75
təşkili və keçirilməsi üçün sanballı təqvim-tematik planlarına onların
yerinə-yetirilməsinə ciddi riayət ediləcəyinə, geniş və hərtərəfli
təbliğatı, təşkilatı tədbirlərin görülməsinə əhəmiyyətli dərəcədə ehtiyac
yoxdur. Hər bir oyun alət və avadanlıqlardan, oyun ləvazimatlarından,
idman bazasından və keçiriləcək şəraitdən asılı olaraq təşkil olunmalı,
həyata keçirilməlidir.
Burada regionun iqlim şəraiti də nəzərə alınmalı, iqlim
dəyişikliyinə müvafiq olaraq hazırlıq işləri də görülməlidir. Bunlar
oyunun lazımi səviyyədə təşkili,
keçirilməsi və məqsədəuyğun
nəticəsinin əldə olunmasın da mühüm komponentlərdən sayılır.
Oyunlar müxtəlif şəraitdə təşkil olunarkən onun başlıca məqsəd
və vəzifələrini nəzərdən qaçırmamaq şərti ilə oyunçuların tərkibində
müəyyən dəyişiklik etmək olar. Yəni
oyunçuların tərkib etibarı ilə sayını artırmaq və azaltmaq mümkündür.
Bu şərtlə ki, həmin dəyişiklik digər dəstənin başçısı və üzvləri ilə
razılaşdırılmış olsun. Elə mütəhərrik oyunlar da vardır ki, hər hansı bir
dəstədə oyun iştirakçılarının sayı çox və yaxud azda ola bilər. Bu şərtlə
ki, dəstələr arasında razılıq olsun. Əlbəttə, belə razılıq çox təsadüf
nəticəsində müstəsna hallarda baş verə bilər.
Birincisi ümumən
oyunçuların sayının tək olması nəticəsində, ikincisi təsadüfən bir
dəstədəki oyunçulardan qat-qat güclü, çevik və yaxud iş bilən-bacarıqlı
olduğu halda dəyişiklik etmək effektli olur. Əks təqdirdə oyun istənilən
dərəcədə maraqlı, cəlbedici olmur, zəif qarşı tərəf oyunçuları ruhdan
düşür qalib gəlmək şanslarının olduğunu düşünmürlər,
istər istəməz
qələbəni asanlıqla əldən verirlər.
Bütün bunlarla yanaşı, oyunçuların sayı, oyun yerindəki şərait
nəzərə alınmaqla oyun yerinin ölçülərində müvafiq dəyişikliklərin
aparılmasıda zəruridir. Bunlar oyun təlimi prosesində həddən artıq
sıxlığın, boş dayanmanın, şagirdlərin bir-birinə qarşı mümkün qeyri-
səmimiliyin, kobudluğun, intizamsızlığın qarşısını alar, təhlükəsizliyin
aradan qaldırılmasına, məktəbyanı bədən tərbiyəsi, idman bazasına
hörmətlə yanaşmağa,
onu qorumağa, həmçinin sanitariya-gigiyena
qaydalarına əməl etməyə normal şərait yaradır, nəticəyönümlülüyün
reallaşmasını təmin edir.
Mütəhərrik oyunlardan təkcə kollektiv şəkildə istifadə edilmir,
ondan həm də fərdi olaraq da istifadə edilir. Həmin oyunlar uşaqlar
tərəfindən seçilmir. Çünki, onların oyun seçmə təcrübəsi buna kifayət
etmir. Fərdi məşğul olmaq üçün seçimləri müəllimlər,
valideynlər,
76
bağça yaşlı uşaqlardan ötrü seçimi təhsil-tərbiyə müəssisələrinin
tərbiyəçi müəllimləri aparırlar. Belə oyunların lazımi səmərə
verməsində müəllim və valideynlərin nəzarəti, düzgün oyun seçimi,
təşkiletmə və yekunlaşdırma, rəğbətləndirmə, nöqsanları demək, onun
aradan qaldırılması yollarını göstərmək mühüm amillərdəndir.
Mütəhərrik oyunları hərəki fəaliyyətə görə qruplara bölmək
mümkündür. Məsələn, qaçışla, dırmanma
ilə oyunlar, tullanma və
tullanmalarla oyunlar. Mütəhərrik oyunlar fiziki yükünə görə
dərəcələrə bölünür. Onlar böyük, orta və kiçik mütəhərrikliyinə görə
dərəcələrə bölünür. Onlar böyük, orta və
kiçik mütəhərrikliyinə görə
bir-birindən də fərqlənirlər.
Yüksək mütəhərrikli oyunlarda bütün uşaqlar iştirak edir. Burada
əsasən qaçış və hoppanmalar mühüm yer verilir.
Orta mütəhərrik oyunlarda da bütün uşaqlar iştirak edir. Lakin
mütəhərrik oyunun mütəhərrikliyi nisbətən sakit olur. Belə oyunlar
yeriş, topun ötürülməsi kimi hərəkətlərlə xarakterikdir. Az mütəhərrik
oyunlarda isə uşaqlar hərəkəti yavaş tempdə və az intensiv şəkildə
yerinə yetirməlidirlər.
Dostları ilə paylaş: