Salatın Əhmədli
113
-Bizi ələ versəniz ikinizi də ölmüş bilin.-Ətrafı
göstərdi-burada ağacların da qulağı, gözü var.
Samvelin arvadı and-aman elədi.
Onlar bir neçə addım getmişdilər ki, Samvelin
arvadı qaça-qaça onlara yaxınlaşdı. Ərşada:
-Sən ki, belə mərdsən... -sözünə ara verdi, Samvelə
baxdı, üzündə qorxu ilə bahəm cəsarət də vardı:
-Buradan bir az aralı, köhnə taxta sexində sizin-
kiləri yığıblar, biz bayaq gördük, qapısı qıfıllıdır, ağla-
şırdılar, onları da xilas edə bilərsən. Meşəyə çatanda
yo-lun kənarındadır.
Ərşad Samvelin üzünə baxdı...
Samvel qabağa düşdü.
Meşənin kənarındakı taxta sexi çoxdan idi ki,
fəaliyyətini dayandırmışdı. Ərşad ora çatanda Samvelə
dedi:
-Get, yoxla. Gör orada gözətçi varmı? Ayrı flkrə
düşsən, özün bil, arvadın gedəcək. Onların yerini siz
ni-şan vermisiniz. Mən bilirəm ki, siz bədbəxtlər heç
nəyə qadir deyilsiniz. Nayomniklər, rus əsgərləri sizi
bizdən betər çalıb-capır.
Samvel irəli getdi, o, sexin ətrafında xeyli vur-
nuxdu. Qayıdıb orada adamların olduğunu, amma
Salatın Əhmədli
114
nəzarətsiz olduğunu bildirdi. Ərşad Zöhrəni və uşaq-
ları burada qoyub onunla sexə tərəf getdi. Samvel
qapının qıfılını qırmaqda Ərşada kömək etdi. Sexin
içindəki xocalılıların çoxu Ərşadı tanıyırdı. Ərşad
onların meşəyə tərəf qaçmalarını, Samvelə isə geri
qayıtmasını əmr etdi. Hələ heç nəyi yetərincə dərk
etməyən ac, soyuqdan zəifləmiş insanlar qurtulduq-
larını görüb, canlarını dişlərinə tutub, var gücləri ilə
Ərşadın göstərdiyi səmtə doğru qaçırdılar. Aclıq,
soyuq bir çoxunu elə vəziyyətə salmışdı ki, üzlərində
həyat əlaməti yox idi.
Ərşad otuza qədər insana bir-birinə kömək etmə-
yi, onun arxasınca gəlməyi əmr etdi. Ərşad onları düş-
mən caynağından sağ-salamat qurtarmaq üçün uzun,
amma təhlükəsiz yolu seçdi. Bu yerləri əlinin içi kimi
tanıyan Ərşad Tələtin uşaqları üçün, gözlərinin altı
qapqara qaralmış Zöhrə üçün, bir sözlə, bu günahsız
insanlar üçün narahatlıq keçirirdi.
... Əsgərlərimiz ayaqları şişmiş, yarımcan, tüfən-
gin qundağını arxasınca sürüyən Zöhrəyə, kürəyində
Tələtin üç yaşlı qızı, qucağında əldən düşüb ağır
yuxuya getmiş Vüsalı bağrına basmış Ərşada, sürünə-
Salatın Əhmədli
115
sürünə də olsa dəstədən geri qalmamağa çalışan
xocalılılara yaxınlaşanda qaş qaralırdı...
Salatın Əhmədli
116
KÖRPƏ SƏSİ, ANA NƏFƏSİ
Səriyyə Şəhidlər Xiyabanına çatanda gözlərinə
inanmadı. Məktəblilər, tələbələr, əsgərlər, çoxlu sayda
yüksək rütbəli zabitlər Elayın məzarını elə dövrəyə al-
mışdılar ki, ana Elayın yadigarı balaca Turqayla bu
səfi pozub irəli keçməyə cəsarət eləmədi...
Məzarın önündə hərbi qaravulda duran əsgərləri
görən ananın yadına ötən günlər düşdü...
...Əsgərlər bir-birini əvəz edirdi. Bir qədər kənar-
da, toplaşmış ata-analar, qohumlar, andiçmə məra-
simində iştirak edən əsgərlərin yaxınları, doğmaları bu
mərasimə dörd gözlə baxırdılar. Hər kəs özünə doğma
olan adı eşidən kimi boylanırdı, kimisi «o mənim
oğlumdur», bir başqası «mənim qardaşımdır», kimisi
də «bacım oğludur» deyirdi...
- Elay Aman oğlu.
Səriyyə ana bayaqdan bu adı gözləyirdi. Yaşa
dolmuş, amma xanım-xatınlığı elə ilk baxışdanca
diqqəti çəkən qadının həyəcanı göz qabağında idi.
Özündən asılı olmadan bir neçə addım irəli yeridi,
içindən qanadlanıb andiçməyə dəvət olunan əsgərin
Salatın Əhmədli
117
yanına uçmaq keçdi. Onun bu hərəkəti ətrafindakıların
nəzərindən qaçmadı, gülənlər də oldu.
Cavan bir ata öz oğlunun Elaydan əvvəl andiç-
məsini izləmişdi. Hətta onun yanındakılar, elə Səriyyə
də bu gənc atanın oğluna necə qürurla baxdığını
müşahidə eləmişdilər. Hələ onu təbrik də etmişdilər.
- Oğlunla birgə böyüyürsən ki, - demişdilər.
İndi həmin gənc ata sanki Səriyyə ananın bayaqkı
xoş diləklərinin əvəzini qaytarmaq üçün ərkyana qaba-
ğa gəldi.
– Bilirəm, ay ana, nəvə şirin olar. Ona görə belə
həyəcanlanırsan. Maşallah, boy-buxunlu oğuldu, Vətə-
nə layiq əsgər olacaq. Görürsən, necə dil-dil ötür.
Elay Vətənə sadiq olacağına and içirdi. Cavan ata
andın mətninə işarə elədi:
- Elə bil ki, o sözlər elə onun üçün yazılıb.
Səriyyə ana sakitləşdi, başı ilə razılığını bildirdi.
Bir az geriyə çəkildi. Cavan bir qadın irəli yeriyib
onun sol tərəfində dayanmışdı. Bu, həmin cavan
atanın həyat yoldaşı idi-Gülarə. Bəli, o da oğlunun
andiçmə mərasimində iştirak edirdi. Gülarə bayaqdan
bəri gözünü Səriyyəyə zilləmişdi. Axır ki, dilləndi:
Salatın Əhmədli
118
- Ay ana, deyəsən axı mən səni tanıyıram, elə bil
hardasa görmüşəm.
…On səkkiz il bundan əvvəlin söhbəti idi. Qonşu
otaqda bir körpə zarıyırdı. Doğum evində uşaqların çığır-
tısına, ağlamağına sanki öyrəşiblər. Kimsə bu səsküy-dən
həyəcanlanmır, hər kəs öz işi ilə məşğul olurdu. Hərçənd
ki, elə çox da çığırtı, qışqırıq olmurdu. Sadəcə elə
körpələr var ki, ümumi qrafikə tabe olmaq istəmir. Sanki
«ağlamayana süd verən yoxdur» hökmünü bu uşaqar
doğulan gündən bilirlər. Ona görə də haray-qışqırıq
salaraq, onlara çatacaq paylarını alırlar. Yaxud da bu payı
almayınca kirimirdilər. Amma bir körpənin səsi tamam
fərqli idi. O, ağlamırdı. Sanki zarıltısı ilə yalvarırdı
«Verin mənim anamı. Axı mənim yanımdakı bu körpəni
ağlayan kimi götürüb apardınız. Sonra xumarlana-
xumarlana qaytarıb öz yerinə qoydunuz. Gör necə
yatıb!? O biriləri də onun kimi… Axı nə üçün mənə yax-
ınlaşan yoxdur? Axı niyə məni də bir ana öz sinəsinə
sıxmır? Nəyə görə elə gözümü açan kimi bu dünya mənə
qənim kəsilib?»
Anaya bu barədə heç nə demirdilər. O körpənin zarıl-
tısına da, qeyri-adi ağlayışına da bu qeyri-adi mənaları
verən yaşlı tibb bacısı idi. Həkim tapşırmışdı. Elə ilk
Dostları ilə paylaş: |