KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə22/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

Salatın Əhmədli                    
 
 
123 
uşağın  üstünə  yeridi.  Şəfiqə    özünü  yetirib  onu  dayan-
dırmaq istədi: 
- Ay qız, Səriyyə, dayan. 
- Hə, nə var, uşağı nə üçün  mənim yanıma gətir-
mirsiniz?  
-  Həkim  icazə  vermir.-Şəfiqə  dediyi  sözlərdən 
sanki özü diksindi. 
- Nəyə görə? 
- Bilirsən,-Şəfiqə özünü ələ aldı, əlini Səriyyənin 
saçlarına çəkdi, yazıq-yazıq onun düz gözlərinin içinə 
baxdı.  Bəlkə  də,  ancaq  özünə  məlum  olan  bir  əzab 
ağrısıyla,-olmaz,  uşaq  xəstədir.  Onun  yaşamaq  şansı 
yoxdur.  Sən  onu  əmizdirməklə  əzablarının  vaxtını 
uzadırsan.  Bu,  sənin  üçün  də  əzab  deməkdir,  körpə 
üçün də,-dedi.  
Səriyyə artıq uşağı götürmüşdü. Uşağın gözlərinə 
baxdı.  Göy  gözlər  dəniz  kimi  dərin  bir  ümid  yolu… 
indi  bütün  bunların  sonu  yox  idi.  Doqquz  ay  ərzində 
yaşadığı  sevgilər,  sevinclər…  həyat  yoldaşı  ilə  birgə 
boyunu  se-vib,  yolunu  gözlədiyi  körpənin  taleyinə  bu 
bəd  qismət  haradan  yazılmışdı?  Axı  səbəbi  nə  idi? 
Bunu heç cür başa düşə bilmirdi.  
Salatın Əhmədli                    
 
 
124 
Şəfiqə  ilə  birgə  palatadan  çıxdı.  Elə  indicə 
sakitləşmiş  uşaq  təzədən  zarımağa  başladı.  Deyəsən, 
bu  dəfə  anasını  elə  birbaşa  qınayırdı:  «Haraya  gedir-
sən,  ay  ana?  Axı  sən  mənim  anamsan.  Sən  mənim 
yolumu iyirmi iki il gözləmisən. Necə arzulayırdın ki, 
oğluna  qardaş,  ya  bir  bacı  dünyaya  gəlsin.  Mən  də 
gəldim.  Bəlkə  məni  ta-nımadın,  bəlkə,  məni  duyma-
dın? Bəlkə, hiss etmədin ki, dünyaya gəlişini səbirsiz-
liklə  gözlədiyin,  elə  öz  bətnində  sığallya-sığallaya 
böyütdüyün  oğlunu  gərək  elə  o  saatca  tanıyaydın 
axı?...». Səriyyə donub yerində qaldı. 
Bu  sözləri  Səriyyə  eşidirdi.  Külli-aləm  yığılıb 
gəlsəydi və ona desəydilər ki, uşaq belə şeyləri bilməz 
və deməz, o, kimsəyə inanmazdı. Hətta o and içərdi ki, 
mən öz övladımın səsini də eşidir, bu dediyi sözləri də 
aydınca başa düşürəm.  
Geri dönmək, balasını qucağına  götürüb sinəsinə 
basmaq  hissi  onu  alov  kimi  qarsıdı.  Şəfiqə  bunu  du-
yub onu geri dönməyə qoymadı: 
-Rəngin ağappaqdır, yatağına dön, özünə gələndə 
qayıdıb  baş  çəkərsən.  İstəsələr  də,  sənin  qucağına  bu 
vəziyyətdə  körpə  verməzlər.  Ayaq  üstdə  dura  bilmir-
sən. 


Salatın Əhmədli                    
 
 
125 
Bu  gün  də  beləcə  ağır  keçdi,  hər  dəqiqəsi  bir  ilə 
bərabər  oldu.  Qəhər  ananın  boğazına  yığılmışdı.  Yaş 
gilələnib  gözlərinə  dolmuşdu.  Bütöv  bir  gün  ərzində 
heç  nə  yemir,  heç  nə  istəmirdi.  Əlləri  südlə  dolmuş 
döşlərində-körpəsini istəyən döşlərində qalmışdı.  
Şəfiqənin arabir otağa gəlib ona verdiyi təskinlik, 
dediyi sözlər, qayğısı da bir nəticə vermirdi.  
Duyğuları  keyləşmiş  ana  ağlayırdı.  Gecəni  kir-
piklərini belə qırpmadan açdı. Səhər birdən  nə düşün-
düsə,  ayağa  durdu,  qəti  addımlarla  körpələrin  yatdığı 
palataya getdi. Yan-yana düzülmüş çarpayılarda mışıl-
mışıl  yatan körpə  fidanlara bir də baxdı. Öz körpəsini 
axtarmadı, çünki  hansı olduğunu  yaxşı bilirdi. Sadəcə 
ona görə digər körpələrə baxırdı ki, öz övladının nə ilə 
onlardan  fərqləndiyini  görsün.  Yox,  Tanrı  körpələrin 
üzünə baxanda qəzəb qılıncı sınar. 
Daha kimsəyə baxmadı. Qəti  hərəkətlə  uşağı qu-
cağına  götürdü.  Tibb  bacılarının,  elə  onun  yanında 
eyni palatada olan Gülarənin, başqalarının sözləri, nə-
sihətləri  nəticə  vermədi.  O,  heç  kimin  sözünü  eşitmə-
di.  Elə  ayaq  üstəcə  uşağı  sinəsinə  sıxdı.  Bir  anlığa  nə 
düşündüsə,  uşağı  özündən  aralayıb  onun  gözlərinə 
baxdı.  Elə  bil  ki,  ayrılığın  vahiməsi  uşağı  təzədən 
Salatın Əhmədli                    
 
 
126 
bürüdü. Təzədən qorxulu bir  hiss uşağı çulğamışdı  və 
o  yenidən  zarımağa  başladı.  Dodaqlarının  qıraqlarına 
köpüklər  yığılmışdı. Səriyyə yaxasını çəkib sağ əli  ilə 
sol döşünü çıxardı. Uşağı döşünə yaxınlaşdırdı. Həmin 
anda çağanın çöhrəsində bir dəyişiklik duydu. Elə bil, 
uşağın üzünə bir işıq düşdü, bir nur çöhrəsinə yayıldı, 
bir  günəş  doğdu.  Uşaq  öz  dodaqlarına  bənzər  ana 
döşünün  ucu  ilə  təmasda  dəyişmişdi.  Bir-iki  sortuq 
süd-ana  südü  uşağın  ağzında,  damağında  və  eləcə  də 
ananın  daxili  aləmində  qəribə  hisslər  yaratdı.  Ana  və 
övlad beləcə bir-birinə qovuşdu. Uşaq həvəslə, istəklə 
əmirdi.  Və  əmdikcə  ananın  da  ruhu  ağrılardan,  əzab-
lardan  xilas  olurdu.  Ana  indi  dünyanın  bəxtəvəri  idi. 
Onun varlığından xoşbəxtlik yağırdı. Elə bil ki, o, yer-
də  deyil,  ulduzların  arasında  idi.  Ulduzlara  qarışmış, 
elə ulduzlar kimi işığa bələnmişdi.  
…Bəlkə  də,  elmin  tam  dərk  edə  bilmədiyi  bir 
məsələni  analıq  hissi-ana  südü  həll  eləmişdi.  Uşaq 
gündən-günə  gül  kimi  açılırdı.  On  günün  tamamında 
ana uşağını da götürüb evinə gəldi.  
Xəstəxanadan  körpəsi  qucağında  evə  yollananda 
həkimlər heyrət içində idilər. Əlbəttə, sonralar həkim-
lər  bu  hadisəni  müxtəlif  cür  yozdu.  İlkin  diaqnozun 


Salatın Əhmədli                    
 
 
127 
düzgünlüyünə  şübhə  etməsələr  də,  uşağın  bu  bəladan 
xilasının səbəbini başqa heç nədə yox, elə ana südündə 
gördülər.  Çox  az-az  körpələr  həkimlərin  nəzərdə  tut-
duğu  bəladan  xilas  ola  bilirdi.  Və  onun  biri  də  Səriy-
yənin övladının payına düşmüşdü.  
-  …Səriyyə  xala,  bu,  sənsən?  Mən  Gülarəyəm. 
Yadında  qalıb,  eyni  palatada?..  Bəs  bu  uşaq?  Nəvən-
dir? 
Onlar  qucaqlaşdılar.  Sevinc  dolu  göz  yaşları  bir-
birinə qarışdı.  
-  Yox,  bu,  mənim  oğlum  Elaydır.  Həmin  uşaq. 
Yadındadır?  
- Hə, hə, yadımdadır. Nə yaxşı, Tanrıya şükür.  
…Elay Aman oğlu andın son sözlərini də təntənə 
ilə  başa  vurdu.  Keçib  cərgədə  qürurla  dayandı.  Ana  
oğ-luna elə baxırdı ki, sanki onu elə indicə, ilk dəfədir 
ki, görürdü. 
Şəfiqənin  özü  dediyi  kimi  “Tanrı  payı”  olan 
Elayı dəfələrlə kəşfiyyata göndərildi. Hərbi tapşırıqları 
müvəffəqiyyətlə  yerinə  yetirib  dəfələrlə  komandanlı-
ğın  təşəkkürlərinə  layiq  görüldü.  Əsgəri  xidməti  başa 
çatanda  geri  dönmədi,  torpaqlarımız  azad  olmayınca 
hərbi  paltarını  soyunmayacağına  and  içdi.  Torpaq-
Salatın Əhmədli                    
 
 
128 
vətən  yolunda  göstərdiyi  igidliklərə  görə  ölümündən 
sonra  Azərbaycanın  Milli  Qəhrəmanı  adına  layiq 
görülmüş  Elayın  onu  dövrəyə  alan  zabitlərin,  əsgər-
lərin  arasından  mərmər  daşından  boylanan  gözləri 
yenə də anasını axtarırdı...  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə