KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə29/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   25   26   27   28   29   30   31   32   ...   56

Salatın Əhmədli                    
 
 
165 
daxilən  silkələdi.  Elə  bil  ki,  Südabənin  ondan  nəsə 
soruşanda  özünün  gözlərini  ondan  necə  qaçırdığı 
yadına düşdü  və  Talehə  hər şey aydın  oldu. Onsuz da 
rollar dəyişmişdi. İndi qıza tez-tez zənglər gəlirdi, indi 
qız  mesajları  Talehsiz oxuyurdu. Oxuduğu  və  yazdığı 
cavabları  da  Talehə  göstərmirdi.  İndi  Taleh  İlanədən 
asılı idi. Qorxurdu İlanə ilə sərt danışmağa. Hiss edirdi 
ki,  bir  təhlükə  ona  doğru  gəlir.  Bu,  tənha  qalmaq 
qorxusu idi.  
…Oğlanları  çoxdan  atalarının  bütün  əmlakını 
mənimsəmiş,  öz  adlarına  keçirmişdilər.  Atalarını  da 
tamam  yaddan  çıxarmışdılar.  Olan-qalanını  da  İlanə 
müxtəlif  yollarla  əlinə  keçirmiş,  qızıla,  zinət 
əşyalarına  vermişdi.  Hələ  ərinin  hesabına  ev  də  aldır-
mışdı.  Taleh  də  ona-bu  evi  sənə  bəxşiş  edirəm-
demişdi. Bütün bunlar arxada qalmışdı… 
…Və  bir  gün  Taleh  tənha  qaldı.  İlanə  ilan  kimi 
sürüşüb onun əlindən çıxmışdı, özü də çoxdan.  
 
*** 
 
Gecəni pis yatmışdı. Yuxusunu çox qarışdırmışdı, 
boğulurdu, havası çatmırdı. Südabə qayğı ilə, sevgi ilə 
Salatın Əhmədli                    
 
 
166 
ona  tərəf  gəlirdi.  Gəlirdi,  gəlirdi,  amma  ona  çatmırdı. 
Axır  ki,  yuxudan ayıla bildi. Qalxıb paltarını  geyindi. 
Bacardığı  qədər  səliqəli,  səhmanlı  geyinməyə  çalışdı. 
Təqaüdünü  almağa  hələ  xeyli  vaxt  var  idi.  Cibindəki 
pullarını  çıxarıb  saydı.  Bəs  edərdi,  -  düşündü.  Həyətə 
düşüb bir taksi saxlatdı. Yolda Südabənin  çox sevdiyi 
nərgiz gülündən bir dəstə aldı.  
«Qurd  ağzı»ndan  keçib  aşağıdakı  qəbiristanlığa 
enən  maşının  sürücüsü  hansı  tərəfə  gedəcəyini 
soruşdu.  Taleh  heç  nə  demədən  taksini  saxlatdı  və 
düşüb  gediş haqqını verdi. Elə «Qurd ağzı»na tərəf – 
qəbiristanlığın  əl-ayaq  dəyməyən  tərəfinə  yeridi. 
Südabənin qəbrini axtarıb tapdı. Ot-alaf basmışdı. Ona 
elə  gəldi  ki,  başdaşı  da  bir  qədər  əyilib.  Südabə 
məhzun  gözlərilə  illərin  ayrılığını,  bu  ayrılığın  ona 
gətirdiyi  dərdi-əzabı  danışırmış  kimi  baxırdı.  Əllərilə 
şəklin üzünü sildi. Nərgiz güllərini sinə daşının üstünə 
qoydu.  Dimdik  dayanıb  daşdan  ona  baxan  gözəllə 
ürəyində  danışırdı.  Nə  qədər  dayandığını  bilmirdi. 
Ona  elə  gəlirdi  ki,  ayaqları  yerə  bağlanıb.  İstəsə  də 
tərpədə  bilməz.  Bu  vaxt  donuq  nəzərlərilə  Südabənin 
boynuna  dolanmış  ilanı  gördü.  Əlini  uzadıb  daşın 
üstündəki  şəkilə  -  sevgilisinə  sarmaşmış  ilanı  kənara 


Salatın Əhmədli                    
 
 
167 
qovmaq  istədi.  Amma  əlləri  də  tərpənmədi.  Deyəsən, 
ilan  hərəkətə  gəlirdi.  Yavaş-yavaş  şəkilin  boynundan 
sürüşüb  sinə  daşının  üstünə  düşdü.  Oradan  da  Talehə 
tərəf  irəlilədi.  Talehin  iqtidarı  yox  idi  ki,  hərəkət 
eləsin, kənara çəkilsin. İlan onun ayaqlarına dolaşaraq 
bədənilə  üzüyuxarı  qalxırdı  sakit-sakit,  arxayın-ar-
xayın. Düz sol tərəfdə sinəsinin üstə, pencəyinin altına 
başını saldı. Bu vaxt Taleh sinəsinin üstündə bir yanğı 
duydu. Yanğı get-gedə onun bədənini bürüdü. Birtəhər 
hərəkətə  gəldi.  Ətrafda  heç  kəs  yox  idi.  Bir  kimsə 
görünmürdü  ki,  onu  çağırsın.  Sağ  əli  ilə  sol  döşünün 
üstünü  ovuşdurmağa  başladı.  Get-gedə  heydən-
hərəkətdən düşdü, üzüqoylu yerə yıxıldı.  
*** 
Mən 
sonralar 
öyrəndim 
ki, 
Taleh 
elə 
qəbiristanlıqda kəskin infarktdan keçinib.  
Xəbəri mollalar gətirmişdi. 
 
 
 
 
Salatın Əhmədli                    
 
 
168 
 
MƏN SƏNİ GÖZLƏYƏRƏM 
 
Xəyal  Kürqıraqlı  yenicə  nəşr  olunmuş  kitabını 
«Böyük  Ədəbiyyat»  İctimai  Birliyinin  elan  elədiyi, 
birliyin öz adını daşıyan  «Böyük Ədəbiyyat»  müsabi-
qəsinə  təqdim  eləmişdi.  Yəqin  ki,  müsabiqəyə  başqa 
müəlliflər  də artıq öz əsərlərilə qatılmışdılar. Müsabi-
qəyə kimlərin  iştirakçı olduğu  haqqında  məlumat  ver-
ilmirdi.  Ancaq  dostlarından  biri  zəng  edib  müxtəlif 
elektron  saytlarda  müsabiqəyə  təqdim  olunan  əsərlər 
haqqında  xəbərlər, ayrı-ayrı  müəlliflərin  mülahizələri-
nin  dərc  olunması  barədə  məlumatlar  verildiyini    de-
mişdi.  Onsuz  da  o,  elektron  saytlarla  elə  də  səriştəli 
əlaqə  saxlaya  bilmirdi.  Əsasən  gənclərdən  ibarət  olan 
sayt yazarlarına elə bilgisayar vasitəsilə cavab vermək 
onun  işi  deyildi.  Axı  onun  gəncliyi,  elə  cavanlığının 
da  xeyli  hissəsi  indi  tez-tez  «elektron  ədəbiyyat»  ad-
lanan  mərhələdən  əvvəlki  dövrə  aid  idi.  Hər  halda 
çətinliklə  olsa  da  müxtəlif  saytlara  girə  bilir  və  onu 
maraqlandıran  müəyyən şeyləri  tapıb oxuyurdu. Yenə 
özü  haqqında  yazılmış  olan  qeydləri  tapa  bildi:  « 
Kürqıraqlının  yazdıqlarından  bir  şey  başa  düşmək  ol-


Salatın Əhmədli                    
 
 
169 
mur.  O,  təxəllüsünü  götürüb  gəldiyi  çayın  qırağını 
vəsf  edir,  yoxsa  özünün  dediyi  kimi,  tüstüsündən 
boğulduğu  şəhəri?..  O,  elə  yazır  ki,  bilmirsən  bu 
şəhərdən  dördəlli  yapışmaq  istəyir,  yoxsa,  başını 
götürüb  xəyallarının  qaynağı  olan  Kürqıraqlıya  qa-
çmaq?  Bir  yerdə  yazır  ki,  «indi  mənim  Kürqıraqlıda 
heç kimim yoxdu, məni heç nə o yerlərə çəkmir». Bəs 
onda  nəyə  görə  sözünün  əvvəli  də,  axırı  da 
kimsəsizliyə  qərq  olmuş,  xarabazarlığa  çevrilmiş  və 
təkcə elə Kürqıraqlının adında yaşayan kəndə bu qədər 
məhəbbət, sevgi ilə danışır?  
O,  bu  gənc  tənqidçini  tanıyırdı.  Bilgisayarın 
ekranında  da  yazısının  böyründə  hərəkətdə  olan  bir 
şəkli  verilmişdi.  Açıq  ağzı  və  iri  dişləri  qəzəblənmiş 
yırtıcını xatırladırdı. Sağ əlini də qabağa uzatmışdı. O, 
Xəyal  Kürqıraqlıdan  yaşca çox kiçik olardı. Yəqin ki, 
Kürqıraqlının da yaşam yolu, tərcümeyi-halı haqqında 
elə  dərin  bir  məlumatı  olmazdı.  Çünki  Kürqıraqlının 
uzun  illərdən  bəri,  nəhayət  çap  etdirdiyi  kitabında 
ömür  yolu  haqqında  qısaca  məlumat  vardı.  50-ci 
illərin  axırlarına  yaxın  doğulduğu,  ali-texniki  təhsil 
aldığı  barədə  məlumat  verirdi.  Mühəndis  kimi 
təqdirəlayiq  işlərinin  olduğu  nəzərə  çatdırılır,  ədəbi 
Salatın Əhmədli                    
 
 
170 
yaradıcılığa  ilk  gənclik  illərindən  başladığı  qeyd 
olunur, müxtəlif ədəbi orqanlarda ara-sıra dərc olunan 
yazıları  xatırlanılır.  Daha  bundan  o  yana  heç  nə… 
Onun  necə  böyüdüyü,  ürəyində  hansı  duyğularla 
yaşadığı  haqqında  məlumat  ümumi  qaydaya  əsasən 
verilmir.  Mühəndislik  cismani  ömrünün  təminatı, 
qələmsə həyatının mənası olur. 
…Hələ  yaşca  lap  kiçik  idi.  Aşağı  siniflərdə 
oxuyurdu.  Bir  gün  dərsdən  qayıdanda    həyətlərinə 
çoxlu adamın yığışdığını gördü. Heç nə başa düşmədi, 
nə olduğunu bilmədi? Nə baş verib? 
Anası  həyətin  ortasında  qadınların  arasında  idi. 
Xoflandı.  Anasının  dağılmış  saçları,  yaşlı  gözləri,  ya-
naqlarında  qan-qırmızı  cızıqlar,  qızartılar…  Bütün 
bunlar nə demək idi?  
Qonşu  qadın  ayağa  durub  qabağa  yeridi.  Onun 
üzündən  öpüb,  qolundan  tutdu.  Aradakı  yastılanmış 
tikan  çəpərdən  keçirib  öz  həyətlərinə  apardı.  Ona  çay 
süzdü.  Bir  sözlə,  elə  o  tərəflərdə  deyildiyi  kimi,  öz 
uşaqlarına qatıb yenə geri qayıtdı.  
Bir  daha  o,  atasını  görmədi.  Sonrakı  bir  neçə  ili 
hərdən  dərsdən  gələndə  anasını  həyətin  ortasında  yun 
didən,  paltar  tikən  görürdü.  Hərdən  də  hiss  edirdi  ki, 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə