Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə110/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   104   105   106   107   108   109   110   111   112

yaxşıdı. Görünür, day, bizim burdan belə getməyimizə razı deyil! 

Onlar atları geri döndərəndə, Eyvaz yuxudan ayılan kimi oldu

fikirdən ayrılıb atını sürdü Mərcan xanımın atının qabağına. 

Mən aşığam, küsən ər, 

Ağac bara, küsənər, 

Kimə şikayət eylər, 

Bir gədadan küsən ər?! 

Mərcan xanım elə haldaydı ki, çırtıq vursan, qanı damardı. O, ayaqlarını 

atın yanlarına sıxdı, cilovu tərpətmək istəyəndə Eyvaz baxdı ki, 

gedir, atını onun atının qabağına sürüb dedi: 

Bir dərdim var, bu dağlardan böyükdü, 

Onunçun qaraldı qanım, incimə! 

Bağışla taqsırım, qulam, xatam var. 

İnsafa gəl, Mərcan xanım, incimə! 

Söz Mərcan xanıma əsər elədi. Amma qəhərini azaltmadı. Ala 

gözləri lap dolub gilələndi, titrək səsnən dedi: 

Sənnən incimirəm, ay insan oğlu, 

Fələk vurub mənə əl, incimişəm! 

Öz qardaşım yağı çıxıb özümə, 

Kömək etməz özgə el, incimişəm! 

Eyvaz dərdinin vəcini demək istədi: 

Dağlar kimi çən-dumana bürünüm, 

Hansı üznən Koroğluya görünüm?.. 

Qoy yıxılım ayağına sürünüm, 

Kəs başımı, axıt qanım, incimə! 

Amma Mərcan xanım Eyvazın sözündən heç nə annaya bilmədi, 

daha da həm şübhəsi artdı, həm də Eyvaza acığı tutduğundan öz 

dərdini özünə danışdı: 




Mən illərnən göz yaşımı tökmüşəm, 

Qəm əlindən əlif qəddim bükmüşəm, 

Məhəbbət ucundan nələr çəkmişəm, 

Deyə bilməz onu dil, incimişəm! 

Eyvaz da öz dərdindən danışdı: 

Dərdim var göydəki ulduz sanında, 

Günahkaram Koroğlunun yanında. 

İtər etibarı Eyvaz xanın da, 

Nə gizlədim, səndən danım, incimə! 

Mərcan xanım yenə anlıya bilmədi ki, Eyvazın Koroğlunun 

yanında nə günahı ola. Nə fikirləşdisə, qara qaşları lap gəlib bir-birinə 

qovuşdu, qəzəbnən dedi: 

Mərcana de, qaşın niyə çatırsan, 

Açıx danış, niyə yasa batırsan? 

Yayın gizdədirsən, oxun atırsan, 

Belə işdərindən bil, incimişəm! 

Eyvaz baxdı dərdini söznən deyə bilmədi, dilnən dedi: 

– Mərcan xanım, budu, üç gündü biz yol yoldaşıyıq. Heç soruşmursunuz 

ki, mən Bayazidə niyə getmişəm. Necə getmişəm? Demirsiniz 

axı sizi bu əziyyətlərə niyə salmışam?! 

Baxdılar kişinin oğlu düz deyir, soruşdular. 

Eyvaz, əhvalatı biz necə biliriksə, eləcənə danışıdı onlara. Axırda 

da dedi ki, indi mən Çənlibelə nə üznən qayıdıram? Atım yox, qılıncım 

yox, geyimim də özümünkü deyil. Hünərim nə olub ki, sağ 

qolumu asmışam boynumnan? 

Baxdılar ki, doğrudan da Eyvazın dərdi böyük, günahı da çoxdu. 

Amma nə eləmək olardı. Mərcan xanım incidiyinə peşman olub 

şübhələndiyinə görə xəcalət çəkə-çəkə dedi: 




– Atalarımız keçənə güzəşt deyiblər, Eyvaz! Nə tökülən dolar, nə 

də keçən qayıtmaz. İyid yaranıb ki, başı qovğa-qal çəkə, gah vura, gah 

vurula. Düşmənnik qumar kimi bir şeydi, gah bir tərəf aparar, gah da 

o biri tərəf. Koroğlu sənin sağ olmağına şükür eləməlidi. Mən iltimas 

edərəm, günahından keçər. Allah qoysa, sağalan kimi də gedib Leyli 

xanımı gətirərsən... 

Eyvazın eyni xeyli açıldı. Başladılar yollarına. Mərcan xanım sözü 

elə başladı, elə gətirdi ki, hər şey yaddan çıxdı... 

Onların başı şirin söhbətə elə qarışmışdı, Ağqayadan necə keçdiklərindən 

xəbərləri olmadı. Bir də Eyvaz başını o zaman qaldırdı ki, 

At düzündədirlər. Gözünü dolandırdı ki, hər yer qara boyanıb, bərəbəndərgahlar 

da bomboşdu. Elə bil, Çənlibel yerinnən köçüb. Elə bircə 

dəfə, – Aman Allah, kimin başında nə iş var? – Koroğlununmu, Nigar 

xanımınmı?.. deyib huşunu itirdi. Kankanoğlu onu tez tuta bildi, atdan 

yıxılmağa qoymadı... 

Kankanoğlu axırda dedi: 

– Mərcan xanım Eyvazın başını aldı dizinin üstünə, mən də üzünə su 

səpirdim ki, o dəli adam gəldi, Eyvaz ayılıb ona yaxınlaşanda qayıdıb 

qaçdı, bir də gəldi. Özgələr də gəldilər, bizi gətirdilər. Budu sizin qarşınızdayıq. 

Amma məni bir şey narahat eləyir, Mirzəli gözümə dəymir. 

Yəqin başında iş var. Gərək izn verəsiniz qayıdam onun dalıncan... 

Kankanoğlunun sözünün dalını heç kəs eşitmədi. Elə bil, qabağı 

çilləkən bağmış dağ selinin qabağı açıldı. Hamı axdı onnarın üstünə. 

De öpən kim, qucan kim, indi də sevindiyindən ağlıyan kim!.. Başınızı 

nə ağrıdım, Kankanoğlu o zaman gözünü aça bildi ki, axşam olub, 

şamlar yanıb. Eyvaznan ikisi də bir xanadadılar. Baxdı ki, bir arvad 

Eyvaza deyir: 

– Eyvaz, bala! Bəs adam anasını belə unudar? 




Süfrə açıldı. Yedilər-içdilər. Elə süfrə təzə yığılmışdı, bir nəfər 

qapını açıb dedi: 

– Nigar xanım! Məclis arəstə olub. Koroğlu dedi uşaqları da, Zərqələm 

bacını da götürüb gəlsin. 

Onlar durub məclisə yollandılar. Kankanoğlu yolda fikirləşdi ki, 

fürsət tapıb Koroğludan izn alsın, Mirzəlinin dalınca getsin. Onlar 

məclisə daxil olanda Kankanoğlu nə görsə yaxşıdı? – Baxdı ki, Mirzəli 

qan-tərin içində durub Koroğlunun qabağında, tövşüyə-tövşüyə deyir: 

– Bayaziddən çıxar-çıxmaz məni tutdular, qaytardılar düz Mahmud 

paşanın yanına. Paşa məni çox döydü, çox söydü, çox hədə-hərbə 

gəldi ki, de görüm, mənim atımı minib hara gedirdin? Dinmədim ki, 

dinmədim. Bir istədi ki, cəllada əmr eliyə, başımı bədənimnən ayıra, 

sonra nə fikirləşdisə, əmr elədi ki, aparıb bunu salarsınız minib qaçdığı 

atın tövləsinə. Qoy Eyvazı bir təhər eləyim, onda baxaram işinə. 

Məni saldılar tövləyə. Elə o gün səhər atdara yem verib çıxdıqları 

oldu. İki gün tövləyə gələn olmadı. Atdar da acından qırılırdı, mən də. 

Üçüncü gün qapı açıldı, iki adam girdi içəri. Baxdım biri o birinə deyir 

ki, Mahmud paşa necə müddətdi mənim Qəmər atımı gözümün qabağında 

minir. İndi gərək onun toyuna bu atın üstündə baxam!.. Bunların 

hərəsi bir ata yanaşdı ki, açalar, birdən məni gördülər. Biri atıldı üstümə 

ki, ay yazıq, paşanın hansı qəzəbinə düşübsən, dur, bu atlardan birini 

min, çıx paşanın toyunun tamaşasına. Əl-ayağımı açdılar. Day soruşa 

bilmədim ki, ay qardaş, nə paşa, nə toy. Hərəsi bir atı çəkdi çölə. Gözlərimi 

sildim ki, lap dibdəki axura bir at bağlanıb. Yanaşdım. Bir az dəlilik 

elədi, yox-yox, yəhəri basdım belinə, çəkdim çölə. Belinə atılma- 

ğımnan götürülməyi bir oldu. Ha elədim yüyənini yığa, başını bir yana 

döndərə bilmədim ki, görəm nə toydu. Elə onu qənimət bildim ki, özümü 

bərk saxlayım. At quş olmuşdu. İncavara, düz gəlib bura çıxmışam. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə