KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə25/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

Salatın Əhmədli                    
 
 
141 
Dəllək Muradın üzünə baxdı: Sanki «əllərimiz bağlıdır 
axı», - demək istədilər. 
– Bilirəm, əllərinizi açacam, özüm də bu qıraqda 
duracam,  çörəyinizi  yeyin.  Kişi  yenə  ehtiyatı  əldən 
vermədi. Tüfəngi Sənubərə verdi, oğruların əllərini aç-
dı.    Dükan  yaranlar,  külüngü  daş-divara  çırpanlar  elə 
bil  gücdən  düşmüşdülər.  Heysiz-heysiz  əllərini 
süfrəyə-çörəyə  uzatdılar.  Axır  ki,  səhər  yeməyini 
yedilər. 
–  Murad  əmi,  -  oğrulardan  nisbətən  böyük  olanı 
üzünü Dəllək Murada tutdu: –Çevir bizi Dündarın baş-
ına. Nəvələrinə qurban olum. 
 - Burax bizi, çıxaq gedək, bir qələtdi eləmişik, – 
bunu  da  o  biri  oğru  dedi.  –  Ayə,  a  bala,  mən  sizi  bu-
raxa  bilmərəm.  Dədə-babadan  üzü  bəri  bu  meşənin 
içində  bu  kəndin  adamları  halallıqla  yaşayıblar.  Bir 
kimsə o birinin toyuğuna  «kiş»  deməyib. Siz namərd 
çıxmısınız. 
 - Murad əmi, süfrəndə çörək kəsdik, çörəkdən ki, 
keçə bilməzsən. 
– A bala, mənim oğlum hökümət qulluğunda işlə-
yir.  Onun  adı-sanı  təkcə  özü  ilə  bağlı  deyil.  O  ad-
sandan bizim də payımıza düşür. Sizi hökumətə təhvil 
Salatın Əhmədli                    
 
 
142 
verəcəm.  Oğlumdan  da  xahiş  edəcəm  kömək  eləsin, 
cəzanız yüngül olsun. Hə, indi durun düşün qabağıma. 
Oğrular  qalxıb  məlul-müşkül  kişinin  qabağına 
düşdülər.  Yenə  qolları  bağlı  idilər.  Həyətdən  çıxar-
çıxmaz oğrular bir də dönüb süfrəyə, sonra da Dəllək 
Muradın üzünə baxdılar. 
    –  Çörək  sarıdan  nigaran  qalmayın.  Bu  kənddə 
də  ağı  qaradan  seçənlər  tapılar.  Mən  sizinlə  çörək 
kəsməmişəm, sizə çörək vermişəm. 
O vaxtdan dildə-ağızda bu söz ilişib qaldı. Çörək 
məsəli  ortaya  gələndə  deyərlər:  «Sən  filankəslə  necə 
çörək yemisən? Dəllək Muradın çörəyindən?..» 
 
 
 
 
 
 
 
 
 
 
 


Salatın Əhmədli                    
 
 
143 
 
«O YERLƏR MİN XƏYAL EYLƏR…» 
 
Şair  haqqında  film  çəkmək  üçün  dəstə  hazırlaş-
mışdı.  Rejissor,  ssenarinin  müəllifi,  operatorlar… 
Şairin  yaddaşını  oyadacaq,  keçmiş  xatirələri  yada  sa-
lacaq  adamlar  da  dəvət  olunmuşdu.  Üç  maşın  üzü 
qərbə  tərəf  –  Şairin  doğulduğu  kəndə,  elata  getmək 
üçün  yola  çıxmışdı.  Paytaxtdan  Şairin  doğma 
kəndinəcən  xeyli  məsafə  vardı.  Yolu  birbaşa 
getmədilər, bir neçə yerdə dayanıb çay içdilər, söhbət-
ləşdilər.  Deyən,  gülən,  zarafatlaşan  da  vardı.  Amma 
Şair  bulud  kimi  tutulmuşdu.  Onun  ağarmış  saçları, 
alnının qırışları sanki uzaqdan baxan qıyıq gözləri an-
caq  özünə  məlum  olan  ağır  kədərin  və  dərdin 
əhatəsində  idi.  Onu  heç  nə  öz  aləmindən  çəkib  bu 
dünyaya-ona yoldaşlıq edən, hər an könlünü ovutmağa 
çalışan  yaxınlarının,  dostlarının  əhatəsinə  qaytara 
bilmirdi. Yol boyu Kürü bir neçə dəfə keçdilər. Şairin 
olduğu  maşında  həm  oğlu  və  qızı,  həm  də  onun  öz 
kəndindən olan digər doğma insanlar vardı: «Mən hər 
dəfə  Kür  boyu  doğulduğum  yerlərə  tərəf  gedəndə  elə 
bilirəm ki,  ilkinliyə doğru  gedirəm. Özümü də  ilkinli-
Salatın Əhmədli                    
 
 
144 
yin  özü  kimi  yaddaşımda  qalmış  uşaqlığımda 
görürəm. Kür həmişə mənim bələdçim olub. Bəlkə də, 
bu  yolu  gedə  bilməzdim  Kür  olmasaydı.  Hərdən 
düşünürəm  ki,  Kür  həm  də  elə  bizim  anamızdı.  İndi 
mən də anamla görüşə gedirəm».  
…Maşındakı  Qadın  da  Şairin  doğmasıdır.  Şairin 
qızı  ilə  yan-yana  əyləşib.  O  da  Şairin  doğulduğu 
kənddə  dünyaya  gəlib.  İndi  Şairin  keçirdiyi  hissləri, 
yurd  duyğularını  o  da  hiss  edirdi.  Həyəcandan  köksü 
qabarırdı. Doğma yerləri bir də yaddaş-yaddaş, xatirə-
xatirə  gəzəcəkdi.  Ancaq  Şairin  öz-özünə  danışırmış 
kimi  dediyi  sözlərin  içindəki  ağır  kədəri  duydu,  onun 
qəmli  ovqatını  dağıtmaq  üçün  bir  az  da  ehtiyatla 
dilləndi: 
-  Şair,  gərək  sevinəsən,  doğma  yerlərə  gedirsən. 
Niyə belə kədərli danışırsan? 
Şair  duyğulandı.  Hiss  olundu  ki,  bir  az  da 
kövrəkliyi artdı. Gözlərini getdiyi yolun üfüqlərinə do-
landırıb yenə asta-asta dilləndi. 
- Bir vaxtlar anamın yanına gedərdim. İndi anamı 
ancaq  xəyalımda  görürəm.  Deyirəm  ki,  doğma 
həyətimizə çatanda anam  məni qarşılayacaq. Boyumu 
sevəcək.  Həmişə  mənimlə  birgə  gedən,  anamın 


Salatın Əhmədli                    
 
 
145 
görüşünə  istəyini-duyğusunu  aparan  və  indi  oğlumun 
mənimlə olmayan anasını soruşacaq. 
«-  Hə,  oğlum,  gəlmisən?  Bəs  niyə  tək 
gəlmisən?»,  - deyəcək. Mən də deyəcəm tək deyiləm, 
nəvələrinlə,  nəticələrinlə  doğmalarımla,  əzizlərimizlə 
gəlmişəm.  Amma  anamın  gözləri  yenə  kimisə  axtara-
caq. 
- Yoox, bəs…  
-  Anamın  sözü  qırılacaq.  Onun  kimi  axtardığını 
mən bilirəm. Bu yolların sonu yoxdur. Bir nəsil gedir, 
sonra  başqa  nəsil  gedir,  beləcə  nəsillər  bir-birini 
əvəzləyir, insan yolu başa çatmır. 
Qadın yenə ehtiyatla, Şairin qəlbinə toxunacağın-
dan qorxurmuş kimi astaca dilləndi: - Bəlkə, belə yax-
şıdır? Dünya insan-insan yaşayır. 
-  Əlbəttə,  qızım,  əlbəttə,  dünyanın  gözəlliyi  in-
sanlardır.  İnsansız  dünyanın  nə  dəyəri  olardı.  Bir  az-
dan  başı  göylərə  çatan  məşhur  dağ  da-“Göylərə  baş 
çəkən” Göyəzən də görünəcək. Aralıdan ona əzəmətlə 
baxan, köksündən  göz yaşı kimi dumduru süzülən su-
ların çağlarlığı ilə dünyaya tarixdən əfsanələr, nağıllar 
danışan,  qarşı  yatan  Avey  dağı  da  bizi  qarşılayacaq. 
Bu  dağların  bir-birinə  səssiz,  dilsiz  baxışlarla 
Salatın Əhmədli                    
 
 
146 
dediklərini  duymaq  üçün  gərək  onlara  ehtiram 
göstərəsən.  Gözlərin  uzaqdan  da  olsa,  o  dağların 
əzəmətinə  baxanda  qəlbən  sevinəsən,  inanasan  ki,  bu 
dünya sənə doğmadır. Bu dünya səni sevir, sən də gə-
rək bu dünyanı sevəsən.  
O,  kimsəyə  xitab  eləmirdi.  Elə  qəlbilə  danışırdı. 
Danışdıqca  da  onun  xəyalından  keçən  zamanlar  bir-
birini  əvəzləyirdi.  İlk  gəncliyindən  çıxıb  üzü  axına 
tərəf-Kürboyu  dənizə  tərəf  gəlmişdi,  Kürün  axarı  ilə 
gəlmişdi.  Zaman-zaman  boy  atıb  böyümüş,  mənən 
ucalmışdı.  Saysız-sonsuz  nəğmələr  qoşmuşdu.  Bu 
nəğmələr  müğənnilərin  dilinin  əzbəri  olmuşdu.  Vətən 
sevgisilə  süslənmiş  dastanlar  yazmışdı.  Uzun  illər 
səhnələrin  bəzəyi  olan  əsərlər  yazmış,  yaratmışdı. 
Neçə-neçə  nəsil  onun  yazdıqlarından  keçmişdi.  Təzə 
nəsillər dünyaya onun yazdıqları ilə qapı açmışdı.  
Bu adamlar adı dillər əzbəri olan sənətkarın  yad-
daşa  yazdığı  böyük  ədəbi  salnamənin  əvəzində  onun 
özünü  yaddaşa  çevirmək,  nəsillərin  yaddaşında  yaşat-
maq 
naminə 
haqqında 
film 
çəkmək, 
canlı 
görüntülərini  əbədi  örnəyə  çevirmək  üçün  gedirdi. 
Qadın  atası  qədər  sevdiyi  Şairin  qoyub  gəldiyi 
yerlərdə  doğulmuş,  elə  ruhən  də  o  yerlərdə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə