L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə46/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   227
Muteherrik ve eylenceli oyunlar

V FƏSİL 
 
Mütəhərrik oyunların təlimi metodikası, prinsip və 
metodları 
 
 
5.1. Oyunların seçilməsi 
 
Oyunların siniflər üzrə seçilib keçirilməsinin fizioloji, psixoloji 
və tərbiyəvi prinsipləri vardır. 
İbtidai siniflərdə, xüsusən 1-ci sinifdə milli oyunlar və fiziki 
hərəkətlər seçərkən şagirdlərin fizioloji vəziyyəti mütləq nəzərə 
alınmalıdır. Çünki, bu yaşda uşaqlarda əzələ, bağ və oynaqlar zəif
ciyərlərin isə həyat tutumu məhdud olur. Sümüklərin möhkəmliyi az 
olur. Buna görə də onlar tez yorulur, hərəkətlərini korrektə edə 
bilmirlər. Onlar oynayarkən hərəkətlərin sıxlığı, çətinliyi, müddəti və 
icraolunma şəraiti mütləq nəzərə alınmalıdır. 
Oyunda uşaqların psixoloji hazırlığına da fikir verilməlidir. 
Çünki, şagirdlər bu yaşda lazımınca inkişaf etməmiş olurlar. Xüsusi ilə 
iradələri zəif və dözümlülüyü az olur. Düşünülməmiş və fiziki hazırlığı 
uyğun olmayan oyunlar şagirdlərdə mənfi emosiya və hisslər yaradır. 
Onlar öz gücünə inanmır, tez-tez küsür, çətin tapşırığı yerinə yetirə 
bilməyəndə ağlayır, inciyir və s. Bundan əlavə, kiçikyaşlı 
məktəblilərdə diqqət, qavrama, yaddaş zəif olur. Söylənilənləri inkişaf 
etdirən müxtəlif növ oyunlar seçilib tətbiq olunmalıdır. 
Oyunların seçilməsində tərbiyəvi cəhətə də diqqət verilməlidir. 
Dərsdə, sinifdən və məktəbdənkənar keçirilən oyunlar yoldaşlıq, 
dostluq, kollektivçilik, vətənpərvərlik və s. keyfiyyətləri inkişaf 
etdirməli, hərəki qabiliyyətlərin yüksəlməsini təmin etməlidir. 
Şagirdlər üçün elə oyunlar seçilməlidir ki, bunlar fiziki tərbiyənin 
qarşısında duran vəzifələrin həyata keçirilməsinə yardımçı olsun.
5.2. Oyun üçün hazırlıq işləri 
 
Oyun yerinin hazırlanması. 
Oyun yerinin hazırlanması dərsdən 
əvvəl yerinə yetirilir. Bunu müəllim və onun köməkçiləri (fəalları) 


90 
edirlər. Bir çox hallarda oyun yeri üçün xüsusi hazırlıq tələb olunur 
(Voleybol, basketbol və s.). Bununla belə, bir çox oyunlarda 
xarakterindən, məzmunundan, məqsəd və vəzifələrindən asılı olaraq 
məsafə ölçülür, xətlər, dairələr cızılır, habelə şərti işarələr çəkilir. Dərs 
zamanı vaxt itirməmək üçün bütün bunlar dərsdən qabaq yerinə 
yetirmək lazımdır. 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə