtisadi rayonlaşdırılmasını və 
inzibati ərazi bölgüsünü nəzərə almaqla planlı surətdə yerləşdirilir ki, bu da 
sifarişlərin kitabxanalararası abonement vasitəsilə tez və bütünlüklə yerinə 
yetirilməsinə əlverişli şərait yaradır.
Depozitar kitabxana sisteminin təşkil edilməsinin ən mühüm xüsusiyyəti 
onun ümumdövlət xarakteri daşımasıdır. O, ölkənin bütün kitabxanaları üçün 
vahid sənədin təsdiq olunması ilə şərtlənmişdir. 
Əsasnaməyə görə, 
depozitariya sistemində ölkənin kitabxana şəbəkəsi quruluşunun və elmi- 
texniki məlumat sisteminin xüsusiyyətlərini əks etdirən ərazi və sahəvi 
prinsiplər uyğunlaşdırılmışdır.
Azərbaycanda depozitar kiabxanaların təşkilinə 1975-ci ildən başlanmış, 
1978-ci ildə isə rəsmiləşmişdir. Bir cəhəti də xüsusi ilə qeyd etmək lazımdır 
ki, respublikamızda müstəsna depozitar mühafizə fondları formalaşmışdır.
Depozitar kitabxanalar kitab fondlarının daha səmərəli təşkil edilməsi
respublikanın əsas iqtisadi rayonları üzrə onların planauyğun qaydada 
yerləşdirilməsi, 
oxuculara 
kitabxana-biblioqrafiya 
xidmətinin 
yaxşılaşdırılması, 
bir 
çox 
kitabxanalar 
tərəfindən 
fondların 
paralel 
saxlanılması üçün yeni kitab anbarlarının tikintisi və lazım olan ştatların sax- 
lanması üçün xərcin azaldılması məqsədilə yaradılmışdır. Ölkəmizdə 
depozitar kitabxanalar əhəmiyyətini itirmiş və m üxtəlif kitabxanalardan bir 
yerə daşınıb yığılan ədəbiyyatın saxlandığı anbar deyil, elm və istehsalat, 
kitabxana-biblioqrafiya xidməti sistemində mərkəzi kitabxanalar vəziyyətində 
olan depozitar qaydada saxlanma funksiyasına malik, fəaliyyət göstərən iri 
kitabxanaların olması haqqında baxış geniş yayılmışdır.
Elmi və xüsusi kitabxanaların, xüsusilə də elmi-tədqiqat idarələrinin və 
müəssisələrin tərkibində fəaliyyət göstərən kitabxanaların əksəriyyətinin 
fondları daha aktual profilli ədəbiyyata malik olan operativ əhəmiyyətli 
fondlar kimi başa düşülür. Onların hər birində bir çox keçmiş illər üzrə nəşr-

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə