KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə17/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

Salatın Əhmədli                    
 
 
95
-Ara, Sabircan, axşam içki məni bir az tutmuşdu, 
arvad  deyir  sarsaqlamışam...  Ağlına  başqa  şey 
gəlməsin,  orda-burda  da  artıq-əskik  söz  danışma. 
Danışan da deyilsən, bilirəm.  
- Arxayın ol, Arsaq, biz ki, bir-birimizi tanıyırıq,-
bəlkə də, Sabir bu sözləri artıq axşamdan  canına  hop-
muş, hələ də onu tərk etməmiş qəribə, anlaşılmaz his-
sdən irəli gələn bir həyəcanla dedi. 
Ayrıldılar…  Sabir evlərinə döndü. İki həftə son-
ra  idarə  rəisinin  əmriylə  “Zil”  maşını  Sabirin  əlindən 
aldılar.  Sabir  yenə  də  əvvəlki  kimi  tikintidə  fəhlə 
işləməyə davam etdi. “Zil” maşın yoxa çıxdı. Sonralar 
Sabir Arsaqın o maşını Yerevana apardığını eşitdi... 
Sabir  uzun  illər bu  hadisəni  unutmadı.  Arsaqı  da 
bu  illər ərzində  görmədi. Qarabağda  hadisələr  gərgin-
ləşəndə,  müharibə alovu ətrafı cənginə alanda Sabirin 
həmyerliləri  arasında  döyüşlərdə  yaralanmış  Həsən 
yaxın  dost  bildikləri  Arsaqın  erməni  dəstələrindən 
birinə  komandirlik  etdiyini,  əsir  götürdükləri  adamla-
rımızı  özümüzünkülərə  pulla  satdığını  Sabirə  söylə-
yəndə  onun  xəbəri  yox  idi  ki,  on  il  əvvəl  Sabirin 
ürəyinə  xal  düşmüşdü.  Dost,  qardaş  deyə-deyə  Arsaq 
onun  maşınında  Şuşadan  Şuşanı  almaq  üçün  silah-
Salatın Əhmədli                    
 
 
96
sursatın pulunu aparmışdı. Onunla da Sabirin yurdunu 
işğal  eləmişdi.  Sabir  uşaqlıq  yoldaşı  Arsaqın  gülüm-
sər, mehriban bildiyi baxışlarını göz önünə gətirir, hər 
dəfə  “ay  musurman”  deyərək,  Sabirin  zarafat  kimi 
qəbul etdiyi sözlərini  xatırlayır, içini qeyrət hissi yan-
dırırdı.  Sabir  Arsaqı  görmək  istəyirdi,  son  dəfə  onun-
la  üz-üzə  gəlmək  istəyirdi,  ürəyində  uşaqlıq  dostuna 
deyiləsi sözlər vardı...  
Tale  onları  bir  də  görüşdürdü.  Sabir  və  bir  neçə 
şuşalılar  Şuşa  uğrunda  döyüşlərdə  erməni  dəstələri 
tərə-findən  mühasirəyə  alındı.  Onların  sağ  qalanlarını 
Xankəndiyə  gətirdilər.  Sabir  də  onların  arasında  idi. 
Həyətin  ortasında  əli  bağlı  azərbaycanlıları  döyürdü-
lər,  işgəncə  verirdilər.  Azərbaycanlı  əsgərlərimizdən 
Aydın uca səslə onları söyürdü. Bu zaman pəncərədən 
açılan  güllə  onu  susdurdu.  Sabir  başını  qaldırıb 
pəncərəyə  tərəf  baxdı.  Gözlərinə  inanmadı,  Arsaqı 
gördü.  Sonra  pəncərə  bağlandı.  Sabir  onları  döyən 
ermənilərdən  birinə  başçılarını  görmək  istədiyini 
bildirəndə erməni əli  bağlı  Sabiri təpiklə  vurub arxası 
üstə  yıxdı.  Sabir  var  gücüylə  bağırdı,  onu  söydü.  Bu 
zaman yenə pəncərə açıldı. Ona tuşlanan silahlı Arsaqı 
gördü: 


Salatın Əhmədli                    
 
 
97
-Arsaq! 
Arsaq  növbəti  qurbanının  özünə  tuşlanmış  qə-
zəbli baxışlarını gördü, diqqətlə baxdı, Sabiri tanıdı. 
Həyətə  düşdü,  Sabirə  yaxınlaşanda  Arsaqın  ona 
dikilmiş  cüt  yırtıcı  baxışlarını  gördü.  Arsaq  qəhqəhə 
çəkdi: 
-Ara,  Sabircan,  bu  sənsən?-onun  qarşısında  çö-
məldi, istehzayla,-bu gününü görməyəydik. 
Sabir ağız dolusu onun üzünə tüpürdü: 
-Namərdlər! 
Üz-gözü  tüpürcəyə  bulaşmış  Arsaq  qolu  ilə 
üzünü sildi. Sabir nifrət dolu gözlərini ona dikmişdi. O 
gözlərdə  Arsaq  özünə  tanış  olan  səmimiyyəti  deyil, 
nifrəti  görəndə  ayağa  qalxdı,  Sabirdən  bir  qədər  ara-
landı, binaya tərəf getdi, birdən ayaq saxladı, geri dön-
dü, erməni silahlılarına: 
-Hamısını  güllələyin,-barmağını  Sabirə  tərəf 
tuşladı,-bu  yetimi  yaxşıca  kötəkləyin,  bir  gözünü  çıx-
ardın,  öldürməyin,  satın,  pulumu  gətirin.  Onun  mə-nə 
borcu  var.  Beş  il  maşınımla  pul  qazanıb,  dədəsinin 
malı  kimi  xərcləyib.  Türk  küçüyü  borcumu  vermə-
lidir. 
Salatın Əhmədli                    
 
 
98
...Arsaqın istədiyi böyük məbləğdə pulu verib bir 
gözü  tökülmüş  Sabiri  əsirlikdən  qurtardılar.  Sabir 
Bakıda  ailəsilə  birgə  daldalandığı  yataqxanaların 
birində  Şuşa  işğal  olunan  ilin  tamamında-mayın  8-də 
vəfat etdi. Əzizlərinin Sabirdən son dəfə eşitdikləri bu 
sözlər oldu: “Düşmən ocaq başındaymış”.  
 
 
 
 


Salatın Əhmədli                    
 
 
99
 
ZİRZƏMİDƏ QAZILAN MƏZAR 
 
Gecənin    sərt,  qarlı  havası  Ərşadın  iliyinə  işləyirdi. 
Çox çətinliklə də olsa evlərinin həndəvərinə qədər sürünə-
sürünə  gəlib  çıxa  bilmişdi.  Meşədə  rastlaşdığı  meyitlərin 
içində  anasının  cəsədini  tapa  bilməyən  Ərşad  tam  əmin 
olmuşdu  ki,  murdar  ermənilər  onu  girov  götür-müş  ola-
caqlar.  
Meşədə,  düzlərdə  gördüyü  dəhşətli  mənzərələri 
yadına  saldıqca,  artıq  yaxınlığında  olduğu  evlərinin 
tüstüləndiyini  gördükcə  sümüklərinə  qədər  sızıldayan 
bədəninin  ağrısını  qəzəbindən  unudan  Ərşad  anasını 
qoyub  getdiyi  kimi  tapmayacağına  əmin  olsa  da, 
həyətlərinə,  yanan  evlərinə  girmək  fikrində  qətiyyətli 
idi. 
Xocalının işğalından iki gün əvvəl işlə bağlı  mü-
hüm  sənədləri  Bakıya    nazirliyə  aparmalı  oldu.  Anası 
ar-xasınca  su  atdı,  oğluna  yaxşı  yol  arzuladı.  Səhər 
tezdən  Bakıya  yola  düşən  Ərşad  axşam  eşitdyi 
xəbərdən  özünə  gələ  bilmədi.  Qardaşı  Mehdi  ilə  gecə 
ikən evdən çıxdılar...  
Salatın Əhmədli                    
 
 
100 
Ağdamda  gördüklərinə,  eşitdiklərinə  qardaşı 
Mehdinin  ürəyi  dözmədi.  Xəstəxanaya  yerləşdirdiyi 
Mehdiyə    söz  verdi  ki,  harada  olsa  anasını  tapacaq. 
Əvvəlcə  Ağdamın  Gülablı  kəndinə-xalası  Güləsərgilə 
getdi.  Orada  yox  idi.  Xalası  üz-gözünü  cırım-cırım 
eləmişdi. Ərşadı sağ görəndə şivən qopardı: 
-Ox, evin yıxılsın, düşmən. Nə yaxşı, ay bala, nə 
yaxşı sağ qalmısan.  
Onun  Xocalıdan  iki  gün  əvvəl  çıxdığını  biləndə 
arvad  yumruqlarını  dizlərinə  çırpıb,  o  ki  var  ağladı. 
Səsinə qonşular da yığışdı... Taqətdən düşmüş Güləsər 
xala  yerdə  çöməldi.  Ərşad  yubana  bilməzdi.  Tələm-
tələsik xudahafizləşib həyətdən çıxdı. Qərargaha gəldi. 
Allahverdini çox axtardı, tapmadı, dedilər  ermənilərlə 
danışığa gedib, əsirləri geri almağa çalışırlar. 
Ərşad  vaxt  itirə  bilməzdi.  Qərargahın  qarşısında 
özü  kimi  qıvraq  bir  hərbiçiyə  yanaşdı.  Onu  qırağa 
çəkdi: 
-Gəl paltarımızı dəyişək. Ayaqqablarımızı da. 
Hərbiçi  onun  üzündəki  iztirabdan  hər  şeyi  başa 
düşdü: 
-Verməyinə  verərəm,  amma  nə  mənası?  İki 
gündə hər yeri ələk-vələk eləmişik. Sağ qalan yoxdur. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə