Salatın Əhmədli
129
DƏLLƏK MURADIN DƏRSİ
Bükdüz kəndi Kürdən xeyli yuxarıda-Qarayazı
meşəsinin döşəvar sinəsində, geniş bir talada
binələnmişdi. Özü də deyilənə görə, çox qədim
kənddi. Zaman ötüb, dövran dəyişib, padşahlar bir-
birini əvəz edib, ara-sıra kənddən müxtəlif səbəblər
üzündən köçüb gedənlər olsa da, bükdüzlülərin əksəri
dədə-baba yurdlarından çıxmayıblar. Bu yerlərə
hökumət, divan-dərə adamlarının yolu az düşərdi.
Gələn-gedən də bələdçi tutar, meşə arası yollardakı
qara-qorxulardan çəkinə-çəkinə gələr, elə gəldikləri
kimi də sakitcə çıxıb gedərdilər.
…Dəllək Murad – «dəllək» sözü, sənəti ilə bağlı
olsa da, onun üçün indi bir ayama olmuşdu.
Dəlləklikdən ona bir xətir-hörmət, bir də bu ad
qalmışdı. Evinin qabağında hündür bir talvar tikmişdi.
Yayın cırhacırı olanda meşə ağacından düzəltdiyi
pilləkənlə bu talvara qalxar, gündüzlər burada
kölgələnər, çox vaxt da elə talvarda gecələyərdi. Ar-
vadı Sənubər də buna deyinərdi:
Salatın Əhmədli
130
- A kişi, heç olmasa, çörəyini aşağıda ye, çıxıb-düşə
bilmirəm.
– Elə demə, ay arvad, sən buranın qədrini
bilməzsən. Buranın ayrı havası var.
Arvadı deyinməyindən qalmazdı:
- Bilmirəm o, nə havadı? Elə bil cavan oğlansan,
sənin yaşın az deyil. Çıxıb-düşəndə, birdən Allah
eləməmiş,
əlin
ağacdan
üzüldü,
ayağın
büdrədi…Bilirsən, nə olar?
- Qorxma, ay arvad, əlində qalmaram. Bu dünyadan
payımıza düşən ömür, beş-üç gündür, onu da yaşam-
ışıq.
Dəllək Murad istədi ki, arvadına bəzi mətləbləri
anlatsın, amma nədənsə bu fikrindən daşındı. Bircə o,
özü bilirdi ki, bu talvarın üstünə qalxanda onun
gözlərinin qabağına nələr gəlir? Kimləri xatırlayır,
yaddaşında hansı əhvalatlar çözələnir?
Dəllək Murad Qaçaq Kərəmin dəlləyi olmuşdu. O,
sözü bütöv, ağzı bərk adam idi. Qaçaq Kərəm də adam
sərrafı idi. Elə buna görə də onların arasında inam,
etibar yaranmışdı.
Bu da bir dövran idi, gəldi, öz köçünü sürdü, getdi.
Deyirlər hərdən Dəllək Murada sataşanlar da olurdı:
Salatın Əhmədli
131
«Ayə, dəllək, sən ki, sözün düzünü deyənsən, bəs niyə
qardaşın tutulanda Kərəmin yerini demədin?»
O da əlüstü cavab verərdi: - A bala, sən bilməzsən,
sirr nədir, söz nədi?
…Harda olsa, Qaçaq Kərəm üzünü, başını
qırxdırmağı ona etibar eləyərdi. Bir də görərdin ki,
səhər açılar-açılmaz meşənin sıx yerindən bir bülbül
səsi gəlir. O saat bülbülün cəh-cəhindən Dəllək Murad
bilərdi ki, Qaçaq Kərəmin adamlarıdır, onu aparmağa
gəliblər. Dəllək Murad da alətlərini, ülgücünü,
sabununu yır-yığış eləyər, kəndin qırağındakı evindən
çıxar, bircə anda meşənin qaranlığında gözdən itərdi.
Hərdən gec qayıdardı. Kərəmin kefinin duru vaxtı
olanda… qaçaqların üz-başını qaydaya salıb evə qay-
ıtmaq vaxtı gələndə ona da bir at ayırardı:
- Ayə, a dəllək, nə var, nə tələsirsən? Qalx bu
atın belinə, sür bizimlə Şeytanbazara.
– Yox, ay qağa, getsəm yaxşıdır.
– Niyə ayə, bəlkə, qəfil güllədən qorxursan?
- Yox, elə demə, ay Kərəm, sizin yanınızda
güllədən yox, heç topdan da qorxmuram.
Salatın Əhmədli
132
– Bəs nədən çəkinirsən? - Kərəm qətiyyətlə Mu-
radın üzünə baxar, bu baxışdan da dəllək Murad pay-
ını götürərdi.
- Deyirəm, sizə yük olmayım.
Hə, beləcə, yollanardılar Borçalı tərəflərə. Ala-
caqlarını alardılar, əllərində olan qiymətli şeyləri si-
lah-sursata dəyişərdilər. Dəllək Murada da iki xur-
cungözu pay-püşk düşərdi. Özünə də sədəmə, bir xata-
bala toxunmasın deyə Qaçaq Kərəm qaçaqlardan biri-
ni qoşar:-Dəlləkdən muğayat ol, evinə çatdır, -
deyərdi.
…Hələ onda Dəllək Muradın subay vaxtları idi.
Gözləri oyur-oyur oynayırdı. Selcəni gözaltı eləsə də,
bir söz deməmişdi. İşin kökünə qalanda Dəllək Murad
bilirdi ki,
onun
Qaçaq
Kərəmlə
əlaqəsindən
şübhələnirlər. Bir gün hökumət adamları Qaçaq
Kərəmin ayrı-ayrı kəndlərdə əlaqəsi olanları yığıb-
topladı, silist elədi. Bir-ikisini Sibirə göndərdi. Dəllək
Muradın böyük qardaşı da onların arasında idi.
Doğrudur, sonralar çar hökuməti yıxıldı, dövran
dəyişdi, Sibirdə sağ qalanlardan qayıdanlar oldu.
Dəllək Muradın da qardaşı qayıtdı. Amma bu əhvalat
yaddan çıxmadı.
Salatın Əhmədli
133
Qardaşı tutulandan sonra dolana bilməmiş,
Dəllək Murad da anasıyla qəza mərkəzinə köçmüşdü.
Qaçaq Kərəm İrana adlamışdı. Daha kənddə də Dəllək
Muradın elə sən deyən müştərisi yox idi.
Dəllək Murad kənddən şəhərə gələndə dəlləklik
sənətindən başqa iş başarmadığından ailəni dolandır-
maq üçün qəza mərkəzində, bazarın yanında balaca bir
taxta dükan tikdi. Səhv eləmədi. Az keçmədi ki, sənəti
də, özü də dildən-dilə düşdü. Dəllək Murad sinədəftər
idi, lazım gələndə müştərilərini öz dükanına cəlb
eləmək üçün açardı sinədəftərini, gördüklərindən,
eşitdiklərindən şirin-şirin danışardı. Hər kəsi heyran
qoyardı. Camaat üçün şirin, maraqlı hadisələri
dinləmək dolu süfrələrdən daha ləzzətli olardı.
– Ayə, Dəllək Murad Qaçaq Kərəmin dəlləyi
olub,-deyərdilər. Dəllək Murad da ülgücünü hazırlayıb
müştərinin üzünü sabunlayanacan Qaçaq Kərəmdən
bir dastan danışmağa başlayar, işinin qurtarmağı ilə
dastanın da bir qolunu bitirərdi .
Dəllək Muradın şövqlə, yerli-yataqlı Qaçaq
Kərəm əhvalatlarını danışmağını dinləyən qocalar
daha çox məmnun olardılar.
Salatın Əhmədli
134
- A bala, a dəllək, torpağı sanı yaşayasan, bu
tərəflərdə keçmiş zamanlarda bir Dəllək Murad olub.
Saz çalmağı olmasa da, sözünün qabağına söz deyən
yox imiş. Sinəsi söz yatağı, ilhamı da coşub-
çağlayarmış. Elə indi də onun sözlərini ustad aşıqlar
yada salır, toylarda, məclislərdə ustadnamələr kimi
oxuyarlar.
Bir başqası da bu sözlərə qüvvət verərmiş:
- Danışığı, yatımı elə görünür ki, elə bil söz
yiyəsinin yanında böyüyüb.
- Nə bilmək olar, bəlkə, bizim bu dəllək elə o
keçmiş Dəllək Muradın nəslindəndir, gördüklərini
danışır.
Bu sözləri deyənlərin məqsədi onu incitmək yox,
söhbətinə vurğun olduğunu Dəllək Murada çatdırmaq
idi.. Çox xoşları gəlirdi sözündən-söhbətindən. Bəlkə,
könlünü xoş eləmək, onu sevdiklərini bildirmək üçün
belə deyirdilər. Hər halda Dəllək Muradın özü də bir
ayrı aləm idi.
Beləcə Qaçaq Kərəmin adı ilə bağlı dastanı
Dəllək Muradın dilindən eşidənlər elə onun özünü də
Qaçaq Kərəmin dastanına qatmışdılar. Hamı Dəllək
Muradın yanına gəlirdi, bircə Xancan ağadan başqa.
Dostları ilə paylaş: |