Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə104/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   100   101   102   103   104   105   106   107   ...   112

– Koroğlu, bunun nişanlısı Muradbəylidəndi. Sənin dədənin düşməni 

olan Həsən xanın qızı Mərcan xanımdı. 

Koroğlu soruşdu: 

– Xan, aşıq Cünuna cavab ver, kişi düzmü deyir? 

Kişinin düşmənçiliyi araya atması xanın ümid çırağına yağ saldı, 

odu ki, dedi: 

– Düz deyir, Koroğlu. 

Aşıq Cünun dedi: 

– Onda burda bir çətinlik yoxdu. Muradbəyli çox da uzaq döyül, 

adam göndərrik, öyrənər. İşi belə quraq. Xan nişanlısına öz dəstiynən 

bir namə yazsın ki, filan şəhərdəyəm, gəlirəm, burda kamil bir zərgərə 

rast gəlmişəm, biləyinin ölçüsünü ver, sənə bir cüt təzə bilərzik 

bağlatdırım. Naməni xanın inandığı adam bizim də bir adam aparar, 

hər şey aydın olar. 

Bu tədbir xanın ürəyinə od saldı. Koroğlu yenə işi tapşırdı Halaypozana: 

– İşi yönünə qoy. Bizdən kim getsə, özünü xanın yaxın adamı kimi 

göstərsin. Amma tez qayıtsınlar. 

Naməni xana yazdırdılar. Halaypozan Koroğlunun tapşırığı ilə xanı 

öz çadırında göz dustağı elədi. Qəfləsinə gözətçilər qoydu, xanın baş 

vəziri ilə bir adam göndərəsi olanda Qartal Kərim yalvardı ki, qoy 

mən gedim. Halaypozan Koroğluya gənəşdi, Koroğlu buna da razılaşdı. 

Vəzirlə Qartal Kərim atlarına mindilər və nəzərdə tutulduğu 

vaxtdan tez özlərini çatdırdılar Muradbəyliyə. 

De Həsən xanın oğlanları özlərini ləlik-giryan elədilər. Vəzir 

gəlməklərinin məqsədini bildirəndə, belə məsləhət gördülər ki, onlar 

Mərcan xanımın imarətinə, onun yanına getsinnər. Belə də elədilər. 

Mərcan xanım qonaqlarını hörmətlə qəbul elədi. Vəziri tanıyırdı, odu 

ki, vəzirdən xəbər aldı: 




– Vəzir, bu oğlan kimdi, xanın nəyidi? 

Əvvəldən şərtləşdikləri kimi vəzir Qartal Kərimi Mərcan xanıma 

təqdim elədi: 

– Xanın bacısı oğludu, xanım. Adına Qartal Kərim deyillər. Xanın 

istəklilərindəndi. 

Mərcan xanım Qartal Kərimi bir də başdan ayağa, ayaqdan başa 

süzdü, gülümsəyib dedi: 

– Adam heç inana bilmir ki, bu oğlan Hüseynəli xanın bacısı 

oğludu. Heç yaraşdıra bilmirəm. 

Vəzir biclikdə tülkünü suya susuz aparar, susuz gətirərdi. O saat 

məsələni anladı, yozdurdu: 

– Haqqın var, xanım. Kərim xanın ögey bacısının oğludu, rəiyyət 

qızından olub, ömrünün çoxunu kənddə keçirib. 

Mərcan xanım köks ötürdü: 

– Deyirəm axı!.. Hə, qonağa niyə gəlmisən deməzlər. Amma bilirəm 

ki, siz bir işə gəlmisiniz, eşidirəm, vəzir. 

Vəzir qurcalandı, boğazını arıtdı içini çəkdi: 

– Gəlməyimizin məqsədini Kərim deyəcək, xanım. 

Mərcan xanım Kərimin üzünə baxdı, çalışdı ki, gözləri ilə gözlərini 

tutsun, Qartal Kərim imkan vermədi, gözünü yerə dikib dedi: 

– Dayım namə də yazıb. Dilcavabı da deyim ki, zərgər çox mahir 

sənətkardı. 

O, naməni Mərcan xanıma verdi. Mərcan xanım oxuyub güldü, elə 

gülə-gülə dedi: 

– Kərim, bir mənim gözümə bax görüm! 

Kərim bir təhər özünü ələ alıb Mərcan xanımın gözünün içinə 

baxmağa çalışdı. Mərcan xanım soruşdu: 

– Deyirsən, zərgər çox mahirdi hə? 




– Mahirdi, xanım. 

– Dayını çox istəyirsən, Kərim? 

– Bəli, xanım. 

– Dayın da səni çox istəyirmi? 

– Çox istəməsə, bu işə məni göndərərdimi? 

– Olsun. Bircə numut aram olun, namənin cavabını yazım, aparın. 

Onlar gözləməli oldular. Mərcan xanım o biri otağa keçdi. Amma 

cavabın yazılması xeyli ləngidi. Nəhayət, Mərcan xanım cavabı Qartal 

Kərimə təqdim elədi: 

– Qartal qardaş, əminəm ki, naməni yolda oxuyan olmayacaq. 

Amma əgər doğrudan da sən dayını, dayın da səni çox istəyirsinizsə, 

orda dayından təvəqqə elə, qoy elə oxusun ki, sən də eşidəsən. 

– Baş üstə, xanım! Əminəm ki, dayım mənim belə təvəqqəmi rədd 

eləməz. 


Vəzir çox yaxşı bilirdi ki, Mərcan xanımın naməsindən nə xana

nə də onun adamlarına uğur gətirəsi heç nə olmayacaqdı. Ona görə də 

çox fikirləşdi ki, yolda naməni Qartal Kərimin əlindən çıxarsın, amma 

bacara bilmədi. Həmin günün səhərisi gün çeşt yerinə qalxanda özlərini 

yetirdilər Koroğluya. Koroğlu yenə hamını yığdı böyük çadıra, 

xanı da gətirtdi, naməni verdi ona, özünə də tapşırdı ki, cavabı bərkdən 

oxusun. Xan nə qədər elədisə dili söz tutmadı. Koroğlu baxdı 

xanda namə oxuyası hal yoxdu, üzünü tutudu aşıq Cünuna: 

– Aşıq Cünun, deyəsən, xanın savadı çatmadı, al naməni oxu görək 

kişinin nişanlısı nə yazır. 

Aşıq Cünun naməni aldı, baxanda heyrət elədi: 

– Can Koroğlu, qız naməsini şeirnən yazıb. Bu, qoşmadı. İzn ver, 

saznan oxuyum, günah eləməyək. Axı qoşmanı saznan oxumamaq 

günahdı. 




Koroğlu izn verdi, aşıq Cünun yenə sazının aşıqlarına əl atdı, saz 

eləyib sinəsinə basdı, oxudu: 

Məhəbbət satılmaz dünya malına, 

Bir yaxşı fikirləş, xan, ağlın olsun! 

Səndəki eşq deyil, uyub şəhvətə 

Az belə giryan ol, yan, ağlın olsun! 

Leyliyəm, Məcnunum səhra dolaşır, 

Əsliyəm, Kərəmim Ərzurum aşır, 

Sənə olan kinim qaynayıb daşır, 

İçmək istəyirəm qan, ağlın olsun! 

Məramım özgədi, olmuram aram

Gündə göz-göz olub deşilir yaram. 

Məzarın olaram, sənin olmaram, 

Mərcan bir də deyir, qan, ağlın olsun! 

Düşmən qızı olsa da, Koroğlu da, aşıq Cünun da, bütün dəlilər də 

Mərcan xanımda olan əhdə, ilqara, vəfaya, ağıla, kamala əhsən dedilər. 

Koroğlu hay vurub qərar, göstəriş verdi: 

– Hüseynəli xanı verirəm Yarməmməd kişinin ixtiyarına. Qoy 

necə bilir elə də cəza versin. Amma qalan qəflə nə varsa, verin vəzirə, 

yola salın getsin. Özünüz də yığışın, düşək yola, çox gecikdik, indi 

Çənlibelin gözü yolda qalıb. 

Demə, Yarməmməd kişi Hüseynəli xandan çoxdan yanıqlıymış. 

Öz bildiyi kimi cəhənnəmə vasil elədi. Koroğlunun dəstəsi günorta 

yeməyindən sonra üz tutdu Çənlibelə. 

Hüseynəli xanın ölümü Mərcan xanımı nə qədər sevindirdisə, toy 

ağamatının əldən çıxması Mahmud xanı bir o qədər yandırdı... 

Aradan çox keçmədi, gün o gün oldu Mahmud xanın taleyi təzədən 

gətirdi, baxt ulduzu lap yüksəkdən doğdu: xotkar çağırıb Bayazidin 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə