151
k
ənd təsərrüfatı üzrə 12 nüsxə; səhiyyə üzrə 45 nüsxə;
ictimai humanitar
elml
ər üzrə 912 nüsxə; mədəniyyət, elm, maarif üzrə 715 nüsxə,
filologiya
üzr
ə 736 nüsxə, incəsənət üzrə 27 nüsxə; biblioqrafik vəsaitlər üzrə isə 415
nüsx
ə ədəbiyyat daxil olmuşdur. Ümumilikdə götürdükdə 2012-ci ilin ilk
rübün
ə qədər Milli Kitabxanaya 4274 nüsxə ədəbiyyat daxil omuşdur. 2011-ci
ild
ə isə bu göstərici ilin son hesabatlarına görə 8652 nüsxə idi. İndi isə dilllər
üzr
ə daxil olan ədəbiyyatın bölgüsünə nəzər salaq.
Belə ki, 2011-ci ildə
Az
ərbaycan dilində daxil olan nüsxələrin sayı 2012-ci illə müqayisədə 2524
nüsx
ə azdır. Rus dili üzrə 997 nüsxə artım, xarici dil üzrə isə 87 nüsxə artım
müşahidə olunmuşdur. Milli ədəbiyyatın komplektləşdirilməsi bölməsinin
əməkdaşları fəaliyyətdə olan nəşriyyatların hər biri ilə əlaqə saxlayır, il
ərzində yeni ədəbiyyatın kitabxana fondunda yer alması və oxucu sifarişlərinin
tamamlanması üçün daim axtarışda olurlar. Belə əlaqələr kitabxanaya verilən
m
əcburi nüsxələrin sayına müsbət təsir göstərir. Bölmənin əməkdaşları
n
əşriyyatlarla yanaşı həmçinin müəlliflərlə də əlaqə saxlayırlar. Belə əlaqələr
n
əticəsində isə Milli Kitabxana fondunda olmayan və eləcə də kitab
mağazalarından çətin tapılan dərsliklər oxucular üçün təşkil edilir. Kitab
mağazalarına sifarişlər yeni ədəbiyyatlarla yanaşı əvvəlki illərdə də nəşr
edilmiş kitabxanada müəyyən səbəblərdən itirilmiş kitablara olan oxucu
sorğularına müvafiq yazılmış siyahı əsasında verilir. Son iki ildə
Komplektl
əşdirmə şöbəsi kitabxananın Komplektləşdirmə şurası ilə birlikdə
kitab ticar
əti ilə məşğul olan təşkilatlardan müqavilə bağlanılması yolu ilə
3241 nüsx
ə aktual ədəbiyyatın əldə olunmasına nail olmuşlar. Həmin illərdə
Milli Kitabxananın əsas komplektləşdirmə mənbələri Heydər Əliyev Fondu,
İkinci Beynəlxalq Bakı Kitab Sərgisi, Respublika nəşriyyatları, Respublika
kitab mağazaları, Ali Attestasiya Komissiyası, beynəlxalq və ölkədaxili
mübadil
ə, Mədəniyyət və Turizm Nazirliyi olmuşdur. Bundan başqa
Respublika Kitabxana Kollektorunun da f
əaliyyəti xeyli genişlənmiş, Milli
Kitabxanaya
ən aktual ədəbiyyatın daxil olmasında rolu xeyli artmışdır. Belə
ki, 2011-ci ild
ə 50 nüsxə aktual ədəbiyyat Milli Kitabxana fonduna Respublika
Kitabxana Kollektorunun köm
əkliyi ilə daxil olmuşdur. Daxil olmuş 13745
nüsx
ə yeni ədəbiyyat elektron yolla yəni kitabxananın saytının “yeni kitablar”
bölm
əsində oxucuların nəzərinə çatdırılmışdır.
Komplektl
əşdirmə şöbəsi dövrü mətbuatın əldə edilməsi üçün
müxt
əlif mətbuat yayımı şirkətləri ilə müqavilələr imzalayırlar. Belələrinə
“Kaspi”, “ Qasid”, “Qaya” kimi m
ətbuat yayımı şirkətlərini göstərmək olar.
Dövrü m
ətbuat bölməsinə abunə yolu ilə yerli və Rusiyada nəşr olunan qəzet
v
ə jurnallar daxil olur. Eyni zamanda Azərbaycan və Rusiyanın Elmi
İnstitutlarında, müəssisələrində çap olunan elmi əsərlərin bəzi nəşrləri də daxil
olur. Q
əzet, jurnal və elmi əsərlərin müəyyən
hissəsi redaksiyalar, müəlliflər
t
ərəfindən hədiyyə kimi göndərilir, həmçinin nəşriyyat və redaksiyalarla
152
bilavasit
ə əlaqə saxlamaqla dövrü nəşrlərin məcburi nüsxələri əldə olunur.Ardı
davam ed
ən nəşrlər həm də beynəlxalq mübadilə yolu ilə də daxil olur.
Az
ərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 1998-ci
ilin dekabrından Respublikada çap oluan qəzet və jurnalların 2 məcburi
nüsx
əsi redaksiyalar tərəfindən M.F.Axundov adına Milli Kitabxanaya
gönd
ərilir.
H
ər iş gününün əvvəlində komplektləşdirmə şöbəsinə daxil olan
bütün qəzet
v
ə jurnallar kitabxanaçılar tərəfindən birinci olaraq kartoteka və cədvəldə qeyd
olunaraq möhürl
ənir. Həmin qəzetlərin hər nömrəsindən bir nüsxəsi qeyd
d
əftərində yazılmaq şərtilə kitabxananın müvafiq şöbələrinə və oxu zalına
verilir. Bir neç
ə gündən sonra şöbələrdən işlənib bölməyə qayıdan qəzetlər və
dig
ər ardı davam edən nəşrlər qeyd dəftərindən silinib rəflərdə əlifba ardıcıllığı
il
ə düzülür. Hər rübün sonunda bütün dövrü nəşrlər yoxlanılaraq nömrə
ardıcıllığı ilə yığılır, siyahılaşdırılaraq cildlənmək üçün mətbəəyə təhvil
verilir. Cildl
əndikdən sonra isə Kiitab Fondlarının Mühafizəsi şöbəsinin
m
ətbuat fonduna təhvil verilir. Bütün bu proseslərlə yanaşı komplektləşdirmə
şöbəsinin əməkdaşları tərəfindən hər bir cildin üzü yazılaraq təhvil dəftərində
qeyd edilir. Komplektl
əşdirmə şöbəsi elektron vasitələrlə daxil olmuş bütün
kitabxana informasiya resurslarını yəni
kitablar, dövrü mətbuat,
elmi əsərlərin
h
ər birini Kitabxananın elektron saytındakı “Milli Kitabxana Xəbərləri”
bölm
əsi vasitəsilə oxuculara çatdırır. Əməkdaşlar dövrü nəşrlərin hər bir
nömr
əsinin vaxtında daxil olmasına nəzarət edir, əks təqdirdə müvafiq
t
əşkilatlara şifahi və ya rəsmi məlumat verirlər.
Göründüyü kimi M.F.Axundov adına milli kitabxananın fondunun
komplektl
əşdirilməsi müasir tələblərə cavab verən
səviyyədə həyata keçirilir,
çap m
əhsullarının elektron versiyaları hazırlanır və elektron kataloqda
yerl
əşdirilir. Bütün bunlar Milli Kitabxananın fəaliyyətindəki dinamik
inkişafdan xəbər verir.
ƏDƏBİYYAT
1. “Kitabxana İşi” haqqında Azrərbaycan Respublikası Perzidentinin Qanunu.- Bakı şəhəri.-
1998
2. “Az
ərbaycan Kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması” haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri.- 20 aprel 2007.
3. X.
.
İsmayılov: M.F.Axundov adına Milli Kitabxananın Fondunun formalaşdırılmasının
müasir v
əziyyəti.//Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnal.-
№1.B.,2012.
4. M.F.Axundov adına Milli Kitabxananın 2011-2012-ci il hesabatları.
5. M.F.Axundov adına Milli Kitabxananın 2011-ci il və 2012-ci ilinin ilk rübünə dair
hazırlanmış statistik nümunələr.
6.Az
ərbaycan Kitabxanaları XXL əsrin informasiya məkanında.-1-ll cild.-B.:Nurlar,2007.-
s.820.