199
t
ədqiqatçısı kimi formalaşmış, bütün dünyada məşhur bir şərqşünas kimi
tanınmışdı. M.Kazım Bəyin Kazanda əldə etdiyi
bu nailiyyətlər onun
Peterburq Universitetin
ə dəvət edilməsi üçün şərait yaratdı. 1849-cu ildən
Peterburq universitetind
ə işləyən M.Kazım Bəy az bir müddət içərisində
universitetd
ə şöhrət qazandı (2, s.44). Rus elmi ictimaiyyəti M.Kazım Bəyi rus
şərqşünaslığının yaradıcılarından biri kimi qəbul etdi. Peterburq
Universitetind
əki elmi fəaliyyəti ona dünya şöhrəti gətirdi.
Peterburq Universitetind
ə tezliklə M.Kazım Bəyə görkəmli professor
kimi böyük etimad göst
ərilmiş, fars dili kafedrasının müdiri seçilmiş, 1855-ci
ild
ə Universitetdə ayrıca Şərq fakültəsi yaradılarkən onun ilk dekanı seçilmiş,
ömrünün axırına qədər-15 il bu vəzifədə çalışmışdı (5, s.111).
M.Kazım Bəyin kazanda əsasını qoyduğu şəxsi kitabxanası Peterburq
Universitetind
ə işlədiyi dövrdə daha da zənginləşmişdi. Onun mütaliə
dair
əsinin genişliyi, elmlərin müxtəlif sahələri ilə maraqlanması, Şərq
dill
ərindən başqa bir neçə xarici dildə sərbəst
mütaliə etməsi şəxsi
kitabxananın hərtərəfli zənginləşmsi zərurətini yaradırdı. O, şəxsi
kitabxanasının həm müxtəlif elm sahələri, həm də bir çox Şərq və Avropa
dill
ərində kitablarla komplektləşdirilməsinə xüsusi diqqət yetirirdi və
kitabxananı zənginləşdirmək üçün vəsait əsirgəmirdi. Məhz buna görədir ki,
M.Kazım Bəyin şəxsi kitabxanası o dövr Peterburq Universitetinin alimləri
iç
ərisində ən böyük və zəngin şəxsi kitabxana sayılırdı (1, s.299). Onun
kitabxanası təsadüfi toplanmış kitab yığını deyildi. Düşünülmüş, ardıcıl olaraq
elmin t
ələbatına və ixtisasına uyğun sistemli qaydada seçilmiş bir kitabxana
idi. Kitabxanada şərqşünaslığa dair nadir, ən qiymətli əlyazmalar toplanmışdı.
M.Kazım Bəyin tədqiqatçısı, hüquqşünas alim A. Rzayev göstərir ki, onun
kitabxanasında Sədinin “Divan”ının 1802-ci il London nəşri, 134-cü il Paris
n
əşri, 1846-cı il Leypsik nəşri, 1855-ci
il Təbriz nəşri, Hafizin “Divanı”nın
1841-ci il Konstantinopol n
əşri, 1842-ci il Tehran nəşri, 1854-cü il Leypsik
n
əşri, Nizami Gəncəvinin “Xəmsə”sinin 1819-cu il Paris nəşri,1812-ci il
K
əlküttə nəşri, 1844-cü il London nəşri və s. nəşrlər olmuşdur. Bunlarla
yanaşı, kitabxanada Nizaminin “İsgəndərnamə”, “Leyli və Məcnun”və “Sirlər
x
əzinəsi” əsərlərinin bir neçə variantı, Füzulinin “Divan”ı da var idi. M.Kazım
B
əyin kitabxanasında Şərq klassiklərinin əsərləri çox geniş səpkidə təmsil
edilmişdi (1, s.305).
Firdovsinin, Rud
əkinin, Caminin, Xaqaninin, Ənvər Soxeylinin,
İmaminin, M.F.Axundovun, A.Bakıxanovun əsərləri kiabxana fondunda
mühüm yer tuturdu.
Rus elmin
ə, ədəbiyyatına və tarixinə hörmət edən, onu
böyük m
əhəbbətlə öyrənən, tədqiq və təbliğ edən M.Kazım Bəyin
kitabxana
sında rus alimlərindən Senkovskinin, Dornun, Berenin, Vasilyevin,
Popovun, Viskovun, Kassoviçin, Şmidtin, Şarmianın, Frenanın, Zaxarovun,
Leontyevin, Xvoleonanın və s. əsərləri geniş təmsil olunmuşdu (2, s.81).
200
Kitabxanada fransız alimlərindən Qorsen de Tasinin, Joberanın, Amio
Jozefin, Piera Şarlın, Lovenin, Abel Remyunanın, Antekil Düliperronanın və
s., ingilis aliml
ərindən Rostanın, Morissonun, Robertin və s., alman
aliml
ərindən Şleseranın, Sott Vilhelmin, Qrotoford Fridrixin və s.,
Danimarka
aliml
ərindən Nibur Karstenanın, Avstriya alimlərindən Qammer
Purqştaeyanın, Qədim Yunan alimlərindən Platonun, Aristotelin, Epikürün,
Heraklitin, Emnedoklanın, Demokritin, şairlərdən Homerin, Heriodanın və s.
əsərləri toplanmışdı (2, s.83).
H
əmçinin M.Kazım Bəyin kitabxanasında müxtəlif elm sahələrindən:
astronomiyaya,
riyaziyyata, h
əndəsəyə, triqonometriyaya, coğrafiyaya,
hüquqşünaslığa, qrammatikaya, dilçiliyə, tarixə, fəlsəfəyə, arxeologiyaya,
m
əntiqə, ədəbiyyatşünaslığa, şərqşünaslığa və s. aid çoxsaylı kitablar
toplanmışdı. M.Kazım Bəy kitabxanasını soraq-məlumat ədəbiyyatı ilə də:
ensiklopediyalarla, müxt
əlif elm sahələrinə aid məlumat kitabları ilə, bir çox
dünya dill
ərinə aid lüğətlərlə zənginləşdirmişdi (1, s.300).
Mirz
ə Kazım Bəyin vəfatından sonra onun ömrü boyu
böyük çətinliklə
əldə etdiyi, toplayıb, qoruyub saxladığı zəngin elm xəzinəsi olan şəxsi
kitabxanası Peterburq Universitetinin kitabxanasına verilmişdir. Kitabxana
kitabları qəbul edərkən onun siyahısını tərtib etmişdi. Bu siyahıya 259 Şərq
əlyazmasının və kitabların adı daxil edilmişdir. Bundan başqa M.Kazım Bəyin
t
ədqiqatçısı A.Rzayev “XIX əsr Azərbaycan alimləri və mütəfəkkirləri
haqqında oçerklər” (Bakı, 1969) kitabında M. Kazım Bəyin şəxsi
kitabxanasında saxlanılan kitabların siyahısını tərtib etməyə müvəffəq
olmuşdur. Bu siyahıda müxtəlif dillərdə olan 391 kitabın adı vardır. Bu
kitablar dill
ər üzrə aşağıdakı kimi bölünmüşdür: rus dilində 40, fransız dilində
96,
ingilis dilind
ə 38, alman dilində 62, latın dilində 97, ərəb, fars və türk
dill
ərində 58 kitab.
M. Kazım Bəyin şəxsi kitabxanası haqqında ayrıca araşdırmalar
aparılmadığından onun fondunun miqdarı və tərkibi haqqında dəqiq məlumat
verm
ək mümkün deyil. Şübhə yoxdur ki, M. Kazım Bəyin kitabxanasında
göst
ərilən rəqəmlərdən qat-qat çox kitab və elmi jurnal olmuşdur.
Kitabxananın jurnal fondu haqqında, ümumiyyətlə,
heç bir məlumat yoxdur
(1, s.299).
Bel
əliklə, M.Kazım Bəyin şəxsi kitabxanasının kitab fondu haqqında
Peterburq Universuteti t
ərəfindən tərtib edilmiş siyahısını tam hesab etmək
olmaz. Bu siyahı Peterburq Universitetinin M. Kazım Bəyin kitabxanasından
seçil
ərək kitabxanaya aldıqları kitabların siyahısıdır. M. Kazım Bəyin
kitabxanasında olan bədii ədəbiyyat, o cümlədən rus ədəbiyyatı, rus
klassikl
ərinin əsərləri, müasir dövrün ədəbiyyatı, M.Kazım Bəyin öz əsərləri,
dövri m
ətbuat siyahıya daxil edilmişdir.