KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə37/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   33   34   35   36   37   38   39   40   ...   88

84 
 
H
əmçinin mərkəzləşdirmə  əsas kitabxana prosesinin birləşməsi ilə 
yanaşı, kitabxana ehtiyatlarının məqsədyönlü, daha effektli formalaşmasına və 
istifad
ə  edilməsinə,  kitabxananın  prinsipial  maddi  və  təşkilat  məsələlərinin 
h
əllinə şərait yaradır. (7. s.210-216)  
 
“Kitabxana  işi  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda 
M
ərkəzləşdirilmiş  Kitabxana  Sistemləri (MKS)  Azərbaycan kitabxana 
sisteml
ərinin əsas tiplərindən biri kimi göstərilmişdir. 
Aran iqtisadi regionunda t
əhsil səviyyəsinin  artması  səbəbilə  MKS-
l
ərin biblioqrafik xidmətinin düzgün təşkil  edilməsi xüsusi əhəmiyyət kəsb 
edir. MKS-l
ərin  oxucuları  müxtəlif  qruplara  ayrılır.  Buraya  müəllimlər, 
şagirdlər, tələbələr, mütəxəssislər, elm xadimləri və s. daxildir.  
1978-ci ild
ən Mingəçevir  şəhər  kitabxanaları  mərkəzləşdirilərək, 
Ming
əçevir Şəhər MKS yaradılmışdır. MKS-ə M.P.Vaqif adına Mərkəzi şəhər 
kitabxanası və 11 filial daxildir. MKS-in  fondu 315074 nüsxə, kitab verilişi 
777543 nüsx
ə,  oxucularının  sayı  42244  nəfər  olmuşdur.  M.P.Vaqif    adına 
kitabxanada 6 şöbə fəaliyyət göstərir: 
1.Xidm
ət şöbəsi; 
2.Komplektl
əşdirmə və kitabişləmə şöbəsi; 
3.Metodika-
biblioqrafiya şöbəsi; 
4.Kitabxana-biblioqrafiya prosesl
ərinin avtomatlaşdırılması şöbəsi; 
5.İnformasiya-resurs şöbəsi; 
       
6.Uşaq şöbəsi; 
Ming
əçevir MKS şöbələrinin fəaliyyəti belədir: 
Xidm
ət şöbəsi - 2 bölmədən ibarətdir: 1. Abonement bölməsi  2. Oxu 
zalı 
Xidm
ət  şöbəsinə  yeni gələn oxucuya kitabxanadan istifadə  qaydaları, 
kitabxanaya yazılma, kitabdan istifadə, saxlanılma, qaytarılma  müddəti və s. 
m
əlumat  verilir.  Oxucuya  anket  açılır  və  kitabxananın  üzvü  sayılır.  Xidmət 
şöbəsi  yaşından  asılı  olmayaraq  müxtəlif  oxucu  kateqoriyalarına   bütün  nəşr 
növl
əri ilə xidmət göstərir. 2012-ci il yanvar ayının 1-ə olan məlumata əsasən 
şöbənin   kitab fondu 56017 nüsxə,  illik  kitab  verilişi  133617  nüsxə, 
oxucuların  sayı 7049 nəfər olmuşdur. 
"Az
ərbaycan  Respublikasında  kitabxana-informasiya sahəsinin 2008-
2013-cü ill
ərdə  inkişafı  üzrə  Dövlət  Proqramı"nın  icrasını  təmin etmək 
m
əqsədi ilə, Mədəniyyət və  Turizm Nazirliyi tərəfindən  kitabxanaların 
informasiyalaşdırılması  işi  davam  etdirilir.  Bu  məqsədlə, Mingəçevir  şəhər 
MKS-nin Veb-
saytı  da  internet  şəbəkəsində  yerləşdirilib.  Veb-saytda 
m
əlumatlar 3 bölmədə  sistemləşdirilmişdir:  Birinci  kitabxana  haqqında 
m
əlumatlar;  ikinci  şəhər,  şəhərin  iqtisadiyyatı,  tarixi  abidələr və  turizm 
potensialı;  üçüncü  -  Azərbaycan  haqqında,  respublikamızın  dövlət rəmzləri, 
Az
ərbaycan-Ermənistan,  Dağlıq  Qarabağ  münaqişəsi  haqqında  məlumatlar, 


85 
 
habel
ə, Mədəniyyət və  Turizm Nazirliyi və  Mingəçevir  şəhər icra 
hakimiyy
ətinin Veb-saytlarına birbaşa keçid linkləri yerləşdirilmişdir. 
"Kitabxana" bölm
əsində  kitabxana və  onun  şöbələri  haqqında 
m
əlumatlar  verilmişdir.  Veb-saytda "Xəbərlər" bölməsində  şəhər MKS-də 
keçiril
ən tədbirlərin  fotoları    yerləşdirilmişdir.  Veb-saytın  "Bizim  şəhər" 
bölm
əsində  Mingəçevir  şəhəri, onun tarixi və  müasir Mingəçevir  haqqında 
maraqlı  məlumatlar təqdim edilir. "Memarlıq  abidələri" bölməsində  şəhər 
ərazisində mövcud olan və mühafizə edilən bir sıra tarixi abidələr və onların 
fotoşəkilləri yerləşdirilmişdir. 
Şəhər MKS-nin Veb-saytının  "İqtisadiyyat"  və  "Turizm  potensialı" 
bölm
ələrində  Mingəçevirin respublika iqtisadiyyatında  tutduğu  yer,  şəhərin 
respublika enerji t
əminatçısı  kimi  rolu,  yeni  açılmış  istehsalat  obyektləri, 
habel
ə,  şəhərin turizm gözəllikləri  əks  olunmuşdur.  Veb-saytın  "Doğma 
Az
ərbaycan" və "Dövlət rəmzləri" bölmələrində Azərbaycan haqqında zəngin 
m
əlumat portalı olan www.azerbaijan.az saytına birbaşa keçid linki qoyulmuş, 
dövl
ət rəmzləri  haqqında  geniş  məlumatlar yerləşdirilmişdir.  Bundan  başqa, 
Veb-
saytda  "Dağlıq  Qarabağ  problemi"  bölməsində  Azərbaycan-Ermənistan, 
Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar verilmişdir. 
İnformasiya  resurs  şöbəsi həmçinin,  kitabxananın  saytının  idarə 
olunması,    şəbəkənin  antivirus  proqramının,  habelə  lokal və  internet 
şəbəkəsinin fəaliyyətini təşkil edir və nəzarət funksiyasını həyata keçirir. 
Kitabxana-biblioqrafiya prosesl
ərinin  avtomatlaşdırılması  şöbəsi-  
Kataloqlaşdırma  modulunun  bazasından    istifadə  edərək  elektron  resursların 
bazalarının yaradılmasını həyata keçirir. (9) 
 
Aran  iqtisadi  regionuna  daxil  olan  Şirvan  şəhəri, təhsil səviyyəsinə 
gör
ə  iqtisadi regionda xüsusi mövqeyə  malikdir.  Şəhərdə  əhalinin  sayı  (1 
yanvar 2010-cu il) 78,1 min n
əfərdir. Şəhərdə ümumilikdə, 6230 nəfər təhsilli 
var. Oxucular 
əhalinin  28%-ni təşkil edir. Hər nəfərə düşən kitab sayı 9 nüsxə 
t
əşkil  edir.  İnternetdən 3,7% oxucu istifadə  edir. Hər 396 nəfər oxucuya 1 
n
əfər ixtisaslı kitabxanaçı biblioqraf xidmət edir. (8.s. 341-350) 
Şirvan  şəhərində  40 kitabxana fəaliyyət göstərir. Bu da ümumi ölkə 
kitabxanalarının 0,5%-ni təşkil edir. Kitabxanaların 20-i (50%) Mədəniyyət və 
Turizm Nazirliyi, 23(44,3%) T
əhsil Nazirliyi tabeliyindədir. Mədəniyyət və 
Turizm Nazirliyi sisteminin tabeliyind
ə  olan kütləvi  kitabxanaların  fondu, 
2000-2009-cu ill
ərdə  180,3 min nüsxədən 183,3 min nüsxəyə  qədər artaraq 
z
ənginləşmişdir. Şirvan şəhərində yerləşən kitabxanaların ümumi fondu cəmi 
720,611 nüsx
ədir. Kitablar fondun 696.862 (96,7%) təşkil edir. Şirvan şəhər 
kitabxanalarında  9    kompüter  var.  Bu  kompüterlərdən 1-nin internetə  çıxışı 
mövcuddur. Şəhər kitabxanalarında çalışan mütəxəssislərin sayı  44 nəfərdir. 
Onların 11 nəfəri (28,9%) ali ixtisas təhsilli, 6 nəfəri (15,8%) ali-qeyri  ixtisas 
t
əhsilli, 7 nəfəri (18,4%) orta ixtisas təhsilli və.s-dir. Orta hesabla,hər 1000 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə