Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə108/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   104   105   106   107   108   109   110   111   112

– Ağa, Mərcan xanım sizi gözləyir... 

Onun ağzından söz qurtarmamış atlı əmr elədi: 

– Düş qabağıma! Sözün yalan olsa, başın özünün deyil! 

Kankanoğlu əlyəqin elədi ki, bu, Koroğludu. Düşdü qabağa... 

Həmin adam Mərcan xanımın qapısını o zaman açdı ki, qız hər 

şeyi hazır eləyib, yönü o tərəfə balaca xəncərini belinə bağlayırdı. 

Qapı açılanda ürəyi atlandı, elə bildi gələn Kankanoğludu. Vəcdə 

gəlib dedi: 

– Gəl, ay mənim sərvərim, gəl! Mən sənin qulluğunda hazıram! 

Qapını açan adam da vəcdə gəldi: 

– Mən də sənin qulluğunda qul olub durmuşam, ay mənim bəxt 

ulduzum, ay mənim mələyim! Bir gül üzünü bəri döndər görüm, sənə 

nə olub ki, belə rəhmə gəlibsən. 

Mərcan xanım səsdən almadı. Geri dönəndə az qaldı ki, qışqırıb 

yıxılsın, huşunu itirsin. Amma özünü hünərnən ələ aldı!.. 

Qapının ağzında duran kim olsa yaxşıdı? 

O, Əmir xanıydı. 

İndi Mərcan xanımın halını özünüz fikirləşin... Qəşş eləməzdimi, 

özünü itirməzdimi? 

Yox, Mərcan xanım ər kimi dayandı. Özünü sevinən göstərdi. Bir 

kövrəkliknən dedi: 

– Bu nə layıxdı, ay Osmannı torpağının gələcək xotkarı? Heç gör 

çoban bunu elərmi ki, sən eləyirsən?! Bu boya gəlibsən, bilmirsən ki, 

zənən xaylağının üstünə izin almamış qapı açmazlar?!. 

Əmir xan baxdı ki, doğrudan da yaman qanmazlıq eləyib, kəkələyəkəkələyə 

dedi: 


– Mərcan xanım, doğru buyurursan, səhv eləmişəm! Gözlərinə 

qurban olum, məni bağışla! Amma əslində günah səndədi. Vallah, 




sənin qulluqçun Mərcan xanım sizi gözdüyür deyəndə heç bilmədim 

sevindiyimdən neyliyim! Axı necə sevinmiyim! Budu, necə müddətdi 

yola gəlmiyən, məni atəşi-fərağında yandıran bir yar bu gün yolumda 

adam qoyub, məni gözləyib, intizarımı çəkib... Sınsın mənim qədəmlərimi 

ki, tez gəlməmişəm, səni intizarda qoymuşam! Başına dolanım, 

qoy qayıdım, təzədən gəlim!.. 

Mərcana da bu lazımıydı. İrəli yeridi, lap mülayimliknən dedi: 

– Hə, əzizim! İncimə, qoy əyin-başımı düzəldim. 

Əmir xan geri çəkildi. Mərcan xanım Kankanoğlunu səslədi: 

– Ayə, ay maymağın biri maymax, içəri gəl! 

Kankanoğlu əndikmiş özünü atdı içəri: 

– Bu da Koroğlu! Mərcan, day nə istəyirsən?!. 

Mərcan xanım aman vermədi: 

– Karvanımız pis yerdə axşamlayıb! Bu, Əmir xandı. Ləngimək 

olmaz, çağır onları içəri. Özünü tox saxla! Mən nə desəm, onu elərsən! 

Səbrini əldən qoyma!.. 

Əmir xangili çağırdılar içəri. Mərcan xanım qu tükündən olan 

nazbalıncların ikisini qoydu üst-üstə, Əmir xana oturmağı təklif elədi. 

Əmir xan irəli yeriyib Mərcan xanımın behişt qoxulu əlinnən öpdü, 

bardaş qurub nazbalıncların üstündə oturanda, elə bildi ki, bütün 

dünyanın şahı oldu, qızıl taxtda əyləşdi, de başdadı basıb-bağlamağa: 

– Mərcan xanım! İndi gör sənin o əziz atanın qanını Koroğludan nə 

sayaq alacağam! Bəyəm mən ölmüşəm ki, onun qanı yerdə qala?! 

Mənə də Əmir xan deyəllər!.. O necə Eyvazıydı ki, mənim nişannımı 

ap-ap-apar... 

O, kəkələdi. Baxdı ki, heç bu sözün yeri yoxuydu. Bir təhər özünü 

düzəltdi: 

– Əlbəttə, sənin bir telini vermərəm min Hürü kimi kənizə! 




Qoyaram indi əllərini qoynunda. Allah qoysa, gələr o gün ki, onu elərəm 

sənin qavağında qaravaş!.. Səhər Allahın izniynən, sənin o ala 

gözlərinin qavağında gərək Eyvaza əvvəlcən sağ-sağ bir Əli-Vəli 

dağı çəkəm, sonra da kəsəm başını! Deyirəm, Mərcan xanım! Onun 

qanından içərik, izin versən, toyumuzu başlarıq, onun başını da qoyarıq 

xonçamıza... 

Sözün bu yerində Mərcan xanım dözmədi, qaşlarını çatdı: 

– Əmir xan! Mənim nənəm də gedib görsə ki, bir qurdun 

ayaqlarını sarıyıb yıxıblar yolun içinə, salar daşı başına, soyar dərisini, 

gətirər ki, nə var, nə var, mən də ovçuyam! Bilirsən ki, Eyvazı tutan 

oğullar var! Əhdim var ki, Eyvazın başını özüm kəsəm! Səni 

çağırmaqda məqsədim ayrıdı: gərək səhər gedib Koroğlunun başını 

gətirəsən, ikisinin başını qoşa qoyaq xonçamıza!.. 

Sözlər oldu zəhərli ox, Əmir xanın bu tayından dəyib o tayından 

çıxdı. Qovşurulub dedi: 

– Noolu! Mərcan xanım, onu da elərik!.. İndi rusğat ver mən 

paşanın hüzuruna təşrif aparım! 

Əmir xan bunu deyib dik ayağa qalxdı. 

Yəqin ki, özünüz bu dəmdə Kankanoğlunun halını gözünüzün 

qabağına gətirirsiniz. Onun halı sizin fikirləşdiyinizdən də bədiydi. 

Axı, gecə keçib gedir, o tərəfdə dar ağacdarı qurulurdu!.. 

Əmir xan ayağa qalxanda, elə bil, dünyanı ondan alıb verdilər 

Kankanoğluna. O, özünü yığışdırdı ki, Əmir xan çölə çıxanda özünü 

üstünə atsın, ya canını versin, ya da onu bir yannıq eləsin ki, vaxdında 

bir yana çıxa bilsinnər... 

Amma birdən yenə iş özgə cür oldu: Mərcan xanım irəli yeriyib 

gülə-gülə Əmir xanı məzəmmət elədi: 

– Sən nə yaman dəymədüşərmişsən, ay dəli oğlan! Ay mənnən 




ötəri səbri-qərarı olmayan yar! Bəs birdən-birə nə oldu belə üz döndərdin

belə tez doydun? Sözdərim xətrinə dəydi? Mən hənək elədim, 

ay başımın tacı! Gəl otur! Səhər Allah qoysa, Eyvaz olacax sənin 

ixdiyarında! Özün necə bilirsən, elə də elə! Amma gərək onun 

qanından göndərəsən, bir içəm!.. Qoyarammı gecə vaxdı gedəsən?! 

Yol gəlib yorulubsan. Özüm sənin əl-ayağını yuyub rahat eləməsəm 

olmaz. Otur! 

Bu dil Əmir xanı elə məst eləmişdi ki, bu saat bütün dünyanın 

varını bir alma boyda eliyib uzadasan, özünü görməzliyə qoyar, gözünün 

ucuynan da baxmazdı. 

O saat oturdu. O, Bəhlulu başından tez eləməkdən ötrü dedi: 

– Bəhlul, dur get rahat ol! Səhər gələrsən, paşadan sana ənam alıb 

verərəm! 

Onsuz da işdən şəkkə düşüb narahat olan Bəhlul burdan tez çıxıb 

özünü paşaya yetirməkdən ötrü sinoy gedirdi. Tez qalxdı ayağa... 

Kankanoğlu Mərcan xanımın bu hərəkətinə mat qalmışdı. Şübhə 

onu götürmüşdü. Hazırlaşırdı ki, atılıb ikisini də doğrasın... 

Mərcan xanım onun vəziyyətini görüb dedi: 

– Ay gəda! Yatma. Yuxuda sana plov verəllər! Apar Bəhlulu yola 

sal, get dincəl, səhər tezdən gəl!.. 

Kankanoğlunda tərpənmək iqtidarı hardaydı?! Bəhlul qapıdan 

çıxanda, Mərcan xanım irəli yeridi, Kankanoğlunun qolundan tutdu: 

– Genə niyə kar qulağına salıbsan? Ay o biri qulağı da tutulmuş!.. 

Onu çölə itələdi: 

– Qoyma! Bəhlulun işini bitir, bağçada məni gözlə!.. 

Kankanoğlu yuxudan ayılan kimi birdən atıldı çölə, özünü yetirdi 

yazıq Bəhlula. Tutmağıynan cannan eləməyi bir oldu. 

Çox keçmədi ki, Mərcan xanım göründü. Kankanoğlu yeridi irəli: 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə