Salatın Əhmədli
119
müayinədən keçən kimi uşağın dünyaya problemli
gəldiyini bilmiş və çıxış yolu kimi də onu anaya göstərmə-
məyi qərara almışdılar. Bunu hamıya deyə bilməsələr də,
hər halda Şəfiqə xanıma demişdilər. Hər necə olsa da, bu
sahədə hamıdan çox təcrübəsi vardı. Səriyyə ilə tanışlığı
öz yerində, bir az da qohumluğu var idi. Münasibət üçün
bu da kifayət edərdi. Hər halda o, yaxınlaşar, Səriyyəyə
təskinlik verə bilərdi. Vəziyyətin necə olduğuna inandırar-
dı onu. Hər halda həkimlər konsiliumdan sonra qərara
almışdılar ki, uşağa ana südü vermək olmaz. Yaşamaq
ehtimalı azdır. Şəfiqə bunları bilirdi. Və bütün bunları bilə-
bilə Səriyyəyə yaxınlaşmaq çətin idi. Onunla eyni gündə
doğum evinə gətirilmiş Gülarə Səriyyə ilə eyni palatada
idi. Gülarə gənc olsa da, artıq Şəfiqə ona ana və uşaq
barədə məlumat vermişdi.
…Səriyyənin qırx üç yaşı vardı. İlk övladı dün-
yaya gələndən sonra daha başqa övladı olmamışdı.
Yeganə oğlunu qayğı ilə, sevgi ilə böyütmüşdü. İki il
əvvəl evləndirmiş, hətta iki nəvəsi də var idi. İndi
kənardan baxan onu xoşbəxt bir nənə kimi görürdü.
Amma onun kimsəyə demədiyi bir ağrısı bütün var-
lığını inlədirdi. Bütün bu illər ərzində arzulamışdı ki,
yenə bir övladı doğulsun, yenə dünyaya bir uşaq
Salatın Əhmədli
120
gətirsin. Analığın şirin əzablarını yaşamaq xoşbəxt-
liyini bir də görsün. Analıq duyğuları onun qəlbində
şahə qalxır, sanki sinəsini, ürəyini söküb dağıdırdı.
Qəlbində əziz bildiyi müqəddəslərə yalvarır, Tanrıya
dualar edirdi. Təki, o, yenə ana olaydı. Hərdən oğlu-
nun körpəliyi yadına düşürdü. Onu necə sinəsinə sıxır-
dı, ilahi!?
Südlə dolu döşlərini körpənin dodaqlarına yaxın-
laşdıran kimi, onun ağzını necə gəzdirdiyni, sonra da
ana döşünü marça-marçla əmdiyni yadına salırdı.
Bütün bunlar ananın yaşadığı hisslərin bəxtəvərliyidir
və dünyanın heç bir nemətilə əvəz oluna bilməz. Sə-
riyyə bu hissi təzədən yaşamaq istəyirdi. Necə xoşbəxt
olardı; oğlu üçün bir qardaş və ya bir bacı dünyaya
gələrdi…
Nəvəsini dünyanın əvəzolunmaz bir neməti kimi qar-
şıladı. Gəlini yuxuya gedəndə astaca nəvəsinə yaxınlaşır,
onu qucağına götürürdü. Saatlarla çağanı saxlamaq, ovun-
durmaq onun üçün könül xoşluğu idi. Və elə bu anlarda
özünü təzədən bir ana kimi təsəvvür edirdi. Hətta nəvəsi
ağlayanda, gəlini toya, qohum, qonşu məclisinə gedəndə
uşağı ovundurmaq bəzən çətin olurdu. Nənə nəvəsini
sakitləşdirmək üçün öz döşünü verirdi. Bəlkə də, bu istək-
Salatın Əhmədli
121
dən, bəlkə də illər boyu Səriyyənin içində həsrətlə yol
gözləyən analıq hissinin gü-cündən idi. Onun döşlərinə
süd gəlmişdi. Və beləcə, bir gün o, halının dəyişdiyini hiss
elədi. İyirmi il bundan əvvəl ilk övladı bətninə düşəndə,
hamiləliyin ilk günlərində keçirdiyi hissləri yaşadı. Bir
neçə günə şübhələr ötdü. Bəli, o, ana ola-caqdı, nəhayət,
Tanrı onun dualarını eşitmişdi. Və ona ikinci dəfə ana ol-
maq qisməti-bəxti vermişdi. Onun nəzərində ya-şamağın
dəyəri, mənası elə bu hiss idi. Bu müqəddəs analıq hissi.
Uşaq doğmaq, övlad dünyaya gətirmək, onun körpə-
liyinin nazını çəkmək, sonra da boyunu sevmək… bütün
bunlar bir ana üçün dünyanın bütün varından, dövlətindən
yüksək idi.
Səriyyəgilin dolanışığı pis deyildi. Həyat yoldaşı
biznes adamı idi. Yay aylarında işdən, gücdən ayrılır,
istirahətlərini doğma kəndlərində keçirərdilər. Orada
da hər cür şərait, imkan vardı. Ancaq qohumları,
doğmaları hiss edirdilər ki, Səriyyə həmişə kədər için-
dədir, həmişə fikirdədir. Deyib-gülən qadınların ara-
sında onun üzünün, gözünün kədər buludu dağılmaz-
dı. Və indi birdən-birə hər şey dəyişmişdi. Yaxınları,
rəfiqələri, tanış qadınlar az qala onu tanıya bilmirdilər.
Onsuz da gözəl olan çöhrəsi bir az da işıqlanmışdı.
Salatın Əhmədli
122
Sanki daxilindən gələn bir nur gözlərindən dünyaya
axır, sönməz bir işıq, bitib-tükənməz şöləli bir halə
onun ətrafını nura bələmişdi. Gözəlliyinin üstünə neçə
qat gözəllik gəlmişdi. Dilinin şirinliyi, səsinin
məlahəti, yerişi-duruşu aralıdan diqqəti çəkirdi. Hiss
olunurdu ki, bütün bunlar analıq duyğusunun bəxtə-
vərlik nişanələri idi.
Beləcə, doqquz ayın xoşbəxtliyi ötüb-keçdi. Ana-
nın saydığı günlərin sonu çatdı. Və o, beləcə doğuş ağ-
rıları ilə buraya gətirildi. O yerə ki, burada övladı ilə
üzbəüz görüşəcəkdi.
…Bəs niyə uşağı ona vermirdilər? Axı nə ol-
muşdu? Səbəbi nə idi? Hələlik heç nə deməsələr də
onunla eyni palatadakı gənc ananın-Gülarənin səssiz, lal
baxışları, yaxından və yaxşı tanıdığı Şəfiqənin nigaran
nəzərləri, narahat görkəmi elə bil ki, pis bir xəbər eşidə-
cəyini anaya diktə eləyirdi. Xəbər isə deyilmirdi. Daha
iki gün də keçdi. Amma ana bu iki günü iki il qədər
əzabla yaşadı. Axır ki, yerindən qalxdı, körpələrin
otağına yeridi. Dil boğaza qoymayan, zarıyan körpənin
onun olduğunu elə ilk baxışdanca anladı. Daha doğrusu,
o, bunu qeyri-adi analıq hissilə duymuşdu. Birbaşa
Dostları ilə paylaş: |