Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə107/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   104   105   106   107   108   109   110   111   112

– Axı vaxt yoxdu! Səhər açılır! Biz səni xilas eləməyə gəlmişik. 

Qalanını yolda bilərsən!.. 

– Yox, gərək kim olduğunuzu, nə məqsədnən məni xilas eləmək 

istədiyinizi deyəsən! 

Kankanoğlu ha elədi, olmadı. Əlacsız qalıb əhvalatı qısaca danışdı. 

Eyvaz əhvalatdan xəbərdar olanda, minnətdarrıx eliyib dedi: 

– Çox sağ olun, əzizlərim! Çox əziyyət çəkibsiniz, cəfanız böyükdü, 

fədakarlığınızın həddi-hüdudu yoxdu, yaxşılığınız əvəzsizdi! 

Amma indi bu iş baş tutmaz! İndi qaçmaq olmaz! 

– Niyə, Eyvaz?! 

– Özün dedin ki, səhər açılır. Budu ey, qulaq ver, xoruzdar bannaşır. 

Bundan sonra biz heç yana qaçıb çıxa bilmərik. Biz o yana, o qız 

ki, deyirsən, ona xata toxunar! Hər səhər işıqlaşar-işıqlanmaz, gəlib 

məni yoxluyullar, çox çəkməz ki, yoxluyub məni görməzlər, lağımı 

tapıb işi biləllər, bizi tutallar! Ancaq əlac ondadı ki, bu gələn axşamı 

gözdüyək. Öldüm, borcumu ödədim, qalsam, qaçarıq!.. 

Kankanoğlu genə çox dirəndi, olmadı. Qayıtdı Mərcan xanımın 

yanına. Mərcan xanım tələsik soruşdu: 

– Səhərdi! Neyləyə bildiniz? 

Kankanoğlu əhvalatı danışıb dedi: 

– Eyvaz tərslik eliyir! 

Mərcan xanım dedi: 

– Eyvaz düz deyir. Ona yemək aparın. Özündən də öyrənin görək 

ayrı bir tədbiri, başqa bir sözü yoxdu ki?! Soruşun görək biz necə 

eləyək ki, onu yoxlayanda lağımı görən olmasın? 

Kankanoğlu yemək götürüb qayıtdı: 

– Eyvaz, Mərcan xanım sənin haqlı olduğunu deyir. İndi de görək, 

neyləyək ki, səni yoxlayanda lağımı görən olmasın? Bir də bəlkə ayrı 




tədbirin, tapşırığın ola? 

Eyvaz dedi: 

– Lağımı görməklərindən arxayın ol. Məni elə qapıdan baxmağnan 

yoxlayırlar. Özgə tapşırığım da budu ki, bacarsanız, Çənlibelə bir 

adam qaçırın. Ehtiyat iyidin yaraşığıdı axı. Bir də yollarda adam qoyun. 

Mənim vədəm keçib. Əlyəqindi ki, Koroğlu məni axtarır. İşdi, bu 

tərəflərə gələn olsa, xəbər versinlər. 

Kankanoğlu soruşdu: 

– Tutaq ki, yaraqlı-yasaqlı adam gördük, nədən bilək ki, Çənlibeldəndi? 

– Düz deyirsən. Əgər elə adam görən olsa, yanaşıb Mərcan xanımın 

adını versin ki, Mərcan xanım səni gözləyir. Bizim uşaqlar arifdirlər, 

onlardan olsa, deyəcək ki, göstər onun yerini, özgəsi olsa, deyər mən 

hara, Mərcan xanım hara! Belə nəm-nüm eləyənnən keçsinlər... 

Bəli, əlac gözdəməyə qaldı. Kankan Mirzəlini xəbərə qaçırdılar, 

bir-iki yerə də adam qoydular ki, gələn olsa xəbər versin. 

Günorta üstə Səlim qantər içində Kankanoğlunu tapdı: 

– Mərcan xanım deyir, tez yetirsin özünü mənə. 

Kankanoğlu təlaşla soruşdu: 

– Xeyir ola, Səlim? Bir iş baş verməyib ki? 

Səlim heç nə bilmədiyini söylədi. Vaxt itirmək olmazdı. 

Paltarlarını dəyişdilər. Kankanoğlu özünü yetirdi Mərcan xanıma: 

– Xeyir ola, Mərcan? 

Elə xeyiri yoxdu! Bu saat öyrənmişəm ki, qardaşım öz adamlarını 

yığıb tədbir istəyib. Qoçu Mehdi tədbir töküb ki, gecə ikən Eyvazı 

assınlar. İşi də tapşırıblar onun özünə. İndi gərək biz axşamdan qaçaq 

ki, bir yana çıxa bilək. Hələ adamlar dağılandan sonra qardaşımnan 

Qoçu Mehdi tək qalıb ayrı nə tədbir töküblər, bilmirəm. 

Kankanoğlu dedi: 




– Nə tədbirin var, de, yerinə yetirim. 

– Durmaq olmaz! Bilirsən ki, axşamdan şəhərdən atnan çıxmaq 

olmaz. Odu ki, gərək atları şəhərdən çıxarıb yaxın kəndlərin birində 

qoyasan, piyada çıxaq, ordan minib gedək. 

Kankanoğlu baş üstə deyib çıxmaq istəyəndə Mərcan xanım 

dayandırdı: 

– Darıxma, darıxma, ehtiyatlı ol! 

Kankanoğlu yenə tərpənmək istəyəndə dayandı: 

– Mərcan xanım, bəs axı o İstanbul, zəhər... 

Mərcan xanım gülüb sözünü kəsdi: 

– Elə şeylər yoxdu. Özüm elə deyirdim ki, işi səhərə qoymayasan! 

Kankanoğlu vaxt itirməyib atları hazır elədi, nalladıb şəhərdən 

kənardakı dostunun yanına aparmağa başdadı. Üçüncü atı aparmağa 

qayıdırdı, şəhərin girəcəyindəki dərədə başına palaz atıb götürdülər. 

O zaman gözünü açdı ki, zindanda Eyvazın yanındadı. 

Kankanoğlu elə bilirdi ki, lağmın üstü açılıb. Ağzını açırdı ki, 

Eyvazdan soruşa, Eyvaz onu qabaqladı: 

– Ah, mənim qardaşım! Siz mənim ucumnan özünüzü bəlaya 

saldınız! De görüm, Mərcan xanımın başında nə var? 

Kankanoğlu baxdı ki, burda arxayınlıqdı, dedi: 

– Qəlbini sıxma, Eyvaz, heç nə yoxdu. Məni özgə səbəbdən 

tutublar. Bu saat işin əsasını bilərəm. 

İncavara, onun əl-ayağını ipnən sarımışdılar. Xəcalət çəkə-çəkə 

Eyvazın yanına süründü: 

– Dişlərinnən aç mənim qollarımı!.. 

Eyvaz, əvvəlcə eləmək istəmədi. Fikirləşdi ki, çıxıb o qızı da salar 

işə. Bir də ürəyində özünü danladı ki, bu, mənim yolumda özünü 

ölümə verir, qoy açım, bəlkə xilas ola. İpi çeynədi. Əlləri açılan Kankanoğlu 




ayaqlarını da özü açıb lağnan özünü atdı Mərcan xanımın 

yanına. 


Mərcan xanım onu görəndə dəli kimi oldu: 

– Sən nə iş görürsən, ay zalım? Bu boyda da saymazlıq olar? 

Günün günortasında öz paltarınnan gəlirsən!.. Əgər görən oldusa, işimiz 

bitdi!.. 

Kankanoğlu baxdı burda da arxayınlıqdı, özünü o yerə qoymadı: 

– Özün demədinmi tez qaçmaq lazımdı. Day məni niyə qınayırsan? 

Mərcan xanımın nəfəsi daraldı: 

– Mən belə demişəm? Sən uşaq kimi iş tutursan... 

Kankanoğlu baxdı qız onun görünməyinnən qorxur, dedi: 

– Vallah, elə gəlmişəm ki, bir inni-cinni görməyib. 

– Atlar hazırdı? 

– Bə nə! Hazırdılar. 

– Allaha pənah! Onda səni gizlədim, qaranlıq qovuşsun. 

Kankanoğlu baxdı vaxt var, çıxıb o biri atı da aparmaq qərarına 

gəldi: 

– Mən burda gizlənib dura bilmənəm. Bir çıxım hərlənim. Birdən 



Çənlibeldən gələn olar!.. 

Mərcan xanım çox dedi, Kankanoğlu az eşitdi. Axırda qızın əlacı 

kəsildi, Səlimi çağırdı, onlar paltarlarını dəyişdilər, Kankanoğlu özünü 

atdı çölə. 

Qaş qaralırdı. Göyün üzünü qara bulud almışdı. Tək-tək yağış atırdı. 

Kankanoğlu İstanbul darvazasına çatanda baxdı ki, bir atlı gəlir. Ayağını 

saxladı. Atlı yaxınlaşanda baxdı ki, nərin biridi, yaraq-yasağına da 

söz ola bilməz. Əlyəqin elədi ki, bu, ya Koroğludu, ya da Dəli Həsən! 

Baxdı geridən biri də gəlir. Ürəyi atlandı ki, Çənnibellilərin ağzı 

açılıb. Yanaşdı qabaqda gələnə: 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə